Məhkəmə qərarları › İş №2-1(102)-2546/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2546/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2546/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi; tədris yükünün yerinə yetirilməməsi; təhsil alınan ölkədə faktiki olma müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1989, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “dipl om üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-151/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ukrayna Təhsil və Elm Nazirliyi Milli Aviasiya Universitetinin Uçuş Akademiyası tərəfindən verilmiş 17 oktyabr 2018-ci il tarixli, B18 233994 nömrəli diplomdan görünür ki, İddiaçı 2018-ci ildə Ukraynanın Milli Aviasiya Universitetinin Uçuş Akademiyasını bitirmiş və menecment hazırlıq istiqaməti üzrə bakalavr ali təhsil dərəcəsinə yiyələnmişdir (Beynəlxalq aviasiya daşımaların menecmenti).

2. Xarici ali təhsil ixtisasın ın tanınması ilə bağlı iddiaçının müraciətinə cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ünvanlanmış 17 fevral 2020-ci il tarixli cavabda, ali təhsil sənədlərinin araşdırılması zamanı Ukraynanın Milli Aviasiya Universitetinin Uçuş Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olduğu nəzərə alınmaqla diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkün hesab edilmiş, bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən aldığı ixtisasın ölkə ərazisində ta nınmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Təhsil və Elm Nazirliyi Milli Aviasiya Universitetinin Uçuş Akademiyası tərəfindən İddiaçı adına verilmiş 17 oktyabr 2018-ci il tarixli, B18 233994 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ukrayna Respublikası Milli Aviasiya Universitetinin Uçuş Akademiyasının bakalavr dərəcəsinin ali təhsil üzrə “Menecment” fakültəsinə daxil olmuş, 2015-2018-ci illərdə qiyabi əsasla təhsil almış, 17 o ktyabr 2018-ci il tarixdə həmin ali məktəbi bitirməklə B18N233994 saylı bakalavr diplomu almışdır. Ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron qaydada müraciət etmiş, ekspertlərin yoxlanışından sonra həmin qurum tərəfindən ona tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında müvafiq ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması səbəbindən imtina cavabı verilmişdir. Lakin o, oxuduğu müddət ərzində heç bir qaydanı pozmamış, verilmiş proqramları tam şəkildə yerinə yetirmiş, təhsil aldığı müddətdə qarşısına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və qan uni əsaslarla təhsilini başa vurmuşdur. Hətta xarici pasportundan da təhsil aldığı müddətlərdə müntəzəm olaraq Ukrayna Respublikasına getdiyi və uzun müddət orada qaldığı açıq-aydın görünür. Cavabdehin təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan təhsilin Azərbaycan Respublikasında müəyyən olunan dövlət standartlarına uyğun gəlmədiyinə dair dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, Milli Aviasiya Universitetinin Uçuş Akademiyası beynəlxalq standartlara cavab verən təhsil verir və həmin universitet Azərbaycan Respublikasında rəsmi olaraq tanınır. Lakin Təhsildə Keyfiyyət Təminatı Agentliyi qeyd edilən halları tam araşdırmadan qərar qəbul etmişdir.

5. Cavabdehin iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində (2014/2015-ci tədri s ili üzrə - getməyib, 2015/2016-cı tədris ili üzrə - 15 gün, 2016/2017-ci tədris ili üzrə - 14 gün, 2017/2018-ci tədris ili üzrə - 1 ay 18 gün) olmuşdur. Sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyrimümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Vİ hissəsinin 1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnaməni n verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Qeyd olunan işin hallarından isə müəyyən olunur ki, iddiaçının təhsil aldığı ölkə ərazisində olduğu müddət qanunvericilikdə göstərilən təhsilin normativ müddətindən azdır.

6. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1627/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim E.T.Axundov) iddia tələbi rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin imtinasının əsassız olduğunu qeyd etsə də, bunu əsaslandırmamış, yalnız təhsil aldığı universitetin diplomunu əldə etdiyini dəlil kimi göstərmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının diplomunun tanınmasından onun təhsil aldığı ölkədə olma müddətinin tədris yükünü yerinə yetirməsinin mümkün olmaması səbəbi ilə imtina edilmiş və iddiaçının özünün də xx.xx.2022-ci il tarixli məhkəmə iclasında universitetə yalnız imtahan sessiyasında getdiyini bildirmişdir. Bu isə cavabdeh orqanın imtinasının əsaslı olduğunu göstərir. Həmçinin cavabdehin ekspert qrupunun iddiaçı barəsində tərtib etdiyi qeydiyyat vərəqəsində qeyd edilir ki, iddiaçı təhsil aldığı müddət ərzində 1-ci il müəllimlər Bakı şəhərinə gəldiyi üçün Ukraynaya getməmiş, 2-ci il - 15 gün, 3-cü il - 14 gün, 4-cü il isə - 1 ay 18 gün müddətində həmin ölkədə olmuşdur. Belə olan halda cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan iddiaçının diplomunun tanınmasından imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin bu qəbildən olan işlər üzrə formalaşmış təcrübəsinə istinadla göstərmişdir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal yuxarıda göstərilən Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir.

8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv e dilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-151/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və R.Z.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1627/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət tədris normativinin yerinə yetirilməsi baxımından yetərli saylı bilməz. Məhkəmə həmçinin göstərmişdir ki, iddiaçının birinci kursda və ikinci kursun ilk semestrində dərslərin Milli Aviasiya Akademiyasında keçirildiyinə dair bildirdikləri də sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, apellyasiya məhkəməsindəki icraat zamanı 27 yanvar 2023-cu il tarixdə keçirilmiş şifahi məhkəmə iclasının protokolundan müəyyən olunur ki, iddiaçı 1-ci kursda Ukraynaya getməməsinin səbəbini dərslərin Bakı şəhərində Milli Aviasiya Akademiyasında təşkil olunması ilə, ikinci kursun birinci semestrində getməməsinin səbəbini isə səyyar formada müəllimlərin gəlib Bakı şəhərində dərs keçmələri ilə izah etmişdir. Bu halın aydınlaşdırılması üçün məhkəmə tərəfindən verilmiş sorğuya Milli Aviasiya Akademiyasının 06 mart və 12 aprel 2023cu il tarixli cavab məktublarında bildirilmişdir ki, Ukrayna Milli Aviasiya Universitetində olan m üəllimlərin 2014-2018-ci illər üzrə səyyar dərslərin Milli Aviasiya Akademiyasında təşkil olunmasına, İddiaçı isə iştirak etməsinə dair heç bir məlumat aşkar edilməmişdir.

11. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, Təhsildə Keyfiyyət Təminatı Agentliyi İddiaçı göndərdiyi elektron imtina məktubunda və məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazda təhsil müddətində iddiaçının Ukrayna Respublikasında olma müddətinin az olmasını və bunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın tələblərinə uyğun olmadığı ilə əsaslandırmışdır. Halbuki, İddiaçı məhkəmədə izahatında göstərmişdir ki, Ukrayna Respublikası Milli Aviasiya Universitetinin Uçuş Akademiyasının müəllim heyəti onun təhsil aldığı dərs ili müddətində Bakı şəhərində olmuş və iddiaçı təhsilini tək Ukrayna Respublikasında deyil, Bakı şəhərində də davam etdirmişdir. Bunun sübutu olaraq Əliyev X2 Respublikası Milli Aviasiya Universitetinin Uçuş Akademiyasının 25 mart 2019-cu ü tarixli, 0108/791 saylı məktubunu məhkəməyə təqdim etmişdir. Həmin arayışda Akademiyanın professor-müəllim heyətinin 2014-2018-ci İllərdə 7 səyyar sessiya keçirdiyi göstərilmişdir. İddiaçı izahatında daha sonra göstərmişdir ki, Ukrayna Respubli kası Milli Aviasiya Universitetinin Uçuş Akademiyasının professor-müəllim heyəti Bakıda sessiyaları Bakı Aviasiya Akademiyasında deyil, başqa yerdə keçirmişlər. İşə baxan məhkəmə qanunvericiliyin tələbini pozaraq bu halları ətraflı araşdırmamışdır. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərini pozaraq Ukrayna Respublikası MİUİ Aviasiya Universitetinin Uçuş Akademiyasının professor-müəllim heyətinin Bakıya nə zaman səfər etmələri, tələbələrə sessiyaları harada keçmələri və həmin təhsil yükünün AR Nazirlər Kabinetnin müvafiq qərarında göstərilən normativlərə uyğun olubolmaması ilə bağlı məslələrin həll edilməsində iddiaçıya yardım göstərməmiş, lazımi sorğular verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarş ı yazılı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri ondan ibarətdir ki, məhkəmə araşdırmalarının gedişində dəfələrlə bu barədə iddiaçıdan soruşulmasına baxmayaraq Bakı şəhərində səyyar sessiyaların hansı məntəqədə keçirilməsi barədə məlumat almaq mümkün olmamış, Milli Aviasiya Akademiyası isə həmin təhsil müəssisəsində səyyar sessiyaların keçirilməsini ümumiyyətlə, təkzib etmişdir. Belə olan halda, bu qəbildən olan sessiyaların həqiqətən təşkil olunmasına şübhələr yaranmış, bu barədə Ukrayna Milli Aviasiya Universiteti tərəfindən təqdim olunmuş arayışın etibarlılığı mübahisəli hala gəlmişdir. Bundan başqa, səyyar sessiyaların təşkili barədə məsələyə münasibətdə nəzər ə alınmalıdır ki, belə təhsilalma forması və növü Azərbaycan Respublikasının təhsil qanunvericiliyi və təhsil sistemini tənzimləyən aktların müddəaları ilə uyğunsuzluq təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə

29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə

44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hü ququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvaf iq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin t ədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir:...8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.

17. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qism ən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları işə düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması tələb olunmur. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakılar qeyd edir.

23. Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsinə dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddət sözügedən tədris yükünün yerinə yetirilməsinin qiymətləndi rilməsi baxımından nəzərə alına bilər.

24. Kollegiya hesab edir ki, hazırki işin xüsusi halları baxımından məhkəmələrin gəldiyi iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünü yerinə yetirmədiyinə dair nəticə əsaslı hesab edilə bilər. Belə ki, iddiaçı 1-ci kursda və 2ci kursun birinci semestrində ümumiyyətlə təhsil aldığı ölkədə olmamış, sonrakı illərdə isə qısa müddətlər ərzində olmuşdur. İddiaçının 1-ci kursda və 2-ci kursun birinci semestrində Bakıda keçirilmiş səyyar sessiyalar çərçivəsində təhsil aldığına dair bildirdikləri də məhkəmələr tərəfindən aparılmış araşdırmalar nəticəsində təsdiq olunmamışdır. Hər bir halda, həmin məsələyə dair sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq bu halı təsdiq edən mötəbər sübutlar təqdim olunma mışdır.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-151/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar