Məhkəmə qərarları › İş №2-1(102)-2621/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2621/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2621/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlüyü ilə bağlı məsələnin düzgün araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fo ndunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-177/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhəti nə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı ərizəsini dəyişərək cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialını qeyd etmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(116)-1473/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak zamanı əlil olduğunu, 2-ci qrup əlilliyinin müəyyən edilərək müvafiq vəsiqə verildiyini bildirərək "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial m üdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə uyğun olaraq birdəfəlik maddi yardımın ödənilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan qeyd olunan maddədə göstərilən kompensasiyaların (birdəfəlik maddi yardım, hər il müalicə üçün birdəfəlik müavinət) verilməsi qaydalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş "Çernobıl nəticələrinin ləğvində iştirak etmiş və həmjn qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları” ilə müəyyən edilməsini və Qərarın qüvvədə olduğu 13 sentyabr 2006-cı ilədək həmin Qaydalarla tənzimlənməsini, "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar sözügedən Qərar "Azərbaycan R espublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 2006cı il 13 sentyabr tarixli 204 nömrəli Qərarı ilə qüvvədən düşmüş hesab edilməsini, Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi müəyyən olunmasını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

5. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: hal-hazırda qüvvədə olan qanunvericiliklə Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olm ayan şəxslərə (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa) aşağıdakı ödənişlər həyata keçirilə bilər: - Pensiya (yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya) - Sosial müavinət (aylıq: dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş Joəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət və s.; birdəfəlik: radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət.). Prezident təqaüdü: (Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü, şəhid ail əsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü və müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü və s.). Pensiyanın növləri, təyin edilməsi şərtləri və qaydaları "Əmək pensiyaları haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə, sosial müavinətlərin növləri, təyin edilməsi şərtləri və qaydaları ‘‘Sosial müavinətlər haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli. 311 №li Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompens asiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması yə saxlanılması Qaydaları” ilə tənzimlənir. İddiaçı B.G Nurməmmədova xx.xx.2011 -ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi tərəfindən müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı B.G Nurməmmədova xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət (237 manat məbləğində) təyin edilmişdir. İddiaçı B.G Nurməmmədova xx.xx.2011 -ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müharibə əlillərinə İİ qrup aylıq təqaüd təyin edilmişdir. Hal-hazırda hər hansı növ sosial müavinətlərin, kompensasiyaların və bu kimi maddi yardımların verilməsi “Sosial müavinətlər haqqında” Qanunda nəzərdə tutulan normalarla tənzimlənir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” xx.xx.2006-cı il tarixli 204 №li qərar ilə "Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li qərarı qüvvədən düşmüş hesab edilmişdir. Belə ki, iddiaçı B.G Nurməmmədov ona "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin q əza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanuna və "Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №-li qərarına müvafiq olaraq birdəfəlik kompensasiyanın, maddi yardımın verilməsini iddia etməsinə baxmayaraq, "Sosial müavinətlər haqqında” Qanuna müvafiq olaraq Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 №li fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamn aməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərində hər hansı bir maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı B.G Nurməmmədova hər hansı subyektiv hüququ cavabdeh orqan tərəfindən pozulmamış, ona Qanunvericiliklə nəzərdə tutulan ödənişlər (pensiya, sosial müavinət və prezident təqaüdü) təyin edilmişdir. Belə olan halda iddiaçı B.G Nurməmmədova "birdəfəlik kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1473/2022 nömrəli (hakim: V.Ə.Musayev) iddia təmin edilərək, cavabdehin üzərinə iddiaçıya Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə d əymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyi qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin xx.xx.2020-ci il tarixli qərarı ilə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi məqsədilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı yaradılmış dır. Cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, hazırda iddiaçıya müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası və hər il müalicə üçün birdəfəlik müavinət cavabdeh orqan tərəfindən faktiki olaraq ödənilir. Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinin tərkib hissəsi olaraq sözügedən Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə minimum əmək haqqının 20 misli məbləğində birdəfəlik maddi yardımın ödənilməsi də cavabdeh orqan tərəfindən həyata keçirilməlidir.

8. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin rədd edilməklə yeni qərar qəbul edilməsin i xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-177/2023 nömrəli qərardadı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi), M.A.Əsədli və G.İ.Cavadova) cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1473/2022 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

10. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirm ə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.

11. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassator öz kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu bildirərək qeyd etmişdir ki, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında işt irak zamanı əlil olmuş, 2-ci qrup əlilliyi müəyyən edilərək müvafiq vəsiqə verilib. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara aşağıdakı məbləğlərdə birdəfəlik maddi yardım göstərilir: İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara - minimum əmək haqqının 30 misli məbləğində; İİ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara - minimum əmək haqqının 20 misli məbləğində; İİİ dərəcə əlilliyi olan şəxslərə və y a sağlamlıq imkanla məhdud uşaqlara - minimum əmək haqqının 15 misli məbləğində. Onlara habelə hər il müalicə ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğlərdə birdəfəlik müavinətlər verilir.

13. İddiaçı dəfələrlə şifahi müraciət etməsinə baxmayaraq qanunla müəyyən edilmiş birdəfəlik və hər il üçün müavinətləri ala bilməmişdir.

14. Həmin müavinətlərin iddiaçıya verilməsinə dair xahişi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cavablandırılmamış, cavabdeh tərəfindən 15 aprel 2022-ci il tarixli məktubla rədd edilmiş, əsas olaraq “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cii il 28 noyabr tarixli 406 nömrəli qərarı i lə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyasının verilməsi Qaydaları”nın qüvvədən düşdüyü bildirilmişdir. Həmin əsasla kompensasiyanın hesablanıb verilməsindən imtina qanunsuz və əsassızdır.

15. Belə ki, cavabdeh “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cii il 28 noyabr tarixli, 406 nömrəli qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyasının verilməsi Qaydalarının qüvvədən düşdüyü 2006-cı ilin sentyabr ayının 13-nə qədər kompensasiyanı hesablayıb vermə öhdəliyi daşıyırdılar və məsələ mülkiyyət hüquqlarının m üdafiəsi ilə bağlı olduğundan, bu hüququn müdafiəsi üçün iddia müddəti tətbiq edilmədiyindən hazırda da həmin öhdəlikdən azad deyillər.

16. Nəticə etibarilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-a və 48-cı maddələrinin tələblərinin pozulması ilə, yəni iddianın mümkünlüyünü araşdırmadan qərar qəbul edildiyini bildirmişdir (barəsində şikayət verilən məhkəmə aktı, bənd 35, səh 8, abz 4) Eyni zamanda qərardadda iddia ərizəsi verilməsi müddətinin buraxıldığı vurğulanmışdır.

17. Cavabdeh inzibati orqan tələb edilib-edilməməsindən asılı olmayaraq “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin tələblərini yerinə yetirməyə borclu idi. Əlilləri nin hər hansı hüquqlarının olubolmadığını müəyyən etmək, qanunvericiliyin tələblərini yerinə yetirmək cavabdeh inzibati orqanın borcudur və belə vəziyyətdə iddia müddətinin tətbiqi məsələsi mümkünsüzdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq v ə azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. İddiaçı hər hansı subyektiv hüququ cavabdeh orqan tərəfindən pozulmamış, ona qanunvericiliklə nəzərdə tutulan ödənişlər (pensiya, sosial müavinət və prezident təqaüdü) təyin edilmişdir. Belə olan halda kassasiya şikayəti təmin edilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: a) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. b) Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya lə ğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 20. “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li qərarı Maddə 14. bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara aşağıdakı məbləğlərdə birdəfəlik maddi yardım göstərilir: İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara - minimum əmək haqqının 30 misli məbləğində; İİ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara - minimum əmək haqqının 20 misli məbləğində; İİİ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanla məhdud uşaqlara - minimum əmək haqqının 15 misli məbləğində. Onlara habelə hər il müalicə ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğlərdə birdəfəlik müavinətlər verilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qəra rdadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

24. Məhkəmə kollegiyasının bu qənaəti aşağıdakı səbəblərdən irəli gəlir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü yoxlanılan zaman işin hallarının araşdırılması prinsipi pozulmuşdur.

26. Bununla bağlı ilk öncə qeyd olunm alıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur və bununla yanaşı məhkəmə iddianın növünü düzgün müəyyən e tməlidir.

27. Apellyasiya instansiya məhkəməsi hazırki iddia üzrə müddətin ötürülməsinə istinad edərək iddianı mümkün saymamışdır. Halbuki hazırki iddia mübahisələndirmə iddia növünə aid deyil. Hazırki iddia öhdəliyin icrası iddia növünə aiddir. Qeyd olunmalıdır ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

28. Nəzərə almaq lazımdır ki, “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li qərarı ilə təsdiq edilmişdir. Sözügedən qərarın “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qəbul edilməsi istinad olunan qərarın giriş hissəsindən aydın şəkildə görünür.

29. İşin hallarından (işə əlavə edilmiş əlillik şəhadətnaməsindən səh 22) müəyyən olunur ki, iddiaçıya əlillik ilkin olaraq 1991-ci il tarixdə təyin olunmuş və Nazirlər Kabinetinin adı çəkilən qərarı qüvvədən düşənədək iddiaçıda əlillik statusu mövcud olmuşdur. 30. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 14-cü maddəsi “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsinin birbaşa hüquqi əsasını təşkil edir v ə həmin hüququn həyata keçirilməsini tənzimləyən Qaydaların sonradan qüvvədən düşməsi iddiaçının həmin Qanunda göstərilən birdəfəlik yardımı almaq hüququnu aradan qaldırmır.

31. Apellyasiya məhkəməsi tərəfindən İPM-in 34 maddələrinin tələblərinə əməl olunmadığından iddiaçının kasasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, apelyasiya məhkəməsi tərəfindən mübahisəyə mahiyyəti üzrə baxılmadığından İPM-in 96.5.2-ci maddəsinə əsasən iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iddianın təmin olunması hissəsində şikayət təmin edilməməlidir.

32. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti qi smən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli 21(107)-177/2023 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar