Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2394/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı сavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə 57 yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1815/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* saylı xx.xx.1980-ci il tarixli əmək kitabçasının, B №126733 saylı diplomun və НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, o, xx.xx.1977-xx.xx.1980-ci ilədək 2 №-li peşə məktəbində təhsil almış, (2 il 10 ay 27 gün) xx.xx.1980-xx.xx.1980-ci ilədək "xxxx"ndə hərəkət sostavlarının təmiri üzrə elektrik-çilingər vəzifəsində çalışmış, (4 ay 16 gün;) xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmət keçmiş, (2 il 1 gün) xx.xx.1982xx.xx.19 82-ci ilədək "xxxx"ndə hərəkət sostavlarının təmiri üzrə elektrik çilingər vəzifəsində çalışmış, ( 2 gün; ) xx.xx.1982 – xx.xx.1983-cü il tarixədək "xxxx"ndə lokomotivlərə xidmət üzrə çilingər vəzifəsində çalışmış, (5 ay 14 gün;) xx.xx.1983-xx.xx.1986-cı ilədək "xxxx"ndə elektrik qatarı maşinisti köməkçisi işləmiş, xx.xx.1986-xx.xx.2006-cı il tarixədək Metrpolitendə elektrik qatarı maşinisti vəzifəsində çalışmışdır. (19 il 11 ay 23 gün)
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh 24 noyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, onun işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı "nda göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən onun güzəştli stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2006cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququmun yarandığı yəni, xx.xx.2019-cu il tarixdən (57 yaşım tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.”
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vətəndaşların pensiya təminatı haqqında Qanunun qüvvədə olduğu xx.xx.2006-cı il tarixədək olan müddətdə 28 il 2 ay 12 gün ümumi və həmin stajın 23 il 1 ay 21 günü metropolitendə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sında nəzərdə tutulan “elektrik qatarının maşinist köməkçisi” və “elektrik qatarının maşinisti” kimi güzəştli pensiya hüququ verən peşələrdə işləmişdir. O, xx.xx.2021-ci il tarixdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanladığı xx.xx.2021-ci tarixli məktubunda imtina edərək bildirmişdir ki, onun işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı "nda göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən onun güzəştli stajı yoxdur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya və “16 yanvar 2021-ci il tarixli güzəştli arayşına istinadən hesab edir ki, cavabdehin imtinası qanunsuzdur...”
6. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2-1(112)-4472/2022 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və ona xx.xx.2019-cu il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.
7. Məhkəmə hesab etmişdir ki, metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisini n iş mexanizmi oxşardır. Odur ki, iddiaçının vəziyyəti yerüstü qatarların maşinistinin və köməkçilərinin vəziyyətinə oxşardır. Qeyd edilən hallar işəgötürən ("xxxx" QSC) tərəfindən verilmiş müvafiq arayışlarla da təsdiq olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, oxşar vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftarın (güzəştli şərtlərlə pensiya təyinatından imtinanın) obyektiv və ağlabatan əsasları mövcud deyildir, iddiaçının vəziyyətinə mütənasib olmamaqla qanunvericinin qarşıya qoyduğu məqsədə uyğun deyil. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
8. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1815/2022 nömrəli qərarı ilə (hakimlər: C.A.Yusifov/sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və V.Ə.Baxışova) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4472/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" QSC-nin tədqiq o lunan məktubundan da dolayısı ilə təsdiq olunur ki, iddia olunan həmin peşələr - istər Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı, istərsə də 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş Siyahıda “Nəqliyyat” bölməsinin “Metropolitenlər” yarımbölməsində nəzərdə tutulmamışdır. Ümumiyyətlə, həmin Siyahıların «Nəqliyyat» (XXVİİİ) bölməsində “Nəqliyyat” bölməsi üç sahəyə bölünmüş (1.“Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər”; 2.“Metropolitenlər”;
3. Dəniz və çay donanması.) və hər bir sahənin də güzəştli pensiya hüququ verən göstəriciləri sadalanmışdır ki, “Metropolitenlər”ə aid sahə göstəricilərində iddiaçının işədiyi “elektrik qatarı maşinisti” və “elektrik qatarı maşinisti köməkçisi” peşələri m övcud deyildir.Başqa sözlə, iddiaçının işlədiyi həmin peşələrin, sahə uyğunsuzluğu səbəbindən 2 №-li Siyahının «Nəqliyyat» bölməsində təsbit olunan göstəricilərə aid edilməsi istisna edilir. Belə olan halda isə onun xx.xx.2006-cı il tarixinə kimi azı 12 il 6 ay xüsusi stajı mövcud olmur (Həmin staj yalnız onun ümumi stajına hesablanır). Beləliklə də, iddiaçının 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayətində işin halları, iddia tələbində qeyd edilənlər təkrarlan mış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li Siyahıya qədər qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 26 avqust 1956-cı il tarixli 1173 №-li qərarı ilə təsdiqlənmiş güzəştli şərtlərlə pensiya almaq hüququ verən ağır şəraitlərlə olan istehsalatların, sahələrin, vəzifələrin 2 №-li siyahısı işə Bakı Apellyasiya Məhkəməsində baxılan zamanı məhkəməyə təqdim olunmuşdur. Həmin sənədin mübahisənin düzgün həlli üçün böyük əhəmiyyəti vardır. Qeyd olunan siyahıda dəmir yol və metropolitendə işləyən elektrik qatarların maşinistləri və maşinist köməkçiləri nəqliyyat bölməsində (XXX Dəmir yolu və metropoliten bölməsi-parovoz, teplovoz, elektrovoz, motovaqon (elektro) seksiyaların, motovozların maşı nistləri və maşınist köməkçiləri, böyük maşınistlər) bir yerdə adı çəkilərək, onlara güzəştli şərtlərlə 55 yaşdan pensiyaya çıxmaq hüququ verilirdi. Ağlabatan deyil ki, işin xarakteri, şəraiti dəyişilmədiyi halda metropolitendə elektrik qatarların maşinisti köməkçiləri və maşinistləri vəzifəsində çalışanların işi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li Siyahısı ilə ağır və zərərli işlərə aid edilməsin. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeralt ı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qan unvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 15. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaş ların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li Siyahıya qədər qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 26 avqust 1956-cı il tarixli 1173 №-li qərarı ilə təsdiqlənmiş güzəştli şərtlərlə pensiya almaq hüququnu verən ağır şəraitlərlə olan istehsalatların, sahələrin, vəzifələrin 2 №-li siyahısı.
17. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların t əqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyi şdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəm ə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.
21. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2019-cu il tarixindən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və xx.xx.2019cu il tarixindən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır.
22. Bu qərarın 15-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şər tlərlə pensiya təyin edilməsi üçün 2 element mövcud olmalıdır: iddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması və xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 25 il ümumi iş stajının olması işin mübahisəsiz halıdır.
24. İşin mübahisələndirilən halı iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajının olub-olmaması ilə bağlıdır ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam, obyektiv və hərtərəfli araşdırmamışdır.
25. Belə ki, iddiaçı apellyasiya icraatı zamanı hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən mülahizələrini yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, Azərbayca n Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li Siyahıya qədər qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 26 avqust 1956-cı il tarixli 1173 №-li qərarı ilə təsdiqlənmiş güzəştli şərtlərlə pensiya almaq hüququnu verən ağır şəraitlərlə olan istehsalatların, sahələrin, vəzifələrin 2 №-li siyahısı işə Bakı apellyasiya məhkəməsində baxılan zaman məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan siyahıda dəmir yol və metropolitendə işləyən elektrik qatarların maşınistləri və maşınist köməkçiləri nəqliyyat bölməsində (XXX Dəmir yolu və metropoliten bölməsiparovoz, teplovoz, elektrovoz, motovaqon (elektro) seksiyaların, motovozların maşınistləri və maşınist köməkçiləri, böyük maşınistlər) bir yerdə adı çəkilərək, onlara güzəştli şərtlərlə 55 yaşdan pens iyaya çıxmaq hüququ verilirdi.
26. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən istiqamətdə araşdırma aparmadan iddiaçının güzəştli iş stajının mövcud olmaması qənaətinə gəlmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iş stajının tərkibindən göründüyü kimi iddiaçı "xxxx"ndə xx.xx.1983-cü il tarixdən metropolitendə “elektrik qatarı maşinisti köməkçisi”, xx.xx.1986-cı il tarixdən isə “elektrik qatarı maşinisti” işləmişdir ki, həmin işlərdə onun 12 il 6 ay stajı - xx.xx.1995-cı il tarixində tamamlanır. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən isteh salatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 N-li Siyahısının “23000000 XXVİİİ. “Nəqliyyat” bölməsinin 2-ci “23002000” kodu üzrə ”Metropolitenlər” yarımbölməsində isə “elektrik qatarı maşinisti” və “elektrik qatarı maşinistinin köməkçisi” peşələri - güzəştli pensiya hüququ verən göstəricilər kimi nəzərdə tutulmamışdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək işlədiyi peşələrin güzəştli pensiya hüququ verən peşələrin siyahısına aid olub-olmaması məsələsinə qiymət verərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li Siyahıya qədər qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 26 avqust 1956-cı il tarixli 1173 №-li qəra rı ilə təsdiqlənmiş güzəştli şərtlərlə pensiya almaq hüququnu verən ağır şəraitlərlə olan istehsalatların, sahələrin, vəzifələrin 2 №-li siyahısını nəzərə almamışdır.
28. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 17 (a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
29. Məhkəmənin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.
30. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli q ərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayətinin qalan hissəsi, iş üzrə bir sıra sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir.
31. İşə təkrar baxan məhkəmə iddiaçının xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li Siyahıya qədər qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 26 avqust 1956-cı il tarixli 1173 №-li qərarı ilə təsdiqlənmiş güzəştli şərtlərlə pensiya almaq hüququnu verən ağır şəraitlərlə olan istehsalatların, sahələrin, vəzifələrin 2 №-li siyahısına uyğun olub-olmamasını Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq araşdırmalı, iddiaçını n tələb edilən güzəştli iş stajının olub-olmaması barədə məsələyə aydınlıq gətirməli, nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul etməlidir.
32. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1815/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.