Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2587/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Vergilər Nazirli yanında Milli Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: vergi məsuliyyətinə cəlbetmə haqqında qərarın ləğv edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil, cavabdehin nümayədəsi Nümayəndə2 və vəkili İsmayıl Əhmədin iştirakı ilə, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Vergilər Nazirliyi yanında M illi Gəlirlər Departamentinə qarşı aktın və qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 12 mart 2019-cu il tarixli, 2-1(103)358/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə (məhkəmə iclası 18 sentyabr 2019-cu il tarixdə keçirilmiş, məhkəmə qərarı 25 sentyabr 2019-cu il tarixdə elan edilmişdir) Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı LPO “xxxx” ASC-yə AR Verglər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin 22 yanvar 2018-ci il tarixli **********111426 saylı səyyar vergi yoxlama aktına əsasən vergi ödəyic isinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 13 mart 2018-ci il tarixli **********143707 saylı qərarın qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 12.09.2018-ci il tarixli iş № 2-1(82)-3189/2018, (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddianın təmin edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.09.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibat i-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 12.03.2019-cu il tarixli iş № 2-1(103)-358/2019 (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qərarı iləbirinci instansiya məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2-1(82)-3189/2018 saylı qərarının “Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13 mart 2018-ci il tarixli, **********143707 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 13 mart 2018-ci il tarix li **********143707 saylı qərarın ləğv edilməsi barədə iddiasının təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin apelyasiya şikayəti həmin tələbə aid hissədə təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə və dəyişiklik edilməsı barədə 29 noyabr 2002-ci il tarixli 383-İİQD saylı Qanuna əsasən Məcəlləyə aşağıda göstərildiyi kimi 111.3-cü maddəsi əlavə edilmişdir. Göstərilən maddə üzrə müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Nazirlər Kabinetidir. Nazirlər Kabineti hal-hazıra kimi göstərilən münasibətləri tənzimləyən normativ hüquqi akt qəbul etməmişdir. Aktivlərin təsnifləşdirilməsi və mümkü n zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları Ümumi müddəalarında aşağıdakılar göstərilmişdir. Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.3-cü maddəsinə və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.12-ci maddəsinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında (bundan sonra - banklar) aktivlərin təsnifləşdirilməsi və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydalarını müəyyən edir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.3-cü maddəsinə əsasən kreditlər və digər aktivlər üzrə ehtimal olunan zərərlərin ödənilməsi üçün banklar, xa rici bankların yerli filialları və bank olmayan kredit təşkilatları tərəfindən yaradılan xüsusi ehtiyat fondunun hesablanması və formalaşdırılması qaydasını müəyyən edir. “Azərbaycan Respublikası Banklar Haqqında” Qanununun 34.2.12-ci maddəsinə əsasən aktivlərin balansarxası öhdəliklərin təsnifatından və qiymətləndirilməsindən asılı olaraq mümkün zərərin ödənilməsi üçün xərclər hesabına yaradılan xüsusi ehtiyatlara aid tələbləri maliyyə sabitliyini təmin etmək məqsədilə prudensial normativləri və tələbləri müəyyən edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4cü maddəsində vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməməsi konkret şəkildə göstərilmişdir. Sözügedən maddəyə əsasən “Mərkəzi bank haqqında” Qanun və “Azərbaycan Respublikası Banklar haqqında” Qanun vergi qanunvericiliyinin tərkib hissəsinə daxil deyildir. Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları haqqında 18 dekabr 2013-cü il tarixli 25/1 saylı qərarı ilə Mərkəzi bankın bu sahəyə aid əvvəlki qərarları ləğv edilmişdir. Qərar 01 fevral 2014-cü ildə hüquqi qüvvəyə malikdir. Ona görə də ehtiyatların yaradılması Azərbaycan Respublikası Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanunun icrası məqsədi ilə qəbul edildiyi üçün Vergi Məcəlləsinin 111.3-cü maddəsinin icrası təmin edilmişdir. 01 fevral 2014-cü il tarixə kimi Mərkəzi Bank tərəfindən qəbul edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusı ehtiyatların yaradılması Qaydaları Vergi Məcəlləsinin tələblərinə uyğun olmamışdır. Vergi Məcəlləsinın 151.1-ci maddəsınə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinın 1/4 hissəsini təşkil edir. İş materialına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, 06 aprel 2016-ci il tarixdə 2015-ci ilin İ rübü üçün 343765,46 manat, həmin məbləğ 07 iyun 2015-ci il tarixdə 2015-cı ilin İİ rübü üzrə, 08 oktyabr 2015-ci il tarixdə 2015-cı ilin İİİ rübü üzrə, 06 yanvar 2016-ci il tarixdə 2015-ci ilin İV rübü üzrə avans vergi hesablanmışdır. Beləliklə 2015-ci il üçün 343765,46 * 4 = 1375061,84 manat mənfəət vergisi üzrə avans hesablanmışdır. Bu hal bir daha təsdiq edir ki, 2014-cü ilin mənfəət vergisi 1375061,84 manat olmuşdur. Qaydalar 01 fevral 2014-cu il tarixdən hüquqi qüvvəyə malik olduğu üçün göstərilən 3085771,80 manat ehtiyatı 2014-cü ildə gəlirdən çıxılsaydı mənfəət vergisi 617154,36 manat azalmaqla 1375061,84 - 617154,36 = 757907,48 manat təşkil etməli idi. Bu hal bir daha təsdiq edir ki, 617154,36 manat mənfəət vergisi əvvəlcədən yəni 2014-cü ildə ödənilmişdir. Göstərilən hal bir daha təsdiq edir ki, mənfəət vergisinin azaldılmasının aşkar edilməsi faktı mövcud deyildir. Azərbaycan Respublikası Mərkəzi Bankının “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın (“Qaydalar”) 4.7-ci maddəsinə əsasən bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi İdarə Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçirilir. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və bu aktivlər üzrə ödənilməmiş faizlər müvafiq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və azı beş il ərzində bu hesablarda uçotu aparılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 111.2-ci maddəsinə əsasən ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğınin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. Buna görə də Vergi Məcəlləsinin 111.2-ci maddəsi və Qaydaların 4.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla ehtiyatların balansdan silinmə anı Müşahidə Şurasının qərarının qəbul edildiyi tarixdir. Yaradılmış ehtiyat Müşahidə Şurasının 2016-cı il tarixli qərarına əsasən Vergi Məcəlləsinin 111.2-ci maddəsinin tələbinə uyğun olaraq ümidsiz borc hesab etməklə, xərc hesabına balansdan silinmişdir. Həmin Məcəllənin 111.3cü maddəsinə əsasən banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asın olaraq xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə və dəyişiklik edilməsi barədə” 29 noyabr 2002-cı il tarixli 383-İİQD saylı Qanuna əsasən Məcəlləyə aşağıda göstərilən kimi 111.3-cü maddəsi əlavə edilmişdir. 111.3. Banklar və bank fəaliy yətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunverıcıliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmış qaydada gəlirdən çıxmaq hüququna malikdirlər. Həmin maddə üzrə müvafiq icra hakimiyyətı orqanı Azərbaycan Respublikası Nazirlər Kabinetdir. Lakin hal-hazıra kimi göstərilən barədə Azərbaycan Respublikası Nazirlər Kabineti heç bir normativ hüquqi akt qab etməmişdir. 30 noyabr 2018-ci il tarixli qanunla Vergi Məcəlləsinin 111.3-cü maddəsinə dəyişiklik edilmiş və dəyişiklikdən sonra aşağıda göstərilən kimidir. 111.3. Banklar və bank fəaliyyətini ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər. Göstərilən dəyişiklik 01 yanvar 2019-cu il tarixdən hüquqi qüvvəyə malik olmasına baxmayaraq məhkəmə kollegiyası həmin maddəni 2016-cı ilə tətbiq etmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli, 1356-VQD saylı Qanuna əsasən 111.3-cü maddəyə “asılı olaraq” sözlərindən sonra “maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada” sözləri və “məbləğləri” sözündən sonra “vergitutma məqsədləri üçün” sözləri əlavə edilmiş və yəni redaksiya aşağıdakı qaydada verilmişdir. “Banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericıliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər”. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli, 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüqu qi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 20 dekabr 2018-ci il 414 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci və 1.1-ci bəndələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinə 3 ay müddətinə icra edilməli tapşırıqlar verilmiş və həmin tapşırıqlar sırasına Fərmanın 1.1.13-cü bəndinə əsasən həmin Məcəllənin 111.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında, xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydasını təsdiq etməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, Vergi Məcəlləsinin 111.3-cü maddəsi vergi məqsədləri üçün yalnız Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müvafiq qaydalar qəbul edildikdən sonra tətbıq edilə bilər, eyni zamanda 01 yanvar 2019-cu il tarixə kimi həmin maddənin vergitutma məqsədi ilə istifadə edilməsində ziddiyyətli məqamlar mövcud olmuşdur. Belə ki, sözügedən 111.3-cü maddənin tətbiqi üçün 2019-cu ilədək müvafiq hüquqi mexanizmin mövcud olmaması yuxarıda göstərilən fərmanların imzalanması ilə bir daha öz təsdiqini tapmışdır. Halbuki vergi orqanları mənfəət vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin 111.3-cü və 136-cı maddələrinə istinad edərək vergi ödəyicisinin adı çəkilən maddələrin tələb lərinə riayət etmədiyini qeyd etmişdir. Qaydaların 4.2.5-ci bəndinə əsasən ümidsiz aktivlər üzrə 100% həcmində ehtiyat yaradılır. Sadalanan normaların tələblərindən göründüyü kimi, qanunvericiliklə ümidsiz aktivlər üçün ehtiyatların yaradılması məqsədilə konkret müddətlər müəyyən edilmişdir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə maraqlı şəxsə heç bir məlumat verməmiş və maraqlı şəxsi inzibati icraatdan qanunsuz kənarlaşdırmış və nəticədə birtərəfli qayda inzibati orqanın maraqlarına uyğun qərar qəbul etmişdir. İnzibati orqan tərəfindən müvafiq Akt və Qərar qəbul edilən zaman çoxsaylı prosessual pozuntulara yol verilmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 48-ci maddəsində inzibati icraatda müddətlərin hesablanması qaydaları müəyyən edilmişdir. Cavabdehin yuxarıda g östərilən yoxlama aktına əsasən yoxlama müddəti 30 gün müddət müəyyən edilmış və yoxlama 13 sentyabr 2017-ci il tarixdə başlamış və yoxlama müddəti 13 oktyabr 2017-ci il tarixdə bitməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi qanunvericilıyinin icrasına nəzarət departamentinin 20 oktyabr 2017-ci il tarixli **********120948 saylı qərarına əsasən yoxlama müddəti 30 gün müddətinə artırılmışdır. Göstərilən qərarın yalnız 4 günü yoxlama keçirilməsi üçün Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Reyestrdə göstərilmiş müddətdir. Qalan müddət Reyestrə daxil edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 369.8-ci maddəsinə əsasən müddət uzadıldıqda yeni müddət bilmiş müddətin sonundan hesablanır. Ona görə də yoxlama müddəti 13 oktyabr 2017-ci il tarixdə bildiyi üçün yoxlama müddətinin artırılmasının uzadılması üçün yeni müddət 13 oktyabr 2017-ci tarixdən uzadılmalı olduğu halda müddət bitdikdən 7 gün sonra, yəni 20 oktyabr 2017-ci il tarixdən yoxlama müddəti uzadılmışdır. İnzibati orqan mövcud olmayan müddəti uzatmışdır. Yoxlama qeydiyyatına alınmasına dair 13 sentyabr 2017-ci il tarixli KY171201450 saylı çıxarışdan görünür ki, yoxlamanın başa çatma müddəti 24 oktyabr 2017-ci il tarixdir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 saylı Fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini n forması və aparılması qaydası haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarliq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqı nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü maddəsində Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar göstərilmişdir. Həmin məlumatlar sırasına Əsasnamənin 34.16-cı maddəsində yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə Reyestrə daxil edilməlidir. Lakin vergi orqanının yoxlama müddətinin artırılması barədə yuxarıda göstərilə n yoxlama müddətinin uzadılması barədə qərarları Reyestrə daxil edilməmişdir. Ona görə də Əsasnamənin 1.5-ci maddəsinə əsasən göstərilən qərarların hüquqi əsası mövcud deyildir. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmış sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirlərı tətbiq edilə bilməz. Ona görə də mübahisəli inzibati akt heç bir məsuliyyət yaratmamalıdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi işin hallarına və mövcud sübutlara lazımi qiymət verməmiş, öz mövqeyini əsaslandırmamış və maddi hüquq normalarını düzgün tətbiq etməyərək inzibati orqanının Azərbaycan Respublikası Vergi Məcəlləsi və “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmadığı nəticəsinə gəlmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 mart 2019-cu il tarixli, 2-1(103)358/20 19 saylı qərarını ləğv edərək yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarını ləğv edərək yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsiNümayəndə1 da, iddiaçının vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmi n edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarını ləğv edərək yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili İ.Əhməd kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsiNümayəndə2 da vəkili İ.Əhmədin çıxışına uyğun izahat verərək, kasasiya şika yətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarın isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndə və vəkillərinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləs inin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Ko llegiyasının hazırki iş üzrə qəbul etdiyi 12 mart 2019-cu il tarixli, 2-1(103)-358/2019 saylı qərarla, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2-1(82)-3189/2018 saylı qərarının “Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13 mart 2018-ci il tarixli, **********143707 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 13 mart 2018-ci il tarixli **********143707 saylı qərarın ləğv edilməsi barədə iddiasının təmin edilməməsi, cavabdeh Azə rbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin apelyasiya şikayətinin həmin tələbə aid hissədə təmin edilməməsi qənaətinə gələrkən Vergi Məcəlləsinin 60, 92, 111.3, 125.1, 125.3-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 12 mart 2019-cu il tarixli qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının inzibati mübahisələr üzrə çıxartdığı qərarlarında dəfələrlə göstərildiyi kimi, İnzibati Prosessual Məcəllənin inzibati mübahisələrə baxılmasının prinsiplərini müəyyən edən və digər mübahisələrə (mülki, iqtisadi) ba xılmasından fərqlənən prinsipləri mövcuddur ki, onlardan da inzibati mübahisələr üzrə qanuni və əsaslı qərar qəbul edilməsində xüsusi rolu olan İnzibati Prosessual Məcəllənin 12-ci maddəsində təsbit edilmiş prinsip yer almışdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsində deyilir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələ b edə bilər. Bu arada İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin də önəmli olduğu qeyd edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən yuxarıda göstərilmiş prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir ki, nəticə etibarı ilə iş üzrə düzgün olmayan qərar qəbul edilmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh orqanın 12 sentyabr 2017-ci il tarixli **********111155 saylı qərarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədən kənar yoxlama keçirilmişdir. Yoxlama nəticəsi kimi 22 y anvar 2018-ci il tarixli **********111426 saylı səyyar vergi yoxlama aktı tərtib edilmiş və həmin akt əsasında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 13 mart 2018-ci il tarixli **********143707 saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən 72112,98 manat ödəmə mənbəyindən tutulan vergi və 617154,36 manat mənfəət vergisinin azaldılmasını müəyyən etmiş, 458635,63 manat maliyyə sanksiyası tətbiq etmişdir. Burada məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin **********111426 saylı səyyar vergı yoxlama aktı 22 yanvar 2018-ci il tarixdə tərtib edilmiş, 25 oktyabr 2017-ci il tarixdən 22 yanvar 2017-ci il tarixə olan dövr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Reyestrinə yoxlayıcı orqan tərəfindən daxil edilməmişdir. Yoxlama qeydiyyatın a alınmasına dair 13 sentyabr 2017-ci il tarixli KY171201450 saylı çıxarışdan görünür ki, yoxlamanın başa çatma müddəti 24 oktyabr 2017-ci il tarixdir. Azərbaycan Respublikasi Vergilər Nazirliyi yanında Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin 05 dekabr 2017-ci il tarixli **********130946 saylı qərarına əsasən yoxlama müddəti 30 gün müddətinə artırılmışdır. Lakin vergi orqanının yoxlama müddətinin artırılması barədə qərarları sözügedən Reyestrə daxil edilməmişdir. Məlum olduğu kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci maddəsinə əsasən Ədliyyə Nazirliyinin Reyestrinə daxil edilməyən qərarların hüquqi əsası mövcud deyildir. Lakin apelyasiya instansiyası məhkəməsi işin sözügedən halı nı tam və hərtərəfli araşdırmamış, nəticə etibarı ilə də ona hüquqi qiymət verməmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati mübahisənin düzgün həll edilib qanuni və əsaslı qərar qəbul edilməsində Vergi Məcəlləsinin 39.7, 49.1, 49.5-ci maddələrinin müddəaları da böyük əhəmiyyət kəsb etdiyindən nəzərə alınmalıdır. Belə ki, Vergi Məcəlləsinin 39.7-ci maddəsinə görə vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müa vini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında. Həmin Məcəllənin 49.5-ci maddəsində isə göstərilir ki, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Lakin apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən Vergi Məcəlləsinin 39.7-ci maddəsinin müddəalarına, yəni, «vergi orqanı vergi yoxlamasının materiallarına baxılmasının yeri və vaxtı haqqında vergi ödəyici sinə əvvəlcədən məlumat verir» müddəasına riayət edilibedilməməsini araşdırmamış, nəticə etibarı ilə də buna hüquqi qiymət verməmişdir. Halbuki iş materiallarında cavabdeh tərəfindən sözügedən məlumatın iddiaçıya verilməsini təsdiq edən sübut mövcud deyildir. Digər tərəfindən, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin inzibati aktı yoxlama aktını qəbul etdiyi zaman iddiaçıya məlumat verib-verməməsi də məhkəmə araşdırılması predmeti olmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 2.4-cü maddəsinin tələbləri baxımından vergi qanunvericiliyindən başqa hansı digər qanunvericilik aktlarının vergitutma və vergi nəzarəti məsələlərinə daxil edilə bilməməsini ümumiyyətlə araşdırmamış, halbuki bu cür qanunvericilik aktlarının müfəssə l siyahısı Vergi Məcəlləsinin 2.4-cü maddəsində konkret şəkildə yer almışdır ki, “Mərkəzi Bank haqqında” və “Azərbaycan Respublikası Banklar haqqında” qanunlar vergi qanunvericiliyinin tərkib hissəsinə daxil deyildir. Həmçinin qeyd edilməlidir ki, işin faktiki hallarına apelyasiya instansiyası məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 111.2, 111.3-cü maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Bankının “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaların düzgün tətbiq edilməmişdir. Belə ki, həmin Qaydaların 4.7-ci maddəsinə əsasən bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi İdarə Heyətinin təqdimatına əsəsən Müşahidə Şurasının qərarı ilə həyata keçirilir. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və bu aktivl ər üzrə ödənilməmiş faizlər müvafıq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və azı beş il ərzində bu hesablarda uçotu aparılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 111.2-ci maddəsinə əsasən ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. İş materiallarından isə göründüyü kimi Vergi Məcəlləsinin 111.2-ci maddəsi və Qaydaların 4.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla ehtiyatların balansdan silinmə anı Müşahidə Şurasının qərarının qəbul edildiyi tarixdir. Yaradılmış ehtiyat Müşahidə Şurasının 2016-cı il tarixli qərarına əsasən Vergi Məcəlləsinin 111.2-ci maddəsinin tələbinə uyğun olaraq ümidsiz borc hesab etməklə, xərc hesabına balansdan silinmişdir. Hə min Məcəllənin 111.3-cü maddəsinə əsasən banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çixmaq hüququna malikdirlər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə və dəyişiklik edilməsi barədə” 29 noyabr 2002-ci il tarixli 383-İİQD saylı Qanuna əsasən Məcəlləyə aşağıda göstərilən kimi 111.3-cü maddəsi əlavə edilmişdir. 111.3. Banklar və bank fəaliyyətinin ayrı-ayri növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada xüsusi ehtiyat fondlarınin yaradılmasına aid edilən məbləğləri vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər. Həmin maddə üzrə müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Nazirlər Kabinetdir. Lakin hal-hazıra kimi göstərilən barədə Azərbaycan Respublikası Nazirlər Kabineti heç bir normativ hüquqi akt qəbul etməmişdir. 30 noyabr 2018-ci il tarixli qanunla Vergi Məcəlləsinin 111.3-cü maddəsinə dəyişiklik edilmiş və dəyişiklikdən sonra aşağıda göstərilən kimidir: 111.3. Banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada xüsusi ehtiyat fondla rının yaradılmasına aid edilən məbləğləri vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər. Lakin göstərilən dəyişiklik 01 yanvar 2019-cu il tarixdən hüquqi qüvvəyə malik olmasına baxmayaraq apelyasiya məhkəməsi həmin maddəni 2016-cı ilə tətbiq etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə apelyasiya instansiyası məhkəməsində təkrar baxıldığı zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə, iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19 mart 2019-cu il tarixli, 21(103)-358/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2587/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2587/2019
25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver