Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2746/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:kompensasiyanın və başqa vəzifənin icrasına görə əlavə haqqın hesablanıb ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “kompensasiyanın və əlavə haqqın hesablanıb ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2023 -cü il tarixli, 2-1(107)325/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ucar rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli 187-10899-1221 nömrəli məktubundan görünür ki, Ucar RPŞ-nin arxivində saxlanılan əmrlər qovluğuna baxılmış, İddiaçı 2013-cü ilin avqust ayından 2015-ci ilədək şöbənin İTB-nin rəisi vəzifələrini icra etməsi barədə əmrlərə rast gəlinməmişdir. Ucar RPŞ-nin İTB-nin rəisi vəzifəsi xx.xx.2014cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən 23.11 2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək vakant olmuş, həmin tarixlərdə İddiaçı həmin vəzifəni icra etməsi barədə Ucar RPŞ tərəfindən əmr verilməmişdir. Ucar RPŞ -nin xx.xx.2016-cı il tarixli Ə51-187-16 nömrəli və xx.xx.2019-cu il tarixli Ə42ş/h-187-19 nömrəli əmrlərinə əsasən müvafiq olaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək şöbənin təşkilati inspektor qrupunun baş inspektoru, şöbənin xx.xx.2018-ci il tarixli Ə16ş/h-187-18 nömrəli əmrinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək isə PPXB-nin tağım komandiri vəzifələrinin icrası müvəqqəti olaraq İddiaçı həvalə olunmuşdur. Həmçinin İddiaçı Ucar RPŞ-də xidmət etdiyi müddət ərzində yaşayış sahəsi ilə təmin olunmamışdır.
2. Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, X3 tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71,2 kv.m yaşayış sahəsi 48,2 kv.m yardımçı sahəs i 23 kv.m olan 3 otaqlı mənzil İddiaçı kirayə verilmişdir.
3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin məktubundan görünür ki, İddiaçının 2010-cu ildə ilk təyin olunduğu yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru vəzifəsində vəzifə maaşı 160,00 manat, polis leytenantı rütbəsinə görə isə xüsusi rütbə maaşı 122,00 manat təşkil edib; İddiaçının 2016-cı ildə müvəqqəti icra etdiyi təşkilati inspeksiya qrupunun baş inspektoru vəzifəsinin vəzifə maaşı 305,00 manat, 2019- cu ildə isə həmin vəzifə üçün vəzifə maaşı 336,00 manat təşkil edib; İddiaçının 2018-ci ildə müvəqqəti icra etdiyi PPXT-nin komandiri vəzifəsində vəzifə maaşı 327,00 manat təşkil edib.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2010-cu il əmrind ən çıxarışdan görünür ki, İddiaçı, Ucar Rayon Polis Şöbəsinin X1 Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru vəzifəsinə təyin edilmişdir.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli 74192 ş/h-001-20 nömrəli əmrdən görünür ki, 135-ci maddənin 4 və 9-cu bəndləri ilə daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduğuna və daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə polis kapitanı Ucar RPŞ-nin İctami təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru İddiaçı xx.xx.2020-ci il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq xidmətdən xaric edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instan siya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “ona və ailə üzvlərinə 2010-cu ilin mart ayının 30-da Bakı şəhərindən Ucar şəhərinə köçməyi ilə bağlı köç pulu və birdəfəlik kompensasiyanın hesablanıb ödənilməsi, 31 mart 2010-cu il tarixindən 29 dekabr 2020-ci il tarixinədək Ucar şəhərində ailəsi ilə birlikdə kirayə evdə yaşadığına görə ödədiyi kirayə haqlarının hesablanıb ödənilməsi, Ucar RPŞ-nin rəisinin əmri ilə 2013-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etdiyinə görə, xx.xx.2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini icra etdiyinə görə və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Ucar RPŞ-nin Təşki lati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etdiyinə görə vəzifə maaşının 70% məbləğində əlavə haqqın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, 2010-cu ilin mart ayında X4 test imtahan verərək, Daxili işlər orqanlarında xidmətə qəbul edilmişdir. Həmin vaxtdan Ucar rayon Polis şöbəsində Yetkinlik yaşına çatmayanlarla işin təşkili qrupunda inspektor, 2012-ci ilin aprel ayından isə X1 Xidmət üzrə baş inspektoru vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində polis kapitanı rütbəsinə qədər yüksəlmiş və işlədiyi müddət ərzində heç bir xidməti nöqsana və qanun pozuntusuna yol verməmişdir, həmçinin Ucar rayon rəhbərliyinin və sakinlərinin rəğbətini qazanmışdır. Məhz bu faydalı xidmətlərinə görə dəfələrlə Daxili İşlər Nazirliyinin rəhbərliyi, Ucar RPŞ rəisi və Ucar rayon İcra Hakimiyətinin başçısı tərəfindən mükafatlara və fəxri fərmanlara layiq görülmüşdür. 26 dekabr 2020-ci il tarixində intizam məsuliyyətinə cəlb edilmiş və X7 nazirinin 1032-00120 saylı əmri ilə Daxili işlər orqanlarından xaric edilmişdir.
8. İddiaçı 31 mart 2010-cu il tarixdən Ucar RPŞ-də xidmət etmiş və onun Ucar rayonunda yaşayış yeri olmamışdır. Buna görə də o ailəsilə birlikdə yaşadığı Bakı şəhərindən Ucar şəhərinə köçmüş, orada kirayə müqaviləsi əsasında kirayə tutduğu evlərdə yaşamışdır. O, 2010-cu ildə Ucar rayonuna köçərkən ailə tərkibi üç nəfərdən ibarət idi, xx.xx.2014-cü ildə bir övladı da anadan olmuş və ailə tərkibi 4 nəfərdən ibarət olmuşdur. Lakin ona və ailə üzvləri nə köç pulu və xidmət etdiyi müddət ərzində kirayə pulu verilməmişdir.
9. Bundan başqa o, 2013-cü ilin avqust ayından Ucar RPŞ-nin rəisinin əmri ilə 2015ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etmişdir. Ucar RPŞ-nin rəisinin xx.xx.2016-cı il tarixli, Ə-5-1-187-16 saylı əmri ilə il tarixdən Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etmişdir. Ucar RPŞ-nin rəisinin xx.xx.2018-ci il tarixli, Ə16 ş/h-187-18 saylı əmri ilə dekabr 2018-ci il tarixədək Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini icra etmişdir. Ucar RPŞ-nin rəisinin xx.xx.2019-cu il tarixli, ə42 ş/h-187-19 saylı əmri ilə xx.xx.2020-ci il tarixinə kimi Ucar RPŞnin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etmişdir. Lakin ona əlavə vəzifə icra etdiyinə g örə əmək haqqı hesablanıb verilməmişdir. İddiaçı ona və ailə üzvlərinə 2010-cu ilin mart ayının 30-da Bakı şəhərindən Ucar şəhərinə köçməyi ilə bağlı köç pulu və birdəfəlik kompensasiyanın hesablanıb ödənilməsi, 31 mart 2010-cu il tarixindən 29 dekabr 2020-ci il tarixinədək Ucar şəhərində ailəsi ilə birlikdə kirayə evdə yaşadığına görə ödədiyi kirayə haqlarının hesablanıb ödənilməsi, Ucar RPŞ-nin rəisinin əmri ilə 2013-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etdiyinə görə, xx.xx.2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini icra etdiyinə görə və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etdiyinə gör ə vəzifə maaşının 70% məbləğində əlavə haqqın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini təmin etməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
10. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Ucar RPŞ-nin təqdim etdiyi əmrlərə əsasən, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 38-ci maddəsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq əvəz edilmş vəzifənin maaşının 50 faizi məbləğində, lakin hər bir hal üzrə 3 aydan artıq olmamaq şərtilə, aşağıda göstərilən qaydada 1869,00 manat məbləğində vəs ait hesablanmış və iddiaçının təqdim edəcəyi müvafiq bank hesabına köçürüləcəkdir. Bank hesabının təqdim edilməsi üçün İddiaçı məktub göndərilmişdir. 11. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşının xidməti yerdəyişmə və təyin olunması ilə bağlı yaşayış yerinin bir məntəqədən başqa məntəqəyə dəyişilməsi ilə əlaqədar ödənilən köç pulunun və birdəfəlik kompensasiyanın, 4 nöməli əlavədə isə daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına kirayəyə götürülmüş yaşayış sahəsin dən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyasının verilmə qaydaları və məbləğləri müəyyən edilmişdir. İddiaçının mülki vətəndaşlıqdan daxili işlər orqanlarında xidmətə Ucar RPŞ-yə təyin edilməklə başladığı və xidmət müddətində xidmət yerini dəyişmədiyi baxımından bu kompensasiyaların ona ödənilməsi mümkün deyildir.
12. Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(116)-10/2023 nömrəli qərarı ilə (hakim Vüqar Musayev) iddia qismən təmin edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (21 gün) PPXB-nin tağım komandiri vəzifəsini icra etdiyinə görə də ona 21 günə münasibətdə 140 manat ödəniş edilməli idi (1 tam ay üçün 400 manat əmək haqqı müəyyən edildiyindən və həmin məbləğin 50 faizi ödənilməli olduğundan 21 günə münasibətdə 140 manat hesablanmışdır). Bununla belə cavabdeh orqan həmin müddəti 3 ay olmaqla, 460 manat artıq hesablamış və 600 manat müəyyən etmişdir. Artıq hesablanmış 460 manat pul məbləği ödəniləcək məbləğ hesablanarkən nəzərə alınmışdır.
14. Beləliklə, iddiaçıya təşkilati inspektor qrupunun baş inspektoru və PPXB-nin tağım komandiri vəzifəsini icra etdiyinə görə cavabdeh orqanın ödəməli olduğu ümumi pul məbləği 4193 manat (2326.5+2326.5-460) məbləğindədir. İddiaçı, tələbində 2013-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etməsini, Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini xx.xx.2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək icra etməsini və vəzifə maaşının 70% məbləğində əlavə haqqın hesablanıb ödənilməsini tələb etsə də, iş materialları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2013-cü il tarixli və xx.xx.2014-cü il tarixli məzuniyyət əmrində onun vəzifəsi Ucar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru qeyd edilmiş və tələbdə qeyd olunan dövrdə onun Şöbənin X1 rəisi vəzifəsini icra etməsi, o cümlədən Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini dekabr 2018-ci il tarixədək iş materialları ilə sübut olunmur.
15. Həmçinin Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndində boş vəzifə üzrə nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməsi nəzərdə tutulduğundan iddiaçının həmin ödənişləri vəzifə maaşının 70% məbləğində hesablanmasını tələb etməsi əsassız olmuşdur.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilmə sini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
17. Məhkəmə kollegiyasının 30 may 20223-cü il tarixli sorğusuna əsasən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 10 iyun 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Köç pulu, birdəfəlik kompensasiya, kirayə pulu və əlavə haqq-hesabın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 38-ci maddəsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61 -ci maddəsinə uyğun olaraq Ucar Rayon Polis Şöbəsinin təqdim etdiyi əmrlərə əsasən əvəz edilmiş vəzifənin vəzifə maaşının 50 faizi məbləğində1869,00 manat məbləğində vəsait hesablanmış və iddiaçı tərəfindən təqdim edilən bank hesabına köçürülmüşdür.
18. İddia tələbinin digər hissəsi ilə əlaqədar qeyd olunmalıdır ki, "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə polis əməkdaşının xidməti yerdəyişmə və təyin olunması ilə bağlı yaşayış yerinin bir məntəqədən başqa məntəqəyə dəyişilməsi ilə əlaqədar ödənilən köç pulunun və birdəfəlik kompensasiyanın, 4 nömrəli əlavədə isə daxili işlər orqanlarında xidmət yerinin dəyişd irilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyasının məbləğləri və verilmə qaydaları müəyyən edilmişdir. İddiaçının daxili işlər orqanlarında xidmətə Ucar Rayon Polis Şöbəsinə təyin edilməklə başladığı və xidmət müddətində xidmət yeri dəyişdirilmədiyindən həmin kompensasiyaların ona ödənilməsi mümkün deyildir.
19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2-1(107)-325/2023 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov– sədrlik edən və məruzəçi, E.Hüseynov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən daxili işlər orqanlarının əməkdaşına eyni zamanda müvəqqəti olaraq üç aydan artıq olmayan müddətə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda daxili işlər orqanları əməkdaşının vəzifə maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəllə sinin 62.2-ci maddəsinə əsasən əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.
23. Qanunvericilik işçinin digər vəzifəni icra etməsini onun razılığı ilə 3 aydan artıq olmayan müddətə müəyyən etmişdir. Ucar RPŞ-nin xx.xx.2016-cı il tarixli, Ə51-187-16 nömrəli əmri ilə Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini, xx.xx.2018-ci il tarixli, Ə16Ş/h-187-18 nömrəli əmri ilə Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini və xx.xx.2019-cu il tarixli, Ə42ş/h-187-19 nömrəli əmri ilə Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etmişdir. Buna uyğ un olaraq iddiaçıya Ucar RPŞ-nin xx.xx.2016-cı il tarixli Ə51-187-16 nömrəli əmrinə əsasən (423,0: 2) x 3 ay = 634,50 manat, Ucar RPŞ-nin xx.xx.2018-ci il tarixli Ə16ş/h187-18 nömrəli əmrinə əsasən (400,0; 2) x 3 ay = 600,00 manat və Ucar RPŞ-nin xx.xx.2019-cu il tarixli, Ə42ş/h-187-19 nömrəli əmrinə əsasən (423,0: 2) x 3 ay = 634,50 manat hesablanaraq ödənilmişdir.
24. Ucar RPŞ tərəfindən müvafiq əmrlər tərtib edilərkən İddiaçı hansı müddətə müvafiq vəzifələri icra edəcəyinin dəqiq göstərilməməsi onun 3 aydan artıq müddətə həmin vəzifələri əvəz etməsi kimi başa düşülə bilməz. Belə ki, inzibati qurum tərəfindən əmrlərin icrası zamanı iddiaçıya icra etdiyi vəzifələr üçün ödənişlərin 3 aylıq müddətə nəzərdə tutulub ödənilməsi işdə olan materiallardan görünür. Bu mənada Ucar RPŞ tərəfindən müvafiq əmrlərin qüsurlu tərtib edilməsi iddiaçının xeyrinə şərh edilə bilməz.
25. Əlavə olaraq, iddiaçı onun hüquqlarının pozulduğunu düşünürdüsə bu pozuntu ona məlum olduğu andan, yəni müvafiq vəzifələri icra etdiyi üçün 3 aylıq ödənişin ona ödənildiyi andan 1 il müddətinə məhkəməyə müraciət etməli idi. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Polis haqqıda” Qanun: Maddə
38. Polis əməkdaşına verilən digər təminatlar İ Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və ya yeni yerdə xidmətə göndərilən polis əməkdaşlarının mənzil ehtiyaclarının ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər. İİ Polisdə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan polis əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada pul kompensasiyası ödənilir.
28. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli, 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə: İİİ X8 Orqanlarında Xidmət Keçmə Maddə
33. Daxili işlər orqanları əməkdaşlarının xidmət yerlərinin dəyişdirilməsi aşağıdakı hallarda və qaydada həyata keçirilir: 1) yuxarı vəzifəyə - əməkdaşın razılığı ilə onun işgüzar, şəxsi keyfiyyətləri, peşə hazırlığı, vəzifə təsnifatı ilə tutduğu vəzifə üçün müəyyən edilmiş müddət nəzərə alınmaqla (bu müddət bir q ayda olaraq iki ildən az olmamalıdır); 2) bərabər vəzifəyə - əməkdaşın razılığı ilə xidməti zərurət yarandıqda, həmçinin ailə vəziyyəti, səhhəti və yaşı ilə əlaqədar; 3) aşağı vəzifəyə: ştatların ixtisarı ilə əlaqədar bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda; səhhətinə görə - tibb-həkim komissiyasının rəyinə əsasən; öz xahişi ilə; attestasiyanın nəticələrinə əsasən; intizam tənbehi qaydasında; təhsil müəssisəsinin əyani şöbəsinə daxil olduğuna görə, həmçinin təhsili başa vurduqdan sonra vəzifəyə təyin edildikdə; 5) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Maddə
38. Daxili işlər orqanlarının əməkdaşına eyni zamanda müvəqqəti olaraq üç aydan artıq olmayan müddətə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda daxili işlər orqanları əməkdaşının vəzifə maaşına Azərbaycan Respub likasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir. Maddə
104. Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə və qaydada pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği daxili işlər orqanları əməkdaşları üçün ayda 27 manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir.
29. Mülki Prosessual Məcəllə: Maddə
296. Ərizənin verilməsi 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüid arə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 296.2. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. 296.3. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Maddə
297. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarları və hərəkətləri (hərəkətsizliyi) 297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində: 297.1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun; 297.1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; 297.1.3. şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: 297.2.1. Azər baycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar; 297.2.2. qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Maddə
298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. (10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 476) ilə 296-298-ci maddələr çıxarılmışdır.
30. İnziba ti Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır KASSASİYA İNSTANASİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqin də qismən səhvə yol vermişdir. Odur ki, məhkəmənin qərarı qismən ləğv olunmalıdır.
34. Kassasiya şikayəti məhkəmə qərarının aşağıdakı hissələri ilə bağlıdır: 1) İddiaçı və ailə üzvlərinə 2010-cu ilin mart ayının 30-da Bakı şəhərindən Ucar şəhərinə köçməyi ilə bağlı köç pulu və birdəfəlik kompensasiyanın hesablanıb ödənilməsi; 2) 2018-ci ildə başqa vəzifəni icra etdiyinə görə ödənişin edilməsi; 3) 19 avqust 2016-cı ildən 4 noyabr 2017-ci ilədək başqa vəzifəni icra etdiyinə görə ödənişin edilməsi.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya şikayətində göstərilən həddə yoxlanılacaqdır.
36. Birinci hissə bağlı apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilk dəfə xx.xx.2010-cu il tarixli 579 ş/h əmrlə Ucar Rayon Polis Şöbəsinin X1 Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru vəzifəsinə təyin edilmişdir. İddiaçının həmin təyinata qədər yaşayış yeri İsmayıllı rayonu Qubaxəlilli kəndi olmuşdur. Sözügedən yaşayış sahəsindən Ucar şəhərinə yaşayış yerini dəyişən iddiaçıya 1 aylıq yeni təyin olunduğu vəzifəsi və 1 aylıq xüsusi rütbə maaşı məbləğində (160+122=282 manat) birdəfəlik kompensasiya ödənilməli idi. Belə ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ilə Ucar şəhəri arasında məsafə 53 km olduğundan və Daxili İşlər Nazirliyinin orqanlarında xidmət keçmək üçün ştat vəzifəsinə yeni təyin olunmuş əməkdaşın başqa yaşayış məntəqəsinə köçməsi ilə bağlı sözügedən əlavənin 3-cü bəndində norma müəyyən edildiyindən cavabdehin həmin pul məbləğini iddiaçıya ödəmək vəzifəsi olmuşdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bi rinci hissəsi ilə bağlı apellyasiya məhkəməsinin qərarı ləğv edilməlidir.
38. İddiaçıya görə 2010-cu ildə iş yerinin dəyişdirilərək yeni iş yerinə gəlməsi ilə bağlı həmin vaxt cavabdeh ona köç pulu ödəməli idi.
39. İddiaçının mübahisə açdığı cavabdehin hərəkəti İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.
40. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur.
41. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yan var 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
42. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək olan qərarı, hərəkəti (hərəkətsizliyi) ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
43. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan mаrаqlаrının pozulduğunu əsaslandırdığı hаllаrdа mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
44. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında olan tövsiyələri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir.
45. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olması na dair mühüm şərtlərdən biridir. İddia birinci tələblə (417,5 manat köç pulu və kompensasiya ilə) bağlı mümkünlük şərtlərinə cavab vermədiyindən, apelyasiya məhkəməsinin qərarı bu hissədə ləğv edilməli, iddia mümkün sayılmamalı, kassasiya şikayəti qismən təmin edilməlidir.
46. Kassasiya şikayətində qeyd edilən ikinci hissə ilə bağlı məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən bu hissədə zəruri olan həddə, eləcə də, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırma ları yetərli hesab olunur.
47. Məhkəmə kollegiyası cavabdeh orqanın vəzifənin iddiaçıya həvalə edilmə müddətinin maksimum 3 ay müəyyən edilməsi ilə bağlı dəlilini əsaslı hesab etmir. Belə ki, istinad olunan “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 38-ci maddəsinə görə həmin müddət 3 ay müəyyən edilsə də, faktiki olaraq iddiaçı iddia tələbində qeyd edilən müddətlərdə vakant ştat üzrə vəzifələrin icrasına cəlb edilmişdir. Odur ki, cavabdeh orqan iddiaçının faktiki cəlb olunduğu müddət üzrə yerinə yetirdiyi əmək funksiyasına görə müvafiq ödənişləri etmək öhdəliyi daşıyır.
48. Odur ki, bu (cavabdehdən 1867 manat tutulması) hissədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Şikayətdə qeyd edilən 3-cü hissə ilə (19 avqust 2016-cı ildən 4 noyabr 2017-ci ilədək olan dövrə aid 2326,5 manat tələblə) bağlı məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı iddiasında bu dövrdə başqa vəzifə icra etdiyinə görə əlavə hesabalanıb ödənilməsini xahiş etməmiş, iddiasında bu dövrlə bağlı pul tələbi qoymamış, məhkəmə isə iddia tələbindən kənara çlıxmışdır.
50. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia tələbindən çıxmağa haqlı deyildir.
51. Odur ki, bu hissədə kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalıdır.
52. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2023-cü il tar ixli, 21(107)-325/2023 nömrəli qərarı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə İddiaçı 2010-cu il üzrə 417,5 manat köç pulu və birdəfəlik kompensasiya, xx.xx.2016-xx.xx.2017-ci illər üzrə müvəqqəti digər vəzifələrin icrası ilə əlaqədar 2326,5 manat pul məbləğinin ödənilməsi öhdəliyi qoyulması hissəsində ləğv edilsin. İddiaçı iddiası 2010-cu il üzrə 417,5 manat köç pulu və birdəfəlik kompensasiya tələbinə dair hissədə mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar iddianın təmin olunan qalan (1867 manat tutulma) hissəsində dəyişdirilmədən saxlanılsan. Qərar qətidir.