Məhkəmə qərarları › İş №2-1(102)-2388/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2388/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2388/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Ərizəçi “xxxx” Şirkətinin cavabdeh ləğv prosesində olan “X1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2388/19 Bakı şəhəri 30 oktyabr 2019-cu il Açar sözlər: bankın iflas proseduru zamanı borclunun tələbi; iddia tələbindən kənara çıxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, ərizəçi “xxxx” Şirkətinin nümayəndəsi və vəkili Vəkil, cavabdeh ləğv prosesində olan “X1” ASC -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili XXXun iştirakları ilə, ərizəçi “xxxx” Şirkətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 aprel 2019-cu il tarixli, 2-1(103)-803/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ Ərizəçi “xxxx” Şirkəti (bundan sonra mətndə ərizəçi) cavabdeh ləğv prosesində olan “X1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (bundan sonra mətndə cavabdeh) ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 25 dekabr 2015-ci il tarixli, 216 saylı kredit müqaviləsi üzrə kredit məbləğinə 21 iyul 2016-cı il tarixdən sonra faiz və cərimə hesablanmasının dayandırılması və cavabdehin lisenziyasının ləğv olunma t arixindən sonra həmin kredit müqaviləsi üzrə edilmiş 7.400.000 manat ödənişlərin kredit borcunun əsas məbləğlərindən çıxılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti Ərizəçi bildirmişdir ki, tərəflər arasında 25 dekabr 2015-ci il tarixdə 24 ay müddətinə 5,5 faiz dərəcəsi ilə 168.000.000 manat məbləğində kreditin verilməsinə dair müqavilə imzalanmışdır. Müqavilədə müəyyən edilmiş məbləğdən ərizəçi 150.187.000 manat vəsaitdən istifadə etmiş və 7.400.000 manatı bankın lisenziyasının ləğv olunduğu tarixdən sonra olmaqla ümumilikdə 8.102.766 manat ödəniş etmişdir. Sonradan, müəssisənin maliyyə vəziyyəti qənaətbəxş olmadığı üçün ödəniş edə bilməmiş, cavabdeh isə qanunvericiliklə və kredit müqaviləsi ilə nəzərdə tutulmasına baxmayaraq, borcun qaytarılmasına dair heç bir tələb irəli sürməmiş, habelə məhkəmədə iddia qaldırmamışdır. Bununla da, cavabdeh süni şəkildə kredit müqaviləsi üzrə müəssisənin böyük məbləğdə faiz və cərimə borclarının artmasına şərait yaratmışdır. Cavabdeh ərizəyə qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, ərizəçinin bankın ona qarşı qəsdən tələb irəli sürməyərək və məhkəmədə iddia qaldırmayaraq faiz və cərimə məbləğlərini süni şəkildə şişirtməsinə dair mövqeyi əsassızdır. Qanunvericilik tələb irəli sürmək və məhkəmə iddia qaldırmanı tərəfin vəzifəsi kimi deyil hüququ kimi müəyyən etmişdir ki, qanunvericilik tələb irəli sürüməsinə dair iddianın qaldırılması üçün 3 il müddət müəyyən etmişdir. Ərizəçinin bankın lisenziyasının ləğv olunduğu tarixdən faizlərin hesablanmasının dayandırılmasına dair tələbi də qanunsuz hesab o lunmalıdır. Qanunvericilik bankın lisenziyasının ləğv olunduğu tarixdən onun öhdəlikləri üzrə faizlərin və digər haqlarının hesablanmasının dayandırılmasını nəzərdə tutmuşdur. Bankın aktivləri üzrə faiz və digər haqların hesablanması isə davam etdirilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 aprel 2019-cu il tarixli, 2-1(103)-803/2019 saylı qərardadı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Cahangir Yusifov) ərizəçi «Rossmils İnvestment Limited» şirkətinin ləğvetmə prosesində olan «xxxx» ASC ilə bağlanmış kredit müqavilələri üzrə borclarına hesablanmış faizlərin silinməsinə dair ərizəsi təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etrmişdir ki, bankların iflas proseduru çərçivəsində baxılan bütün müraciətlər “Banklar haqqında” Azərbaycan Re spublikası Qanunun müəyyən etidiyi qaydalar daxilində öz həllini tapmalıdır. Qanunun normaları baxımından müflis elan olunma barədə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi andan kredit borcuna faizlərin və cərimələrin hesablanması davam etdirilir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Mülki Məcəllənin 432.4, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 60.1, 60.2, 72.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan ərizəçi kassasiya şikayəti verərək onun ləğv, tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Ərizəçi kassasiya şikayətində ərizədə qeyd olunmuş tələbinin əsaslarını təkrarlamış və bildirmişdir ki, apellyasiya məhkəməsinin mübahisənin yalnız “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənməli olmasına dair gəldiyi nəticə düzgün olmamışdır. Həmin qanunun özündə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi imperativ şəkildə təsbit edilmişdir. Bundan başqa, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu Mülki Məcəllənin mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdiyi halda Mülki Məcəllənin tətbiqini müəyyən etmişdir. Bu səbəbdən, məhkəmənin mübahisəyə Mülki Məcəllənin müddəalarını tətbiq etməməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Digər əsas kimi bildirilmişdir ki, bankın kredit müqaviləsi üzrə borc məbləğinin vaxtından əvvəl tələb etmək hüququ olduğu halda, onun ləğvedicisi ca vabdeh tərəfindən uzun müddət tələb irəli sürülmədiyindən, ərizəçiyə külli miqdarda faizlər hesablanmışdır. Halbuki, bu faizlərin yaranmasında və uzun müddət ərzində hesablanaraq artmasında ərizəçinin təqsiri olmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi ərizəçi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 2.5, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 5.3, 421.2, 445.5, 446.1, 446.3, 446.5, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 2.3-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş e tmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, prosesin digər iştirakçıları məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ Faktiki hallar və sübutlar HİSSƏ Apellyasiya instansiyası məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar barədə bildirilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bu ndan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bankların iflas proseduru çərçivəsində baxılan bütün müraciətlər “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş qaydalar daxilində öz həllini tapdığından, həmin Qanunda müflis elan olunma barədə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi andan kredit borcuna faizlərin və cərimələrin hesablanmasının davam etdirilməsi müəy yən olunmuşdur. Bu mövqeyi ərizəçi o əsasla mübahisələndirmişdir ki, məhkəmənin istinad etdiyi Qanunun özündə, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununda Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi imperativ şəkildə təsbit edilmişdir. Mülki qanunvericiliyin tələbləri tətbiq olunduğu halda isə, onların tələbləri əsaslı hesab olunmalıdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): - 60.1-ci maddəsinə əsasən, «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikasının Qanunu və həmin Qanunu tamamilə və ya qismən dəyişdirən və əvəz edən hər hansı digər qanunlar banklara tətbiq olunmur; - 72.1-ci maddəsinə əsasən, bankı n müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan: 72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Maddələrin tələblərindən göründüyü kimi, bankların müflisləşmə və iflas prosedurlarının tənzimlənməsi qaydaları yalnız “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilməlidir. İstinad olunan Qanunda isə bankın müflis elan olunması proseduru çərçivəsində onun aktivinə faizlərin və digər haqların hesablanmasının davam etdirilməsi nəzərdə tutulmuşdur. İddiaçının istinad etdiyi hallara görə, bankla kredit müqaviləsi bağlanılmış və həmin müqavilə üzrə iddiaçıya kredit məbləği ayrılmışdır ki, bu məbləğdən istifadəyə və onun ödənilməməsinə görə cavabdeh tərəfindən müqavilə şərtlərinə əsasən faizlərin və cərimələrin hesablanması davam etdirilir ki, həmin məbləğlər bankın aktivini təşkil etməlidir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadının əsaslandırıcı hissəsində məsələ üzrə apardığı hüquqi qiymətləndirməni qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğun hesab edir. İddiaçının bildirdiyi hüquqi əsaslarla məhkəmə kollegiyası aşağıdakılara görə razılaşmadığını qeyd edir. İstinad edilən Qanunun 2-ci maddəsi “Bank sistemi və onun hüquqi əsasları” adlandırılmaqla, 2.3-cü maddədə nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Azərbaycan Respublikasının Mərkəzi Bank haqqında», «Bank olmayan kredit təşkilatları haqqında» və «Kredit İttifaqları haqqında» Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, maliyyəbazarlarına nəzarət orqanının və Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ xarakterli aktları habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Lakin Qanunda ifadə edilmiş bu norma kredit təşkilatlarının fəaliyyətinə dair hər hansı bir istənilən məsələlərin həllini mülki qanunvericiliyin tələblərinə əsasən həll edilməsini ehtiva etməmiş, həmin Qanunda konkret olaraq bankın təşkili, fəaliyyəti və hansı digər məsələlərin mülki qanunvericiliyin tələblərinə əsasən həll edilməli olduğu əks olunmuşdur. Onlara “Bank lisenziyasının alınması üçün müraciətlərə baxılmas ı qaydaları”na dair 8.9-cu maddə, “Bankların təşkilinə” dair 19.3-cü maddə, “Bankın nizamnaməsinə” dair 20ci maddə, “Səhmdarların ümumi yığıncağına” dair 24-cü maddə və digər maddələr aiddir ki, həmin maddələrin mətnində birbaşa olaraq hansı məsələnin göndərici normalar kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları ilə həll edilməsi əks olunmuşdur. Ərizəçinin istinad etdiyi həmin Qanunun 36-cı maddəsi isə “Banklarla onların müştəriləri arasında münasibətlər”ə aid olmuş və aşağıdakı qaydaları müəyyən etmişdir: - 36.1-ci maddəyə əsasən, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir; - 36.2-ci maddəsinə əsasən, müştərilər bank fəaliyyətinin bütün növlərinin həyata keçirilməsi üçün bankları müstəqil seçirlər və bu məqsədlə bir və ya bir neçə bankın xidmətlərindən istifadə edə bilərlər. Hesabların açılması, aparılması və bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ xarakterli aktlara, habelə bu Qanuna əsasən həyata keçirilir. Maddələrin tələblərindən göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən tənzimlənmə qaydası bankın müştərilərinin hesablarının açılmasına, aparılmasına və bağlanmasına aiddir. Yəni istinad edilən müddəa da mübahisəli məsələnin hüquqi əsasını təşkil edə bilməz. Daha bir hüquqi əsas kimi ərizəçi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 2.5-ci maddəsinə əsaslanmışdır ki, həmin maddəyə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Məhkəmə kollegiyası bu normada əks olunmuş tələbin, yəni “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.6-ci maddəsində əks olunmuş qaydanın mülki hüquq norması kimi qiymətləndirilnəsinə münasibətdə qeyd edir ki, sonuncu maddə “Bankın müflis elan olunmasının nəticələrini” tənzimləmişdir ki, bu prosedur həmin Qanunun 60 və 62-ci maddələrinə, habelə Azərbaycan Respublikası İPM-nin 132-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aparıldığından mülki hüquq norması kimi qəbul oluna bilməz. Eyni zamanada, məhkəmə kollegiyası qeyd edir ki, istinad edilmiş Qanunun 72.1.6-ci maddəsində əks olunmuş norma mütləq qaydada kredit müqaviləsi üzrə borclunun ödənilməli olduğu məbləği ehtiva etmir və yalnız bank tərəfindən onun aktivlərinin müəyyən edilməsi üçün hesablanır. Həmin məbləğ çərçivəsində tələbini cavabdeh mülki qanunvericiliyindən və müqavilə münasibətlərindən irəli gələrək borclunun ödənilməli olan tələb kimi ona qarşı irəli sürdüyü halda, ərizəçi yalnız həmin vaxtdan başlayaraq mülki hüquq qanunvericiliyinə əsaslanmaqla həmin məbləği mübahisələndirmək hüququnu əldə etmiş olur. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin kassasiya şikayətində göstərilmiş dəlillər qanunvericiiyin əks olunmuş müddəalarına uyğun deyildir. Lakin aş ağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyaisya məhkəməsinin qərardadı ləğv olunmaqla, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddələrin tələbləri yoxlanılarkən müəyyən edilmişdir ki, ərizəçi tərəfindən aşağıdakı tələblər irəli sürülmüşdür: (1) kredit müqaviləsi üzrə kredit məbləğinə 21 iyul 2016-cı il tarixdən sonra faiz və cərimə hesablanmasının dayandırılması; (2) kredit müqaviləsi üzrə edilmiş 7.400.000 manat ödənişlərin kredit borcunun əsas məbləğlərindən çıxılmasına dair. Apellyasiya məhkəməsinin qərardadının əsaslandırıcı hissəsində apardığı qiymətləndirmə göstərilmiş tələblərlə bağlı olsada, lakin qərardadın nəticəvi hissəsində tələbi “hesablanmış faizlərin silinməsinə dair” kimi ifadə etməklə, onun təmin edilməməsini bildirmiş, ərizəçinin tələblərinə uyğun nəticəni əks etdirməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayəti qərardadın ləğv olunması üçün əsasdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi nin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: ərizəçi “xxxx” Şirkətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 aprel 2019-cu il tarixli, 2-1(103)-803/2019 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar