Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-265/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallar üzrə icraat; protokola dair qeydlərə baxılması; İPMin 68.3 və 80.3-cü maddələrinin tələblərinin pozuntusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qar şı “intizam məsuliyyətinə cəlb etmə barədə əmrin hissəvi ləğv edilməsi, həmin inzibati aktın icrası ilə bağlı nəticələrin aradan qaldırılması, pozulmuş hüquqların bərpa olunmasına dair tədbir görülməsi və məcburi işəburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1628/2020 nömrəli iş üzrə 2020-ci il 23 sentyabr tarixli və 2020-ci il 28 oktyabr tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “intizam məsuliyyətinə cəlb etmə barədə 10/01-11/03-K saylı 2016-cı il 06 yanvar tarixli əmrin hiss əvi ləğv edilməsi, həmin inzibati aktın icrası ilə bağlı nəticələrin aradan qaldırılması, pozulmuş hüquqların bərpa olunmasına dair tədbir görülməsi və məcburi işəburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2107/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2407/2016 saylı 2016-cı il 22 dekabr tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir.
6. Az ərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-915/17 saylı, 2017-ci il 05 aprel tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. İddiaçı 2020-ci il 20 aprel tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
8. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2107/2016 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə rədd edilmişdir.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ic raatın təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. d. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1628/2020 saylı 2020-ci il 23 sentyabr tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. İddiaçı 2020-ci il 19 oktyabr tarixdə apellyasiya icraatı üzrə məhkəmə iclas protokoluna dair qeydlər vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1628/2020 saylı 2020-ci il 28 oktyabr tarixli qərardadı ilə məhkəmə iclas protokoluna dair qeydlər rədd edilmişdir.
13. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1628/2020 saylı iş üzrə 2020-ci il 23 sentyabr tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin təmin edilməsi, ilkin icraat üzrə araşdırmanın davam etdirilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1628/2020 saylı iş üzrə 2020-ci il 28 oktyabr tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, məhkəmə iclas protokoluna verilmiş qeydlərin düzgünlüyü təsdiq edilməklə, iş üzrə tərtib olunmuş protokolda yol verilmiş natamamlığın və yanlışlıqların aradan qaldırılması üçün müvafiq dəyişikliklər, əlavə və düzəlişlər aparılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(103)-1628/2020 saylı 2020-ci il 28 oktyabr tarixli qərardadından verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası çıxarmış olduğu həmin qərardadda AR MPM-nin 274.1-ci maddəsinə istinad etmiş olsa da, həmin normanın mənasını düzgün təfsir etməmiş, «protokola dair qeydlər işdə iştirak edən şəxslərin güman etdikləri yol verilmiş yanlışlıqların və ya natamamlığın düzəldilməsi məqsədilə verilir» kimi özünün irəli sürdüyü yanlış dəlillər və formal mülahizələr ilə əsaslandırmışdır. Halbuki, inzibati və mülki prosessual qanunvericilikdə protokola qeydlərin nə məqsədlə verilməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Bu baxımdan, məhkəmə kollegiyasının konkret h ansı qanuna və normaya əsaslanmaqla belə mövqe bildirməsi də məlum deyildir. Bununla bağlı məqsəd yalnız iş üzrə qəbul etdiyi əvvəlki 2020-ci il 23 sentyabr tarixli qanunsuz və əsassız qərardadını ört-basdır etməyə yönəlmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı və iddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdilər.
17. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İPM: Maddə 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Maddə 80.3. Bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
20. İddiaçı apellyasiya məhkəməsinin “məhkəmə iclas protok oluna qeydlərin rədd edilməsi barədə” 2020-ci il 28 oktyabr tarixli qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində həmin qərardadın bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.
21. Apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 23 sentyabr tarixli, 21(103)-1628/2020 nömrəli qərardadından verilmiş şikayətə gəldikdə, bu şikayət üzrə kassasiya mümkün hesab edilsə də, iş həmin şikayətə aid hissədə kassasiya baxışından çıxarılmalı olduğundan (bununla bağlı bax: bu qərarın 22-29-cu bəndləri), hazırkı icraat çərçivəsində həmin qərardadın qanuniliyi və əsaslılığı yoxlanılmır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Apellyasiya instansiyası məhkəməsinin “məhkəmə iclas protokoluna qeydlərin rədd edilməsi barədə” 2020-ci il 28 oktyabr tarixli q ərardadı ləğv edilməli, iş “məhkəmə iclas protokoluna qeydlər”ə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. Məhkəmə iclas protokoluna qeydlərin rədd edilməsi barədə 2020-ci il 28 oktyabr tarixli qərardadın giriş və nəticəvi hissələrinin məzmunundan göründüyü kimi, həmin qərardadın hakimlər x (sədrlik edən və məruzəçi), x və x ibarət tərkibdə qəbul edildiyi göstərildiyi halda, qərardad hakim x tərəfindən deyil, onun qəbul edilməsində iştirak etməyən digər hakim – x tərəfindən imzalanmışdır.
24. Məhkəmə kollegiyası nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsi 2020-ci il 11 noyabr tarixli qərardadı ilə 2020-ci il 28 oktyabr tarixli qərardadın giriş və nəticəvi hissələrində yanlışlığa yol verildiyini müəyyən edərək qeyd etmişdir ki, “ qərardad hakimlər Xəyalə Cəmilova (sədrlik edən və məruzəçi-hakim), Elmira Nağıyeva və Namiq Cəfərov tərəfindən imzalansa da, həmin qərardadın giriş və nəticəvi hissəsində işə baxmış məhkəmə tərkibinə daxil olan hakimlərdən birinin- X4 adı texniki səhv nəticəsində X1 göstərilmişdir.”. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi həmin qərardadın giriş və nəticəvi hissələrində hakim “X5” sözlərinin “X6” sözləri kimi oxunmasına qərar vermişdir.
25. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin “yanlışlığın aradan qaldırılması barədə” 2020-ci il 11 noyabr tarixli qərardadı İPM-in 68.3 və 80.3-cü maddələrinin tələblərini təmin etmir. Belə ki, “məhkəmə iclas protokoluna qeydlər”ə baxılması ilə bağlı 2020-ci il 28 oktyabr tarixli məhkəmə iclas protokoluna görə, həmin qeydlərə baxan məh kəmə tərkibində hakim Elmira Nağıyeva deyil, hakim Şeyda Məhərrəmova olmuş, məhkəmə iclasında iştirak edən iddiaçıya da məhkəmə tərkibində hakim Şeyda Məhərrəmovanın adının elan olunduğu göstərilmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsinin “yanlışlığın aradan qaldırılması barədə” 2020-ci il 11 noyabr tarixli qərardadında göstərilənlər də “məhkəmə iclas protokoluna qeydlər”ə baxılması ilə bağlı 2020-ci il 28 oktyabr tarixli məhkəmə iclas protokolunda göstərilənlərə uyğun olmamışdır.
26. Beləliklə, “məhkəmə iclas protokoluna qeydlər”ə baxılarkən İPM-in 68.3 və 80.3-cü maddələrinin tələbləri pozulduğundan, həmin qeydlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılmalıdır.
27. Apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli qərardadı İPM-in 6 8.3 və 80.3-cü maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan həmin qərardaddan verilmiş şikayət qalan hissələrdə təmin oluna bilməz.
28. Məhkəmə kollegiyası “yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə” ərizə üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli qərardaddan verilmiş şikayətə münasibətdə qeyd edir ki, həmin qərardadın qanuniliyinin yoxlanılması işin digər halları ilə yanaşı, həm də “məhkəmə iclas protokoluna qeydlər”ə dair məsələnin həllindən də asılı olduğundan və iş həmin məsəlinin həlli üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, iş “yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə” ərizə ü zrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli qərardadından verilmiş şikayətə aid hissədə kassasiya baxışından çıxarılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 oktyabr tarixli, 2-1(103)-1628/2020 nömrəli qərardadı ləğv edilir. İş iddiaçı tərəfindən verilmiş “məhkəmə iclas protokoluna qeydlər”ə aid hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 oktyabr tarixli, 2-1(103)-1628/2020 nömrəli qərardadından verilmiş şikayət qalan hissədə təmin olunmur. İş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 sentyabr tarixli, 2-1(103)-1628/2020 nömrəli qərardadı ndan verilmiş şikayətə aid hissədə kassasiya baxışından çıxarılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov