Məhkəmə qərarları › İş №2-1(102)-2408/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2408/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2408/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış ana kimi yaşa görə sosial müavinətin təyin edilməsi, norma qüvvədən düşdükdən sonra müraciət olunan vaxt həmin normanın tətbiq edilməsi mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan i barət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə müavinətin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2-1(103)-1848/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. O, xx.xx.1985-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan onun 4 uşağı – xx.xx.1986-cı il təvəllü dlü X1, xx.xx.1988-ci il təvəllüdlü X3, xx.xx.1990-cı il təvəllüdlü X4, xx.xx.1991-ci il təvəllüdlü X2 – doğulmuşdur.

2. İddiaçıya xx.xx.2015-ci il tarixdən ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və əlilliyinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021ci il tarixdən ödənişi dayandırılmışdır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022ci il tarixli məktublarında qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən iddiaçının xx.xx.2012-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2018-ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən x x.xx.2032-ci il tarixədək yenidən dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir.

4. İddiaçı ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinətin təyin edilməsi barədə xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı 3 və daha çox uşaq do ğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi müavinət hüququ yarandığı zaman (xx.xx.2019-cu il tarixdə) aktiv vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur (xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv VÖEN:**********) “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda xx.xx.2019-cu il tarixdə edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddədən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixdən 62 yaş 6 ay müəyyən edildiyindən və iddiaçı beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbi yə etmədiyindən ona yaşa görə sosial müavinətin təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi və onun müraciət etdiyi tarixdən əvvəlki üç il üçün - xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildən 2021-ci ilədək İİ qrup əliliyə görə müavinət ilə təmin olunmuşdur. İddiaçı yaşa gö rə sosial müavinətin təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq 2012-ci il tarixdə iddiaçının adına istifadə olunmayan, lakin açıq VÖEN-in mövcud olduğu bildirilmişdir. İddiaçı həmin VÖEN-dən istifadə etmədiyi üçün artıq bağlandığını düşünmüşdür. Xəbərdar edildikdən sonra iddiaçı sözügedən VÖEN-i bağlatdırmışdır. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək çoxuşaqlı ana kimi yaşa görə müavinətin təyin edilməsini xahiş etmişdir. İddiaçı 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi müavinət hüququnun yarandığı tarixdə (xx.xx.2019-cu il tarixdə) aktiv vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur (xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv VÖEN: **********). “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda xx.xx.2019-cu il tarixdə edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddədən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Bundan əlavə, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021ci il tarixdən 62 yaş müəyyən edildiyindən, həmçinin iddiaçı beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən yaşa görə sosial müavinətin təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə olan halda, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.10-3-cü maddəsinin tələbləri ödənilmədiyindən iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən iddianın rədd edilməsi xahiş edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 09 fevral 2023-cü il tarixli, 2-1(112)-1299/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi və iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün – xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2012-ci il tarixdən vergi orqanında vergi ödəyicisi kimi uçotda olsa da, aktiv fəaliyyətdə olmamış, xx.xx.2013-cü il tarixdən sonra isə onun tərəfindən ümumiyyətlə dövlət büdcəsinə vergi ödənişləri həyata keçirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bu səbəbdən də iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Aytən Oruczadə) 13 iyun 2023cü il tarixli, 2-1(103)-1848/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərar ı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının sosial müavinət almaq hüququ yarandığı tarixdən sonra qanunvericiliyin dəyişməsi iddiaçının hüquqlarının məhdudlaşdırılması (vəziyyətin pisləşdirilməsi) üçün əsas deyildir. Buna görə də cavabdeh inzibati orqanın apellyasiya şikayətinin qeyd olunan dəlili formal xarakterli olmaqla yanaşı, ağlabatan mühakiməyə də uyğun deyildir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2019-cu il tarixdə iddiaçının 57 yaşı olan vaxt qüvvədə olan redaksiyada) Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra – müavinətlər) – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər – əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları.... Maddə

4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir:... 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət;... Maddə

5. Müavinət seçmək hüququ Bu Qanunun 4.0.1.1-4.0.1.6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər.... Maddə

7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir:... 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;... Maddə

11. Müavinətlərin ödənişinin dayandırılması 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır:... 11.1.2. yaşa görə müavinət – şəxs əmək fəaliyyətinə başladıqda; 18. “Sosial m üavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2021-ci tarixdə qüvvədə olan redaksiyada) Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları.... Maddə

7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir:... 7.0.10-3. beşdən çox uşağı olan qadınlara müavinət – beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda; 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2021-ci tarixdə qüvvədə olan redaksiyada) Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

8. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası 8.1. Beş və daha çox uşaq doğub, onları səkkiz yaşınadək tərbiyə qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Mə hkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati müba hisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olu nmamışdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinətin təyin edilməsinə yönəlmişdir.

25. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının, apellyasiya və kassasiya şikayətlərinin əsası ondan ibarətdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə aktiv vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur (xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv VÖEN:**********). xx.xx.2020-ci il tarixdən etibarən isə sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır.

26. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2012-ci il tarixdən vergi orqanında vergi ödəyicisi kimi uçotda olsa da, ak tiv fəaliyyətdə olmadığını, xx.xx.2013-cü il tarixdən sonra isə onun tərəfindən ümumiyyətlə dövlət büdcəsinə vergi ödənişlərinin həyata keçirilmədiyini müəyyən edərək cavabdehin imtinasının əsassız, iddia tələbinin isə əsaslı olduğu qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyatda olması ona 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinətin təyin edilməsindən imtinaya əsas vermir. Lakin işə baxan məhkəmələr nəzərə almamışdırlar ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və əlilliyinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən ödənişi dayandırılmışdır.

28. Başqa sözlə, xx.xx.2019-cu il tarixdə iddiaçının 4 uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış ana kimi yaşa görə sosial müavinət almaq hüququ yaransa da, o, əlilliyə görə sosial müavinət almaqda davam edərək bu yöndə iradə ifadə etmişdir.

29. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 5-ci maddəsinə əsasən, həmin Qanunun 4.0.1.1-4.0.1.6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər.

30. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçının 57 yaşı olanda 4 uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət almaq hüququ olmuşdur. Bu hüququ ona “Sosial müavinətlər haqqında” Qanunun iddiaçının 57 yaşı olan vaxt qüvvədə olmuş 1.0.2-ci maddəsi vermişdir. Lakin iddiaçı bu hüququ qazanan zaman o, “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.3-cü maddəsində nəzərdə tutulan digər imtiyazdan, yəni əlilliyə görə sosial müavinət almaq hüququndan istifadə edirdi. İddiaçı 57 yaşı olanda əlilliyə görə sosial müavinət almaq hüququndan imtina etməmiş, həm də 4 uşağa görə sosial müavinət almaq hüququnun tətbiq olunmasını bildirməmişdir.

31. İddiaçı 4 uşağa görə sosial müavinət almaq hüququndan yalnız əlillik müddəti bitdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə istifadə etmək istəmişdir. Həmin vaxt isə artıq bu hüququn tətbiq edilməsi barədə norma qüvvədə olmamışdır. Yuxarıda qeyd edildiyi kimi, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınların sosial mü avinət hüququ olması barədə norma 29 noyabr 2019-cu il tarixli, 1703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (17 dekabr 2019-cu il tarixdə dərc edilmişdir) ilə ləğv edilmişdir.

32. Beləliklə, iddiaçının 57 yaşı olanda 4 uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət almaq hüququ yaransa da, o, əlilliyə görə müavinət aldığından və həmin vaxt özü sərbəst seçim edərək əlilliyə görə sosial müavinət almaqda davam etdiyindən, əlillik müddəti bitdikdən sonra 4 uşağa görə sosial müavinət almaq hüququnun tətbiq edilməsi barədə norma qüvvədə olmadığından, iddiaçının tələbi əsaslı sayıla bilməz.

33. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddia əsaslı olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Belə olan halda, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 21(103)-1848/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi və onun müraciət etdiyi tarixdən əvvəlki üç il üçün - xx.xx.2019-cu i l tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar