Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2497/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Rüstəmov Şahin Əli oğlunun, Cavabdehin vəkili Rəfibəyli Fərhad Lətif oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 aprel tarixli 2-1(103)-491/2019 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı prokurorluq orqanlarında (o cümlədən, hərbi prokurorluqda) müxtəlif vəzifələrdə işləmiş, 2000-ci il 9 avqust tarixdən ona hərbi qulluqçu kimi, 2009-cu il 1 aprel tarixdən isə prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin olunmuş prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 26 iyul məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9, 21.4-cü maddələrində nəzərdə tutulmuş prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haq qı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin və hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımın verilməsi haqqında rəsmi sənəd olmadığına görə pensiyanın məbləğinə yenidən baxmaq mümkün deyildir. İddiaçı 2018-ci il 24 avqust tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan prokurorluq işçilərinə (o cümlədən hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına) hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatını, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı m əbləğində birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımın hərbi prokurorluğun hərbi qulluqçusu kimi pensiyasına hesablanıb alınmasına hüququnun yarandığı tarixdən (həmin Qanunun qüvvəyə mindiyi 2001-ci il 19 iyul) yenidən hesablanması və qeyd edilən ödənişlərin yaşa görə əmək pensiyası hüququnu əldə etdiyi tarixdən (2006-cı il 24 iyul) orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla həmin tarixdən əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin (fərqin) birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qa nunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatını, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətini və hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımı nəzərə alınmaqla, prokurorluq işçisi kimi pensiya almaq hüququnun yarandığı gündən, yəni 2006-cı il 24 iyul tarixdən pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin (fərqin) birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1963-cü ildən əmək fəaliyyətinə başlamaqla, 1982-ci il 27 dekabr tarixdən 200 0-ci il 15 iyul tarixədək Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, 2000-ci il 31 avqust tarixdən isə Vergilər Nazirliyinin ibtidai istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində (bölmə rəisi, şöbə rəisi, idarə rəisi vəzifələrində) işləmişdir.2000-ci il 15 iyul tarixdə “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “b” bəndinə (hərbi xidmətdə olmağın son yaş həddinə çatması) və “Prokurorluq haqqında” Qanunun 34-cü maddəsinin 5-ci bəndinə uyğun olaraq (arzusu ilə yazılı ərizəsinə əsasən) tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarından xaric edilmişdir.2000-ci il 1 dekabr tarixdən iddiaçıya hərbi qulluqçu kimi pensiya təyin olunmuşdur. 2009-cu ilin aprel ayına qədər hərbi qulluqçu kimi pensiya almışdır. Cavabdehin 2009-cu il 7 aprel tarixli, 12/203 saylı qərarı ilə iddiaçıya yaşa görə prokurorluq işçisi kimi pensiya təyin edilmişdir. Lakin hərbi qulluqçu, həm də yaşa görə prokurorluq işçisi kimi pensiyası hesablanarkən 2001-ci il 29 iyun tarixdə qəbul edilmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna əsasən, prokurorluq işçilərinin sosial müdafiəsi üçün prokurorluq işçilərinə ödənilən - hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq yardımın verilməsi nəzərə alınmamış və bu səbəbdən iddiaçıya pensiya az verilmişdir. İddiaçı göstərilənlərə və “Prokurorlu q orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.14, 20.15, 21.1-ci maddələrinə, “Prokurorluq haqqında” Qanunun 38-ci maddəsinin 2-ci abzasına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı qeyd etdiyi əlavələri işlədiyi dövrdə almamış, həmin əlavələr əmək kitabçası əsasında iddiaçının qulluq etdiyi orqan tərəfindən verilmiş arayış əsasında qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 dekabr tarixli 2-1(81)3871/2018 nömrəli qərarı ilə iddia təmin olunmuş, iddiaçıya “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatını, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətini və hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımı nəzərə almaqla, prokurorluq işçisi kimi pensiya almaq hüququnun yarandığı gündən, yəni 2006-cı il 24 iyul tarixdən pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin (fərqin) birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilərkən 2001-ci il 29 iyun tarixdə qəbul edilmiş “Prokurorluq o rqanlarında qulluq keçmə haqqında” Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş imtiyazlar nəzərə alınmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 aprel tarixli 2-1(103)-491/2019 nömrəli qərarı qismən – “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın nəzərə alınmaqla iddiaçının əmək pensiyasının 2006-cı il 24 iyul tarixdən 2009-cu il 1 aprel tarixədək yenidən hesablanması və həmin dövr üçün yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunan hissəsi ilə əlaqədar hesab etmişdir ki, iddiaçının adına açılmış pensiya işi materiallarından göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının ilkin təyinat tarixi 2000-ci il 9 avqust olmuşdur. Cavabdehin 2009-cu il 7 aprel tarixli, 12/203 saylı qərarına əsasən iddiaçıya 2006-cı il 24 iyul tarixdən deyil, 2009-cu il 1 aprel tarixdə prokurorluq işçisi kimi pensiya təyin edilmişdir. Məhkəmə iddia tələbinin rədd olunan hissəsi ilə bağlı qeyd etmişdir ki, qanunvericilikdə pensiya təyin edildikdən sonra prokurorluq orqanlarında qulluğuna xitam verilmiş və ya hal-hazırda işləyən şəxslərin pensiyasının yenidən hesablaması, şəxsin həmin dövrə aid mükafat və ya digər gəlirlərin alınması barədə müvafiq orqandan arayış təqdim etdiyi təqdirdə mümkünlüyü nəzərdə tutulmuşdur. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 22 may, cavabdehə 2019-cu il 31 may tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 20 iyun tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın qismən – iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmasını tələb edir. Cavabdeh həmin qərardan 2019-cu il 1 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, cavabdehin təqsiri üzündən iddiaçıya prokurorluq işçisi kimi yaşa görə pensiya 2006-cı il 24 iyul tarixdən deyil, 2009-cu il 1 aprel tarixdən təyin edilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbini təmin etmişdir. Bu isə qanunvericiliyin normalarına tam uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (2009-cu ildə qüvvədə olan redaksiyada) 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən, isə keçmiş müddət üçün alınmamış əm ək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bu normalar onu deməyə əsas verir ki, iddiaçının yeni əsaslarla yaranmış əmək pensiyası hüququnun təmin olunmasını buna hüququnun yarandığı gündən, yəni 2006-cı il 24 iyul tarixdən tələb etmək hüququ vardır, cavabdeh isə ona prokurorluq işçisi kimi yaşa görə əmək pensiyasını müraciəti əsasında buna hüququnun yarandığı gündən ömürlük təyin etməli və keçmiş müddət üçün almadığı pensiyanın məbləğini müddətindən asılı olmayaraq birdəfəlik ödəməli idi. Konkret halda isə əvvəlki pensiya məbləği ilə yeni əsaslarla yaranmış əmək pensiyası məbləği arasındakı fərqi və həm də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində göstərilən ödənişləri nəzərə almaqla hesablayıb birdəfəlik ödəməli idi. La kin məhkəmə işə baxarkən mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini, habelə bu mübahisələr üzrə məhkəmə təcrübəsini, Ali Məhkəmənin analoji işlər üzrə mövqeyini proses iştirakçıları ilə müzakirə etməsinə və sübutları tam və hərtərəfli araşdırmasına baxmayaraq onları düzgün qiymətləndirməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 69.4-cü maddəsinin tələblərini pozaraq qərarında heç bir qanuna və ya normativ hüquqi akta, o cümlədən də “Əmək pensiyaları haqqında” Qanuna istinad etməmiş, istinad etməli və qiymətləndirməsini göstərməli olduğu halda, “Əmək pensiyaları haqqında” Qanunun 31.1, 31.2, 32.1, 34, 37.7-ci maddələrinə istinad etməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” Qanun un 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İddiaçı tərəfindən məhkəməyə və cavabdehə məzun iyyətə getmələri və müalicə olunmaları ilə əlaqədar hər biri ikiqat əmək haqqı həcmində olmaqla ödənilən müavinət və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım pullunun alınması barədə arayış təqdim edilməməsinə baxmayaraq, iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən maddi hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.3-cü maddəsinə görə, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövq eləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Məhkəmələr qeyd olunan hallara və hüquq normalarına qiymət verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin iddiaçının kassasiya şika yətinin təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). İddiaçının şikayəti təmin edilməli, cavabdehin şikayəti isə təmin olunmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Prokurorluq haqqında” Qanunun 38-ci maddəsinə əsasən, prokurorluq işçilərinin sosial müdafiəsi prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda müəyyən edilmiş qaydada həyata keçirilir. Hərbi prokurorluq orqanlarının hərb i qulluqçularına əlavə olaraq Azərbaycan Respublikası Qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələ rə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi hissəsində gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...iddiaçıya yaşa görə əmək pensiyasının ilkin təyinat tarixi 2000-ci il 9 avqust olmuşdur. Cavabdehin 12/203 saylı, 2009-cu il 7 aprel tarixli qərarına əsasən iddiaçıya 2006-cı il 24 iyul tarixdən deyil, 2009-cu il 1 aprel tarixdə prokurorluq işçisi kimi pensiya təyin edilmişdir. Göründüyü kimi, iddiaçının prokurorluq işçisi kimi pensiyasının 2006-cı il 24 iyul tarixdən 2009-cu il 1 aprel tarixədək yenidən hesablanmasına dair 1-ci instansiya məhkəməsinin nəticəsi işin faktiki hallarına uyğun olmamışdır.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, iddiaçının iddia etdiyi 2006-cı il 24 iyul tarixdə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun (2007-ci il 28 noyabr tarixli 462-İİİQD №-li Qanuna əsasən qüvvədən düşmüşdür) 57-ci maddəsinə əsasən, bu Qanunun 13, 14, 20-22, 34 və 35-ci maddələrinə uyğun olaraq hərbi qulluqçulara və onların ailə üzvlərinə təminat xərcliyindən hesablanmış pensiyalar hərbi qulluqçuların təminat xərcliyinin orta səviyyəsinin artması ilə əlaqədar yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə 2006cı il 28 noyabr tarixli, 184-İİİQ D №-li Qanuna əsasən, hərbi qulluqçuların pensiya təminatı 2007-ci il 1 yanvar tarixdən “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən (2007-ci il 1 yanvar tarixə qüvvədə olan redaksiyada), təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. İstinad edilən normaların tələbləri, habelə iddiaçının ona ilk dəfə hərbi qulluqçu kimi pensiya təyin edilərkən pensiyanın hesablandığı təminat xərcliyinin məbləğinin hərbi prokurorluğun işçisinin məvacibinə əsasən müəyy ən edildiyi nəzərə alındıqda, iddiaçının yuxarıda qeyd edilən əlavələri almaq hüququ, həm də “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna əsasən yaranmışdır. Başqa sözlə, prokurorluq işçisi kimi 2009-cu ildən pensiya yenidən hesablanarkən, iddiaçı yuxarıda qeyd edilən artımları almaq hüququna iddia etdiyi 2006-cı il 24 iyul tarixdə sahib idi. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi dövrdə əmək haqqına onun ərizəsində qeyd edilmiş müavinət və maddi yardımlar hesablanmamışdır. Ona görə də artımlar ona şamil edilə bilməz. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istəni lən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla.. müəyyən edilir... Cavabdehin həmin dəlilləri “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci (hərbi qulluqçuya münasibətdə) və 20.8-ci (prokurorluq işçisinə münasibətdə) maddələrinin tələbinə (əmək haqqındakı sonrakı artımların nəzərə alınması) zidd olduğundan əsaslı hesab edilə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə səbəb ola bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 aprel tarixli 2-1(103)-491/2019 nömrəli qərarı iddia tələbinin rədd olunan hissəsində ləğv edilir. Cavabdehin üzərinə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla iddiaçıya əmək pensiyasının 2006-cı il 24 iyul tarixdən yenidən hesablanması və birdəfəyə ödənilməsi öhdəliyi qoyulur. Cavabdehin kassasiya şikayəti təmin olunmur. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2497/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2497/2019
18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver