Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2557/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsinə dair rəyin göndərilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsinə dair rəyin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2-1(103)-1720/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X5 - milliyyəti ukraynalı, anası X4 - milliyyəti tatardır.
2. İddiaçının anası X4 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinə ərizə-anket ilə müraciət edərək, yetkinlik yaşına çatmayan oğlu İddiaçılə (iddiaçı ilə) birlikdə Azərbaycan Respublikasının vətəndaşlıqlarına xitam verilməsini xahiş etmişdir.
3. İddiaçının atası X3 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, X4 ilə birgə nikahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan x x.xx.2005-ci il təvəllüdlü övladı – oğlu İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığından çıxmasına razıdır.
4. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Cəmilə Staroxaya ünvanlanmış xx.xx.2022-ci il tarixli 8/259 nömrəli məktubdan görünür ki, iddiaçı Xidmətin Suraxanı rayon idarəsində axtarışdadır və bununla əlaqədar ilkin hərbi qeydiyyata alınmadan yayınan vətəndaşın qanunvericiliyə əsasən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən tibbi müayinədən keçirilərək qeydiyyata alınması, eləcə də qeydiyyat sənədində şəxsən imza etməklə ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə ilə təmin olunması üçün mütləq şəkildə Xidmətin müvafiq struktur bölməsinə gəlməsi tələb olunur. Əlavə olaraq bildirilmişdir ki, vətəndaşın dövlətlə bağlılığı və ondan asılılığa səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəlikləri digər hüquqi müddəalarla yanaşı, qeydiyyat öhdəliklərini də ehtiva etdiyi üçün “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs tərəfindən dövlət qarşısında icra edilməmiş öhdəliklərinin ödənilməsi çərçivəsində qeydiyyat üzrə icraat tələblərinin də təmin edilməsi zəruridir.
5. Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələləri baş idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 (övladı İddiaçı ilə birlikdə) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığından çıxma barədə vəsatət qaldırmış və Azərbaycan Respu blikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3652 nömrəli sərəncamı ilə yalnız onun Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsinə dair rəyin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 1979-cu ilin iyul ayının 13-də Bakı şəhərində doğulmuş, 2003-cü ildə Azərbaycan Respublikasının vətəndaşı X5 ilə nikaha daxil olmuş və xx xxx 2005-ci ildə iddiaçı doğulmuşdur. 2010-cu ilin dekabrında iddiaçının anası və atası uşaqları ilə birlikdə Kanadaya mühacirət etmişdir. 2015-ci ilin y anvar ayının 7-də ailənin bütün üzvləri Kanada vətəndaşlığını qəbul etmişdir. İddiaçının anası və atası Kanadanın Riçmond şəhərində əmək fəaliyyəti ilə məşğuldur, iddiaçı da həmin şəhərdə təhsil alır. Həyat şəraitləri hazırda vətəndaşı olduqları ölkənin şərtlərinə uyğunlaşmışdır. Eyni zamanda, təhsil və ailənin qazanc yeri də yaşadıqları və vətəndaşı olduqları ölkə ilə bağlıdır. Əmək şəraitinin yaxşılaşdırmasını təmin etmək və təhsili ilə əlaqədar onun Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi zərurəti yaranmışdır. Bu məqsədlə iddiaçının anası X4 cavabdehə ərizə ilə müraciət edərək, özünün və oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli arayışı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 3652 nömrəli sərəncamına əsasən X1 Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildiyi bildirilmişdir. Daha sonra X4 xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, oğlu İddiaçı də vətəndaşlığına xitam verilib-verilməməsi ilə bağlı məlumat verilməsini xahiş etmişdir. Həmin ərizəyə cavab olaraq bildirilmişdir ki, yalnız X1 vətəndaşlığına xitam verilmişdir. İddiaçının vətəndaşlığına hansı əsasla xitam verilməməsi barədə hər hansı məlumat verilməmişdir. Halbuki, iddiaçının anası ilə birlikdə Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməli idi. Belə ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 22-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilən valideynin vəsatəti və Azərbaycan Respublikası vətəndaşlığında qalan valideynin razılığı ilə uşağın Azərbaycan Respublikası vətəndaşlığından çıxmasına icazə verilə bilər. Həmin Qanunun 25-ci maddəsinə əsasən, bu Qanunun 19-24-cü maddələrində nəzərdə tutulmuş hallarda 14 yaşından 18 yaşınadək uşaqların vətəndaşlığı yalnız onların razılığı ilə dəyişə bilər. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 15-ci maddəsinə əsasən, heç kim öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Eyni zamanda, iddiaçının Azərbaycan Respublikası qarşısında hər hansı öhdəlikləri mövcud deyildir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının anasının müraciəti üzrə sənədlər baxılması üçün Azərbaycan Respublikası Prezdenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına göndərilmişdir. Şəxsin vəsatətinə Komissiyada baxıl mış və təmin edilməsi məqsədəuyğun hesab olunaraq onun vətəndaşlığına xitam verilmişdir. Lakin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli S/259 nömrəli məktubunda iddiaçının hərbi öhdəliyinin mövcud olduğu bildirilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 20 sentyabr 2023-cü il tarixli, 2-1(112)-7675/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə aydınlaşdırılmalı olan məsələ ondan ibarətdir ki, cavabdeh inzibati orqan müvafiq məsələ ilə bağlı özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi?
11. Bununla bağlı məhkəm ə qeyd etmişdir ki, işdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan göründüyü kimi, xx.xx.1979-cu il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, özünün və yetkinlik yaşına çatmayan övladı - xx.xx.2005-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi barədə vəsatət qaldırmışdır. Təqdim edilmiş sənədlərə əsasən X1 Azərbaycan dövləti qarşısında icra edilməmiş öhdəlikləri və Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhd əliyinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2022-ci il tarixli S/259 saylı məktubunda İddiaçı Azərbaycan dövləti qarsısında icra edilməmiş hərbi öhdəliyinin olduğunu qeyd etmişdir. Qeyd olunan məlumatlar əsasında vəsatətin X2 aid hissədə müsbət həll olunması məqsədəuyğun hesab edilmiş və baxılması üçün Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına göndərilmişdir. Məhkəmə cavabdehin bu əsaslandırması ilə razılaşmış və qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2005-c i il təvəllüdlü olmaqla, cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixə 16 yaşı tamam olmuş, çağırışaqədər yaş həddində olan şəxs olmuş, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaçının Xidmətin Suraxanı rayon idarəsində axtarışda olduğunu və bununla əlaqədar ilkin hərbi qeydiyyata alınmadan yayınan vətəndaşın qanunvericiliyə əsasən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən tibbi müayinədən keçirilərək qeydiyyata alınması, eləcə də qeydiyyat sənədində şəxsən imza etməklə ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə ilə təmin olunması üçün mütləq şəkildə Xidmətin müvafiq struktur bölməsinə gəlməsinin tələb olunduğunu bildirmişdir. Məhkəmə icraatı zamanı isə iddiaçı artıq 18 yaşı tamam olmuş şəxs kimi çağırışçı kateqoriyasına aid olmuşdur. Göründüyü kimi, iddiaçının çağırışçı kimi Azərbaycan dövləti qarşısında icra edilməmiş hərbi öhdəliyi mövcuddur. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığından çıxması məsələsinin müsbət həll olunmasının məqsədəuyğun hesab edilməməsi barədə rəyi əsaslı olmuşdur.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və E.Ə.Əliyev) 04 iyun 2024-cü il tarixli, 2-1(103)-1720/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkə məsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
16. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı hərbi öhdəliyi yarananadək Kanada vətəndaşlığına qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikasının Kanadada yerləşən konsulluğuna müraciət etmişdir. İddiaçı 10 yaşından, yəni Azərbaycan Respublikası qarşısında hərbi öhdəliyi yaranmamışdan əvvəl Kanada vətəndaşı olmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kass asiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun: Maddə
16. Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində;... Maddə
17. Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Mad də
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiril ə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Ap ellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsinə nail olmaqdır və o, tələbinin hüquqi əsası kimi 10 yaşından etibarən Kanadada yaşamasını göstərmişdir.
26. Məhkəmə kollegiyası mübahisə üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırması və gəldiyi ilə razılaşır, kassasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, kişi cinsinə məxsus hər bir Azərbaycan Respublikası vətəndaşının doğulduğu andan hərbi xidmət öhdəliyi yaran ır, lakin qanunvericiliyin şərtləri ilə müəyyən edilmiş qaydada həmin öhdəliklər müvafiq yaş həddinə çatdıqda icra edilir və ya şəxs həmin öhdəlikdən ümumiyyətlə azad edilir.
27. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının Azərbaycan Respublikası qarşısında hərbi xidmət öhdəliyi mövcud olduğundan, iddia tələbinin rədd edilməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 202 4-cü il tarixli, 21(103)-1720/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.