Məhkəmə qərarları › İş №2-1(102)-2522/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2522/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2522/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərtlərinin araşdırılması prinsipinin tələblərinin pozulması; İPM-in 34.1 və 37-ci maddələrinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “müvafiq siyahıdan çıxarılma” tə ləbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli, 2-1(103)638/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur.” yazısının silinməsi və müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək-10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110 809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50 000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160 809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi öhdəliklərinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılaraq, İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması qərar a alınmışdır.

3. Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 nömrəli qərardadı ilə “müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək-10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110 809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50 000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160 809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır.

4. Məhkəmə hesab etmişdir ki, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına dair iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından iddia tələbi həmin hissədə mümkün sayılmamalıdır.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir b. apellyasiya instansiyası məhkəməsində icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli, 21(103)-638/2023 nömrəli qərardadı ilə (hakimlər A.Hüseyn – sədrlik edən və məruzəçi, V.Baxışova və R.Qurbanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, “əldən çıxmış faydaya görə 110 809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50 000 (əlli min) manat məbləğində vəsaitlərin iddiaçının bank hesabına köçürülməsi” tələbi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməs i ilə bağlı iddia növünə aiddir. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Göstərilən iddia tələbi İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş iddia növünə aid edildiyindən, iddia tələbinin birinci hissəsi isə öhdəliyin icrası iddia növünə aid olduğundan və digər iddia növlərinə münasibətdə subsidiarlıq yalnız İPM-in 36.4-cü maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia növü üçün nəzərdə tutulduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz.

8. Apellyasiya məhkəməsi hüquqi mövqeyini İnzibati Prosessual Məcəlləsinin 2.2.7ci və 36.4-cü maddələri ilə əsaslandırmışdır.

9. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə b axılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi İPM-in 2.2.7, 36.4 və 35.1-ci maddələrinə əsaslanaraq iddianı mümkün hesab etməmişdir. Lakin verilmiş iddianın birinci hissəsi öhdəliyin icrası haqqında (İPM 2.2.3) və digər hissəsi isə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inz ibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Dəymiş ziyana görə kompensasiyanın verilməsi və öhdəliyin icrası haqqında iddiaların birlikdə verilə biləcəyi prosessual qanunvericilikdə qeyd edilmişdir.

11. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırılması üçün iddiaçı İPM-in 34.1 və 37-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməs i və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəm əsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmiş, fo rmal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

17. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının tələbi iki hissədən ibarətdir:1) İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏD V sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı MMC VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur.” yazısının silinməsi - öhdəliyin icrası haqqında iddia növünə aid, 2) Müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək 10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110 809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50 000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160 809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi - inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı iddia növünə aiddir.

18. İddia tələbinin birinci hissəsi birinci i nstansiya məhkəməsi tərəfindən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi isə qərarı qismən, “iddiaçı “Manar-Qala MMC”-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv etmiş, həmin hissədə iddianın iddiaçının hüquqi marağı və tələbinə uyğun olaraq təmin etmiş, digər şəxslər tərəfindən “Manar-Qala MMC”-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur.

19. Göründüyü kimi iddianın birinci hissəsi iddiaçının hüquqi marağı və tələbinə uyğun olaraq təmin edilmişdir.

20. Apellyasiya məhkəməsi id dianın ikinci hissəsini mümkün saymamışdır. Həmin nəticəyə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, subsidiarlıq yalnız İPM-in 36.4-cü maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia növü üçün nəzərdə tutulmuşdur.

21. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin mövqeyini əsaslı hesab etmir. Belə ki, iddianın birinci hissəsinin öhdəliyin icrası haqqında iddia növünə aid olması işin mübahisəsiz halıdır.

22. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nət icəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

23. Eyni zamanda həmin məcəllənin 37-ci maddəsində göstərilib ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.

24. Göründüyü kimi, hazırkı halda iddiaçının tələbi bir-biri ilə əlaqəlidir və bir cavabdehə qarşı yönəlib. Həmçinin prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına görə, öhdəliyin icrası haqqında iddialarda iddiaçı əsas tələbi ilə yanaşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

25. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hər iki tələbin bir icraat çərçivəsində baxılmasında hər hansısa bir prosessual ma neə yoxdur.

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddianı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi hissəsində qeydi-mümkün hesab edərkən hazırkı qərarın 13a bəndində qeyd olunan prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, barəsində şikayət verilən qərardad ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli, 21(103)-638/2023 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar