Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2613/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi; təsisçilərin müəssisəyə qoyduğu əmlakın satışından mənfəət vergisinin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1638/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X1 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı MMC xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət, nizamnamə kapitalını n dəyəri 10,00 manat təşkil edir.
2. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X1 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, MMC-nin nizamnamə kapitalının miqdarı (ödənilmiş əvvəlki) 10 manat, hazırkı məbləği 715.349,32 manat təşkil edir. 3. 2021-ci ilin mənfəət (gəlir) vergisi bəyannaməsindən görünür ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 6.508.958,14 manat gəlir, 6.171.101,44 manat xərc, ödənilməli mənfəət vergisinin 67.571,34 manat məbləğinin olduğu bəyan edilmişdir.
4. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-c i il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, vergi orqanı tərəfindən vergi ödəyicisindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə istinad edilməklə kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir.
5. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublardan görünür ki, vergi orqanı tərəfindən qeyd olunan məktub əsasında vergi ödəyicisindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1, 37.3-cü maddələrinə istinad edilməklə araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilən 2021-ci ilin mənfəət (gəlir) vergisi bəyannaməsində 6 508 958.14 gəlir və xərc məbləğini 6.171.101.44 manat qeyd edildiyinə baxmayaraq, mal qalığı barədə məlumatlar və malların hərəkəti cədvəlini, bank hesablarında aparılmış əməliyyatların təyinatı barədə məlumatların və müvafiq təsdiqedici sənədlərin, idxal edilmiş malların uçotunun faktiki dəyərlə aparıldığını təsdiq edən sənədləri, gəliri və xərci təsdiq edən digər sənədlərin araşdırmaya təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) iş gün ərzində cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri və zəruri sənədləri (məlumatları) vergi orqanına təqdim edilməsi tələb olunmuşdur.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********748200 nömrəli qərarına əsasən Dövlət Vergi Xidmətinin İnz ibati şikayətlərə baxılması baş idarəsində İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********073600 nömrəli) inzibati şikayəti araşdırılmış, nəticədə şikayət qismən təmin edilərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********813200 nömrəli Qərarının 143.067,86 manat hissədə dəyişdirilmədən saxlanılması, 48.391,46 manat hissədə isə ləğv edilməsi qərara alınmışdır.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********685500 nömrəli qərarına əsasən 2021-ci ilin bəyannamə və hesabat dövrü üzrə 709590,62 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edildiyindən, eyni zamanda vergi ödəyicisi tərəfindən 2021-ci ildə aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 332.435,5 manat fərq yarandığı müəyyən edildiyindən bu hal xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********685500 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2021-ci il tarixli mənfəət vergisi üzrə “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********685500 nömrəli qərarına əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə 143.067,86 manat mənfəət vergisi hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış mənfəət vergisi məbləğləri əsassız və qanunsuz olaraq hesablanmışdır. Bildirilir ki, daha öncə xx.xx.2022-ci il tarixli, **********442700 saylı “vergilə rin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən müəssisəyə 49.541,52 manat mənfəət vergisi kameral qaydada hesablanmışdır. Sonradan vergi bəyannaməsinə dəqiqləşmiş bəyannamə təqdim olunmuşdur. Nəticədə xx.xx.2022-ci il tarixli, **********813200 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 191.459,32 manat kameral mənfəət vergisi hesablanmışdır. Bundan sonra yuxarı vergi orqanına şikayətlə müraciət edilmiş, şikayət xx.xx.2022-ci il tarixli, **********748200 saylı qərarla qismən təmin edilmiş və yekunda “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********685500 nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən xx.xx.2022 tarixli qərar i lə hesablanan kameral vergi mənfəət vergisi məbləği 48.391,46 manat azaldılmış, yekunda 143.067,86 manat mübahisəli mənfəət vergisi hesablanmışdır.
10. Göstərilənlərlə əlaqədar bütün sübutlar vergi orqanına təqdim edilmişdir. İddiaçı şikayətində 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin düzgün hesablanmadığını, Cəmiyyətin təsisçiləri tərəfindən nizamnamə kapitalına əmlak şəklində ümumi dəyəri 715.349,32 manat dəyərində olan mal-materialların (avtomobil ehtiyat hissələri) qoyulduğunu, qeyd olunan mal-materialların 2021-ci ildə satıldığını, satılmış malların dəyərinin 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlir hissəsində bəyan edildiyini, bu səbəbdən satılmış malların bazar dəyərinin mənfə ət vergisi bəyannaməsində xərc qismində əks etdirildiyini, təsisçilər tərəfindən Cəmiyyətin nizamnamə kapitalına əmlak şəklində qoyulan malların idxalı və (və ya) alışı ilə bağlı təsdiqedici sənədlərin mövcud olub-olmaması barədə məlumatının olmadığını, qeyd olunan mallar Cəmiyyətin nizamnamə kapitalına əmlak şəklində qoyulan zaman auditor rəyinin və təhvil-təslim Aktının tərtib edildiyini, idxal edilmiş mallar üzrə Cəmiyyət tərəfindən qeyri-rezidentlərə daşıma xərclərinin ödənildiyi bildirilmişdir. Həmçinin həmin audit rəyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X1 qeydiyyat İdarəsinə göndərilmiş və onlar tərəfindən tərtib olunmuş çıxarışda da nizamnamə kapitalının miqdarının artırılaraq 715.349,32 manat olduğu qeyd olunmuşdur. Cəmiyyət tərəfi ndən edilmiş müraciətlərdə kameral vergi yoxlaması zamanı təsdiqini tapmayan 715.339,32 manat xərclərin auditor rəyi əsasında Cəmiyyətin nizamnamə kapitalında əmlak şəklində qoyulduğunu və həmin məbləğin mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsinin 1.8-ci “Kapitallaşdırma üçün aktivlər” sətrində 715.339,32 manat məbləğinin qeyd edildiyini və bunun audit rəyi ilə nizamnamə kapitalının artırılması üçün istifadə edildiyini, həmçinin dövlət reystrindən çıxarışa dəyişiklik edildiyini, həmin 715.339,32 manat məbləğin nizamnamə kapitalına əmlak şəklində qoyulan mal-materialın bəyannamənin 1 №li əlavəsinin 1.3-cü “Ehtiyatlar” sətrində mal-material kimi daxil edildiyini bildirmiş və bununla əlaqədar audit rəyini və audit rəyinin əlavəsi təqdim edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizə ilə müraciət edilərək, Cəmiyyətin nizamnamə kapitalına əlavə olaraq 715.339,32 manat məbləğində mal-material üzrə əmlak şəklində 2 pay artırılması barədə müraciət edildiyi və qeyd edilən dəyişikliyin xx.xx.2021-ci il tarixli, **********203800 nömrəli “Dövlət reyestrindən çıxarışla təsdiq edildiyi müəyyən edilmişdir.
11. Həmçinin araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il üçün hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsinin 1.8-ci “Kapitallaşdırma üçün aktivlər” sətrində 715 339,32 manat məbləğin (malmaterialın) dövr ərzində daxil edildiyi və silindiyi kimi qeyd edildiyi, həmçinin qeyd edilən mal-materialın sonradan satıldığı üçün bəyannaməsinin xərclər hissəsində malla rın dəyəri kimi və gəlirlər hissəsində gəlir kimi qeyd edildiyi, eyni zamanda həmin məbləğin bəyannamənin 1 №-li əlavəsinin 2.1.1 -ci “Nizamnamə kapitalı” sətrinin dövr ərzində daxil olmuşdur” sütununda göstərildiyi və qeyd edilən dəyişikliklərin xx.xx.2021-ci il tarixli müstəqil auditor rəyində öz təsdiqini tapdığı müəyyən edilmişdir. İddiaçı hesab edir ki, sözügedən iş üzrə səlahiyyətli orqan işə baxarkən və qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir.
12. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçı "xxxx" MMC-nin xx.xx.20 13-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, xx.xx.2016-cı il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış topdansatış” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı xx.xx.2022-ci il tarixdə Cəmiyyət tərəfindən 2021-ci il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2021-ci il üçün xx.xx.2022-ci il tarixində təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 709590,62 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş, eyni zamanda vergi ödəyicisi tərəfindən 2021-ci ildə aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 332.435,5 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir.
13. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********839500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qanunvericiliklə nəzərdə tutulan müddətdə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyindən 2022-ci il üçün əlavə 191.459.32 manat mənfəət vergisi məbləği hesablanaraq vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********813200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixli, **********13200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərardan şikayət edərək kameral vergi yoxlamasının nəticələri ilə razı olmadığını bildirmiş və 2021ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən edilmiş müraciətlərdə kameral vergi yoxlaması zamanı təsdiqini tapmayan 715.339,32 manat xərclərin auditor rəyi əsasında nizamnamə kapitalına əmlak şəklində qoyulduğunu və həmin məbləğin mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsinin 1.8-ci "Kapitallaşdırma üçün aktivlər" sətrində 715.339,32 manat məbləğinin qeyd edildiyini və bunun audit rəyi ilə nizamnamə kapitalının artırılması üçün istifadə edildiyini, həmçinin dövlət reyestrindən çıxarışa dəyişiklik edildiyini, həmin 715.339,32 manat məbləğin nizamnamə kapitalına əmlak şəklində qoyulan mal-materialın bəyannamənin 1 №-li əlavəsinin 1.3-cü “Ehtiyatlar" sətrində mal material kimi daxil edildiyini bildirmiş və bununla əlaqədar audit rəyini və audit rəyinin əlavəsini təqdim edilmişdir.
14. Həmçinin araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il üçün hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsinin 1.8-ci “Kapitallaşdırma üçün aktivlər" sətrində 715.339,32 manat məbləğin (malmaterialın) dövr ərzində daxil edildiyi və silindiyi kimi qeyd edildiyi, həmçinin qeyd edilən mal-materialın sonradan satıldığı üçün bəyannaməsinin xərclər hissəsində malların dəyəri kimi və gəlirlər hissəsində gəlir kimi qeyd edildiyi, eyni zamanda həmin məbləğin bəyannamənin 1 №-li əlavəsinin 2.1.1-ci "Nizamnamə kapitalı” sətrinin dövr ərzində daxil olmuşdur sütununda göstərildiyi və qeyd edilən dəyişikliklərin xx.xx.2021-ci il tarixli müstəqil auditor rəyində öz təsdiqini tapdığı müəyyən edilmişdir. Buna əlavə olaraq, ANT Lojistik LTD. Şti. adlı qeyri-rezident tərəfindən daşıma xidmətlərinin göstərilməsi ilə 2021-ci il ərzində manat ekvivalenti 320.083,00 olan invoyslar təqdim edildiyi, dövr ərzində vergi ödəyicisi tərəfindən həmin şirkətə bank hesabı vasitəsilə 281.588,00 manat vəsait köçürüldüyü və inzibati araşdırmaya təqdim edilmiş yük gömrük bəyannamələrində çatdırılma şərtlərinin “EXW” kimi qeyd edildiyi müəyyən edilmişdir. "EXW” inkoterms şərtinə əsasən satı cının vəzifəsi alıcı ilə razılaşdırılmış vaxtda məhsulu alıcıya təqdim etməkdir. Bu təqdimetmə satıcının olduğu ölkədə baş verir. Satıcı məhsulu alıcıya təqdim etdikdən sonra onun vəzifəsi bitmiş hesab olunur. İdxal edilmiş malların daşınması ilə bağlı olaraq qeyri-rezident ANT Lojistik LTD. Şti. şirkətindən invoysların əldə edilməsinə və qeyd olunan şirkətə ödənişlərin edilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən 2021-ci ilin 1-4-cü rübləri üçün təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.3-cü sətrində (“Beynəlxalq daşımalar həyata keçirilərkən nəqliyyat xidmətləri üçün ödəmələr”) hər-hansısa məbləğin bəyan edilmədiyi müəyyən edilmişdir.
15. Araşdırma zamanı daşımalar üzrə tərtib olunmuş invoyslarda son təyinat nöqtəsi Gürcüstan Respublikası kimi qeyd olmuşdur. Belə ki, qeyd olunan invoysların izah hissələrində son təyinat nöqtəsi “Bursa-Georgia (Azerbaijan border)” və “İtaly-İstanbulGeorgia (Azerbaijan border)" kimi qeyd edildiyi müəyyən edilmişdir. Təqdim edilmiş invoyslara və bank çıxarışlarına əsasən vergi ödəyicisinin qeyri rezidentə ödədiyi daşıma xidmətləri ilə bağlı xərcləri təsdiqini tapmışdır. Beləliklə, uçot-baza məlumatlarına, bəyannamə göstəricilərinə və araşdırmaya təqdim edilmiş müvafiq təsdiqedici sənədlərə əsasən vergi ödəyicisinin təsisçiləri tərəfindən nizamnamə kapitalına əmlak şəklində qoyulmuş mal-materialın dəyərinin inzibati araşdırma zamanı müəyyən edilməsinin mümkün olmadığını, qeyd olunan malların bazar dəyərinin müəyyən edilməsi məqsədilə ekspert rəyinin alınmalı olduğunu, təsisçilər tərəfindən nizamnamə kapitalına pay kimi qoyulmuş mal-material ehtiyatının dəyərini müəyyən edən auditor rəyi gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərci təsdiq edən sənəd hesab edilmədiyini, həmçinin təsisçilər tərəfindən nizamnamə kapitalına əmlak şəklində qoyulmuş mal-materialın (avtomobil ehtiyat hissələrinin) öz fəaliyyətinə uyğun olaraq satış məqsədi ilə alındığını, təsisçilər tərəfindən nizamnamə kapitalına qoyulan malların idxalı və ya alışı ilə bağlı müvafiq təsdiqedici sənədlərin inzibati araşdırmaya təqdim edilmədiyini, vergi ödəyicisi tərəfindən idxal edilmiş mallar üzrə qeyri-rezident ANT Lojistik LTD. Şti. şirkətindən 2021- ci il ərzində 320.083,00 manat dəyərində olan invoysların əldə edildiyini və qeyd olunan şirkətə vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində 281.588,00 manat vəsait bank hesabı vasitəsi lə köçürüldüyünü nəzərə alaraq, vergi ödəyicisinin inzibati şikayəti qismən təmin edilmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********813200 nömrəli Qərarı 143.067,86 manat hissədə dəyişdirilmədən saxlanılmış, 48.391,46 manat hissədə isə ləğv edilmişdir.
16. Nəticədə, vergi ödəyicisinin şikayəti qismən təmin edilərək ona xx.xx.2022-ci il tarixli **********685500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı tərəf iddia ərizəsində 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin düzgün hesablanmadığını, Cəmi yyətin təsisçiləri tərəfindən nizamnamə kapitalına əmlak şəklində ümumi dəyəri 715.349,32 manat dəyərində olan mal-materialların (avtomobil ehtiyat hissələri) qoyulduğunu, qeyd olunan mal-materialların 2021-ci ildə satıldığını, satılmış malların dəyərinin 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlir hissəsində bəyan edildiyini, bu səbəbdən satılmış malların bazar dəyərinin mənfəət vergisi bəyannaməsində xərc qismində əks etdirildiyini, təsisçilər tərəfindən Cəmiyyətin nizamnamə kapitalına əmlak şəklində qoyulan malların idxalı və (və ya) alışı ilə bağlı təsdiqedici sənədlərin mövcud olub-olmaması barədə məlumatının olmadığını, qeyd olunan mallar Cəmiyyətin nizamnamə kapitalına əmlak şəklində qoyulan zaman auditor rəyinin və təhvil-təslim Aktının tərtib edildiyini, idxal edilmiş mallar üzrə Cəmiyyət tərəfindən qeyri-rezidentlərə daşıma xərclərinin ödənildiyini bildirilmişdir. Bununla bağlı qeyd olunur ki, Vergi Məcəlləsində nizamnamə kapitalına əmlak şəklində qoyulan kapital növbəti illərdə təqdim edildikdə mənfəət vergisinin azadolması nəzərdə tutulmamışdır. Göründüyü kimi, Vergi Məcəlləsinin 106-cı mədəsində azadolmalar və güzəştlər açıq şəkildə qeyd olunmuşdur ki, nizamnamə kapitalına əmlak şəklində qoyulan pay mənfəət vergisinin azadolmasına aid deyil.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1831/2023 nömrəli, 6 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia rədd edilmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçı nizamnamə kapitalına əmlak şəklində ümumi dəyəri 715.349,32 manat dəyərində olan mal-materialların ( avtomobil ehtiyat hissələri) alış və ya mədaxilini təsdiq edən hər hansı sənədi təqdim edə bilməmişdir. İddiaçının istinad etdiyi malların qiymətləndirilməsi və nizamnamə kapitalının formalaşdırılmasına dair audit rəyi isə Vergi Məcəlləsinin 58.8-ci maddəsində malların alış və ya mədaxilini təsdiq edən sənəd kimi nəzərdə tutulmamışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X1 Qeydiyyat İdarəsi tərəfindən yuxarıda göstərilən mallar hesabına iddiaçının nizamnamə kapitalının artırılması zamanı malların alış sənədlərinin tələb edilməməsi Dövlət Vergi Xidmətinin digər bir qurumu tərəfindən aparılan vergi yoxlaması dövründə də həmin malların sənədlərinin tələb edilməli olmaması anlamına gəlməməlidir.
19. Belə ki, vergi ödəyicisinin nizamnamə kap italının artırılması proseduru və vergi yoxlamasının həyata keçirilməsi icraatı müxtəlif icraatlar olmaqla bir-birindən asılı deyildir. Bir halda ki, vergi ödəyicisi əmlak şəklində mal qoymaqla nizamnamə kapitalını artırmışsa, onun üçün həmin malların Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tələbinə uyğun formada əldə olunmasını təsdiq edən sənədlərin vergi orqanına təqdim edilməsi hər hansı çətinlik təşkil etməməli idi. Lakin hazırkı mübahisədə iddiaçı müvafiq sənədlərin vergi orqanına verilməsini təmin edə bilməmişdir. Həm də vurğulanmalıdır ki, malların qiymətləndirilməsi və nizamnamə kapitalının formalaşdırılmasına dair audit rəyi istinad olunan 58.8-ci maddədə malların alış və ya mədaxilini təsdiq edən sənəd kimi nəzərdə tutulmamışdır.”
20. İddiaçı həmin qərardan apellyasiya şikayəti ve rərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1638/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəl illəri
24. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş qərarın hazırda icraatınızda olan iş üzrə məhkəmə mübahisəsinə hər hansı aidiyyatı mövcud deyil və həmin qərar məhkəmənin diqqətini yayındırmaq məqsədilə təqdim edilmişdir. Həmin qərarda hər hansı audit rəyinin mövcudluğundan bəhs edilməmişdir. Lakin hazır ki, mübahisə üzrə yuxanda qeyd edildiyi kimi MMC tərəfindən audit rəyi vergi orqanına təqdim edilmişdir. Həmin rəydə müəssisə tərəfindən alınmış ehtiyyat hissələrinin adı, kodu, əmlak qoyuluşu, vahid qiyməti kimi bütün məlumatlar qeyd edilmişdir. Lakin cavabdeh orqan və birinci instansiya məhkəməsi tərəfindən bu kimi hallar nəzərə alınmamışdır. Göstərilən sənədlər tərəfimizdən daha öncə məhkəmə və vergi orqanına təqdim edilmə sinə baxmayaraq məhkəmə nəzərə almamışdır.
25. Vergi Məcəlləsinin aşağıdakı normalarına istinad edərək bildirirəm ki, Gəlirin əldə edilməsi mənbəyi, xərclərin və gəlirin uçotu, hesablama metodu ilə xərclərə aidiyyatı hansı uçot metodunun tətbiqi bütün bu hallar aşağıdakı maddələrə istinad edilməlidir: Maddə
108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, maddə
130. Gəlirin və xərcin uçotu qaydası, maddə
134. Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası, maddə
135. Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı, maddə
136. Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı, maddə
139. Əmtəəmaterial ehtiyatlarının uçotu qaydası, maddə
142. Aktivlər təqdim edilərkən gəlir və zərər, maddə 143. aktivlərin dəyəri.
26. Yuxarıda göstərilən müddəalara əsasən MMC tərəfindən qanunamüvafiq tədbirlər həyata keçirilmiş, yəni göstərilən mallar üzrə ƏDV məbləği hesablanmış və bəyannamə təqdim edilərək ödənişlər həyata keçirilmişdir. Tərəfindən ƏDV və Mənfəət vergisi üzrə ödəniş tapşırıqları da qoşma olaraq sizə təqdim edilir. Bu kimi halları nəzərə alaraq qeyd etmək mümkündür ki, tərəfindən qanunvericiliyin tələblərinə riayət olunaraq, 715 349,32 manat məbləğində mallar satış qiyməti ilə ƏDV yə cəlb edilmiş bu barədə müvafiq sənədləri də təqdim edir (E-qaimələr) və ƏDV-siz gəlir məbləği isə Mənfəət vergisi bəyannaməsində gəlirə aid edilmişdir. Yəni əgər müəssisə satışını vergiyə cəlb edirsə, bu malların alış və ya mədaxil dəyəri üzrə xərclərə aid edilməməsi vergi məcəlləsində nəzərdə tutulmamışdır.
27. Vergi Məcəlləsinin 108-ci madd əsində qeyd edildiyi kimi gəlirin əldə edilməsi ilə əlaqədar xərclər nəzərə almır. Burada Gəlir ƏDV-yə cəlb edilmiş, yəni m allar təqdim edilərək büdcəyə həm 18 faizlər ƏDV hesablanmış həm də ümumi gəlirdə göstərilərək 20 faizlə mənfəət vergisi hesablanmışdır.
28. Bu kimi halları nəzərə alaraq hesab edirik vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********685500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qanunsuz hesab edilməlidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində b axır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qəra rını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövl ükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
33. Məlum olduğu kimi, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(103)-1638/2023 saylı qərarla Bakı İnzibati Məhkəməsinin iddiaçının iddiasının təmin edilməməsi barədə xx.xx.2023-cü il tarixli, 2-1(112)-1831/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən öz qərarında göstərmişdir ki, sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
34. Apellyasiya i nstansiyası məhkəməsi iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən qərarında qeyd etmişdir ki, “İş materiallarında olan kameral yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli qərara əsasən müəyyən olunur ki, iddiaçının 2021-ci il üçün bəyan etdiyi mənfəət vergisi 67.571,34 manat təşkil etmiş, vergi orqanı kameral qaydada müəyyən etmişdir ki, ödənilməli olan vergi məbləği 259030,6 isə manat təşkil edir, ödənilən məbləğ nəzərə alınmaqla, iddiaçıya əlavə 191459,32 manat əlavə mənfəət vergisi hesablanmışdır. Daha sonra, iddiaçının şikayəti əsasında şikayət instansiyası tərəfindən aparılan araşdırma zamanı, iddiaçı tərəfindən qeyri-rezidentə (ANT Lojistik LTD Şti.) 2021-ci il ərzində invoyslar üzrə təqdim olunmuş mallara görə yalnız 281588,00 manat köçürüldüyü müəyyən olunmuş, lakin id diaçının dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.8-ci “kapitallaşdırma üçün aktivlər” sətrində vergi ödəyicisi tərəfindən 715.339,32 manat məbləğində mal-materiala dövr ərzində daxil edildiyi və silindiyi qeyd olunmuş, lakin həmin mallara dair xərc sənədləri barədə vergi ödəyicisi məlumat verə bilməmiş, tərəfindən təsdiqedici alış-satış sənədləri təqdim olunmamış, nəticədə, ona əvvəlki qərar üzrə hesablanmış 191459,32 manat əlavə mənfəət verginin 48391,46 manatı ləğv olunmuş, xərc sənədi təqdim edilməyən 715.339,32 manat mal-materiala görə isə 20 faizi miqdarında 143067,86 manat mənfəət vergisi hesablanması hissəsində əvvəlki qərar qüvvəsində saxlanılmışdır. Yekunda, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********685500 nömrəli “vergilərin, sosial sığo rta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2021-ci il üçün cəmi, 210039 manat mənfəət vergisi ödəməli olduğu hesablanmışdır ki, həmin məbləğdən də onun ödəmiş olduğu 67571,34 manat vergi çıxıldıqda, həmin qərara əsasən 2021-ci il üçün 143067,86 manat məbləğində əlavə mənfəət vergisi ödəməli olduğu müəyyən olunur.”
35. Həmçinin apellyasiya məhkəməsi öz qərarında göstərmişdir ki, “Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinin tələbinə görə malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməs i, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. İddiaçı əmlak şəklində nizamnamə kapitalına ümumi dəyəri 715.349,32 manat dəyərində mal-material (avtomobil ehtiyat hissələrinin) qoysa da həmin malları özü istehsal etməmiş, malların dəyərinin hansı mənbədən alındığı, hansı sənədlər əsasında mədaxil olunduğu qeyri-müəyyəndir. İddiaçının malların dəyərinin müstəqil auditor rəyi ilə təsdiq olunduğunu mübahisələndirən dəlillərinə gəldikdə, auditor rəyi malların alış-satış sənədini əks etdirən sənəd kimi qəbul edilə bilməz. Birincisi ona gö rə ki, auditor rəyinin obyektini təşkil edən sənədlərin konkret nədən və hansı sənədlərdən ibarət olduğu bəlli deyil, ikincisi, vergi orqanı həmin auditor araşdırmanın iştirakçısı da olmamışdır. Ümumiyyətlə, vergi qanunvericiliyi ilə audit rəyinin xərc sənədləri sırasına da aid edilməmişdir. Digər tərəfdən, əgər həmin sənədlər həqiqətən mövcuddursa, iddiaçı həmin sənədləri nə cavabdehə, nə birinci instansiya məhkəməsinə, nə də ki işə hazırkı mərhələdə işə baxılarkən məhkəməyə təqdim edə bilməmişdir. Ən azından, Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinin tələbinə görə vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vergi ödəyicisinin üzərinə düşür.”
36. Bununla əlaqədar məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2023- cü il tarixli, 2-1(103)-1638/2023 saylı qərarla razılaşmayaraq, qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə qanuna uyğun olmayan və əsassız qərar qəbul etmişdir.
37. Belə ki, işin İ cildinin 35-ci səhifəsində olan İddiaçı MMC-nin nizamnaməsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişiklikdə (2.1-ci bənd) yazılmışdır ki, “cəmiyyətin nizamnamə kapitalı 715.349,32 (yedi yüz on beş min üç yüz qırx doqquz manat otuz iki qəpik) manat həcmindədir və hər biri 357.674,66 (üç yüz əlli yeddi min altı yüz yetmiş dörd manat altmış altı qəpik) olmaqla 2 (iki) paydan ibarətdir (715.339,32 manat dəyərində mal notarial olmaqla əmlak şəklində 10 manat pul şəklində).”
38. İşin İ cildinin 36-cı səhifəsində olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X1 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı MMC-nin nizamnamə kapitalının miqdarı (ödənilmiş) 10,00 manat olmuşdur.
39. İşin İ cildinin 38-ci səhifəsində olan eyni təşkilatın verdiyi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, İddiaçı MMC-nin artırılmış nizamnamə kapitalının miqdarı (ödənilmiş hazırkı) 715.349,32 manatdır.
40. Beləliklə iş materiallarından birmənalı olaraq göründüyü kimi, 715.349,32 manat məbləği iddiaçının (müəssisənin) nizamnamə kapitalını təşkil edir.
41. Məlum olduğu kimi, iddiaçı cavabdehin işin İ cildinin 8-ci səhifəsində olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022ci il tarixli, **********685500 saylı qərarını mübahisələndirir və bununla bağlı məhkəməyə iddia tələbi ilə müraciət etmişdir.
42. Həmçinin qərarda yazılmışdır ki, “bəyannamə və hesabat növü: mənfəət vergisi, bəyannamə və hesabat dövrü: 2021-ci il.”
43. Eyni zamanda qeyd edilməlidir ki, işin İ cildinin 10-cu səhifəsində olan cavabdehin iddiaçı barəsində tərtib edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 28 aprel 2022-ci il tarixli, **********813200 saylı qərarı mövcuddur ki, orada “Bəyannamə və hesabat növü: mənfəət vergisi, bəyannamə və hesabat dövrü: 2021-ci il” göstərilmişdir.
44. Cavabdehin sözügedən qərarından iddiaçı inzibati qaydada şikayət vermiş və İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsi tə rəfindən şikayət baxılaraq 4 iyul 2022-ci il tarixdə qərar qəbul edilərək, iddiaçının inzibati şikayəti qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********813200 nömrəli qərarı 143.067,86 manat hissədə dəyişdirilmədən saxlanılmış, 48.391,46 manat hissədə isə ləğv edilmişdir (işin İ cildinin 2129 səhifələri).
45. İşin İ cildinin 44-49-cu səhifələrində olan cavabdehin iddiaçının hazırkı iddiasına dair yazdığı etirazında göstərilir ki, iddiaçı tərəf iddia ərizəsində 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin düzgün hesablanmadığını, Cəmiyyətin təsisçiləri tərəfind ən nizamnamə kapitalına əmlak şəklində ümumi dəyəri 715.349,32 manat dəyərində olan malmaterialların (avtomobil ehtiyat hissələri) qoyulduğunu, qeyd olunan mal-materialların 2021-ci ildə satıldığını, satılmış malların dəyərinin 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlir hissəsində bəyan edildiyini, bu səbəbdən satılmış malların bazar dəyərinin mənfəət vergisi bəyannaməsində xərc qismində əks etdirildiyini, təsisçilər tərəfindən Cəmiyyətin nizamnamə kapitalına əmlak şəklində qoyulan malların idxalı və (və ya) alışı ilə bağlı təsdiqedici sənədlərin mövcud olub-olmaması barədə məlumatının olmadığını, qeyd olunan mallar Cəmiyyətin nizamnamə kapitalına əmlak şəklində qoyulan zaman auditor rəyinin və təhvil-təslim Aktının tərtib edildiyini, idxal edilmiş mallar üzrə Cəmi yyət tərəfindən qeyri-rezidentlərə daşıma xərclərinin ödənildiyini bildirilmişdir. Bununla bağlı qeyd olunur ki, Vergi Məcəlləsində nizamnamə kapitalına əmlak şəklində qoyulan kapital növbəti illərdə təqdim edildikdə mənfəət vergisinin azadolması nəzərdə tutulmamışdır. Göründüyü kimi, Vergi Məcəlləsinin 106-cı mədəsində azadolmalar və güzəştlər açıq şəkildə qeyd olunmuşdur ki, nizamnamə kapitalına əmlak şəklində qoyulan pay mənfəət vergisinin azadolmasına aid deyil.
46. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müəssisənin iki təsisçisi tərəfindən müəssisənin nizamnamə kapitalına 715.339,32 manat dəyərində pay şəklində mal-material olmaqla qoyulmuş sözügedən mal-materiallar, qanunvericiliyin tələblərinə riayət olunmaqla, 715.349,32 manat satış qiyməti ilə, ƏDV-yə c əlb edilmiş və bu barədə müvafiq sənədlər təqdim edilmişdir (E-qaimələr), ƏDV-siz gəlir məbləği isə mənfəət vergisi bəyannaməsində gəlirə aid edilmişdir.
47. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 715.339,32 manat məbləğinə, yəni təsisçilər tərəfindən cəmiyyətin nizamnamə kapitalına əmlak şəklində qoyulan malların idxalı və (və ya) alışı ilə bağlı təsdiq edici sənədlərin mövcud olub-olmaması barədə məlumatının olmaması, həmin məbləği adi bir məbləğ olaraq vergi borcu hesablanması kimi mövqeyini qanuna uyğun olmayan və yanlış hesab edir.
48. Belə ki, cavabdehin özünün də təsdiq etdiyi kimi 715.339,32 manat məbləğ, sözügedən müəssisənin 2 (iki) təsisçisinin həmin müəssisənin nizamnamə kapitalına bərabər paylar olaraq əmlak şəklində (yəni dövriyyə vəsaiti) qoyduqları mə bləğdir.
49. Başqa sözlə, 715,339.32 manat məbləğində həmin dövriyyə vəsaiti müəssisəyə məxsus deyil, onun təsisçilərinin mülkiyyətidir və sözügedən mülkiyyəti təsisçilər almamışdır ki, buna dair xərc sənədlərini də təqdim etsinlər, yəni xərc sənədləri olmasa da, sözügedən əmlakın (dövriyyə vəsaitinin) mülkiyyətçiləri (təsisçiləri) mövcuddur və onlar müəssisənin təsisçiləri olaraq, ən azından bu əmlakı və ya onun pul dəyərini istədiyi vaxt geri tələb etmək hüququna malikdirlər.
50. Buna görə də cavabdeh tərəfindən verginin hesablanması üçün müəssisənin nizamnamə kapitalını təşkil edən əmlaka (hazırkı halda dövriyyə vəsaitinə) dair xərc sənədlərinin tələb edilməsi əsassızdır.
51. Məhkəmə kollegiyası həmçinin hazırkı inzibati mübahisə ilə bağlı Vergi Məcəlləsinin bəzi maddələrini nəzərdən keçirməyi zəruri hesab edir.
52. Belə ki, Vergi Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, aktivlərin təqdim edilməsindən əldə edilən gəlir, aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı müsbət fərq deməkdir. Aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.
53. Həmin məcəllənin 142.2-ci maddəsinə görə aktivlərin təqdim edilməsindən yaranan zərər aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin bu Məcəllənin 143-cü maddəsinə müvafiq surətdə müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.
54. Həmin məc əllənin 143-cü maddəsinə müvafiq olaraq, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.
55. Beləliklə “Aktivlər təqdim edilərkən gəlir və zərər” (VM-142-ci maddəsi) və “Aktivlərin dəyəri (VM-nin 143-cü maddəsi) adlanan Vergi Məcəlləsinin həmin maddələrində müəssisəsinin nizamnamə kapit alına aid ümumiyyətlə heç bir müddəa yoxdur. Bu bir daha onu təsdiq edir ki, nizamnamə kapitalı müəssisənin aktivi deyildir, müəssisənin təsisçilərinin əmlakıdır (dövriyyə vəsaitidir).
56. Burada xüsusi ilə bir daha vurğulanmalıdır ki, Vergi Məcəlləsinin 142.2-ci maddəsinə görə aktivlərin təqdim edilməsindən yaranan zərər aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin bu Məcəllənin 143-cü maddəsinə müvafiq surətdə müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.
57. Yəni, konkret hazırkı işin halları baxımından nizamnamə kapitalını əmlak şəklində təşkil edən 715.339,32 manat məbləği ilə bağlı gəlirin hesablanması Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddələrinə uyğun deyildir.
58. Bu arada məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Mülki Məcəllənin 89- cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir.
59. Həmin məcəllənin 90.1-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşki l olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə nizamnamə kapitalının minimum miqdarı, onun formalaşdırılması qaydası sahəvi qanunların tələbləri nəzərə alınmaqla müəyyən edilir.
60. Həmin məcəllənin 90.2-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtl əndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz.
61. Həmin məcəllənin 90.4-cü maddəsinə müvafiq olaraq, Əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərə findən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər.
62. Qeyd edilməlidir ki, yuxarıda göstərilmiş maddələrin təhlili göstərir ki, həmin maddələrdə konkret olaraq müəyyən edilir ki, cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz (MM-nin 90.1-ci maddəsi), digər tərəfdən, vurğulanır ki, əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.
63. Yəni, hətta nizamnamə kapitalını təşkil edən əmlak satılsa belə, onun pul vəsaiti şəklində mayası (payı) MMC-də qalmalıdır.
64. Əks halda MMC ləğv olunmalıdır ki, yəni cavabdehin hazırkı mübahisə üzrə olan hüquqi mövqeyi digər bu növdən olan işlərdə tətbiq edilsə, o zaman müəssisələrin ləğv etmə riski real olaraq gündəmə gəlir ki, bu da MM-nin 90.1-ci maddəsində nəzərdə tutulmuş kreditorların mənafelərinin təminatını pozmuş olur, halbuki bu yol verilməzdir.
65. Beləliklə, müəssisənin nizamnamə kapitalı nə müəssisənin mülkiyyəti, nə də müəssisənin mənfəəti deyil, müəssisənin dövriyyə vəsaiti olmaqla, müəssisənin təsisçilərinin mülkiyyətidir.
66. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərarı ləğv edilməli, iddiaçının iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1638/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********685500 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərar qətidir.