Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2777/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icra sənədinin icrasının təmin olunması üçün icra məmuru tərəfindən qəbul edilən qərar və hərəkətlərin (hərəkətsizliklərin) mübahisələndirilməsi, məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Sumqayıt şəhər İcra İdarəs inə qarşı “icra ödənişinin tutulması haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-542/2023 nömrəli, 23 avqust 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “məcburi dövlət sosial sığorta haqqları üzrə pul vəsaitinin tutulması” tələbinə dair iddiası Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2009-cu il tarixli, 2(85)-639/2009 nömrəli qiyabi qətnaməsi ilə təmin edilərək İddiaçı ASC-dən DSMF İri Sığortaedənlərlə İş üzrə Departamentinin xeyrinə 2.272.376,04 manat 04 qəpik məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.
2. Sumqayıt Yerli İqtisad Məhkəməsi tərəfindən məhkəmənin 2009-cu il tarixli, 2(85)639/2009 nömrəli qətnaməsinin icrası ilə əlaqədar 13 oktyabr 2009-cu il tarixində icra sənədi verilmişdir.
3. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Sumqayıt şəhər İcra İdarəsinə göndərilmiş, Sumqayıt şəhər İcra İdarəsinin rəisi xx.xx.2016-cı il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul etmişdir.
4. Sumqayıt şəhər İcra İdarəsinin 17 oktyabr 2016-cı il tarixli qərarına əsasən Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2(85)-639/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən borclu İddiaçı ASC-dən ümumi borc məbləğinin 7 faiz həcmində (159.067 manat) icra ödənişi tutulması qərara alınmışdır.
5. İddiaçı ASC Sumqay ıt İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamenti ilə aralarında barışıq sazişi bağlandığını bildirmişdir.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2011-ci il tarixli, 2(85)-639/2011 nömrəli qərardadına əsasən tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı ASC cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2(85)-639/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə Sumqayıt şəhəri İcra İdarəsinin 7 faiz icra ödənişinin tutulması haqqında 17 oktyabr 2016-cı il t arixli qərarının ləğv edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-639/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, sığortaedən (İddiaçı ASC) tərəfindən barışıq sazişinin müddəalarından biri pozulduğu halda İri Sığortaedənlərlə İş üzrə Departamenti həmin sazişin ləğv edilməsi və sazişin ləğv olunduğu tarixə sığortaedən tərəfindən yaranmış borcun tam məbləğdə ödənilməsi barədə məhkəmədə iddia qaldıra bilər. Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin həmin qərardadının özündə birbaşa olaraq “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.2-ci maddəsinə istinad edilir və “vəsaitin tutulması barədə icra sənədi üzrə icraata xitam verilməsi” haqqında məhkəmə tərəfindən qərar qəbul edilir. “İcra haqqında” AR Qanununun həmin dövrdə qüvvədə olmuş 21.1-ci maddəsinə əsasən məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üz məhkəmə tərəfindən dayandırılır və ya ona xitam verilir. “İcra haqqında” Qanunun 21.8-ci maddəsinə əsasən dayandırılmış və ya xitam verilmiş icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Qanunun qeyd edilən tələblərinə baxmayaraq xx.xx.2016-cı ildə Cavabdeh tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-639/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadına zidd olaraq həmin qərardadla icraata xitam verilməsinə baxmaya raq, yəni qüvvədə olmayan - icraata xitam verilməsi barədə qərardaddan əvvəl verilmiş köhnə icra vərəqəsinin dublikatı əsasında icraata başlama haqqında qərar qəbul edilmişdir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən - həmin sənədin müvafiq məhkəmə və digər orqan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dublikatı - İcra sənədinin əsli itdikdə verilir. Normanın tələbindən göründüyü kimi dublikatın verilməsi üçün əsas icra sənədinin əslinin itməsidir. Halbuki, icra sənədinin əsli itməmiş, məhkəmə qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti ilə iddiaçı müəssisə arasında əldə olunmuş razılığa əsasən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc, o cümlədən, xx.xx.2011-ci il tar ixli 07A saylı barışıq sazişində nəzərdə tutulan məbləğ hissə-hissə könüllü qaydada tərəflərindən ödənilməyə başlanılmış və son ödəniş 2022-ci ilin yanvar ayında başa çatmışdır. DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə borcu yoxdur. Bunlara baxmayaraq, cavabdeh orqan 06 dekabr 2022-ci il tarixli, 23779/20 saylı məktubla iddiaçıya müraciət edərək 2(85)-639/2009 saylı icra sənədinin könüllü icrasını tələb etmiş və bildirmişdir ki, qeyd edilən icra sənədi icra olunmadığı təqdirdə əmlaklarının üzərinə həbs qoyularaq tələbə yönələcəkdir. İddiaçı cavabdehin qeyd edilən məktubuna xx.xx.2022-ci il tarixli məktubla cavab verərək göstərilən tələbin artıq çoxdan ödə nildiyi bildirilmişdir. Bundan sonra cavabdeh həmin icra sənədi üzrə iddiaçıdan 7 faiz həcmində icra ödənişini də tələb etməyə başlamışdır. Qeyd edir ki, həmin qərarda ondan şikayət vermə qaydası və şikayət vermə müddəti göstərilməmişdir. Digər pozuntu qərarların çıxarılma tarixi ilə bağlıdır. Belə ki, 05 oktyabr 2016-cı il tarixində 2(85)-639/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədini icraatına icra məmuru Kazım Kazımov qəbul etmiş və həmin tarixdə icraata başlama haqqında qərarı özü imzalamışdır. Yeni, 2023-cü ildə təqdim edilmiş, 7 faiz məbləğində icra ödənişinin tutulması barədə qərarda isə icra məmuru Orxan Məmmədovun imzası ilə tarix olaraq keçmiş tarix - 17 oktyabr 2016-cı il yazılmışdır.
9. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-2236/2023 nömrə li qərardadı ilə (hakim X3) iddia mümkün sayılmamışdır.
10. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Sumqayıt Yerli İqtisad Məhkəməsinin qiyabi qətnaməsi ilə işə iqtisadi müba hisə kimi baxıldığı üçün həmin işin icrasına nəzarətə inzibati məhkəmə icraatı qaydasında baxılmasının hüquqi əsası yoxdur.
11. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-542/2023 nömrəli, 23 avqust 2023-cü il tarixli qərardadı ilə (hakimlər X2 /məruzəçi/, X4 və X1) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-2236/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması b arədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, Sumqayıt şəhər İcra İdarəsi tərəfindən qəbul edilmiş qərarın “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə uyğun olaraq inzibati qaydada İddiaçı ASC tərəfindən mübahisələndirilməsi tam olaraq qanuni və əsaslıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim ediləmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
14. Məhkəmə və digər orqanların qərarlarının izah olunması 14.1. İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Maddə
26. İcra sənədlərinin icrasına nəzarət İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apell yasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. X7 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellya siya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci madd ələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.
25. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərə findən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.
26. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyiş dirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır.” Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.
27. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
28. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İ cra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir.
29. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadı ğı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir.
30. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir.
31. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır.
32. Qeyd olunduğu kimi, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Bu zaman aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. 33. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
34. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər.
35. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. 36. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözü gedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir.
37. Eyni zamanda nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual Məcəllə və İnzibati Prosessual Məcəllə çıxış edir.
38. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir.
39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqə dar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir.
40. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənəd inin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir.
41. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2009-cu il tarixli, 2(85)-639/2009 nömrəli qiyabi qətnaməsinin və onunla bağlı xx.xx.2009-cu il tarixli, 2(85)-639/2009 nömrəli icra sənədinin icrasına yönələn qərarı və ya hərəkəti ilə bağlı mübahisələr də inzibati hüquq münasib ətlərindən əmələ gələn mübahisələr kimi qiymətləndirilə və bu səbəbdən onlara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-in 1.1-ci, 2.1-ci və 2.2-ci maddələrində təsbit edilmiş qaydaya görə, inzibati məhkəmələr yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxmaq və həll etmək səlahiyyətinə malikdir. Mübahisənin inzibati hüquq mübahisəsi olması iddia və ya ərizəyə inzibati məhkəmələr tərəfindən baxılması üçün əsas mümkünlük şərtlərindən sayılır. Hazırkı işdə həmin şərt ödənilmədiyi üçün ərizə mümkün sayılmamalıdır.
43. Digər tərəfdən, məhkəmə qətnaməsinin məcburi icrasına nəzarət həmin qətnaməni qəbul etmiş məhkəmənin məsuliyyət sferasına aiddir və məcburi icra tədbirləri yalnız müvafiq məhkəmə tərəfindən müəyyən edilə bilər. İcra məmurunun hərəkətinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi hallarda, şəxs sözügedən hərəkətdən icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verə bilər.
44. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində olduğu kimi kassasiya şikayətində də haqlı olaraq icra məmurunun qərarlarından verilən şikayətlərə icra sənədinin icra edilməsinə nəzarəti həyata keçirən məhkəmə tərəfindən baxılmalı olduğunu qeyd etmiş, lakin belə nəzarətin işə inzibati qaydada baxaraq icra sənədini vermiş Sumqayıt İnzibati Məhkəməsi tərəfindən həyata keçirildiyini hesab etmişdir.
45. Halbuki, işdən görünür ki, mübahisələndirilən 7 faiz icra ödənişinin tutulması haqqında Sumqayıt şəhəri İcra İdarəsinin 17 oktyabr 2016-cı il tarixli qərarı məhz Sumqayıt Yerli İqtisad Mə hkəməsinin xx.xx.2009-cu il tarixli, 2(85)-639/2009 nömrəli icra sənədinə əsasən tutulmuşdur. Hansı ki, həmin dövrdə yerli iqtisad məhkəmələrində iqtisadi mübahisələrə (hazırkı kommersiya mübahisələri) baxılırdı. 46. “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043 nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli, 304 nömrəli Fərmanına əsasən Yerli İqtisad Məhkəmələri əsasında İnzibati-İqtisadi Məhkəmələr yaradılmış və məhz həmin məhkəmələrdə iqtisadi mübahisələrlə yanaşı, inzibat i mübahisələrə də baxılmağa başlanılmışdır. 47. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632 nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək İnzibati və Kommersiya Məhkəmələri yaradılmışdır.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icraya nəzarət Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən həyata keçirildiyindən ərizəçi həmin məhkəməyə müraciət etməli idi. 49. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 say lı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur” (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr haqlı olaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmiş, bu nəticəyə gələrkən maddi və prosessual hüquq normaları pozulmamışdır.
51. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
52. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-542/2023 saylı iş üzrə 23 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.