Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-270/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (eyni vergi tədiyyəsinin eyni dövr üzrə həm kameral, həm də səyyar qaydada yoxlanması, qərarların mötəbərliyi, ziddiyyətlərin iddiaçının xeyrinə həll edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət inin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2-1(103)-1785/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********433100 nömrəli qərarla fevral 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 307,55 manat, xx.xx.2021-ci il tarixli, **********72 0100 nömrəli qərarla avqust 2019-cu il vergi dövrü üzrə əlavə hesablanmış vergi məbləği 1395,89 manat, xx.xx.2021-ci il tarixli, **********771300 nömrəli qərarla sentyabr 2019-cu il vergi dövrü üzrə əlavə hesablanmış vergi məbləği 3760,27 manat, xx.xx.2021-ci il tarixli, **********658900 nömrəli qərarla noyabr 2019-cu il vergi dövrü üzrə əlavə hesablanmış vergi məbləği 15831,97 manat və xx.xx.2021-ci il tarixli, **********329400 nömrəli qərar əsasında dekabr 2018-ci il vergi dövrü üzrə əlavə hesablanmış vergi məbləği 5069 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, avqust 2019 hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********720100 nömrəli, sentyabr 2019 hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********771300 nömrəli, noyabr 2019 hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********658900 nömrəli, dekabr 2018 hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********329400 nömrəli, fevral 2019 hesabat dövrü üzrə xx.xx.2021-ci il tarixli, **********433100 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda mübahisələndirilən qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qə rarlarla kameral olaraq hesablanmış ƏDV vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış uyğunsuzluq məktublarına cavablar təqdim edilməsinə baxmayaraq, vergi orqanı şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır.
4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdi r ki, iddiaçı tərəfindən xx.xx.2019cu il tarixdə 2018-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 938779,49 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 910618,39 manat, xx.xx.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 361792,46 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 354037,51 manat, xx.xx.2019-cu il tarixdə 2019-cu ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 354319,64 manat gö stərilməsinə baxmayaraq xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 333429,29 manat, xx.xx.2020ci il tarixdə 2019-cu ilin noyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 992683,43 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 904728,05 manat göstərilmişdir. Lakin dövriyyələrin azalması ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə ətraflı izahat məktubu təqdim edilməmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyann aməsi üzrə 5069 manat, 2019-cu ilin avqust ayı üzrə ƏDV bəyannaməsi üzrə 1395,89 manat, 2019-cu ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 3760,27 manat və 2019-cu ilin noyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 15831,97 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********329400, xx.xx.2021-ci il tarixli **********720100 və **********771300, xx.xx.2021-ci il tarixli **********658900 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarlar göndərilmişdir. Vergi ödəyicisinə 2018-ci ilin dekabr, 2019-cu ilin avqust, sentyabr və noyabr ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə aparılmış hesablamalara yenidən baxılması, eyni zamanda minimum dövriyyəsinin dəqiqləşdirilməs i məqsədilə ƏDV qeydiyyatının qüvvəyə minmə (xx.xx.2017-ci il) tarixindən xx.xx.2019-cu il tarixədək olan dövr üçün nəzarət kassa aparatlarının “Z” çıxarışları, banklarda açılmış manat və valyuta hesablarından, o cümlədən biznes kart hesablarından bank tərəfindən rəsmi (möhürlü, imzalı) təsdiq edilmiş çıxarışlar, kassa mədaxil-məxaric sənədləri və zəruri hesab etdiyi digər sənədlərin araşdırmaya təqdim edilməsi üçün xx.xx.2022-ci il tarixli **********764100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən bununla əlaqədar heç bir sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin fevral ayı ƏDV üzrə təqdim edilmiş bəyannamə ilə bağlı cava bdeh tərəfindən uyğunsuzluq aşkar edilmiş və bununla bağlı iddiaçıya xx.xx.2019-cu il tarixdə **********137600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir. Lakin iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin fevral ayı ƏDV üzrə 237,97 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixli **********413600 nömrəli vergilərin, sosial sığorta və işsiz lik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən yenidən eyni hesabat dövrü üzrə bir neçə dəfə xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərdə müvafiq kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğini azalma ilə bəyannamə təqdim etmişdir. Həmin bəyannamə üzrə uyğunsuzluq götürülməmiş və cavabdeh xx.xx.2021-ci il tarixli qərar qəbul edərək iddiaçının 2019-cu ilin fevral ayı ƏDV üzrə 307,55 manat əlavə ödəməli olduğu məbləği müəyyən etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(112)-3409/2022 nömrəli qərarı ilə (hakim X11) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqanın qəbul etdiyi “av qust 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********720100 saylı, “sentyabr 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********771300 saylı, “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********658900 saylı, “dekabr 2018” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********329400 saylı, “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********433100 saylı inzibati aktların qanuniliyi formal hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktlarda Vergi Məcəlləsinin 37, 67 və 83-cü və “İnzibati icraat haqqında” Qanunun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Sözügedən qərarlar maddi hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələb ləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, 2018-ci ilin dekabr, 2019-cu ilin fevral, avqust, sentyabr və noyabr ayları üzrə iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələr ilə bağlı uyğunsuzluq aşkar edilmiş və bu barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaİdırılmaqla bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən bəyannamələr təqdim edilsə də uyğunsuzluq aradan qaldırılmadığından qəbul edilmiş qərarlar ləğv edilməklə yuxarıda qeyd edilən dövrlər üzrə hazırda mübahisələndirilən qərarlar qəbul edilmişdir. Məhkəmənin qənaətinə görə, göstərilən qərarlar qanuna zidd sayıla bilməz. Məhkəmə araşdırması zamanı qeyd olunan halları təkzib edəcək heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.
7. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 21(103)-437/2023 nömrəli qərarı ilə (hakimlər X8 (məruzəçi), X6 və X9) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3409/2022 saylı 23 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddi a təmin edilmiş, cavabdehin “avqust 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli **********720100 saylı, “sentyabr 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli **********771300 saylı, “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli **********658900 saylı, “dekabr 2018” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli **********329400 saylı və “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli **********433100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarları ləğv edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, vergi orqanı tərəfindən müvafiq vergilər iddiaçıya hesablanarkən vergi ödəyicisinin 2018-ci ilin dekabr ayı ü zrə xx.xx.2021-ci il tarixdə, 2019cu ilin fevral ayı üzrə xx.xx.2021-ci il tarixdə, 2019-cu ilin avqust ayı üzrə xx.xx.2021-ci il tarixdə, 2019-cu ilin sentyabr ayı üzrə xx.xx.2021-ci il tarixdə və 2019-cu ilin noyabr ayı üzrə xx.xx.2021-ci il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş vergi bəyannamələrinin məlumatları əsas götürülmüşdür. Halbuki, vergi ödəyicisinin müvafiq dövrlər üzrə xx.xx.2021-ci il tarixdən əlavə, başqa tarixlərdə də həmin dövrlərlə bağlı dəqiqləşdirilmiş qaydada verdiyi bəyannamələr mövcud olmuşdur. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsinə dəfələrlə iddiaçı barəsində hesablanmış əlavə vergi məbləğlərinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuş, lakin nümayəndə tərəfindən yalnız yuxarıda qeyd olunan dəqiqləşdirilmiş bəyannam ələr təqdim olunmuşdur ki, həmin bəyannamələrin də vergi ödəyicisi tərəfindən təqdim olunan sonuncu dəqiqləşdirilmiş bəyannamələr olmadığı müəyyən olunur. Beləliklə, vergi orqanı qeyd olunan dövrlər üzrə iddiaçıya məhz mübahisələndirilən qərarlardakı əlavə vergi məbləğlərinin tətbiq olunmasının qanuni və əsaslı olmasını əsaslandıra bilməmişdir.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)2528/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X10 (məruzəçi), X2 və X1) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2-1(103)-437/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh vergi orqanı istər iddiaya qarşı etirazında, istərsə də apellyasiya şikayətinə etirazında göstərmişdir ki, qeyd olunan dövrlər üzrə iddiaçıya məhz mübahisələndirilən qərarlardakı əlavə vergi məbləğlərini vergi ödəyicisinin özü tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən hesablamışdır. Eyni zamanda, cavabdeh vergi orqanının mübahisələndirilən qərarları qəbul etməsinə səbəb olan hal və iddia tələbinə etirazının hüquqi əsası, yəni vergi ödəyicisinin hansı səbəbdən qeyd olunan dövrlər üzrə sonrakı tarixlərdə azalmış bəyannamə təqdim etməsi məsələsi araşdırılmamış, habelə döv riyyəsinin az göstərilməsinə səbəb olan sənədlər iddiaçıdan tələb edilməmişdir. Bir halda ki, məhkəmə qərarın əsaslandığı bəyannamədən başqa digər bəyannamələrin də olduğunu qəbul edir, bu halda, həmin bəyannamələrdə əks olunmuş məlumatları, - tərəflərin əsaslandıqları dəlillər də nəzərə alınmaqla, - müqayisəli şəkildə yoxlamalı idi. Bu, həm də ona görə əhəmiyyət kəsb edir ki, cavabdehin bəyan etdiklərinə görə, onun tərəfindən əvvəlki dövr üzrə təqdim edilən bəyannamələr nəzərə alınaraq məbləğlər kameral bərpa edilmişdir. Hazırda mübahisələndirilən qərarları da iddiaçının xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarını, xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarını, xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarını və xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarını ləğv etməklə qəbul etmişdir.
13. Digər tərəfdən, cavabdeh bəyan edir ki, iddiaçının mübahisələndirdiyi 2018 və 2019-cu illərin aylar üzrə ƏDV dövriyyəsi iddiaçı tərəfindən təqdim edilmiş 2018-ci və 2019-cu illərə dair mənfəət vergisi bəyannamələrində öz əksini tapmış, həmin bəyannamələr üzrə kameral vergi yoxlaması aparılmış, onların nəticələri üzrə qəbul edilmiş qərarlar mübahisələndirilməmiş, hal hazırda da qüvvədədirlər. Cavabdeh bu dəlilini iddiaçının apellyasiya şikayətinə qarşı verdiyi etirazında da göstərmişdir.Cavabdeh haqlı olaraq qeyd edir ki, kameral vergi yoxlaması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrə əsasən aparılır və əgər iddiaçı azalma ilə bəyannamə təqdim edirsə, bu halda, azalmaya əsas olan sənədləri də (NKA dövriyyə məbləği, tərtib edilmiş və ya ləğv edilmiş müqavilələr, alınmış avanslar və s.) iddiaçı təqdim edilə bilər və etməlidir. Beləliklə, İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. İş apellyasiya instansiya məhkəməsinin icraatında olarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli **********658900 saylı və “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli ** ********433100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2-1(103)-1785/2024 nömrəli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2-1(103)-1785/2024 nömrəli qərarı ilə (hakimlər X5 (məruzəçi), X3 və X7) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(112)-3409/2022 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarından aydın olur ki, müəssisə tərəfindən 2019-cu ilin noyab r ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 992.683,43 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 904.728,05 manat (vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövr üzrə daha əvvəl təqdim edilən bəyannamə məlumatlarında işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə əldə etdiyi 87.955,38 manat məbləğ bəyannamənin müvafiq sətrində qeyd edilmişdir. Lakin sonradan hüquqi şəxs tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilərək həmin məbləğ heç bir əsas olmadan silinmişdir) göstərilmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2019-cu il tarixdə **********496900 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələ b edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Göründüyü kimi, dövriyyələrin azalması ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə ətraflı izahat məktubu təqdim edilməmişdir. Vergi orqanı tərəfindən hüquqi şəxsin əvvəl təqdim etdiyi bəyannamə məlumatları əsas götürülərək kameral vergi yoxlaması ilə 15.831,97 ((992.683,43- 904.728,05)x18%) manat əlavə vergi məbləği hesablanmışdır. Daha sonra iddiaçı tərəfindən yenidən eyni hesabat dövrü üzrə bir neçə dəfə xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərdə müvafiq kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğini azalma ilə bəyannamə təqdim etmişdir. Həmin bəyannamə üzrə uyğunsuzluq götürülməmiş və cavabdeh xx.xx.2021-ci il tarixli qərar qəbul edərək iddiaçının 201 9-cu ilin noyabr ayı ƏDV üzrə 15831,97 manat əlavə ödəməli olduğu məbləği müəyyən etmişdir. Cavabdeh hazırda mübahisələndirilən qərarı iddiaçının xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən xx.xx.2020-ci il tarixli qərarını ləğv edərək qəbul etmişdir. 43.Beləliklə, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
19. Şikayətdə Vergi Məcəlləsinin 36.2-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 15, 24-cü maddələrinə istinad edərək apellyasiya instan siya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.
20. Qeyd edilir ki, iddiaçı ən sonuncu inzibati aktı mübahisələndirmişdir. Belə ki, cavabdeh vergi orqanı ƏDV 2019 üzrə fevral ayı üçün xx.xx.2020-ci il tarixində 237.97 manat məbləğində kameral hesablama qərarı çıxarmış, lakin, xx.xx.2021-ci il tarixində 237.97 manat məbləğində kameral hesablama qərarını ləğv etmiş, 307.55 manat məbləğində xx.xx.2021-ci il tarixli **********433100 saylı qərar qəbul edilmişdir.
21. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ƏDV 2019 noyabr ayı üçün də eynilə xx.xx.2020-ci il tarixində 8939,83 manat məbləğində kameral hesablama qərarı çıxarmış, lakin, xx.xx.2020-ci il 8939,83 məbləğində manat kameral hesablama qərarını ləğv etmiş, həm in tarixdə 12.87 manat məbləğində kameral hesablama qərarı çıxarmış, xx.xx.2021-ci tarixində bu kameral hesablama qərarını ləğv etmiş, yenidən xx.xx.2021-ci il tarixli **********658900 saylı 15831.97 manat məbləğində kameral hesablama qərarı çıxarmışdır.
22. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi hesablanmasının zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə
36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyy ar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxi l olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, v ergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər.... 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qayda da və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə
153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakt uralara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağl ı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəm ə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdehin “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli və “fevral 2019” h esabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsinə yönəlmişdir.
30. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, mübahisələndirilən inzibati aktları qəbul etmiş inzibati orqan həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Bu səbəbdən də iddia tələbi əsaslı tələb kimi qəbul edilə bilməz.
31. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəmənin mövqeyini tam qanuna uyğun hesab etmir və gəldiyi nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
32. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş iki inzibati aktın- “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli və “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli qərarların ləğvinə yönəldiyindən hüquqi dəyərləndirmə bu istiqamətdə aparılmalıdır.
33. Qeyd edilməlidir ki, inzibati hüquqa əsasən inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan.
34. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətveric i normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli qərarla bağlı:
35. İş materiallarından görünür ki, aparılmış kameral vergi yoxlaması nəticəsində iddiaçıya “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli qərarla 307,55 manat əlavə dəyər vergisi hesablanmışdır (cild 1, səh 86).
36. Vergi qanunvericiliyinin tələbinə əsasən kameral vergi yoxlaması elə bir yoxlamadır ki, vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.
37. Kameral vergi yoxlamasının aparılma qaydası Vergi Məcəlləsinin 37-ci maddəsi ilə tənzimlənir ki, hazırkı iş üzrə aparılmış kameral vergi yoxlamasının və onun nəticəsində qəbul edilmiş qərarın qanunsuz olması ilə bağlı hər hansı bir mötəbər dəlil mövcud deyildir. Belə ki, yoxlama səlahiyyətli inzibati orqan tərəfindən aparılmış, yoxlama müddəti vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətə uyğun olmuşdur.
38. Odur ki, konkret hüquqi əsas olmadığından iddiaçının kassasiya şikayətində mübahisələndirdiyi “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli qərarın ləğv edilməsi tələbi təmin edilə bilməz. Bu hissədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan şikayət təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. “noyabr 2019” hes abat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli qərarla bağlı:
39. İş materialları ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən keçirilmiş kameral vergi yoxlaması əsasında “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli qərarla iddiaçıya 15.831 manat əlavə dəyər vergisi hesablanmışdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, ilk baxışdan həmin vergi yoxlamasının keçirilmə əsası, yoxlamanın keçirilmə qaydası ilə əlaqədar hər hansı qanun pozuntusunun olmadığı müəyyən edilir.
41. Lakin kameral vergi yoxlaması barədə qərar qəbul edildikdən sonra cavabdeh inzibati orqan noyabr 2019 hesabat dövrü də daxil olmaqla oktyabr 2019-sentyabr 2022-ci il tarixləri üzrə səyyar vergi yoxlaması keçirmişdir.
42. Əvvəla qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə əsasən səyyar vergi y oxlamasının nəticələri üzrə vergi orqanının səlahiyyətli şəxsləri tərəfindən müəyyən edilmiş formada akt tərtib edilir. Vergi qanunvericiliyinin pozulub-pozulmaması hallarının aşkar edilməsindən asılı olmayaraq aktda aşağıdakılar əks etdirilir: müəssisənin adı, yoxlamanın tarixi, yoxlanılan məsələlərin siyahısı, yoxlamanın əhatə etdiyi dövr. Əgər vergi qanunvericiliyinin pozulması halları müəyyən edilməyibsə aktda müəssisə tərəfindən vergi qanunvericiyə düzgün əməl edilməsi, vergilərin düzgün hesablanması və onların vaxtında büdcəyə köçürülməsi, mühasibat uçotunun aparılması qaydasına əməl edilməsi barədə qeydlər aparılır. 43. 09 oktyabr 2023-cü il tarixli “Səyyar vergi yoxlamasına dair” Aktda qeyd edilmişdir: Yoxlama ilə müəssisə tərəfindən ƏDV-in hesablanmasında kənarlaşma aşkar edilmə mişdir.
44. Akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibb sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətlə cəlb edilməsi haqqında” 10 oktyabr 2023-cü il tarixli Qərar qəbul edilmişdir. Həmin Qərarın məzmununda göstərilmişdir ki, səyyar vergi yoxlaması ilə 2019-cu və 2020-ci illər üzrə mənfəət vergisi üzrə kənarlaşma müəyyən olunmamışdır.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda göstərilən qərarda iddiaçının mənfəət vergisinə və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə vergiyə cəlb edildiyi göstərilsə də, əlavə dəyər vergisinə cəlb edilməklə əlaqədar hər hansı məlumat qeyd edilməmişdir.
46. Beləliklə, y uxarıda qeyd edilən inzibati aktlarla müəyyən edilir ki, “noyabr 2019” hesabat dövrü üzrə əlavə dəyər vergisi ilə bağlı inzibati orqan tərəfindən əvvəl kameral, sonra isə səyyar vergi yoxlaması keçirilmişdir. Kameral vergi yoxlaması əsasında iddiaçıya 15.831 manat əlavə dəyər vergisi hesablansa da, səyyar vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən ƏDV-nin hesablanmasında kənarlaşma aşkar edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi eyni inzibati orqan tərəfindən eyni predmetlə bağlı iki fərqli, bir biri ilə ziddiyyət təşkil edən inzibatı aktlar qəbul edilmişdir.
47. Kameral vergi yoxlamasına münasibətdə səyyar vergi yoxlaması zamanı inzibati orqan daha geniş səlahiyyətlərə malik olduğundan, səyyar vergi yoxlaması üzrə gəlinən nəticə daha mötəbər hesab edildiyindən və sonradan keçirilən s əyyar vergi yoxlamasının nəticəsi olaraq “noyabr 2019-cu il” hesabat dövrü üzrə ƏDV ilə bağlı kənarlaşma baş verməsi sübuta yetmədiyindən cavabdeh həmin dövr üzrə kameral qaydada iddiaçıya ƏDV hesablamaqla səhv nəticəyə gəlmişdir.
48. Yuxarıda qeyd edilən xüsusatları ümumiləşdirən məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı 2019-cu ilin noyabr ayı ƏDV üzrə 15831,37 manat əlavə ödənilməli olduğu məbləğlə bağlı hissədə ləğv edilməli, iddia təmin edilməlidir.
49. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2-1(103)-1785/2024 saylı qərarı cavabd eh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 2019cu ilin noyabr ayı ƏDV üzrə 15831,37 manat əlavə ödənilməli olduğu məbləğlə bağlı hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2-1(103)-1785/2024 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.