Məhkəmə qərarları › İş №2-1(102)-2420/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2420/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2420/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hakim işləmiş şəxsə pensiya təyin olunarkən əmək haqqına əlavələrin və digər əlavələrin nəzərə alınması, həmin əlavələri işlədiyi dövrdə almaması, məcburi dövlət sosial sığorta haqqı tutulmaması, pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəsi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1950; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2017/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. DSMF-nin Nəsimi rayon şöbəsinin 09 yanvar 2007-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2006-cı il tarixindən sabiq hakim kimi (Azərbaycan Respublikası Arbitraj Məhkəməsi sədrinin İ müavini) əlilliyə görə 1354 manat məbləğində əmək pensiyası təyin olunmuşdur.

2. İdd iaçı daha sonra, əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyası növünə keçirilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş və cavabdehin xx.xx.2021ci il tarixli qərarı ilə ərizə təmin olunaraq, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, xx.xx.2021-ci il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli qərarına uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsində nəzərdə tutulan əlavələrin ona təyin olunmuş yaşa görə əmək pensiyasının hesablanması zamanı nəzərə alınmasını xahiş etmişdir.

4. Cavabdeh 26 iyul 2021-ci il tarixli imtina məktubu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına istinadən bildirmişdir ki, “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissəsinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Əmək pensiyalarının 1.0.1, 1.0.2, 1.0.5, 9.5, 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortaya cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında əmək haqqındakı “sonrakı dəyişikliklər” anlayışı pensiya hüququ olan şəxsin vaxtilə aldı ğı əmək haqqının tərkib hissəsi olan pul təminatlarına aiddir. İddiaçının müraciətində göstərdiyi əlavələr, vaxtilə işlədiyi dövrdə ödənilmədiyindən, orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün sayılmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli qərarının icra edilməsi və “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsində nəzərdə tutulan AR Ali Məhkəməsi sədrinin vəzifə maaşına hakimiyyət səlahiyyətinin icrasına görə 25 faiz əlavə, Ali Məhkəmənin hakimlərinə yüksək ixtisasına görə ödənilən 15 faiz əlavə və 3 dəfə aldığı mad di yardımın ona təyin olunmuş əmək pensiyasına yenidən hesablanması və xx.xx.2021-ci il tarixindən ödənilməmiş fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1981 - 2000-ci illərdə Ali Məhkəmə statusunda olan Azərbaycan Respublikasının Dövlət Arbitrajında Dövlət arbitri və Baş Dövlət arbitrinin müavini vəzifəsində çalışmışdır. Ona 2006-cı ildən əlilliyə görə sabiq hakim kimi pensiya təyin olunmuş və bu zaman pensiyası tələb etdiyi əlavələrlə birlikdə 2021-ci ilə kimi ödənilmişdir. 2021- ci ilin may ayında ərizə ilə cavabdehə pensiya növünün dəyişdirilməsi ilə bağlı müraciət etdikdən sonra yaşa görə pensiya hesablanarkən isə qeyd etdiyi əlavələr nəzərə alınmamışdır. Halb uki, pensiya məbləği dəyişdirilərkən onun pensiya məbləği azaldıla bilməzdi. Cavabdeh tərəfindən onun yaşa görə əmək pensiyası hesablanarkən qanunvericiliyin tələbləri pozulmuş və Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli qərarı nəzərə alınmamışdır.

7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz imtinanın dəlilləri ilə eyni olmuşdur.Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçının əmək pensiyanın yenidən hesablanması ilə bağlı müraciəti təmin olunmamış və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarına istinadən onunla əsaslandırılmışdır ki, “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissəsinə daxil olmuş və ve rilmiş ödənclərdəki artımları nəzərdə tutur. Əmək pensiyalarının 1.0.1, 1.0.2, 1.0.5, 9.5, 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortaya cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında əmək haqqındakı “sonrakı dəyişikliklər” anlayışı pensiya hüququ olan şəxsin vaxtilə aldığı əmək haqqının tərkib hissəsi olan pul təminatlarına aiddir. İddiaçının müraciətində göstərdiyi əlavələr, vaxtilə işlədiyi dövrdə ödənilmədiyindən orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyi n tələbləri baxımından mümkün sayılmır.

8. Bakı İnzibati Məhkəməsinin 4 mart 2022-ci il tarixli, 2-1(112)-1697/2022 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia qismən təmin edilmiş, iddiaçıya işlədiyi dövrdə 3 dəfə ödənilmiş maddi yardımlar, yəni 18 oktyabr X1 münasibəti ilə 207500 manat (AZM), Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə 415000 manat (AZM) və 28 May – Respublika Günü münasibəti ilə 207500 manat məbləğində ödənilmiş maddi yardımlar nəzərə alınmaqla, onun əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2021-ci tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, qalan hissədə (25 və 15 faiz əlavələr) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi dövrdə aldığı maddi yardıml ar nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması hissəsində iddia tələbi əsaslıdır. Belə ki, iddiaçının pensiya işində olan Azərbaycan Respublikası İqtisad Məhkəməsi tərəfindən verilmiş 14 fevral 2006-cı il tarixli iddiaçının 5 illik əmək haqqının aylar üzrə məbləği əks olunmuş arayışdan görünür ki, iddiaçı 1997 və 1998-ci illərdə müvafiq maddi yardımlar almışdır. Məhkəmə sorğusuna əsasən, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli cavab məktubu ilə isə müəyyən edilmişdir ki, iddiaçı 18 oktyabr X1 münasibəti ilə məhkəmənin 14 oktyabr 1997-ci il tarixli əmri ilə 207500 manat (AZM), Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə məhkəmənin 11 dekabr 1997-ci il tarixli əmri ilə 415000 manat (AZM) və 28 May – Respublika Günü münasibəti ilə mə hkəmənin 12 may 1998-ci il tarixli əmri ilə 207500 manat məbləğində maddi yardım almışdır. Qeyd olunan məbləğ də əmək haqqının tərkibinə daxil edildiyindən, əmək pensiyasının məbləği müəyyən edilərkən nəzərə alınmalıdır.

10. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarı konkret olaraq sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onl ara edilən əlavələrin əsas götürülməsini qanunun tələblərinə uyğun hesab etməmişdir. İddiaçının əmək pensiyasının məbləği hesablanarkən nəzərə alınmasını istədiyi həmin əlavələr isə, məhz onun işlədiyi dövrdə almadığı, daha sonrakı dövrlərdə işləmiş hakim statusunda olan şəxslərə ödənilməsi nəzərdə tutulmuş əlavələrlə bağlıdır. Odur ki, iddia tələbi 25 və 15 faiz əlavələr hissəsində əsassızdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1933/2022 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov – sədrlik edən və məruzəçi, H.Həmidov və N.Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 mart 2022-ci il tarixli, 2-1(112)-1697/2022 nömrəli qərarı iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)117/2023 saylı 03 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: K.Bədəlov – sədrlik edən və məruzəçi, İ.Hüseynov və N.Rəsulbəyova) kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1933/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının tələb etdiyi əlavələri işlədiyi dövrdə almamasına istinadən iddianın əsaslı olmaması nəticəsinə gəlsə də, hazırkı işin fərdi hallarını nəzərə almamış, öz təşəbbüsü ilə pensiya məbləğinə daxil edilmiş əlavələrin sonradan pensiya növünün dəyişdirilməsi zamanı nəzərə alınmaması ilə bağlı cavabdehin hərəkətlərinin Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə uyğunluğu baxımından qiymətləndirməmiş və əsaslandırmamışdır. apellyasiya instansiyası məh kəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 21(103)-2017/2023 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə – sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1697/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş,iddia yoxlanılan hissədə tam təmin edilmiş, İddiaçı 2010-cu ilin oktyabr ayından Ali məhkəmənin hakimlərinə hakimiyyət səlahiyyətlərinin icrasına görə ödənilən 25 faiz və yüksək ixtisasına görə ödənilən 15 faiz əlavələr nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2021-ci tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki işin hallarından da görünür ki, inzibati orqan iddiaçıya ilkin olaraq pensiya təyinatı apardıqda mübahisələndirilən əlavələri nəzərə almaqla əmək pensiyasını hesablanmışdır. Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Plenum Qərarı qəbul edilənədək alınmamış və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrin nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi və ya hesablanması üzrə məhkəmə praktikası mövcud olduğundan, iddiaçıya da həmin Plenum Qərarından əvvəl əmək pensiyası hesablanan zamanı inzibati orqanın özü tərəfindən sözügedən əlavələr nəzərə alındığından hazırk i tələbi də əsaslı hesab edilməlidir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə qarşı etirazın məzmunu ilə oxşardır. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1,1.0.2, 1.0.5. və 20.14-cü, maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 19 oktyabr 2010-cu il tarixli 1160 nömrəli Sərəncamına, “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsinə dair” Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyun 2001-ci il tarixli Qərarına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0. 5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarına istinad edilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı təqdim edilmiş etiraza əsasən iddiaçı şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2017/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qan unla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu... Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarı: 1. (-). 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. “Məhkəmələr və hakimlər haqqında” Qanun: Maddə

106. Hakimlərin maddi təminatı (-) 8 oktyabr 2010-cu il tarixli 1092-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2010-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 842) ilə 106-cı maddəyə yeni məzmunda üçüncü və dördüncü hissələr əlavə edilmişdir. Həmin hissələrdə deyilirdi: Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiyası məhkəməsinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyul 2019-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1206) ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Azərbaycan Respublikasının Ali Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2010-cu il tarixli 1160 nömrəli Sərəncamı

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə müəyyən edilsin.

2. Bu Sərəncam 2010-cu il noyabrın 1-dən qüvvəyə minir.

25. İnzibati Proses sual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllə nin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhk əməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.

29. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (103)-2017/2023 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı 2010-cu ilin oktyabr a yından Ali Məhkəmənin hakimlərinə hakimiyyət səlahiyyətlərinin icrasına görə ödənilən 25 faiz və yüksək ixtisasına görə ödənilən 15 faiz əlavələr nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2021-ci tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin.

30. Apellyasiya məhkəməsi qərar qəbul edərkən inzibati orqanın həmin əlavələri əlilliyə görə pensiya təyin edərkən nəzərə almasına və Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarına qədər mövcud olmuş məhkəmə təcrübəsinə istinad etmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qəbul edildikdən sonra, inzibati orqan həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələyə və təzələnmiş icraat çərçivəsində yeni qərar qəbul edə bilər.

32. Cavabdeh iddiaçının müraciəti əsasında apardığı icraat zamanı Ali Məhkəmənin hakimlərinə hakimiyyət səlahiyyətlərinin icrasına görə ödənilən 25 faiz və yüksək ixtisasına görə ödənilən 15 faiz əlavələri nəzərə alaraq əvvəllər əlilliyə görə əmək pensiyası hesablayıb ödədiyini, lakin iddiaçının işlədiyi dövrdə həmin əlavələri almadığını müəyyən etmişdir. Həmin əlavələr 2010-cu ilin oktyabr ayından verilməyə başlamış, iddiaçı həmin vaxt Ali Məhkəmədə hakim işləməmişdir. İddiaçı hakim işlədiyi dövrdə bəhs olunan əlavələri, yəni səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatını və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəni almamışdır.

33. Bu səbəbdən inzibati orqan əlilliyə görə əmək pensiyası təyini zamanı həmin əlavələri nəzərə almasına baxmayaraq sonradan apardığı icraat zamanı hakim kimi fəaliyyət göstərərkən iddiaçının həmin əlavələri almadığını müəyyən etdiyindən haqlı olaraq “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsinə əsasən yeni qərar qəbul etmək səlahiyyəti olmuş, yaşa görə əmək pensiyası təyin edərkən həmin əlavələri nəzərə almamışdır.

34. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında “Əmək pensiyaları haqqında” Qanunun digər müddəaları ilə yanaşı 20-ci maddəsində nəzərdə tutulan “sonrakı artımlar” müddəasına, habelə 1.0.2-ci maddəsinə şərh verilmişdir. 35. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində sosial sığorta stajından, 20-ci maddəsində eyni zamanda “sonrakı artımlar”dan bəhs olunur.

36. İddia tələbində hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək pensiyanın hesablanması tələbi olduğundan, Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarının müddəaları da hazırkı mübahisəyə tətbiq edilməlidir. 37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikas ı Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcbur i dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

39. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarlarında təsbit olunan göstərişlərindən göründüyü kimi, hər üç halda, hakimlərin sosial təminatlarında, o cümlədən, əmək pensiyaları hesablanarkən, onların hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş və ald ıqları, məcburi dövlət sosial sığorta haqlarının ödənilən əmək haqqı nəzərə alınmalı olduğu təsbit olunmuşdur. Belə olan halda, 2010-cu ilin oktyabr ayından Ali Məhkəmənin hakimlərinə hakimiyyət səlahiyyətlərinin icrasına görə ödənilən 25 faiz və yüksək ixtsasına görə ödənilən 15 faiz əlavələrin İddiaçı xx.xx.2021 -ci il tarixdən təyin olunan yaşa görə əmək pensiyasında nəzərə alına bilməzdi. Çünki, 2000ci ilədək işlədiyi dövrdə adıçəkilən əlavələr ümumiyyətlə mövcud olmamış, onları iddiaçı almamışdır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1,0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarı konkret olaraq sığortaolunanlara pensiya təyin edilərkən və ya təyi n edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsini qanunun tələblərinə uyğun hesab etməmişdir. İddiaçının əmək pensiyasının məbləği hesablanarkən nəzərə alınmasını istədiyi həmin əlavələr isə məhz onun işlədiyi dövrdə almadığı, daha sonrakı dövrlərdə işləmiş hakim statusunda olan şəxslərə ödənilməsi nəzərdə tutulmuş əlavələrlə bağlıdır.

41. Konstitusiya Məhkəməsi qərarında xüsusilə vurğulamışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin qeyd etməyi zəruri hesab edir ki, bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.

42. İd diaçıya bəhs olunan əlavələrin əlilliyə görə pensiya təyini zamanı hesablanması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı olmamışdır.

43. Odur ki, apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmadığından, kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.

44. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1( 103)-2017/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar