Məhkəmə qərarları › İş №2-1(102)-2422/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2422/2019

21.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2422/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ə mlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı xxxx küçəsində yerləşən 1400 kv.metrdən ibarət torpaq sahəsinə İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-256/2019 saylı, 03 aprel 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 21 avqust 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulz adə Bələdiyyəsinin 20.09.2005-ci il tarixli 189 nömrəli qərarı ilə xxxx küçəsində yerləşən 1400 kv.metrdən ibarət torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qərara alınmış, M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqı-satqısına dair Akt bağlanmış və həmin torpaq sahəsinə dair sonuncunun adına torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İddiaçı Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən mülkiyyətinə ayrılmış xxxx küçəsində yerləşən 1400 kv.metrdən ibarət torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin Bakı şəhər Ərazi İdarəsinin 10.05.2017-ci il tarixli məktubu ilə ərizənin təminindən imtina edilmiş və imtina elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaması, üç torpaq sahəsinin eyni hasar daxilində olması və torpaqların alqı-satqısına dair aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən təsdiq edilməməsi ilə əsaslandırılmışdır. Qeyd olunan imtinadan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20.09.2005ci il tarixli 189 saylı qərarı ilə mülkiyyətinə verilmi ş xxxx küçəsində yerləşən 1400 kv.metrdən ibarət torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı uzun illərdir daş hasara alaraq istifadə etdiyi xxxx küçəsində yerləşən 1400 kv.metrdən İbarət torpaq sahəsinin mülkiyyətinə verməsi üçün Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə müraciət etmiş, Bələdiyyə qərarı ilə torpaq sahəsinin satışına icazə verilmiş, aralarında alqı-satqı aktı bağlanmışdır. Bundan sonra, 1 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinə müraciət edərək həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi və alqı-satqı aktının qeydə alınması vəzifəsinin A R DTXK-nın Bakı şəhər şöbəsinin üzərinə qoyulmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2014-cü il tarixli qərarı ilə iddia təmin olunmuş və qəbul edilmiş qərar qanuni qüvvəyə minmişdir. Həmin məhkəmə mübahisəsi də hazırki iş üzrə mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı olmuş və torpaq sahəsinə dair məhkəmənin münasibəti müəyyən edilmişdir. Bundan başqa, qeyd edilən torpaq sahəsi də daxil olmaqla digər iki torpaq sahəsi eyni hasar daxilində olsa da, həmin iki torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış verilmişdir. Hazırki torpaq sahəsinə dair isə həm bölgü sxemi, həm də torpaq sahəsinin planı və ölçüsü mövcuddur. Alqı-satqının qeydə alınması məsələsinə gəldikdə isə Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli fərmanı ilə Azər baycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək onun müəyyən səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə verilmişdir. Bununla bərabər əgər alqı-satqı aktı qeydə alınamamış olsaydı, torpaq sahəsinə dair plan və ölçü verilə bilməzdi. Cavabdeh 20 iyun 2017-ci il tarixdə iddiaya qarşı etiraz təqdim etmiş, etirazını imtina cavabında istinad etdiyi eyni dəlillərlə əsaslandırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2017-ci il tarixli 2-1(81)3804/2017 saylı qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20.09.2005-ci il tarixli 189 saylı qərarı ilə mülkiyyətinə verilmiş xxxx küçəsində yerləşən 1400 kv.metrdən ibarət torpaq sahəsinə İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh imtina məktubunda və etirazında qeyd etdiyi dəlillərlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-256/2019 saylı, 03 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2017-ci il tarixli 2-1(81)-3804/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-256/2019 saylı, 03 aprel 2019-cu il tarixli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, idarənin elektron kadastr məlumatına əsasən müvafiq torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaqlara aid deyil və müvafiq torpaq sahəsi qanunvericilikd ə nəzərdə tutulmuş normadan (0,12 ha-dan) artıq ayrılmışdır. Həmçinin müəyyən edilmişdir ki, üç torpaq sahəsi eyni hasar daxilindədir və təqdim edilmiş torpaqların alqı-satqısına dair akt keçmiş DTXK tərəfindən təsdiq edilməmişdir. Belə ki, 01.12.2007-ci ilə qədər verilmiş bələdiyyə torpaqlarına dair müvafiq qaydada təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edil miş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə, iddiaçıya müvafiq imtina məktubu ünvanlanmışdır. Daha sonra qeyd edilir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Müvafiq inzibati işlə bağlı sonuncu 30.04.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası barədə məhkəmə tərəfindən İdarəyə bildiriş göndərilməmişdir. Eləcə də, işin hallarının düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti M.Ə.Rəsulzadə Bələdiyyəsi, Binəqədi Bələdiyyəsi, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyət i, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi müvafiq inzibati iş üzrə məhkəmə tərəfindən üçüncü şəxs qismində tərəf kimi cəlb edilməmiş və məhkəmə tərəfindən əlavə ekspertiza təyin olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-256/2019 saylı, 03 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunma sını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin ol araq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaya etirazında olduğu kimi kassasiya şikayətində də cavabdeh əsas olaraq üç məsələni mübahisələndirir: müvafiq torpaq sahəsinin bələdiyyə mükiyyətində olan torpaqlara aid olmaması; üç torpaq sahəsinin eyni hasar daxilində yerl əşməsi; təqdim edilmiş torpaqların alqı-satqısına dair aktın keçmiş DTXK tərəfindən təsdiq edilməməsi. “Torpaq islahatı haqqında” AR Qanunun 6-cı maddəsinə əsasən, dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 5) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; 6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8) dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 9) dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, bu torp aqlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Cavabdehin birinci dəlili ilə bağlı apellyasiya məhkəməsi iddiaçıya ayrılmış torpaq sahəsinin statusuna, o cümlədən həmin sahənin Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə ayrılmış ərazilərə aid olub-olmadığına aydınlıq gətirilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirmiş, təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 11 dekabr 2018-ci il tarixli 30484 nömrəli rəyi n nəticə hissəsində göstərilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin hazırda bələdiyyə və yaxud dövlət mülkiyyətinə aid olmasına dair baza məlumatlarında hüquqların tanınması barədə məlumat olmadığından bu sualın cavablandırılması mümkün olmamışdır. Göründüyü kimi, ekspert rəyi ilə mübahisəli torpaq sahəsinin cavabdehin iddia etdiyi kimi bələdiyyə mülkiyyətində olan torpaqlara aid olmaması dəlili öz təsdiqini tapmamış, iş üzrə cavabdeh də mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Eləcə də, apellyasiya məhkəməsi tərəfindən mübahisəli əraziyə keçirilmiş yerli baxış zamanı da müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi geniş yaşayış massivinin daxilində yerləşir. Göründüyü kimi, iddiaçıya aid torpaq sahəsinin y aşayış məntəqəsində olması, həmin torpaq sahəsinin dövlət torpaqlarının dairəsini müəyyən edən ‘Torpaq islahatı haqqında” AR Qanunun 6-cı maddəsində nəzərdə tutulan torpaq kateqoriyasına aid olmasını istisna edir. Torpaqların alqı-satqısına dair aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən təsdiq edilməməsi və eləcə də, müvafiq torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrılması dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu 16.3-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə ed ilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. İşin hallarından, eləcə də bələdiyyə qərarından da məlum olur ki, 1400 kv.metrdən ibarət olan sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarından əvvəl, uzun müddət iddiaçının istifadəsində olmuş, iddiaçı həmin torpaq sahəsini daş hasara alaraq istifadə etmiş, yalnız sonradan iddiaçının müraciətinə əsasən bələdiyyə qərarı ilə rəsmiləşdirilmiş və torpaq vergisinə cəlb edilmişdir. Digər tərəfdən, işdən məlum olur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.05.2014-cü il tarixli qərarı ilə M.Ə.Rəsulzadə Bələdiyyəsinin 2 0.09.2005-ci il tarixli 189 nömrəli qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi və alqı-satqı aktının qeydə alınması vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsnə həvalə edilmişdir. Məhkəmənin qeyd olunan qərarına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına mübahisəli torpaq sahəsinə dair 23.10.2014-cü il tarixdə A 519930 nömrəli torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməs i barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə görə, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -10.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. - 10.2.3-cü maddəsinə görə, qeydiyyat orqanına verilən ərizəyə o cümlədən, torpaq sahəsinin planı və ölçüsü əlavə olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə görə, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 saylı Fərmanına əsasən, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən «Torpaq sahəsinin planı və ölçüsü» qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir. Sadalanan normalardan görünür ki, torpaq sahəsinin plan-ölçüsü torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirməklə yanaşı, mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənəd hesab olunur. İddiaçıya mübahisəli torpaq sahəsinin plan-ölçüsü məhkəmə qərarı əsasında verilmiş və hazırki halda həmin qərar qüvvədə olmaqla mübahisələndirilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair ilkin hüquqmüəyyənedici sənədlər torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı, eləcə də həmin torpaq sahəsinin n aturada yerləşməsinə dair əsas koodinatların (döngə nöqtələri) əks olunduğu torpaq sahəsinin plan-ölçüsü təqdim edildiyi halda cavabdeh torpaq sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı olmamışdır. Kollegiya cavabdehin üç torpaq sahəsinin bir hasar daxilində yerləşməsi barədə dəlilini hazırki iddia tələbinin təmin edilməsindən imtinaya əsas hesab etmir. Belə ki, işdə olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin bölgü sxemindən görünür ki, bir hasar daxilində yerləşən torpaq sahəsinin mülkiyyətçiləri olan İsayeva Rübabə, İsmayılova (Həmidova) Firuzə Bayram qızı və İddiaçı aralarında torpaq sahələrinin bölgüsü sxemini tərtib edərək bölgü ilə razı olduqlarını, əlavələrinin olmadıqların bildirmiş və notarial qaydada həmin sxemi təsdiq etmişlər. Həmin böl gü sxeminə əsasən, İddiaçı payı 0.14 ha, X3 payı 0.06 ha, İsayeva Rübabənin payı 0.06076 ha müəyyən olunmuşdur. İşdən müəyyən olunur ki, ünvan 2 ünvanında olan 0.1 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ X4 adına 24.08.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və ona bu barədə, RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Eləcə də ünvan 2 ünvanında olan 0.04 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ X2 adına 18.02.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və ona bu barədə, RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, qonşu mülkiyyətçilərin torpaq sahəsinin bölgüsü ilə bağlı mübahisələri yoxdur və hər biri özlərin ə aid torpaq sahəsinə mülkiyyət hüquqlarını dövlət qeydiyatına aldırmışlar. İddiaçıya məxsus torpaq sahəsi ilə bir hasar daxilində yerləşən digər qonşu mülkiyyətçilərin torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciəti zamanı cavabdeh torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması halına istinadən imtina cavabı verməmiş, əksinə həmin torpaq sahələrini mülkiyyətçinlərin adlarına qeydə alıb, bu barədə reyestrdən çıxarışlar vermişdir. Belə olan halda apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmaması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə (Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm fakt iki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır) ziddir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, hazırki iddia üzrə cavabdeh hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışın, texniki pasportun verilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərində biri də prosessual hüquq normalarının apelyasiya məhkəməsi tərəfindən pozulması ilə bağlıdır. Cavabdeh bildirmişdir ki, müvafiq inzibati işlə bağlı sonuncu – 03.04.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası barədə apelyasiya məhkəməsinin bildirişi İdarəyə - cavabdehə göndərilməmişdir. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, 18.03.2019-cu il tarixdə keçirilmiş məh kəmə prosesində cavabdehin nümayəndəsi X5 iştirak etmiş, işin 03.04.2019-cu il tarixə, saat 15:20-yə təxirə alınması barədə iclasın sonunda bütün proses iştirakçıları kimi ona da məlumat verilmiş və o, bu barədə müvafiq məhkəmə qəbzinə imza etmişdir. Eləcə də, cavabdeh kassasiya şikayətində əlavə ekspertiza təyin olunmasını və Bakı Şəhər icra Hakimiyyəti M.Ə.Rəsulzadə Bələdiyyəsi, Binəqədi Bələdiyyəsi, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməli olmasını qeyd etmi şdir. Qeyd olunan müvafiq icra hakimiyyəti orqanlarının üçüncü şəxs qismində cəlb edilməsi barədə cavabdehin dəlili ilə bağlı kollegiya qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 28-ci maddəsində deyilir ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Göründüyü kimi, istinad olunan normada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə iki formada: ya həmin şəxsin özünün vəsatəti, ya da məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Hər bir halda, məh kəmə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda həmin səxsi (şəxsləri) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Yəni, məhkəmə xidməti vəzifəsinə görə o səxsi ( şəxsləri) üçüncü şəxs qismində icraata cəlb edir ki, qəbul olunacaq qərarla həmin şəxslərin maraqlarına toxunacağı ehtimalı yaranmış olsun. Hazırki halda isə belə bir ehtimal yaranmadığı üçün qeyd olunan müvafiq icra hakimiyyəti orqanlarının üçüncü şəxs qismində cəlb edilməsinə də zərurət yoxdur. İş üzrə əlavə ekspertiza təyin edilməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” AR Qanununun 17-ci maddəsində deyilir ki, ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyul muş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir. Təhlil olunan normanın mətnindən də görünür ki, verilmiş rəy kifayət qədər aydın olmadıqda, ekspert verilmiş bütün suallara tam cavab vermədikdə və ya əlavə sual yarandıqda, eləcə də rəydə boşluq olduqda əlavə ekspertizanın təyin edilməsi zərurəti yarana bilər. Hazırki halda isə tərəflər arasında yaranmış mübahisə üzrə cavabdehin dəlillərindən yalnız biri - mübahisələndirilən torpaq sahəsinin bələdiyyə torpaqlarına aid olubolmamasının müəyyən edilməsi xüsusi bilik tələb edirdi. Bunun üçün isə apellyasiya məhkəməsi tə rəfindən məhkəmə tikinti - texniki ekspertizası keçirilmiş, ekspert qarşısında cəmi bir sual qoyulmuş, yuxarıda da qeyd edildiyi kimi, təyin edilmiş ekspertiza üzrə mübahisələndirilən torpaq sahəsinin hazırda bələdiyyə və yaxud dövlət mülkiyyətinə aid olmasına dair baza məlumatlarında hüquqların tanınması barədə məlumat olmadığından bu sualın cavablandırılmasının mümkün olmadığı rəyi verilmişdir. Hazırkı işdə mövcud olan ekspert rəyi kifayət qədər aydın olduğu üçün hər hansı bir əlavə sualın yaranması və buna görə də əlavə ekspertizanın təyin edilməsinə də zərurət qalmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Cavabdeh tərəfindən kasassiya şikayətində göstə rilən dəlillərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilə bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-256/2019 saylı, 03 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar