Məhkəmə qərarları › İş №2-1(102)-2510/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2510/2019

01.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2510/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 və qeyriləri Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə yerli icra hakimiyyəti orqanları tərəfindən sərəncamın verilməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik ed ən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlundan, X2 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 və vəkili Vəkil iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-331/2019 saylı iş üzrə 21 fevral 2019-cu il tarixli qərarından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 01 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İd diaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami küçəsi, 118 saylı yaşayış binasında SOCAR tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin 7-78/17Q saylı, 06.02.2007-ci il tarixli, 7-169/17Q saylı, 30.03.2007-ci il tarixli, 7-267/17Q saylı, 01.06.2007-ci il tarixli müraciətlərinə, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-398 saylı, 13.12.2011-ci il tarixli razılaşdırdığı eskiz layihəsi sənədlərinə əsasən aparılmış tikinti təmir işləri nəticəsində 123, 124 və 25-ci mənzillərin artırılmış yaşayış sahələrinə dəyişiklik edilərək, bu mənzillərin arta n ölçülərinin dəqiqləşdirilməsi haqqında sərəncam verilməsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildə Socar Sosial İnkişaf Departamentinin Təmir Tikinti şöbəsi öz subpodratçı «xxxx» MMC vasitəsi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli «2006-2010-cu illərdə» Dövlət Proqramı Azərbaycan Respublikası «Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirləndirilməsinə dair Tədbirlər Proqramı»nın təsdiq edilməsi haqqında» Sərəncamı, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qərarı ilə yeni yaşayış və ictimai obyektlərin planlaşdırılması və tikintisinə dair 262 saylı əmri (11.06.2007-ci il) əs asında Bakı şəhəri, Nizami küçəsində yerləşən 118 saylı yaşayış binasında rekonstruksiya işləri apararaq yeni üzlük vurmuşlar. Görülmüş təmir tikinti işləri nəticəsində həmin binada yerləşən, sakinlərə məxsus daşınmaz əmlakın, bütün mənzillərin konstruksiyası və yaşayış sahələrinin ölçüləri dəyişilmişdir. Görülən işlər Bakı Şəhər İcra Hakimiyyətinin 778/17g saylı 06 fevral 2007-ci il tarixli, 7-169/17g saylı 20 mart 2007-ci il tarixli, 7-267/17g saylı 01 iyun 2007-ci il tarixli məktubları ilə Bakı şəhərində aparılan abadlıq və yenidən qurma işlərinə kömək olunması müraciətinə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-398 saylı 13 dekabr 2011-ci il tarixli razılaşdırdığı eskiz layihəsi və «Bakı Dövlət Layihə» İnstitutunun işlədiyi layihə sənədlərinə uyğun olaraq aparılmışdır. Bu mə lumatı SOCAR-ın İnkişaf İdarəsi 08 fevral 2018-ci il tarixli **********31671373X00002 saylı cavab məktubunda yazmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışların yenilənməsi məqsədilə ASAN Xidmətə və BTİyə müraciət etmək üçün sakinlərə təmir-tikinti işlərinin aparılmasına əsas olmuş sərəncama zərurət yaranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.1 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən 08.01.2018-ci ildə Nəsimi RİH Başçısına, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinə, 3 saylı Xüsusi Təyinatlı MKT Birliyinin rəisi H.Mircəfərova və 159 saylı Mənzil Kommunal İstismarı Sahəsinin rəisinə ünvan 1 ünvanında yerləşən mənzillərin yenidən planlaşdırılmış yaşayış sahələrinin yenidən ölçülərək dəy işikliklər barədə qəbul komissiyası aktının sərəncam ilə təsdiqlənməsini iki ərizə ilə müraciət edərək və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə (35 gün) imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət edə biləcəyini inzibati xəbərdarlıq etmişlər. Lakin cavabdeh öz vəzifə borclarını yerinə yetirməmiş və onların müraciətinə cavab verməyərək hərəkətsizlik göstərmişdir. Azərbaycan Respublikası Konstitutsiyasının 57, 94-cü maddəsinin İ hissəsinin İ bəndinə, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinə zidd olaraq m ahiyyəti üzrə problemlə bağlı yazılı ərizələrinə cavab verməmişlər. Cavabdeh yaranmış problemi aradan qaldırmaq üçün heç bir hərəkət etməmişdir. ASAN Xidmətdən və DƏDRX-dən aldıqları məlumata əsasən aydın olmuşdur ki, qeyd olunan ünvanda, yəni ünvan 2findən artıq verilmişdir (mənzil 13, 121). Bu fakt bir mənzil sahibi olaraq onların hüquqlarının pozulduğunu göstərir. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək Bakı şəhəri, Nizami küçəsində yerləşən 118 saylı yaşayış binasının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansıda olduğunu və hal-hazırda Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olduğunu nəzərə almaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi M əhkəməsinin 2-1(82)-2859/2018 saylı iş üzrə 10 oktyabr 2018-ci il tarixli qərarı (hakim - E.Q.Məmmədov) ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 118 saylı yaşayış binasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin 7-78/17Q saylı, 06.02.2007-ci il tarixli, 7-169/17Q saylı, 30.03.2007-ci il tarixli, 7-267/17Q saylı, 01.06.2007-ci il tarixli müraciətlərinə, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-398 saylı, 13.12.2011-ci il tarixli razılaşdırdığı eskiz layihəsi sənədlərinə əsasən aparılmış tikinti təmir işləri nəticəsində 123, 124 və 25-ci mənzillərin artırılmış yaşayış sahələrinə dəyişiklik edilərək, bu mənzillərin artan ölçülərinin dəqiqləşdirilməsi haqqında sərəncam verilməsi vəzifə sinin Bakı şəhər Nəsimi Rayın İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-331/2019 saylı, 21 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim –Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2859/2018 saylı iş üzrə 10 oktyabr 2018-ci il tarixli qərarı ləğv olunaraq iddia təmin edilməmişdir. İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmiş, qərar maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, məlum olduğu kimi Cavabdeh tərəfindən Bakı Şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 118 saylı binanın 25, 123 və 124-cü mənzillərinə aid sərəncam verilməmişdir. Lakin qeyd olunan ünvanda bir neçə sakinə zəruri olan sərəncam artıq verilmişdir (mənzil 13, 121). Belə bir halın mövcud olması, yəni eyni binada bir neçə mənzilə sərəncamın verilməsi və digərlərinə sərəncamın verilməsindən imtina edilməsi mənzil sahibi olaraq iddiaçıların hüquqlarının kəskin şəkildə pozulmasına səbəb olmuşdur. Cavabdehin bildirdiyi sərəncam verilməsi səlahiyyətinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentini n səlahiyyətinə aid olduğu ilə bağlı məsələ düzgün deyildir. Yerli İcra Hakimiyyəti orqanı öz ərazisində olan binaya dair sərəncam vermək səlahiyyətindədir. Həmçinin yuxarıda qeyd edildiyi kimi Cavabdeh tərəfindən eyni binada 13 və 121 nömrəli mənzil sahiblərinə sərəncam verilmişdir. Necə ola bilər ki, eyni məsələ ilə bağlı müraciətə bir çox hallarda Cavabdeh özü baxır, qeyri-müəyyən səbəblərlə əlaqədar olaraq da bəzən öz səlahiyyətinin icrasından imtina edərək mövcud işin digər inzibati orqana aid olmasını bildirir. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə üçüncü şəxs qismində dindirilən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi tərəfindən bildirilmişdir ki, iddiaçılara məxsus mənzillərin yerləşdirildiyi binada neft şirkətinin özü tərəfindən deyil, yerli icra hakimiyyəti orqanının sifarişi əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən müxtəlif abadlıq və tikinti işləri aparılmışdır. Həmçinin digər üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi öz izahatında qeyd etmişdir ki, hazırda iddiaçılar haqlı olaraq Cavabdehndən mənzillərə dair yenidən planlaşdırılmış yaşayış sahəsinə dəyişiklik edilərək sərəncam verilməsini tələb edirlər. İddiaçıların bununla bağlı idarəyə edilmiş müraciətləri aparılmış təmir-tikinti işləri və mənzillərdə yaranmış sahə, plan dəyişiklikləri barədə müvafiq sənədlər təqdim olunmaqla aidiyyəti üzrə tərəflərindən Cavabdehnə göndərilmişdir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi də izahat verərkən qeyd etmişdir ki, yerli icra hakim iyyəti orqanının səlahiyyətinə daxildir ki, öz ərazisində olan binaya dair sərəncam verə bilsin. Apellyasiya məhkəməsi isə bütün bu faktlara baxmadan əsassız və qanunsuz olaraq Cavabdeh tərəfindən verilən apellyasiya şikayətini təmin edərək birinci instansiya məhkəməsinin əsaslı və qanuni qərarını ləğv etmişdir. Sərəncam verilməsi Bakı şəhəri Cavabdeh səlahiyyətində olduğu üçün bu vəzifənin onun üzərinə qoyulması ilə bağlı verilmiş iddia tamamilə qanuni və əsaslıdır. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı1 və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı2 məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayı lmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, işin halları ilə bağlı müəyyən olunur ki, ünvan 3 ünvandakı yaşayış binasının fasadlarında və dam ötrüklərində təmir-tikinti işləri Sosial İnkişaf İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin 7-78/17g saylı, 06 fevral 2007-ci il tarixli, 7-169/17g saylı, 30 mart 2007-ci il tarixli, 7-267/17g saylı, 01 iyul 2007-ci il tarixli məktubları ilə Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işlərinə kömək olunması müraciətinə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-398 saylı 13 dekabr 2011-ci il tarixli razılaşdırdığı eskiz layihəsi və «Bakı Dövlət L ayihə» İnstitutunun işlədiyi layihə sənədlərinə uyğun olaraq aparılmışdır. İddiaçılar hazırda yaşadıqları binaların fasadlarında aparılmış əsaslı təmir-yenidənqurma işlərindən sonra mənzillərinin sahələrində yaranmış artımlara dair mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq üçün cavabdeh tərəfindən mənzillərin artan ölçülərinin dəqiqləşdirilməsi haqqında sərəncam verilməsini tələb edirlər. Apellyasiya məhkəməsi iddianın rədd edilməli olduğuna dair mövqeyini onunla əsaslandırmışdır ki, yaşayış binalarının fasadlarında və dam örtüyündə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişi ilə aparılmış əsaslı təmiryenidənqurma işlərinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldığı halda, Sosial İnkişaf İdarəsi binanın istismara qəbul aktı nın surətini Nəsimi RİH-ə ünvanlanmış məktuba əlavə etməmiş və Nəsimi RİH-də memarlıq xidməti olmadığından binanın istismara qəbul edilməsi RİH-nin səlahiyyətləri xaricində olmuşdur. Lakin birinci instansiya məhkəməsi qərar qəbul edərkən bu halı nəzərə almamış ümumiyyətlə, binanın istismara qəbul aktının mövcud olub-olmaması məsələsini araşdırmamış, həmçinin binanın balanssaxlayıcısı olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentini tərəf kimi məhkəmə prosesinə cəlb etməmiş və bununla da, balanssaxlayıcının münasibəti öyrənilməməşdir. Məhkəmə özünün mövqeyini «Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydaları»nın və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra normalar ına istinadla əsaslandırmışdır. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyənləşdirə bilməmişdir. Mübahisə apellyasiya məhkəməsinin istinad etdiyi normativ hüquqi aktlara görə deyil, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 6-cı bəndinə əsasən həll edilməlidir. Mənzil Məcəlləsinin 23.1-ci maddəsin əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası ar akəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə görə yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilmə si, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 26-cı maddəsində isə təsbit edilmişdir ki, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2727 saylı, 24 may 2010-cu il tarixli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 18-ci maddəsində, 21.1-ci maddəsində ikinci halda, 24.1-ci maddəsində ikinci halda, 24.2.6-cı maddəsində, 28.3-cü maddəsinin birinci cümləsində, 28.4-5-ci maddəsində ikinci halda və 143-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Fərmanın 1.4-cü bəndinə görə isə həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Beləliklə, qeyd olunun normativ-hüquqi aktların müddəalarından göründüyü kimi hazırkı halda iddiaçıların mənzillərinin yerləşdiyi binada aparılmış yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması işinin nəticələrinin r əsmiləşdirilməsi ilə bağlı müvafiq akt qəbul etmək səlahiyyəti cavabdeh Bakı şəhəri Cavabdehnə məxsus səlahiyyətdir. Ona görə də, cavabdehin özünü səlahiyyətsiz hesab etməsi ilə bağlı bildirdiyi dəlillər əsassızdır. Bununla bağlı olaraq həmçinin nəzərə almaq lazımdır ki, işin materialları ilə müəyyən edilir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 118 saylı binada yerləşən 13 saylı mənzil Nəsimi RİH Başçısının «Mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında» 50 saylı, 15.03.2016-cı il tarixli sərəncamına əsasən 12.07.2018-ci il tarixdə X1 adına dövlət reyestrində qediyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Nəsimi RİH Başçısının 50 saylı, 15.03.2016-cı il tarixli mənzilin ölçülərinin dəqiqləşdirilməsi haqqında sözügedən sərəncamından görünür ki, Nəsimi rayonu, Niz ami küçəsi, 118 saylı evin 13 saylı mənzilinin mülkiyyətçisi X3 rayon icra hakimiyyətinə müraciət edərək, mənzilin ölçülərinin dəqiqləşdirilməsini xahiş etmişdir. Qeyd olunan mənzil ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı 179330 saylı Çıxarışa əsasən X1 mülkiyyətindədir. 159 saylı MKİS tərəfindən tərtib olunmuş akta və mənzilin planına əsasən Nizami küçəsi 118 saylı evin 13 saylı mənzilinin mövcud vəziyyətdə 2 otaqlı yaşayış sahəsinin 36,26 kv.m, ümumi sahəsinin 90,28 kv.m olduğu müəyyən edilmiş və təsdiq edilmişdir. Göründüyü kimi cavabdeh özünün mövqeyində də ardıcıl olmamış, faktiki halları oxşar olan işlər üzrə əsaslandırılmamış şəkildə fərqli qaydada davranmışdır. Bununla da, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci m addəsinin tələbləri də pozulmuşdur. Həmin normaya görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 6-cı bəndinə əsasən yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak oby ektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin mülkiyyətçinin müraciət etdiyi gündən 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etsinlər. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 6-cı bəndi ilə də yerli icra hakimiyyətlərinin üzərinə vəzifə qoyulmuşdur ki, onlar müvafiq inzibati ərazi vahidi ərazisində aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin mülkiyyətçinin müraciət etdiyi gündən 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etsinlər. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-331/2019 saylı iş üzrə 21 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar