Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2556/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillə təmin edilmə; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “yaşayış sahəsi ilə təmin edilmə” təl əbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyun 2024-cü il tarixli 2-1(103)-750/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 346 saylı 12 iyul 1973-cü il tarixli “Doğum haqqında akt qeydi”nə əsasən iddiaçı xx xxxx 1973-cü il tarixində anadan olmuş, atası X2, anası X1r.
2. İddiaçı 1979-1990-cı illərdə Göyçay şəhər Səməd Vurğun adına internat tam orta məktəbində təhsil almışdır.
3. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək yaşayış sahəsi ilə təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh iddiaçının ərizəsini təmin etməmiş və xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstə qilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (ə cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi elan olunan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 492s saylı 16 avqust 2021-ci il tarixli Sərəncamına əsasən mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 11 noyabr 2019-cu il tarixli 05-20(4)-2251/16 nömrəli məktubunda onun 199 0-cı ildə Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın 11-ci sinfini bitirərək, yetkinlik yaşına çatmadan valideynlərinə təhvil verilməsi ilə bağlı məlumatlar qeyd olunmuşdur. Qeyd edilənlər nəzərə alınaraq onun valideyn himayəsindən məhrum olmuş təhsil müəssisələrinin məzunlarından hesab olunmadığı üçün mövcud qanunvericiliyə əsasən mənzillə təmin olunması nəzərdə tutulmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “yaşayış sahəsi ilə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, valideyn himayəsindən məhrum olduğuna görə uşaq evində yaşamışdır. 1989-1990-cu tədris illərində Göy çay şəhəri İnternat tam orta məktəbində təhsil almış, 18 yaşı tamam olduqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək "xxxx" sosial müəssisəsində yaşayış sahəsi verilməsini xahiş etmişdir. Təhsil Nazirliyindən ona bildirilmişdir ki, "xxxx" sosial müəssisənin yaradılması və istismarı məsələləri haqqında Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli qərarına əsasən "xxxx" sosial müəssisəsinin balansında olan evlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Bundan sonra o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin onun tələbinin yerinə yetirilməsindən imtina olunmuşdur. İmtinada qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktubuna əsasən 11-ci sinfi bitirərək 18 yaşı tamam olmamış valideynlərinə təhv il verilmişdir. Hesab edir ki, imtina əsassızdır. O, xəstəliyi ilə əlaqədar 18 yaşına çatdıqdan sonra pensiya məsələsinin həll edilməsi məqsədilə Nizami rayon İcra Hakimiyyətinin 07 avqust 1996-cı il tarixli Sərəncamı ilə Q.Qarayev prospekti 104 №-li evin 45 №-li mənzilinə qeydiyyata yazılmış, hal-hazırda da yuxarıda qeyd edilən yataqxanada qeydiyyatda olsa da, digər ünvanda müvəqqəti yaşayır. Hesab edir ki, Nazirlər Kabinetinin 90 saylı 30 mart 2015-ci il tarixli qərarına əsasən "xxxx" sosial müəssisəsinin balansında olan yaşayış sahəsi ilə təmin olunmalıdır.
7. Cavabdeh iddia dair imtina məktubuna uyğun etiraz verərək iddianı rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının cavabdehlə hər hansı bir hüquqi münasibətlərdə olması, həmin hü quq münasibətlər zəminində cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas yoxdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barəd ə əlavə tədbirlər” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci tarixli 492s nömrəli Sərəncamına əsasən mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 11 noyabr 2019-cu il tarixli 0520(4)2251/16 nömrəli məktubuna əsasən iddiaçı 1990-cı ildə Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın 11-ci sinfini bitirmiş və valideynlərinə təhvil verilmişdir. Valideynlərinə təhvil verildiyi səbəbindən yuxarıda qeyd edilən Sərəncama əsasən iddiaçının mənzillə təmin olunması nəzərdə tutulmur.
8. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)-2233/2023 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçıya "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunma sı öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı müvafiq internat tipli gimnaziyanı bitirdikdən sonra valideynlərinə təhvil verilməsi iş üzrə sübuta yetirilmədiyi üçün onun valideyn himayəsindən məhrum olmuş məzun kimi sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci tarixli 492s nömrəli Sərəncamı qəbul edilənədək “yaşayış sahəsi ilə təmin olunması” barədə müvafiq orqana müraciəti olduğu üçün onun bilavasitə yaşayış sahəsi ilə təmin olunmaq hüququ vardır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyun 2024-cü il tarixli 21(103)-750/2024 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, R.Səmədov və E.Əliyev) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinə və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci tarixli 492s nömrəli Sərəncamına istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən şəxs valideyni və yaxud valideynləri tərəfindən sosial xidmət müəssiəsindən götürüldüyü halda o artıq valideyn himayəsindən məhrum olmuş uşaq statusundan çıxır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 11 noyabr 2019cu il tarixli 05-20(4)- 2251/16 nömrəli məktubuna əsasən İddiaçı 1990-cı ildə Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın 11-ci sinfini bitirmiş və valideynlərinə təhvil verilmişdir. Odur ki, iddiaçının valideyn himayəsindən məhrum edilmiş şəxs statusu artıq mövcud olmadığı üçün onun əmlak və yaxud yaşayış sahəsi ilə təmin edilməsi qanunvericiliyin tələblərinə ziddir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ E DİLƏN HÜQUQ 16. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər;... 17. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 90 saylı Qərarı
18. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündə n, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsind ə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 21 yanvar tarixli qərarı
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “N.Əbilovun şikayəti üzrə” 2008-ci il 13 iyun tarixli qərarı Plenumunun KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunmasına yönəlmişdir.
25. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 90 saylı Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi yaradılmışdır.
26. Göründüyü kimi, iddiaçının mənzil tələb etdiyi "xxxx" uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn h imayəsindən məhrum olmuş məzunları üçün nəzərdə tutulmuşdur.
27. Başqa sözlə, normanın dispozisiya şərtindən belə müəyyən olunur ki, iddiaçı o halda "xxxx"ndən mənzillə təmin oluna bilər ki, o, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunu olsun. 28. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində “valideyn himayəsindən məhrum olmuş uşaqlar “ ifadəsinə anlayış verilmişdir. Həmin maddəyə əsasən hər iki valideyni qeyd olunan kateqoriyaların (məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırıla; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş el an edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallar) hər hansı birinə aid olan uşaqlar valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər.
29. İddiaçının dəlillərinə görə o, valideyn himayəsindən məhrum olunmuş uşaq kimi, uşaq evində böyümüş, bundan sonra 1979-1990-cı illərdə Göyçay şəhəri İnternat tam orta məktəbində təhsil almışdır.
30. Hazırkı iş üzrə işə baxan aşağı instansiya məhkəmələri iddiaçının valideyn himayəsindən məhrum olmuş uşaq olması ilə bağlı qənaətl ərini onunla əsaslandırmışlar ki, iddiaçı müvafiq internat tipli gimnaziyanı bitirdikdən sonra onun valideynlərinə təhvil verilməsini cavabdeh tərəfindən sübuta yetirilməyib və iddiaçının statusu hazırkı qərarın 28-ci bəndində qeyd olunan qanunun normasının təsiri altına düşür. Halbuki, iddiaçının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində əks olunmuş kateqoriyadan olan uşaq olması iş materialları ilə təsdiqlənmir.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən işin hallarını tam və ətraflı araşdırmamışdır. Belə ki, iddiaçının dediyi kimi onun uşaq evində böyüməsi və iddiaçının valideynlərinin onun tərbiyə edilməsindən və ya onun hüquq və mənafelərinin müdafiəs indən imtina etmə halı da işə əlavə edilmiş sənədlərdən müəyyən olunmur.
32. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçının hər iki valideyni sağdır və Göyçay şəhərində yaşayırlar. İddiaçının bitirdiyi Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın (əvvəl Göyçay şəhəri İnternat tam orta məktəbi) təyinatı isə İntellektual məhdudiyyəti olan uşaqlar üçün (əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün), aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqları üçün nəzərdə tutulur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, 2024-cü ilədək qüvvədə olan ümumtəhsil internat məktəblərinin nümunəvi nizamnaməsinə əsasən:
6. Ümumtəhsil internat məktəbləri məqsədindən asılı olaraq, aşağıdakı tiplər üzrə yaradılır: aztəminatlı, zəruri sosial-məişət şərait i olmayan ailələrin uşaqları üçün ümumi tipli ümumtəhsil internat məktəbləri; 1 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi ümumtəhsil internat məktəbləri; 2 sanator tipli ümumtəhsil internat məktəbləri. 1 — müxtəsər olaraq “Ümumi tipli ümumtəhsil internat məktəbləri” 2 — müxtəsər olaraq “Xüsusi ümumtəhsil internat məktəbləri” Ümumtəhsil internet məktəblərinin şagirdləri və onların hüquqları
9. Ümumtəhsil internet məktəblərinə aşağıdakılar qəbul olunurlar. Ümumi tipli ümumtəhsil internet məktəblərinə: çoxuşaqlı, lazımi maddi-məişət və tərbiyə şəraiti olmayan ailələrdən gələnlər; tək anaların (ataların) övladları; səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş valideynlərin (yaxud digər qanuni nümayəndələrin) uşaqları; qəyyumluğa (himayəyə), övladlığa götür ülən uşaqlar. Xüsusi ümumtəhsil internat məktəblərinə: valideynlərini itirmiş uşaqlar; müxtəlif səbəblərdən (valideynlərin həbs edilməsi, ruhi xəstə olması, valideynlik hüququndan məhrum olunması, valideyn tərəfindən imtina edilməsi və s.) valideyn himayəsindən məhrum olan uşaq və yeniyetmələr. Ümumtəhsil internat məktəblərinə şagird qəbulu və şagirdlərin internat məktəblərindən buraxılışı:
28. Ümumtəhsil internat məktəblərinə şagird qəbulu haqqında mediada, o cümlədən mətbuatda elanlar verilir.
29. Ümumtəhsil internat məktəblərinə şagird qəbulu il boyu aparılır.
30. Qəbul üçün aşağıdakı sənədlər təqdim edilir: Ümumi tipli ümumtəhsil internat məktəblərinə: doğum haqqında şəhadətnamənin əsli; sağlamlıq haqqında arayış; yaşayış yeri üzrə qeydiyyat haqqında arayış; valideynlərin iş yeri və əm ək haqqının məbləği barədə arayış; 4 ədəd 3x4 ölçüdə foto-şəkil; direktorun adına ərizə. Xüsusi ümumtəhsil internat məktəblərinə: doğum haqqında şəhadətnamənin əsli, yaxud həmin sənəd olmadıqda, uşağın yaşının təyin edilməsi barədə tibbi komissiyanın rəyi; sağlamlıq haqqında arayış; valideynləri və ya onları əvəz edən şəxslər barədə sənədlər (valideynlərin ölümü haqqında şəhadətnamələrin surəti, valideynlik hüququndan məhrum edilmə barədə məhkəmənin qərarı, valideynlərin xəstəliyi, uşaqlarını tərbiyə edə bilməməsi və ya axtarışda olması barədə sənədlər, valideynlərin olmadığını sübut edən digər sənədlər); uşağın bacı və qardaşlarının, yaxın qohumlarının (baba, nənə, əmi, dayı, bibi, xala) yaşayış yeri barədə arayışlar; valideynlərin ölümündən sonra qalmış əmlakın siyahısı və onun saxlanmas ına cavabdehlik daşıyan şəxslər haqqında məlumat; uşağın adına olan mənzil sahəsi barədə sənədlər; əmək pensiyası və (və ya) sosial müavinət təyin edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölməsinin arayışı (əmək pensiyası və (və ya) sosial müavinət alan uşaqlar üçün), aliment ayrılması barədə məhkəmənin qərarı; yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının qərarı.
34. Xüsusi ümumtəhsil internat məktəblərini bitirən şagirdlərə müvafiq təhsil sənədi ilə yanaşı, doğum haqqında şəhadətnamə, sağlamlıq və internat məktəbində dövlət himayəsində olması barədə arayışlar, yaxın qohumları haqda məlumat, pasport (yetkinlik yaşına çatanlara), mənzil və əmək hüququnu təsdiq edən sənədlər verilir.
13. Xüsusi və sanator tipli ümumtəhsil internat məktəblərində şagirdlər tam dövlət təminatında saxlanılırlar.
22. Müəyyən olunmuş qaydalar daxilində uşağı xüsusi ümumtəhsil internat məktəbinə qəbul edilmiş valideyn üzürlü səbəb olmadan 6 aydan artıq müddətdə uşağı ilə görüşə gəlməzsə, taleyi ilə maraqlanmazsa, internat məktəbinin rəhbərliyi onun valideynlik hüququndan məhrum edilməsi barədə müvafiq orqanlar qarşısında məsələ qaldıra bilər.
23. Ərazidə olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların müəyyənləşdirilməsi və xüsusi ümumtəhsil internat məktəblərinə göndərilməsi işinin təşkilində yerli təhsili idarəetmə orqanları, sanator tipli ümumtəhsil internat məktəblərinə göndəriləcək uşaqların aşkara çıxarılmasında isə ərazi üzrə dövlət tibb müəssis ələri bilavasitə məsuliyyət daşıyırlar
34. Məhkəmə kollegiyası qeyd edir ki, həmin əsasnamədə ümumtəhsil internat məktəblərini bitirən uşaqların valideynlərinə təhvil verilməsini aktlaşdırması qaydası nəzərdə tutulmayıb.
35. Həmin əsasnamənin 22-ci bəndinə əsasən isə müəyyən olunmuş qaydalar daxilində uşağı xüsusi ümumtəhsil internat məktəbinə qəbul edilmiş valideyn üzürlü səbəb olmadan 6 aydan artıq müddətdə uşağı ilə görüşə gəlməzsə, taleyi ilə maraqlanmazsa, internat məktəbinin rəhbərliyi onun valideynlik hüququndan məhrum edilməsi barədə müvafiq orqanlar qarşısında məsələ qaldıra bilər.
36. Lakin, işin bu halı da apellyasiya instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılmamışdır.
37. Odur ki, iddiaçının təhsil aldığı müəssisənin təyinatı ilə bağlı hərtərəfli araşdırma aparılmalı və həmin məktəbi bitirən uşaqların valideynlərə təhvil verilməsi qaydası müəyyən olunmalı və yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərinə uyğun olaraq internat məktəbinin rəhbərliyi onun valideynlik hüququndan məhrum edilməsi barədə müvafiq orqanlar qarşısında məsələni qaldırıb-qaldırmaması üzrə araşdırılma aparılmalıdır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 2008-ci il 13 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə işt irakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
39. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 21 yanvar tarixli qərarı).
40. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi bu qərarın əsaslandırma hissəsində qeyd olunan halları obyektiv araşdırma prins ipinin tələblərinə uyğun olaraq araşdırılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyun 2024-cü il tarixli 21(103)-750/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 21 noyabr 2024-cü il tarixli, 2-1(102)-2556/2024 nömrəli iş üzrə hakim Zakir Quliyevin Xüsusi rəyi Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yaşayış sahəsi ilə təmin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzib ati Məhkəməsinin 2-1(112)-2233/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 2-1(103)-750/2024 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan verilmiş kassasiya şikayəti üzrə işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 21 noyabr 2024-cü il tarixli, 2-1(102)2556/2024 nömrəli qərarla Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 2-1(103)-750/2024 nömrəli qərarını ləğv etmiş və işi yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qeyd edilən həmin qərarla razı deyiləm və aşağıda göstərilən səbəblərdən xüsusi rəydə qalıram. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.13-cü bəndinə əsasən uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının tabeliyindəki "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. Hazırkı işdən görünür ki, iddiaçı onun da internat tipli gimnaziyanı bitirdikdən sonra yaşayış sahəsinə ehtiyacı olduğu üçün yaşayış sahəsi ilə təmin olunması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh qurum bundan imtina etmiş və onun imtinasının əsasını “İddiaçı internat məktəbinin 11-ci sinfini bitirərək valideynlərinə təhvil verilməsi” təşkil etmişdir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdud laşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Beləliklə, sadalanan normaların məzmunundan da görünür ki, uşaqların valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilməsi üçün əsaslardan biri də odur ki, valideynlər uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina etmiş olsunlar. Hazırkı işdə Azərbaycan Respublikası Təhsil Nazirliyi X5 Təhsil İdarəsinin 3-2940/2-364/2024 nömrəli xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildir ilmişdir ki, İddiaçı 1979-cu ildə Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyaya qəbul edilmiş, 1990-cı ildə həmin gimnaziyanı bitirmiş, təhsil aldığı müddət ərzində gimnaziyanın yataqxanasında yaşamış və tam şəkildə dövlət təminatında olmuşdur. İddiaçı Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanı bitirdikdən sonra valideyinlərinə təhvil verilməsi ilə bağlı X5 Təhsil İdarəsinin və Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın arxivində faktı təsdiq edə biləcək heç bir sənəd və mötəbər sübut mövcud deyil. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2024-cü il tarixli, 2-1(102)-2556/2024 nömrəli qərarında 2024-cü ilədək qüvvədə olan ümumtəhsil int ernat məktəblərinin nümunəvi nizamnaməsində ümumtəhsil internat məktəblərini bitirən uşaqların valideynlərinə təhvil verilməsini aktlaşdırması qaydasının nəzərdə tutulmadığına istinad olunmuşdur. Qeyd olunmalıdır ki, İddiaçı Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanı bitirdikdən sonra valideyinlərinə təhvil verilməsi ilə bağlı gimnaziyanın arxivində ümumiyyətlə hər hansı sənəd mövcud deyildir. Məhkəmə araşdırmaları zamanı iddiaçı adı çəkilən gimnaziyanı bitirdikdən sonra valideynlərinin onu götürmədiyini və onun müvəqqəti olaraq bir müddət xalasının evində, daha sonra isə ayrı-ayrı yerlərdə kirayədə qaldığını bildirmişdir. İddiaçının valideynlərinin hazırda sağ olması və onların Göyçay rayonunda yaşaması faktı özü-özlüyündə hələ onların iddiaçı ilə əlaqə də olub, onun sözügedən gimnaziyanı bitirdikdən sonra valideynləri ilə ailə bağlarının hələ də mövcud olmasını təsdiqləmir. Əksinə, iş materialları ilə təsdiq olunur ki, iddiaçı internat tipli gimnaziyanı bitirdikdən sonra valideyinləri tərəfindən təhvil alınmamışdır, yəni valideynləri sağ olduqları halda onu həmin internat tipli gimnaziyadan götürməkdən imtina etmişlər. Bununla da iddiaçının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində əks olunmuş kateqoriyadan olan uşaq olması faktı təsdiqlənir. O ki qaldı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2024-cü il tarixli, 2-1(102)-2556/2024 nömrəli qərarında göstərilən “2024-cü ilədək qüvvədə olan ümumtəhsil internat məktəblə rinin nümunəvi nizamnaməsinin 22-ci bəndinə əsasən internat məktəbinin rəhbərliyinin iddiaçının valideynlərinin valideynlik hüququndan məhrum edilməsi barədə müvafiq orqanlar qarşısında məsələ qaldırmaq imkanının olması”na, bu barədə qeyd edirəm ki, həmin səlahiyyət internat məktəblərinin rəhbərliyinə verilsə də, sonuncunun bu barədə müraciət etməsi qanunla onun üzərinə vəzifə olaraq qoyulmamış, sadəcə “hüquq” olaraq verilmişdir ki, bu da hər zaman həmin səlahiyyətdən istifadənin məcburiliyini kəsb etmir. Belə olan halda internat məktəbi rəhbərliyinin iddiaçının valideynləri ilə bağlı hər hansı orqan qarşısında məsələ qaldırmaması iddiaçının internat tipli gimnaziyanı bitirdikdən sonra valideynləri tərəfindən götürülməsinin baş verməsi kimi də qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli, 176 nömrəli qərarının 16-cı bədində qeyd edilmişdir ki, internat məktəbini bitirən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum şagirdlərə Respublika Nazirlər Kabinetinin qərarı ilə nəzərdə tutulan qaydada müvafiq güzəştlər edilir. Hazırkı vəziyyətdə iddiaçının müvafiq internat tipli gimnaziyanı bitirdikdən sonra valideynləri tərəfindən təhvil alınması faktı iş üzrə sübuta yetirilmədiyindən və bu hal onun qanunla valideyn himayəsindən məhrum olmuş məzun hesab olunması üçün əsas verdiyindən, iddiaçının sosial məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci tarixli, 492s nömrəli Sərəncamı qəbul edilənədək “yaşayış sahəsi ilə təmin olunması” barəd ə müvafiq orqana müraciəti nəzərə alınmaqla bilavasitə yaşayış sahəsi ilə təmin olunmaq hüququ vardır. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2-1(103)-750/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı idi.