Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2461/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, hüquqi maraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı sığorta edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)- 368/2024 nömrəli, 31 may 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 955 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı kəşfiyyatçı-pulemyotçu kimi xx.xx.2020-ci il tarixdən döyüş əməliyyatlarına cəlb edilmişdir.
2. Hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 49 nömrəli əmrə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.3-cü maddəsinə əsasən (xəstəliyə görə) ordu sıralarından ehtiyata buraxılmışdır.
3. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” üçüncü dərəcə əlillik təyin edilmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-8/2-Y1xx-xx/2023 nömrəli məktubunda qeyd olunur ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığını nəzərə alaraq kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının 5 illik pul təminatı miqdarında sığortalanması mümkün olmamışdır. Sığorta ödənişinin verilməsi üçün müvafiq qurumlara müraciət olunması məqsədə müvafiqdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək N saylı hərbi hissənin kəşf iyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu olduğundan Prezidentin xx.xx.2004-cü il sərəncamının 20.11-ci bəndinə əsasən onun həyatı və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində sığorta edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsindən hərbi xidmətə çağırılmış və Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, 2018-ci ilin aprel ayında tərxis olunmuşdur. 2018-ci ilin oktyabr ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş olaraq yenidən xidmətə qayıtmış və xidmətini Goranboy rayonu Ağcakənd kəndində y erləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu kimi davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə İİ Qarabağ müharibəsi başlananda o da bir hərbçi olaraq müharibəyə yollanmışdır. xx.xx.2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə ağır dərəcədə yaralanmış, Müdafiə Nazirliyinin Hərbi Hospitalına yerləşdirilmiş və 2022-ci ilin aprel ayına kimi orada müalicə olunmuşdur. 2022-ci ilin aprel ayında ehtiyata buraxılmış və ona 3-cü qrup əllik dərəcəsi verilmişdir. İİ Qarabağ müharibəsi veteranıdır və bir sıra medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il 711-İİQ nömrəli Sərəncamının 20.11-ci bəndində kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hes abına onların 5 illik pul təminatı məbləğində sığorta edilirlər. İddiaçı kəşfiyyatçı olduğu üçün sözügedən sərəncama uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə ona imtina verilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-441/2024 nömrəli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, İddiaçı həyat və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində sığorta edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilməsi müvafiq qanunvericiliyin tələbidir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda sığortaedən tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarının göstərilməməsi, başqa sözlə həmin Qanunda icra mexanizminin göstərilməməsi iddiaçının hüquqlarını məhdudlaşdırmamalıdır.
9. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-368/2024 nömrəli, 31 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər X3 (məruzəçi), X8 və X4 ) apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-441/2024 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
11. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ordu sıralarından ehtiyata buraxılmışdır, o, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu statusu daşımır. Başqa sözlə, iddiaçının hərbi statusu olmadığından onun hazırkı cavabdeh tərəfindən sığorta edilməsi mümkün deyildir. İddiaçı hərbiçi statusu olmadığından, onun həyatı və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində cavabdeh tərəfindən sığorta edilməsinə dair subyektiv hüququ istisna edilir.
12. İddiaçı apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verib onun ləğv olunmasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişd ir. Kassasiay şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyat və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Göründüyü kimi, o, hərbçi olmuş, 2018-ci ildən 2022-ci ilə kimi xidmətini davam etdirmiş və vətən müharibəsində iştirak etmiş, yaralanmışdır. Buna görə də İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla 3-cü qrup əlildir. Gəncə Apellyasiya Məhkəməsinin 31 may 2024-cü il tarixli 2-1(104)-368/2024 saylı qərardadına nəzər saldıqda görürük ki, qərardad tam olaraq qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. Belə ki, apellyasiya məhkəməsinin sözügedən qərardadının 7-ci səhifəsinin 4-cü abzasında qeyd edilmişdir ki, İddiaçı hazırkı halda hərbçi status olmadığından, onun həyat və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində cavabdeh tərəfindən sığorta edilməsinə dair subyektiv hüququ istisna edilir. Yuxarıda qeyd etdiyi kimi hərbçi olmuş, xidmətini layiqincə yerinə yetirmiş, vətən müharibəsində iştirak edən zaman ağır dərəcədə yaralanmışdır. Ağır dərəcədə yararalandığı üçün məcburən xidmətimi davam etdirə bilməmişdir. Özündən asılı olmayan səbəblərdən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbçi olan zaman Müdafiə Nazirliyi Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti barədə sığorta etməli idi.
14. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.11-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yö nəlmişdir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 1.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. Maddə
6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştira k edirlər. Maddə
14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər.... Maddə
20. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi... 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir....
17. Azərbaycan Respublikası Prezidentinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” 28 yanvar 2005-ci il tarixli 186 nömrəli Fərmanı 1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərb aycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti); 1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. A zərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini;...
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:... 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqanlara qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə işə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;... Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı qətidir. 19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmi n subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İddiaçı N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu kimi xidmət etdiyini bildirib “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə istinad edərək onun həyatı və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində sığorta edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiası ilə məhkəməyə müraciət etmişdir.
24. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı ordu sıralarından ehtiyata buraxılmışdır, o, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu statusu daşımır. Başqa sözlə, iddiaçının hərbi statusu olmadığından onun hazırkı cavabdeh tərəfindən sığorta edilməsi mümkün deyildir.
25. Məhkəmə kollegiyası İPM-in 8.1.3-cü maddəsinə əsaslanaraq apellyasiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni hesab etmir. Belə ki, İPM-in 8.1.3-cü maddəsinin tələbinə görə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqanlara qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının yerin məhkəməsi tərəfindən baxılır. Bu o deməkdir ki, iddiaçı hərbi qulluqçu olmuş, hərbi qulluqda olan zaman onunla cavabdeh arasında xidməti hüquq münasibətləri yaranmış, iddiaçı əvvəllər yaranmış və mövcud olmuş xidməti münasibətlərin nəticəsi olaraq hüququnun pozulduğunu bildirmişdir. Odur ki, işin hazırkı halında iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması onun xidməti hüquq münasibətlərinin mövcud olduğu dövrə görə Müdafiə Nazirliyinə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir.
26. Bununla belə, iddianın mümkünlük şərti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 27. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. 28. “Hərbi qulluqçuların dövlət icbari şə xsi sığortası haqqında” Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərdir.
29. Həmin Qanunun 2.1.9-cu maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaitidir.
30. Sadalanan hüquq normalarına görə kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabın a onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Adı çəkilən Qanunun anlamında nəzərdə tutulan kəşfiyyat fəaliyyəti subyekti bu vəzifəyə təyin olunduğu andan avtomatik olaraq 5 illik pul təminatı məbləğində sığorta olunur və əlavə olaraq hər hansı əmrə, müqaviləyə və digər sənədə zərurət qalmır. Qanunun mənasına görə hərbi qulluqçunun müvafiq vəzifəyə təyin edilməsi onun sığorta olunması üçün yetərlidir, sığorta hadisəsi baş verdikdə, yalnız sığorta ödənişi ilə bağlı məsələ müzakirə predmeti ola bilər.
31. Odur ki, iddiaçının iddia ərizəsində göstərdiyi tələblə-dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində sığorta edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qaydasında iddia ilə məhkəməyə müraciətə ehtiyac qalmır.
32. İddiaçı öz məqsədinə nail olmaq üçün p ul təminatının ona ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməli, cavabdeh müraciəti təmin etməkdən imtina etdiyi halda, iddiaçı sığorta edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə deyil, sığorta məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi iddiası ilə inzibati məhkəməyə müraciət edə bilər. 33. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 6-cı maddəsində və Prezidentin 28 yanvar 2005-ci il tarixli Fərmanının 1-ci bəndində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri göstərilmişdir.
34. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı bəhs olunan qanunvericilikdə nəzərdə tutulan kəşfiyyat fəaliyyəti subyekti olduğunu iddia edirsə, sığorta məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi iddiası ilə inzibati məh kəməyə müraciət etmək hüququ vardır. Həmin icraat çərçivəsində iddiaçının yuxarıda qeyd edilən qanunvericiliyə uyğun olaraq kəşfiyyat fəaliyyətinin subyekti olması və sığorta ödənişi məsələsi həllini tapa bilər.
35. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
36. Göstərilənlərə əs asən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, mümkün iddia kimi qəbul edilə bilməz.
37. Beləliklə, mübahisə olunan qərardadın əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərardad digər əsaslarla düzgün olduğundan İPM-in 96.7-ci maddəsinə əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-368/2024 nömrəli, 31 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın