Məhkəmə qərarları › İş №2-1(102)-2649/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2649/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2649/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü; şikayətin vəkil tərəfindən tərtib edilməməsi, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rahib Nəbizadə (məruzəçi), Zakir Quliyev və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı oğlunun (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) (bundan sonra mətndə cavabdeh) qarşı “şik ayətə cavab verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2409/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onun tərəfindən xx.xx.2022-ci il tarixli SS122020045AZ sifarişli məktubla göndərilmiş şikayətə cavab verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4804/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakim Aygün Əhədova) iddia mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasını və icraata qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2409/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər: P.Hüseynov-sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İş materiallarından müəyyən edilir ki, verilmiş şikayət vəkil tərəfindən tərtib edilməmiş, vək il tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməməsi, vəkil tərəfindən imzalanmaması, vəkil orderinin şikayətə əlavə olunmaması qanunvericiliyin tələblərinə görə şikayət üzrə kassasiyanın mümkünsüz hesab edilməsi üçün əsasdır.

7. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya 17 noyabr 2023-cü il tarixədək qeyd olunan çatışmazlığın aradan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Bununla bağlı mövcud çatışmazlıqlar konkret qeyd edilməklə iddiaçıya rəsmi bildiriş 14 sentyabr 2023-cü il tarixdə göndərilmişdir.

8. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şik ayəti vermək üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

9. İddiaçı ərizəsində bildirmişdir ki, 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir, saxlanıldığı mövcud şəraitə uyğun olaraq vəkillə müqavilə bağlamaq imkanı xaricindədir. Pulsuz, dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş edir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.... 11. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şü bhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir... İİ. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan tutulmuş şəxsə dövlət hesabına hüquqi yardım göstərən növbətçi vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pu lsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə

67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin e dir. Maddə

121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi... 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

13. İnzibati Prosessual Məcəllə: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassa siyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

14. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilməməli, verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

15. İPM-in 90.3-cü və MPM-in 67.1 və 407.3-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfin dən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.

16. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. İddiaçıya bu barədə xəbərdarlıq edilməsinə və çatışmazlığın aradan qaldırılmadığı təqdirdə baş verə biləcək hüquqi nəticələrin izah olunmasına baxmayaraq, qeyd olunmuş çatışmazlıqlar iddiaçı tərəfindən aradan qaldırılmamışdır.

17. İddiaçı Ali Məhkəməyə göndərdiyi vəsatətdə 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyini, saxlanıldığı mövcud şəraitə uyğun olaraq vəkillə müqavilə bağlamaq imkanı xaricində olduğunu bildirib dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

18. Yuxarıda bəhs edilən hüquq normalarına görə məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan qanunvericilik normalarının müddəalarından göründüyü kimi proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitlərinin olmadığı halının müəyyən olunmasından asılıdır. Hazırkı halda isə sübutetmə yükünün onun üzərində olmasına baxmayaraq iddiaçı aztəminatlı olduğunu və buna görə də, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsa itə malik olmadığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı təqdim etdiyi vəsatətində 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyini bildirmiş və bu hal Cəzaçəkmə Müəssisəsinin məktubu ilə təsdiq olunmuşdur. Lakin şəxsin sadəcə olaraq cəzaçəkmə müəssisəsində cəza çəkməsi avtomatik olaraq inzibati məhkəmə icraatında müraciəti əsasında baxılan işdə hüquqi yardımın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi anlamına gəlmir. İddiaçı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmadığı barədə vəsatətinə hər hansı mötəbər sübut (pensiya, sosial müavinət almaması, digər hər hansı gəlirə malik olmaması və s.) əlavə etməmişdir.

20. Beləliklə, məhkəmə kollegiyası yuxarıda bəhs olunanlara istinad edərək qeyd edir ki, iddiaçının kassasiya şikayəti tərtib edilmə si üçün pulsuz vəkillə təmin olunmasını zəruri edən hallar barədə müvafiq sənədləri məhkəməyə təqdim etmədiyindən və vəsatətin təmin edilməsi üçün əsaslar olmadığından vəsatət təmin edilməməli, kassasiya şikayəti mümkün sayılmamalıdır.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı oğlunun vəsatəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 21(103)-2409/2023 saylı qərardadından verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar