Məhkəmə qərarları › İş №2-1(102)-251/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-251/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-251/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: diplomun tanınması, dil biliklərinin yoxlanılması, işin hallarının araşdırılmaması, əsaslandırılmamış qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı, Vəkil, cavabdehin nümayəndəsi X1 və onun vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh AR Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-214/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilən kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2016-ci il tarixdə Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən V.N.Karazina adına Xarkov Milli Universitetinin hüquqşünaslıq fakültəsini bitirmiş və bununla bağlı ona B16 seriyalı xxxx saylı Bakalavr dərəcəsi diplomu verilmişdir.

2. İddiaçı B16 seriyalı xxxx saylı diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx xxxxx 2019-cı il tarixli M-248/03-ANİ saylı məktubu ilə onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin səviyyəsinin kifayət qədər qənaətbəxş olmaması əsası ilə müraciəti təmin etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona V.N.Karazina adına Xarkov Milli Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli B16 seriyalı xxxx saylı diplomun Azərbaycan Respublikasının ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus B16 seriyalı xxxx saylı Bakalavr dərəcəsi diplomu Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən A-45105-16 nömrəsi ilə təsdiq edilmişdir. O, 2012-ci ildən 2016-ci ilədək V.N.Karazina adına Xarkov Milli Universitetinin ali təhsil müəssisəsində təhsil aldığı müddətdə hüquqşünaslıq ixtisası üzrə 63 fəndən zaçot, imtahan və kurs işləri vermişdir və 2016-cı il iyul ayınadək Ukrayna Respublikasında olmuşdur. Cavabdeh onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin səviyyəsinin kifayət qədər qənaətbəxş olmamasını əsas gətirərək müraciətinin təmin edilməsindən imtina etsə də, cavabdeh tərəfindən tədris dilinin səviyyəsinin hansı meyarlarla yoxlanmasına, bu zaman müvafiq ixtisas üzrə mütəxəssislərin cəlb olunmasına, aparılmış sual-cavabların sənədləşdirilməsinə və bu sənədlə tanış olmaq imkanının yaradılmasına dair hər hansı sübut təqdim etməmişdir.

5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası NK-nın xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”na uyğun gəlmir. Belə ki, ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Buna görə də iddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 21(82)2344/2019 saylı qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia tələbi təmin edilərək, iddiaçıya V.N.Karazina adına Xarkov Milli Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli B16 seriyalı xxxx saylı alı təhsil haqqında diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabd ehə həvalə edilməsi qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, xx.xx.2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edildiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir. Bundan əlavə, cavabdehin imtina dəlili Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003- cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. Çünki, iddiaçının tədris olunan fənləri hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi cavabdehin deyil, iddiaçının təhsil alığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş dövlət imtahan komissiyasının) səlahiyyətlərinə aiddir.

8. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)214/2020 saylı xx. xx.2020-ci il tarixli qərarı (A.Nuriyeva-sədrlik edən və məruzəçi hakim, hakimlərV.Ağayev və A.Hüseyn) ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)2344/2019 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın İV.7-ci maddəsinə əsasən, razılığa gələn tərəflərə belə bir diskresion səlahiyyət verilmişdir ki, ali təhsil üzrə ixtisasın tanınması - ərizəçinin kifayətedici həcmdə təhsil aldığı dili və ya dilləri bilmə qabiliyyətinə malik olması barədə sübutlardan asılıl ıq altına qoyula bilər. İddiaçı Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetində təhsil alsa da, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı onun aldığı ali təhsil üzrə ixtisasın tanınmasının Ekspert qrupu tərəfindən «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na, «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»nın müddəalarına uyğunluğu yoxlanılarkən, onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Belə olan halda cavabdehin imtinası əsaslı olmuşdur.

11. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, işə baxan apellyasiya məhkəməsi tərəfindən «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 1.6,3.6,3.7-ci maddələri səhv tətbiq edilməklə qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməsini, apellyas iya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdilər.

15. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu: Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən o lunmuşdur. Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

17. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndləri: - nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydala rına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 18. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”: Bənd 1.1 Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; Bənd 1.6 Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respub likasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; Bənd 3.2 Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Bənd 3.6 Ekvivalentlik ha qqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onl arın sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.7 Diskresion səlahiyyət – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Maddə

14. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həy ata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şik ayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.9. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üç ün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq norma larının tələblərinə riayət edilməmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Belə ki, hazırkı iş üzrə iddiaçının diplomunun tanınmasından imtinanın əsasını onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin kifayət qədər qənaətbəxş olmaması təşkil edir.

25. İşə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin imtina dəlili ilə razılaşaraq iddia tələbinin əsassız olması qənaətinə gələrkən işin hərtərəfli araşdırılması prinsipini pozmuşdur.

26. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, şəxsin xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin ixtisas dərəcəsi haqqında verdiy i diplomdakı təhsilin məzmununa uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Belə ki, xarici ölkədə alınmış təhsil üzrə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Hazırkı iş üzrə cavabdehin iddiaçıya ünvanladığı elektron məktubda qeyd edilmişdir ki, ekspert qrupu tərəfindən iddiaçının tədris dilini bilmə səviyyəsinin kifayət qədər qənaətbəxş olmaması müəyyən edilmişdir.

27. Göründüyü kimi, hazırkı iş üzrə imtinanın əsasında ekspert qrupu tərəfindən verilmiş mənfi rəy dayanmış, lakin işə baxan məhkəmə tərəfindən həmin rəy tələb edilməmiş və tədqiq olunmamışdır.

28. Halbuki, həmin rəyin tədqiqi iddiaçının tədris dili biliklərinin hansı formada yoxlanıld ığını, dil biliklərinə düzgün qiymət verilib-verilmədiyini müəyyən etməyə, bununla da, inzibati orqanın özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirib-keçirmədiyini müəyyən etməyə imkan verir.

29. Qeyd olunmalıdır ki, İxtisasın tanınması ilə bağlı müraciətlərə baxılması gedişində şəxsin təhsil səviyyəsinin qiymətləndirilməsi səlahiyyəti cavabdeh orqanın tərkibində yaradılmış ekspert qrupunun diskresion səlahiyyətindədir.

30. İnzibati orqan öz mülahizəsinə əsasən hərəkət edərkən, ona verilmiş səlahiyyətlərin məqsədinə uyğun hərəkət etməlidir. Yəni, inzibati orqan diskreksion səlahiyyətinə əsaslanaraq qərar qəbul edəcəyi halda, qərarını qanunun müəyyən etdiyi məqsəd ilə əsaslandırmalı və qanunun istədiyi məcrada hər əkət etməlidir.

31. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçının tədris dili biliklərinin qənaətbəxş olmaması ilə bağlı mövqeyini əsaslandırmamışdır və bu hal hər hansı sübutla təsdiqlənməmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi də bu halı öz xidməti vəzifəsinə uyğun olaraq araşdırmamış, beləliklə də, məhkəmə iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması nəticəsinə gəlsə də, öz qərarında bunu mötəbər sübutlarla əlaqələndirməyərək əsaslandırılmamış qərar qəbul etmişdir.

32. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

33. İşə təkrar baxan apellyasiya məhkəməsi kollegiyanın yuxarıda qeyd olunan mövqeyini nəzərə almaqla və işin hərtərəfli araşdırılması prinsipinə riayət etməklə cavabdehin imtina dəlillərinə qiymət verməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-214/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar