Məhkəmə qərarları › İş №2-1(102)-2617/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2617/2023

30.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2617/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-2617/23) (Açar sözlər: artım nəzərə alınmaqla pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qar şı “xx.xx.2015-ci ildə təyin edilmiş əmək pensiyasının hazırki deputatın əmək haqqının sonrakı artımlar nəzərə alınmaqla 80 % miqdarı ilə dövlət qulluğu vəzifəsində çalışdığı illərin yenidən hesablanması və həmin tarixdən yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2023-cü il tarixli, 2-1(103)-1060/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının 11-ci çağırış Naxçıvan MSSR Ali Sovetinə deputatlığa namizədlərə verilmiş seçici tapşırıqları seçkiqabağı yığıncaqların protokolundakı çıxarışda Babək rayonu üzrə, 1990-cı il tarixdə N axçıvan MSSR Ali Soveti deputatlarının adlı siyahısında adı olmuşdur.

2. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının ərizəsi əsasında 764,46 manat pensiya məbləği yenidən hesablanaraq 909,25 manat müəyyən edilmişdir.

3. İddiaçı hazırki deputatın əmək haqqının sonrakı artımlar nəzərə alınmaqla 80 % miqdarı ilə dövlət qulluğu vəzifəsində çalışdığı illərin yenidən hesablanması və fərqin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, pensiya işinə aid sənədlərdə iddiaçıya Fondun Xətai rayon şöbəsi tərəfindən 8 iyun 2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Müraciətə və təqdim edilmiş sənədlərə əsasən əmək pensiyası 764,46 manatdan 909,25 manata artırılmış və xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. Əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 5114,88 manat fərq məbləğinin cari aydan etibarən hissə-hissə (hər ay 142,08 manat) pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi il ə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci ildə təyin edilmiş əmək pensiyasının hazırki deputatın əmək haqqının sonrakı artımlar nəzərə alınmaqla 80 % miqdarı ilə dövlət qulluğu vəzifəsində çalışdığı illərin yenidən hesablanması və həmin tarixdən yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 iyun 2015-ci il tarixdə ona yaşa görə pensiya təyin olunarkən pensiyası düzgün hesablanmamışdır. Belə ki, əmək fəaliyyətinə 01 fevral 1969-cu il tarixdə başlamış, həmin dövrdə əvvəllər teleqrafist vəzifəsində başlayaraq 10 fevral 1981-ci il tarixə qədər bir çox sahələrdə çalışmışdır. 10 fevral 1981-ci il tarixdə Naxçıvan şəhər X2 Komitəsində təl imatçı vəzifəsində, sonra Naxçıvan şəhər X2 Komitəsində birinci katibin köməkçisi, Naxçıvan şəhər Kommunist Partiyasında maliyyə şöbəsinin müavini vəzifəsində işləmişdir. 20 iyul 1984-cü il tarixdə Naxçıvan MR-nın Ədliyyə Naziri vəzifəsinə təyin olunmuş, 02 aprel 1990-cı il tarixdə həmin vəzifədən azad olunmuşdur. 6 ilə yaxın Naxçıvan MR-nın ədliyyə naziri işləmiş, 1985-1990-cı illərdə Naxçıvan MSSR-nın on birinci çağırış üzrə deputatı seçilmişdir. 13 noyabr 1991-ci il tarixdə Naxçıvan MR-nın Ali Məclisinin qərarı ilə Naxçıvan MR-nın Baş Nazirinin müavini vəzifəsinə təyin olunmuş, 12 oktyabr 1992-ci il tarixdə səhhəti ilə bağlı ərizəsinə əsasən vəzifəsindən azad olunmuşdur. Əmək pensiyası hesablanarkən 17 ilə yaxın dövlət qulluğunda işlədiyi və 1985-1990-cı illərdə Naxçıvan MSSR-nın 11-c i çağırış üzrə deputatı olmağı nəzərə alınmamışdır. Buna görə də ona təyin edilmiş pensiyanın məbləği düzgün hesablanmadığından cavabdehə 26 mart 2022-ci il tarixdə müraciət etmiş, sonuncu 12 may 2022-ci il tarixli məktubla onun pensiyasının müəyyən vaxtlarda hesablanmasını göstərsə də, iddiaçı hesab edir ki, onun iş fəaliyyəti ilə bağlı pensiyasının məbləği düzgün hesablanmamışdır. Aparılmış hesablama qərəzlidir və onun sosial təminat hüququnu pozur. 6. 2015-ci ildə qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən sabiq deputatlar hazırda fəaliyyətdə olan deputatın əmək haqqının əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. H əmin qanunun 20.11.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxs dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.19.2-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə orta aylıq əmək haqqının 45 faizi miqdarında 5 ildən yuxarı qulluq stajına hər il üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla ödənilir.

7. Cavabdeh iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının tələbindən imtina məktubunun dəlilləri ilə eynidir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9032/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya sabiq dövlət qulluqçusu kimi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmişdir. O, Milli Məclisinin üzvü kimi xx.xx.1991-ci il tarixdə qəbul olunmuş (xx.xx.1992-ci il, xx.xx.1992-ci il 289 №, xx.xx.1993-cü il №627 əlavə və dəyişikliklərlə) “Azərbaycan Respublikası Milli Məclisi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən təyin edilməmişdir. X1 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının tam dövlət müstəqilliyi əldə etməsi üçün zəmin yaratmaq məqsədilə keçid dövrü elan olunmuş və Azərbaycan Respublikasının Milli Məclisi yaradılmışdır. X1 2-ci maddəsində (bütün dəyişikliklər və əlavələr nəzərə alınmaqla) Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikası xalq deputatlarının 51 nəfərindən ibarət tərkibdə təşkil edilməsi nəzərdə tutulmuşdur. xx.xx.1978-ci il tarixdə qəbul edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına əsasən bütün xalq deputatlarının gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçilməsi nəzərdə tutulsa da, keçid dövrü üçün yaradılmış Milli Məclisin üzvləri Ali Sovetin 450 deputatının yalnız 51 nəfərindən ibarət tərkibdə təyin edilmiş, yəni həmin 51 nəfər xalq tərəfindən yenidən Milli Məclisin üzvü kimi seçilməmişdir. Məhkəmə qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikasının ilk Qanunu xx.xx.1995-ci il tarixində qəbul edilmişdir. İddiaçının hazırki deputatın əmək pensiyasına uyğun olaraq pensiyasının yenidən hesablanması hüququ yoxdur. Onun Naxçıvan MSSR üzvü kimi fəaliyyət göstərdiyi qeyd edilən dövrün dövlət qulluğu stajına daxil edilməsi həmin fəaliyyət göstərdiyi müddətdə Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrində xidmət göstərməsindən asılıdır. İddiaçının məhkəmə yə təqdim etdiyi əmək kitabçasının müvafiq səhifəsinə əsasən o, xx.xx.1991-ci il tarixdə Naxçıvan MR Ali Məclisinin üzvü kimi təyin olunmamışdan öncə, yəni xx.xx.1991-ci ildə tutduğu vəzifəsindən azad olmuşdur. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçının sabiq deputat kimi əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) üçün “qanuni gözləntisi” yoxdur.

10. Həmçinin, iddiaçı hazırda dövlət qulluqçusu kimi yaşa görə pensiya alır, əmək pensiyasından hər hansı məbləğdə tutulma həyata keçirilməmişdir. Odur ki, məhkəmə iddiaçının əlverişsiz vəziyyətdə olduğu qənaətində olmamış və hesab etmişdir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmiş dir. apellyasiya instansiya məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2023-cü il tarixli, 2-1(103)-1060/2023 nömrəli qərarı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.İddiaçı) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9032/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birincisi,1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və 1991-ci il oktyabrın 18-dən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"na əsasən həyata keçirilir. Adıçəkilən uyğunlaşdırma Siyahısında isə Milli Məclisin, eləcə də, Naxçıvan MSSR ü zvü nəzərdə tutulmamışdır.

14. İkincisi, xx.xx.1995-ci il tarixdə qəbul edilmiş və xx.xx.1995-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 83-cü maddəsi nəzərdə tutur ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. İddiaçı isə müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu ilə müəyyən edilən həmin qaydaya uyğun deputat seçilməmişdir. Həm də qeyd olunmalıdır ki, hətta 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanununa əsasən Azərbaycan Respublikasının Milli Məclisi təşkil edilmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş, Azərbaycan Respublikası Ali Sovetinin deputatlar ının hüquqi statusu - 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutulması istisna olunur.

15. Bundan əlavə, İddiaçı 1985-1990-cı illərdə Naxçıvan MSSR-nın on birinci çağrış üzrə deputatı olaraq deputat maaşı da almamışdır. Belə keçmiş SSRİ dövründə deputatlar öz ixtisasları üzrə işləyirdilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarında aşağıdakıları qeyd etmişdir: “Sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan hal da isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınma ması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir...”

17. Beləliklə də, iddiaçının Naxçıvan MSSR-in sabiq deputat kimi, hazırkı deputatın əmək haqqı nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması üçün əsasların mövcudluğu müəyyən edilmir. Birinci instansiya məhkəməsi də məhz, qərarın əsaslı olaraq qeyd etmişdir ki, sabiq deputat kimi, iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün “qanuni gözləntisi” yoxdur, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

18. Apellyasiya instansiyası məhkəməsi qərarında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasına istinad etmişdir.

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİ NİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

83. Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. “Azərbaycan Respublikası Milli Məclisi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə

1. Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının tam dövlət müstəqilliyi əldə etməsi üçün zəmin yaratmaq məqsədilə keçid dövrü elan olunmuş və Azərbaycan Respublikasının Milli Məclisi yaradılmışdır. Maddə

2. Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikası xalq deputatlarının 51 nəfərindən ibarət tərkibdə təşkil edilir. Maddə

3. Keçid dövründə Azərbaycan Respublikası Ali sovetinin səlahiyyəti Azərbaycan Respublikasının Milli Məclisinə verilir. Maddə

9. Milli Məclis tərəfindən majoritar seçki sistemi əsasında seçkilərin təşkili və keçirilməsi üçün Azərbaycan Respublikasının ərazisi 100 seçki dairəsinə bölünür. Maddə

85. Həmin səlahiyyətlər yeni Milli Məclis seçilənədək Azərbaycan Respublikasının Ali Soveti tərəfindən həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.1.1. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlara (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kif ayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməs inin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSA SİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kassasiya şikayətində 17 ilə yaxın dövlət qulluğunun və 5 il deputat fəaliyyətini n pensiya hesablanarkən nəzərə alınmamasını mübahisələndirdiyini, məhkəmənin isə yalnız 5 il deputat kimi fəaliyyətinin nəzərə alınmaması məsələsinə qiymət verdiyini, digər hissə üzrə hər hansı araşdırma aparılmadığını bildirmişdir. Halbuki iddiaçı iddiasında əmək pensiyasının hazırki deputatın əmək haqqının və ondakı sonrakı artımları nəzərə alınmaqla 80% miqdarı ilə yenidən hesablanmasını və xx.xx.2015-ci ildən yaranacaq fərqin ödənilməsini xahiş etmiş, məhkəmələr də həmin tələbə baxaraq əmək pensiyasının bu qaydada yenidən hesablanmasının qanuna uyğun olmadığı qənaətinə gəlmişlər.

29. Digər hüquqi dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və kassasiya kollegiyası həmin hüquqi qiymətlə razılaşır və əlavə araşdırma aparmağa zərurət görmür.

30. Beləliklə, apellya siya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2023-cü il tarixli, 21(103)-1060/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar