Məhkəmə qərarları › İş №2-1(102)-2648/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2648/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2648/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: minik avtomobilinin təyinatına tibbi göstəriş verilməsi; işin hallarının hərtərəfli araşdırılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Agentliyin Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-319263/2023 nömrəli qərarının ləğv edilməsi və adı na minik avtomobilinin təyinatına tibbi göstəriş verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(103)2203/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş 13661 nömrəli xx.xx.2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 943 nömrəli göndərişi ilə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır. HHK-nın xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli” nin 81a, 23b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnaməyə qoşmaya əsasən - Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır (13-cü bənd).

2. İddiaçıya xx.xx.2021-ci il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnozu: 2.2 ikinci dərəcə əlillik -=>2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20, G23.9, G25- G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması (xx.xx.2020) nəticəsində keçirilmiş açıq kəllə beyin travması, baş beyinin sağ təpə payının əzilməsinin qalıq əlamətləri. Sol tərəfli hemiparez. Sağ təpə paynın əzilməsinə görə aparılmış sağ təpə nahiyyəsinin rezeksion-dekompression treoenasiya əməliyyatında n və sağ təpə nahiyyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021) c/ə sonrakı təpə sümüyünün plastik materiala əvəz edilmiş 21 sm. sümük defekti. Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, yeriş, hərəkət, tutma funksiyasının pozulması.

3. İddiaçı adına minik avtomobilinin təyinatına tibbi göstəriş verilməsi üçün cavabdehə müraciət etmiş, sonuncunun xx.xx.2022-ci il tarixli xxxxxxx0002 nömrəli qərarı ilə iddiaçıya 501 nömrəli qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş verilməsi meyarından imtina edilmişdir.

4. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2-ci bəndinə əsasən, xüsusi s əbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər tibbi göstəriş olduğu halda növbəlilik qaydasında dövlət büdcəsi vəsaiti hesabına minik avtomobili ilə təmin edilirlər. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, iddiaçıya xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2026-cı il tarixədək) ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bununla əlaqədar olara q, o, minik avtomobilinin təyinatına tibbi göstərişin müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilən araşdırmanın nəticəsinə görə göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına əsas vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Agentliyin Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19263/2023 nömrəli qərarının ləğv edilməsini və adına minik avtomobilinin təyinatına tibbi göstəriş verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, döyüş əməliyyatları zamanı - 14 oktyabr 2020-ci il tarixdə başından güllə yarası almış və ona ikinci dərəcə əlillik təyin olunmuşdur. Ona verilmiş ********** nömrəli əlillik haqqında arayışda diaqnozu: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması (xx.xx.2020) nəticəsində keçirilmiş açıq kəllə beyin travması, baş beynin sağ təpə payının əzilməsinin qalıq əlamətləri, Sol tərəfli hemiparez., Sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyəsinin rezeksion-dekompression trepenasiya əməliyyatından və sağ təpə nahiyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021) c/ə sonrakı təpə sümüyünün plastik materialla əvəz edilmiş 21 sm. Sümük defekti, Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş, hərəkət, tutma funksiyasının pozulması qeyd edilmişdir. Səhiyyə Nazirliyinin Respublika Neyrocərrahiyyə Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 1785 nömrəli “Xəstənin stasionar tibbi kartından çıxarışın (epikriz) surətindən görünür ki, KT müayinəsi: sağ təpə sümüyünün yuxarı sinusun həmən qonşuluğunda çoxsaylı qəlpəli kobud sınıqlar, beyin toxumasının 5 sm. qədər nüfuz edən, beyin toxumasının həmin nahiyədə əzilməsi təyin olunur. xx.xx.2020-ci il tarixdə cərrahi əməliyyat edilmiş, yaranın təftişi basılmış sümük qəlpələrin, beyin detritin xaric edilməsi, duraplastika icra edilmişdir. KT müayinəsi: sağ təpə nahiyədə 56 x 38 mm. ölçüdə sümük defekti, təpə payında ensefalomalyasiya sahəsi qeyd edilir. xx. xx.2021-ci il tarixdə cərrahi əməliyyat edilmiş, sağ təpə nahiyədə sümük defektinin titan lövhə ilə plastikası icra edilmişdir. X5 tərəfindən verilmiş arayışdan görünür ki, onda sağda parietal sümükdə 6 sm. enində geniş kraniotomiya defekti diqqət çəkdi, sağda maksilyar sinusda 2 sm. ölçüdə mukozal retansion kistası diqqət çəkdi. Sağ parietal payda psterior medialda 4 x 4.5 x 2.5 sm. sahəni əhatə edən keçirilmiş serebrovaskulyar hadisəyə və ya travmaya ikincili kistik-ensefalomalozik sahə diqqət çəkdi. Kəpəz Hospital tərəfindən verilmiş arayışdan görünür ki, sağ təpə sümüyündə postop kranioektomiya deffekti izlənilir. Sağ alın təpə nahiyəsində medialda 44 x 31 mm. ölçüdə kortikosubkortikal ensefalomalaziya sahəsi və ətrafında qliozisə aid T2, Flair hiperintens siqnal dəyişikliyi izlənilir. DWİ rejimlərdə restriksiya izlənilmədi. Sağ maksillar sinusda 28 mm. ölçüdə retenziya kistası izlənilir. Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, diaqnoz və xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının qərarı: Sağ təpə nahiyəsinin kəllə boşluğuna nüfuz edən dəlib-keçən güllə yaralanmasına (xx.xx.2020), baş beynin sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyəsinin rezeksion-dekompression trpanasiya əməliyyatından və sağ təpə nahiyəsinin sümük defektinin titan lövhə ilə plastikası (xx.xx.2021) cərrahi əməliyyatdan sonrakı təpə sümüyünün plastik materialla əvəz edilmiş 21 sm. sümük defekti. - odlu silah yaralanması (xx.xx.2020) nəticəsində keçirilmiş açıq kəllə-beyin travması, baş beyinin sağ təpə payının əzilməsinin sol tərəfli mülayim hemiparez lə nəticələnən qalıq əlaməti. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Azərbaycan Respublikasının Prezidentinin 24 dekabr 2020-ci il tarixli, 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli, 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli, 2718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikasının Baş Nazirinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikasının müdafiə nazirinin 03 noyabr 202 0-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif edilmişdir. Sənəd və sübutlarla minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh formal mülahizəyə əsasən bundan imtina etmişdir. Cavabdehin imtinası əsassız olmaqla onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.

7. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazının dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə avtomobil və motorlu araba ilə təmin edilməsindən imtina edilməsi barədə verilən qərardan iddiaçı iddia müddətini ötürərək məhkəməyə şikayət etmişdir.

8. İşin məhkəmə araşdırması zamanı:

9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş 30 noyabr 2023-cü il tarixli, 3-17-4/3-3-19263/2023 nömrəli qərarın 5-ci bəndində qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında vətəndaşın minik avtomobili ilə bağlı əlavə əyani müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarında zəiflik, hərəkət məhdudluğu, dizlərində boşluq, hərəkətlərini idarə edə bilməməsindən şikayətlənmişdir. Müayinə zamanı sol aşağı ətrafında diz nahiyəsində korset olduğu müşahidə edilmiş, başın təpə nahiyəsində ~5x3 sm ölçüdə deffekt hiss olunmuş, deffektin 1/2 hissəsi əllənmişdir. Nevroloji baxış zamanı Romberq vəziyyətində dayanıqlı, refiekslər canlı alınmış S>D, patoloji reflekslərdən sol aşağı ətrafda “Babinski” müsbət olmuş, soltərəfli piramidal əlamətlər qeyd olunsa da, parez, iflic aşkarlanmamışdır. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 22 fevral 2024-cü il tarixli, 21(112)-1686/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19263/2023 nömrəli qəra rı ləğv edilmiş və iddiaçının adına minik avtomobilinin təyinatına tibbi göstəriş verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini onunla əsaslandırmışdır ki, iddiaçının minik avtomobilinə tibbi göstərişin təyini barədə tələbi “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara uyğundur. İddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunma mış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, S.R.Səlimova və M.N.Tağızadə) 30 may 2024-cü il tarixli, 21(103)-2203/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdı r.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində işin hallarına istinad etmiş, əlavə olaraq bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında vətəndaşın minik avtomobili ilə bağlı əlavə əyani müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarında zəiflik, hərəkət məhdudluğu, dizlərində boşluq, hərəkətlərini idarə edə bilməməsindən şikayətlənmişdir. Müayinə zamanı sol aşağı ətrafında diz nahiyəsində korset olduğu müşahidə edilmiş, başın təpə nahiyəsində ~5x3 sm ölçüdə deffekt hiss olunmuş, deffektin 1/ 2 hissəsi əllənmişdir. Nevroloji baxış zamanı Romberq vəziyyətində dayanıqlı, refiekslər canlı alınmış S>D, patoloji reflekslərdən sol aşağı ətrafda “Babinski” müsbət olmuş, soltərəfli piramidal əlamətlər qeyd olunsa da, parez, iflic aşkarlanmamışdır. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə q arşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”:

1. Ümumi müddəalar 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir.

3. Əlilliyi olan şəxslərin minik avtomobili və təkərli oturacaqla (mühərrikli və mexaniki) təmin edilməsi 3.1. Minik avtomobili Azərbaycan Res publikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X2 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. 19. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” na əlavə “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”

20. Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

21. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə b ağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır....... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasi ya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, qərar ləğv edilməklə, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Hazırkı iddia tələbi iddiaçıya əlilliyi müəyyən edilmiş şəxs kimi minik avtomobilinin təyin ed ilməsinə tibbi göstərişin verilməsi barədədir.

26. Apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin 57-ci bəndinə əsasən, minik avtomobilləri “aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” barəsində tibbi göstərişlər olduğu hallarda təyin edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının minik avtomobilinə tibbi göstərişin təyini barədə tələbi “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstəri lmiş meyarlara uyğundur.

27. Apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: 28. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası” nın yuxarıda istinad edilən 3.1-ci bəndində minik avtomobili ilə təmin edilməsi nəzərdə tutulan əlilliyi müəyyən olunmuş şəxslərin kateqoriyaları koknkret olaraq göstərilmişdir. Belə ki, belə əlilllər sırasına NK-nın 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər aid edilmişdir. 29. “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 1.5-ci bəndinə əsasən, şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasə n müəyyən edilir:... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.

30. Bu qaydaya əlavə “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”ndə isə yuxarıda qeyd olunan kateqoriyadan əlilliyi müəyyən edilmiş şəxslərin müxtəlif reabilitasiya vasitələri, o cümlədən, minik avtomobili ilə təmin edilməsinə əs as verən tibbi göstərişlər, yəni müvafiq diaqnozlar təsbit edilmişdir.

31. Yəni, hazırkı halda iddiaçının minik avtomobili ilə təmin edilməsi üçün iki şərt ödənilməlidir:1) iddiaçı ya xüsusi səbəblə, ya da Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs olmalıdır; 2) ona əlilliyin təyin edilməsinə əsas olmuş diaqnoz “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”ndə minik avtomobili verilməsinə dair tibbi göstərişlərdən birinə uyğun olmalıdır.

32. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçı 2021-ci ildən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qu ruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir.

33. Göründüyü kimi, iddiaçıya münasibətdə 1-ci şərt ödənilir. 34. 2-ci şərtə münasibətdə isə həmin birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi Əlavənin 6.1-ci bəndinin “Digər reabilitasiya vasitələri” (minik avtomobili) adlı bölməsinin 3-cü yarımbəndində göstərilən tibbi göstərişə - “bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi”nə istinadən iddiaçının minik avtomobili ilə təmin edilməli olduğu qənaətinə gəlmişdir.

35. Halbuki, işdən iddiaçıda qeyd olunan diaqnozun aşkar edildiyi görünmür.

36. Belə ki, AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı diaqnoz “Sağ təp ə nahiyəsinin kəllə boşluğuna nüfuz edən dəlib-keçən güllə yaralanmasından, baş beynin sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyəsinin rezeksion-dekompression trepanasiya əməliyyatından və sağ təpə nahiyəsinin sümük defektinin titan lövhə ilə plastikası cərrahi əməliyyatdan sonrakı təpə sümüyünün plastik materialla əvəz edilmiş 21 sm. sümük defekti. Odlu silah yaralanması nəticəsində keçirilmiş açıq kəllə-beyin travması, baş beyinin sağ təpə payının əzilməsinin sol tərəfli mülayim hemiparezlə nəticələnən qalıq əlaməti” kimi müəyyən edilmişdir. Həmçinin, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsinə əsas olmuş diaqnoz “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi si lah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması (xx.xx.2020) nəticəsində keçirilmiş açıq kəllə beyin travması, baş beyinin sağ təpə payının əzilməsinin qalıq əlamətləri. Sol tərəfli hemiparez. Sağ təpə paynın əzilməsinə görə aparılmış sağ təpə nahiyyəsinin rezeksion-dekompression treoenasiya əməliyyatından və sağ təpə nahiyyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021) c/ə sonrakı təpə sümüyünün plastik materiala əvəz edilmiş 21 sm. sümük defekti. Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, yeriş, hərəkət, tutma funksiyasının pozulması”dır.

37. Göründüyü kimi, parezlərdən iddiaçıda baş beynin sol tərəfli hemiparezi müşahidə edilir. Məhkəmənin istinad etdiyi diaqnoz isə hemiparez deyil, aşağı ətrafın parezidir.

38. Tibbi ədəbiyyatda olan məluma tlara əsasən, aşağı ətrafın parezi ilə hamiparez fərqli xəstəliklərdir. Belə ki, parez tam iflicdən fərqli olaraq (paraliz) əzələlərin hərəkətinin tam yox olmaması deyil, sadəcə zəifləməsidir. Hemiparez özü qismən zəiflik deməkdir. Soltərəfli hemiparez bədənin sol tərəfində olan əzələlərin gücünün azalması və ya zəifliyi ilə, aşağı ətrafın parezi isə ayaqlardakı əzələlərin gücünün zəifləməsi və ya hərəkət qabiliyyətinin qismən itməsi ilə xarakterizə olunan nevroloji vəziyyətdir. Aşağı ətrafın parezi ilə mülayim hemiparez arasında əsas fərq onların təsir etdiyi bölgələr və simptomların şiddətidir. Belə ki, aşağı ətrafın parezi yalnız ayaqlara təsir edir (bir və ya hər iki ayaq), yuxarı ətraflara və ya bədənin digər hissələrinə təsir etmir. Bu, adətən onurğa beyninin zədələnməsi və ya perife rik sinir zədələri ilə bağlıdır. Mülayim hemiparezdə isə bədənin yalnız bir tərəfində həm yuxarı, həm də aşağı ətraflarda (sol və ya sağ tərəf) zəiflik olur, simptomlar bədənin sağ və ya sol tərəfinə yayılır. Bu isə adətən baş beyin yarımkürəsinin zədələnməsi ilə bağlıdır.

39. Bununla bağlı birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilsə də, ekspertizanın keçirilməsi cavabdeh inzibati orqana həvalə edilmişdir.

40. Qərardad cavabdeh tərəfindən icra edilərək, iddiaçının əyani müayinəsi həyata keçirilmiş və müayinə zamanı onda parez, iflic aşkarlanmadığından onun əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan ş əxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobilinə tibbi göstərişə uyğun olmadığı barədə 30 noyabr 2023-cü il tarixli, 3-17-4/3-3-19263/2023 nömrəli qərar qəbul edilmişdir.

41. Kollegiya qeyd edir ki, ekspertizanın keçirilməsinin məhkəmə-tibbi ekspertiza sahəsində ixtisaslaşmış qurum olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinə deyil, iş üzrə maraqlı şəxs olan cavabdeh orqana həvalə edilməsi prosessual qanunvericiliyin tələblərinə ziddir.

42. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflər dən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

43. Göründüyü kimi, ekspertin müstəqilliyi, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən v ə işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığının olmaması ekspertiza aparılmasının mühüm prinsiplərinə aiddir.

44. Həmçinin, bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müvafiq məhkəmələrə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubun 39, 40, 42-44-cü bəndlərində göstərilmişdir ki,......... ekspertizanın keçirilməsi ilə bağlı ən qabarıq problemlərdən biri ekspertiza idarəsi tərəfindən həmin idarənin əməkdaşı olmayan, Agentliyin səlahiyyətli nümayəndəsinin ekspertizanın aparılmasında iştirakı ilə bağlıdır. “Məhkəmə Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi (bundan sonra-Birlik) ekspertizanın keçirilməsində cavabdehin iştirakının “zərurət” olduğunu bildirərək, bu zərurəti onunla əlaqələndirir ki, əlilliyin müəyyən edilməsi yalnız Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının müstəsna səlahiyyətinə aid edildiyindən, Birliyin bu suallar üzrə tədqiqat aparıb cavablandırmaq səlahiyyəti istisna edilir. O da vurğulanmalıdır ki, cavabdehin nümayəndəsinin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizada ekspert qismində iştirakı ekspertin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran əsas hesab edilməklə, prosessual qanunvericilikdə ekspertə etirazın əsaslarından biri kimi göstərilmişdir.

45. Apellyasiya məhkəməsi isə iş üzrə əlavə heç bir araş dırma aparmadan birinci instansiya məhkəməsinin araşdırması ilə kifayətlənərək onun gəldiyi nəticə ilə razılaşmışdır.

46. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi cavabdeh orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinə həvalə edilməli və ekspert qarşısında iddiaçıda “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”nin “Digər reabilitasiya vasitələri” (minik avtomobili) adlı bölməsinin 3 və 4-cü yarımbəndlərində göstəril ən tibbi göstərişlərin - “bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi” və ya “hemiplegiya, nəzərəçarpan hemiparez” diaqnozlarının aşkar edilib-edilmədiyi ilə bağlı suallar qoyulmalı, ekspertiza tədqiqatının nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, yuxarıda sadalanan halların araşdırılması üçün iş təkrar həmin məhkəməyə göndərilməlidir.

48. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 21(103)-2203/2024 nömrəli qəra rı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar