Məhkəmə qərarları › İş №2-1(102)-2737/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2737/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2737/2025 24.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqəsinin göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 15 may 2025-ci il tarixli, 2-1(103)-1343/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2015-ci il tarixədək prokurorluq orqanlarında qulluq etmiş və “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 29.2.5 və 32.4-cü maddələrinə əsasən öz arzusu ilə xidmət illərinə görə qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdən prokurorluq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı 2014-cü ildə pensiyaya çıxarkən Hərbi Prokurorluq tərəfindən verilmiş məlumat vərəqində 1996-2001-ci illərdə Qarabağ Qarnizonunda hərbi prokuror vəzifəsində xidmət etdiyi illərin hərbi qulluq çu kimi hesablanılmaqla, eyni zamanda güzəştli xidmət illərinin təqvim üzrə xidmət illərinə əlavə edilməklə yeni məlumat vərəqinin pensiya qurumuna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.Bununla bağlı cavabdeh Hərbi Prokurorluğa müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ Qarnizonunun Hərbi prokuroru vəzifəsində xidmət etdiyi illərin hərbi qulluqçu kimi hesablanılmaqla, eyni zamanda güzəştli xidmət illərinin təqvim üzrə xidmət illərinə əlavə edilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini n tabeliyində olan Dövlət Sosial Müdafiə Fondü publik hüquqi səxsin Xüsusi Sərtlərlə Təyina üzrə Mərkəzi filialına yeni məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Hərbi Prokurorluğuna həvalə edilməsi barədə barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 12 yanvar 1989-cu ildən prokurorluğa əməliyyat işinə qəbul olunmaqla, 12 yanvar 1989-cu ildən 30 iyun 1990-cı ilə kimi Qax rayon prokuroru köməkçisi, 30 iyun 1990-cı ildən 24 noyabr 1992-ci ilə kimi Qobustan rayon prokurorluğunun müstəntiqi, 24 noyabr 1892-ci ildən 20 may 1992-ci ilə kimi Göyçay rayon prokurorluğunun böyük müstəntiqi, 20 may 1992-ci ildən 25 iyun 1996-cı ilə kimi Yevlax rayon prokurorluğunun böyük müstəntiqi vəzifələrində işləmiş, Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.1996-ci il tarixli əmri ilə Yevlax rayon prokurorluğunun müstəntiqi vəzifəsindən azad olunub Qarabağ Qarnizonunun Hərbi prokuroru vəzifəsinə təyin olunmuşdur. Göstərilən müddətlərdə, Respublika Baş Prokurorunun 31 mart 1992-ci il tarixli 261 saylı əmri ilə ona İİİ dərəcəli hüquqşünas, xx.xx.1994-cü il tarixli 38 saylı əmri ilə İİ dərəcəli hüquqşünas, xx.xx.1996-cı il tarixli əmrlə İİİ dərəcəli hüquqşünas, 24 sentyabr 1999-cu il tarixli əmrlə kiçik ədliyyə müşaviri, 28 dekabr 1995-ci il tarixli əmrlə ədliyyə müşaviri xüsusi rütbəsi verilmişdir. Respublika Baş Prokurorunun xx.xx.2001-ci il tarixli 03/580-k saylı əmri ilə səlahiyyət müddətinin qurtarması ilə əlaqədar Qarabağ Qarnizonu hərbi prokuroru vəzifəsindən azad olunmuş, xx.xx.2001-ci ilə kimi sərəncamda, həmin tarix dən Baş prokurorun 03V678-K saylı əmri ilə 31 yanvar 2002-ci il tarixə kimi müvəqqəti olaraq Naxçıvan MR Şərur rayon prokurorunun müavini vəzifəsinin hesabına Respublika Prokurorluğunun ştatında saxlanılmaqla, həmin müddətdə Respublika Prokurorluğunun Milli Təhlükəsizlik Nazirliyi ilə birgə yaratdıqları istintaq qrupunda Milli Təhlükəsizlik Nazirliyində cinayət işlərinin istintaqında iştirak etmiş, 31 yanvar 2002-ci il tarixli 09/20 a-k saylı əmrlə sərəncama götürülmüş, Baş prokurorun 03/678-K saylı əmri ilə Ağdaş rayon prokurorluğuna müstəntiq, yanvar 2004-cü il tarixli 09/04-k saylı əmrlə Ağdaş rayon prokurorunun köməkçisi, xx.xx.2005-ci il tarixli 09/24-k saylı əmrlə Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru vəzifəsinə təyin olunm uş, xx.xx.2007-ci il tarixli 11/178-k saylı əmrlə Goranboy prokurorunun müavini vəzifəsinə təyin olunmuş, 11/279-k saylı əmrlə öz arzusu ilə xidmət illərinə görə qulluq keçməsinə xitam verilərək prokurorluq orqanlarından xaric edilmişdir. İddiaçı barəsində 2014-cü ilin mart ayında Respublika Hərbi Prokurorluğundan Dövlət Sosial Müdafiə Fonduna məlumat göndərilərkən, «Hərbi xidmət kecmə haqqında» Əsasnamənin 16-cı maddəsinin (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçular ücün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur) tələbləri nəzərə alınmamış və xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ Qarnizonunun Hərbi prokuroru vəzifəsində xidmət keçdiyi müddət hərbi qulluqçu kimi hesablanılmaqla b ütün xidimətləri, o cümlədən güzəştli xidmət illəri təqvim üzrə xidmət illərinə əlavə edilməmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Si lahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu atusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarınd an çıxarıldıqları hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. 23 dekabr 2011-ci il tarixədək qüvvədə olmuş “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 03 noyabr 1992-ci il tarixli Qanunun 2-ci maddəsində qeyd olunur ki, hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliynə uyğun olaraq yaradılmış başqa hərbi birləşmələrdə dö vlət xidmətinin xüsusi növüdür. Həmin Qanunun 11-ci maddəsində qeyd edillir ki, hərbi vəzifəlilər (hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri) və bu vəzifələrə uyğun rütbələr xüsusi siyahılara əsasən hərbi hissələrin ştatlarında nəzərdə tutulur. Hərbi prokurorluq orqanlarında hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri və bu vəzifələrə uyğun hərbi rütbələrin siyahısını Azərbaycan Respublikasının Baş Prokurorunun və Azərbaycan Respublikasının Müdafiə Nazirinin birgə təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi təsdiq edir. «Prokurorluq haqqında» Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla, Azərbaycan Respublikasının Silahlı qüvvələrində və Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tulmuş digər hərbi birləşmələrdə, bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir. Hərbi prokurorluqlar Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qarnizionlarının yerləşdiyi ərazilərdə, bu prokurorluğun fəaliyyət dairəsinə aid edilmiş hərbi hissələrin sayı nəzərə alınmaqla təşkil edilir.... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 saylı Qərarının 2-ci bəndini ” yarımbəndi xx.xx.2005ci il tarixli, 125 nömrəli dəyişiklik edilənə qədər qüvvədə olmuşdur. Göründüyü kimi, Abbasov X1 Qarnizonu hərbi prokuroru vəzifəsində xidmət edərkən ona hərbi rütbə verilməsini istisna edən heç bir hal olmamış və öz iradəsindən asılı olmayaraq xüsusi rütbədə olmaqla hərbi rütbə tələb edən vəzifədə xidmət emişdir. Odur ki, İddiaçı xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ Qarizionunun Hərbi prokuroru vəzifəsində xidmət etdiyi illərin hərbi qulluqçu kimi hesablanılmaqla, eyni zamanda güzəştli xidmət illərinin təqvim üzrə xidmət illərinə əlavə edilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına yeni məlumat vərəqəsinin göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə qoyulmalıdır. İddiaçının bununla bağlı müraciətinə cavabdeh tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, İddiaçı hərbi qulluqçu statusuna m alik olmadığından xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ Qarnizonunun Hərbi prokuroru vəzifəsində işlədiyi müddətin hərbi qulluqçu kimi xidmət illərinə hesablanması mümkün deyildir. İddiaçı barəsində xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ Qarnizonunun Hərbi prokuroru vəzifəsində xidmət etdiyi dövrlə bağlı 2014-cü ilin mart ayında Sosial Müdafiə Fonduna göndərilmiş məlumat vərəqəsinin və qoşma sənədlərin surətlərini təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli, 03/333 saylı məktuba Respublika Hərbi Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Həmin cavab məktubunda göstərilmişdir ki, tələb olunan sənədlər saxlama müddəti keçdiyindən məhv edilmişdir. İddiaçı pensiyasının tərkibi (təminat xərcliyi) haqqında məlumat verilməsi barədə xx.xx.2023-cü il tarixli, 03/335 saylı məktuba Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi səxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Həmin cavab məktubunda göstərilmişdir ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Bərdə rayon Şöbəsi tərəfindən 12 yanvar 2014cü il tarixdən yaşa görə əmək pensiyası təyin edildiyi qeyd edilir. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması haqqında 1 dekabr 2022-ci il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumlikdə vəzifə maaşının orta aylıq məbləği 4740 manat, qulluq stajına görə əlavəsi 2229,48 manat, rütbəyə görə əlavəsi 214,40 ma nat, digər növ əlavələr 91,94 manat olmaqla orta aylıq əmək haqqısı 10775,82 manat təşkil etmişdir. Bununla əlaqədar, İddiaçı əmək pensiyası 1 dekabr 2022-cin tarixindən hesablanmaqla "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.8.2-ci maddəsinə əsasən 26 il, 7 ay, 20 gün qulluq illərinə uyğun araq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının (10775,82 manat) 80 faizi - 8620,66 manat məbləğində müəyyən edilib. "Əmək pensiyalari haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən 9482,73 manat, 29-cu maddəsinə əsaəsn indeksləşdirmə ilə əlaqədar 10876,69 manat məbləğində müəyyən edilməklə onu müvafiq kart hesabına köçürülür. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5576/2024 sayl ı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı prokurorluq əməkdaşı kimi pensiyaya çıxdığından ona hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün zəruri olan məlumat vərəqi təqdim edilməmişdir. Belə olan halda, cavabdehin imtinası qanunsuz olmamış və iddiaçının hər hansı hüququnu pozmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.Əkbərov/sədrlik edən və məruzəçi/, M.Tağızadə və E.Kazımov) 15 may 2025-ci il tarixli, 2-1(103)1343/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birin ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun: - 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 20.15. Hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularına bu Qanun və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müqayisədə hərbi qulluqçular üçün Azərbaycan Respublikası qanunlarına əsasən müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; - 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; -1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqlar ı miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; - 20.8-ci maddəsinə əsasən, Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir (01 iyul 2017-ci il tarixədək olan redaksiya): 20.8.1. prokurorluq orqanlarınd a 5 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.8.3. prokurorluq orqanlarında 10 ildən yuxan qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. -22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci hissəsinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirli yi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; 2-ci hissəsinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Ə mək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasla ndırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmi ş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

1. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

2. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

3. Məhkəmə kollegiyası iş üzrə materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

4. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

5. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

6. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur.

7. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, hərbi prokurorluq orqanlarının prokurorluq işçisi kimi pensiyaya çıxan hərbi qulluqçularının yaşa görə əmək pensiyasının məbləğini hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi, prokurorluq orqanlarının əməkdaşı kimi pensiyaya çıxan şəxslərin isə orta aylıq əməkhaqqından hes ablanmasını nəzərdə tutur.

8. İş materiallarından isə müəyyən edilir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə hərbi qulluqçu kimi deyil, prokurorluq əməkdaşı kimi yaşa görə müddətsiz əmək pensiyası təyin edilmiş və onun pensiyası orta aylıq əməkhaqqından hesablanmışdır.

9. Qeyd edildiyi kimi mülki prokurorluq əməkdaşına pensiya təyin edilərkən hesablama təminat xərcliyinə əsasən aparılmadığından, məlumat vərəqinin təqdim edilməsinə ehtiyac yoxdur.

10. Əlavə olaraq qeyd edilməlidir ki, iş materiallarından görünür ki, Hərbi Prokurorluq tərəfindən DSMF-ə təqdim edilməsi üçün verilmiş xx.xx.2014-cü il tarixli arayış verilmişdir ki, həmin arayışda iddiaçının 1996-2001-ci illərdəki aldığı ödənişlər qeyd edilmişdir.

11. Bu sənəd isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 1 nömrəli Əlavəsində göstərilmiş məlumat vərəqi hesab oluna bilməz.

12. Bundan başqa, iddiaçının istinad etdiyi «Hərbi xidmətkeçmə haqqında» X2 əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.

13. Eyni zamanda həmin Əsasnaməni n 16-cı maddəsinin b) bəndinə əsasən, zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün həqiqi hərbi xidmətin başlanğıc günü - ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmrin imza edildiyi gün sayılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur.

14. İş materiallarından görünür ki, iddiaçının həqiqi hərbi xidmətə çağırılaraq ilkin zabit hərbi rütbəsinin verilməsi barədə xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası Hərbi prokuroru tərəfindən təqdimat verilmiş, lakin həmin vaxt qüvvədə olan qanunvericiliyə (“Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “q” bəndi) əsasən yalnız 35 yaşınadək olan vətəndaşlar zabitlə rin həqiqi hərbi xidmətinə qəbul edildiyindən, ona müvafiq zabit hərbi rütbəsinin verilməsi mümkün olmamışdır.

15. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı prokurorluq əməkdaşı kimi pensiyaya çıxdığından cavabdehin imtinası qanunsuz olmamış və iddiaçının hər hansı hüququnu pozmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

17. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilm əməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 15 may 2025-ci il tarixli, 21(103)-1343/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar