Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2640/2019 04.09.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X2 ibarət tərkibdə, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X3, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 iyun tarixli 2-1(103)1533/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsvi ri hissə: İddiaçı 2018-ci il 11 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin iddiaçıdan 283.093,68 manat məbləğində vergi və ona hesablanmış faizlərin ödənilməsi ilə bağlı 2018-ci il 12 noyabr tarixli, **********502700 nömrəli və 368.1912,88 manat məbləğində vergi və ona hesablanmış faizlərin ödənilməsi ilə bağlı 2018-ci il 30 noyabr tarixli, **********077400 nömrəli qərarlarının ləğv olunmasını xahiş etmişdir. Cavabdeh vəsatət ilə məhkəməyə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 aprel tarixli 2-1(82)-791/2019 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 iyun tarixli 2-1(10 3)-1533/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin olunmasını tələb etmişdir. İş kassasiya instansiyasında şifahi məhkəmə baxışına təyin edildikdən sonra cavabdeh ərizə ilə müraciət edərək kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Əsaslandırma hissəsi: Kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəl ləsinin (bundan sonra mətndə İPM) 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. İddiaçının şikayətin geri götürülməsi barədə ərizəsinin məzmunu həmin normanın tələblərinə uyğundur. İPM-in 97.3-cü maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İcraat üzrə prosessual xərclərə dair məsələ İPM-in 111.3-cü maddəsinə uyğun olaraq həll edilir. Həmin normanın tələbinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 97, 111.3-cü maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: C avabdehin kassasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin olunur. Cavabdehin şikayəti üzrə kassasiya icraatına xitam verilir. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Kassasiya icraatı üzrə prosessual xərclər cavabdehə aid edilir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova A.S.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2640/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2640/2019
04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver