Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2794/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: artıq ödəmənin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin qaytarılma sı barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(103)1994/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC Rusiya Federasiyasına mal ixrac etdiyi üçün və ixrac edilmiş mallar “0” (sıfır) faiz dərəcə ilə ƏDV-yə cəlb edildiyindən əvəzləşdirilmiş ƏDV məbləğlərinə görə vergi orqanında olan şəxsi hesab vərəqəsində ümumilikdə 3.352.982,55 manat artıq ödənilmiş vergi məbləği formalaşmışdır.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək artıq ödənilmiş məbləğlərin qaytarılmasını xahiş etmişdir.
3. Artıq ödəmə məbləğindən 1.300.902,48 manatı (196.740 manat və 1.104.162,48 manat olmaqla) iddiaçının ərizəsinə əsasən geri qaytarılmış, lakin 20 gündən çox olan müddətdə qaytarılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli ərizə əsasında artıq ödənilmiş 196.740 manat vergi məbləğinin qaytarılması xx.xx.2022-ci il tarixdə baş vermiş (102 gün sonra), xx.xx.2022-ci il tarixli ərizə əsasında artıq ödənilmiş 1.104.162,48 manat vergi məbləğinin qaytarılması xx.xx.2022-ci il tarixdə baş vermişdir (42 gün sonra).
4. İddiaçı həmin gecikmələrə görə xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə faiz ödənilməsi ilə bağlı, əlavə olaraq xx.xx.2022-ci il tarixli ərizə ilə 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizə ilə 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 937.181,24 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 215.37 0,90 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 179.809,20 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması üçün cavabdehə müraciətlər etmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş ərizələr üzrə hərəkətsizlik göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022ci il tarixli ərizə ilə 20.067,48 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən 196.740,00 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına xx.xx.2022-ci il tarixdə ödənildiyi üçün hər günə 0,1% olmaqla) və xx.xx.2022-ci il tarixli ərizə ilə 46.374,72 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən 1.104.162,48 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına xx.xx.2022-ci il tarixdə ödənildiyi üçün hər bir günə 0,1 % olmaqla) gecikmə faizinin və xx.xx.2022-ci il tarixli ərizə ilə 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizə ilə 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 937.181,24 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 215.370,90 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 179.809,20 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuzdur və artıq ödəmənin vaxtı nda iddiaçıya qaytarılmaması, vergi ödəyicisinin hüquqlarına müdaxilədir.
8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, "Esma-Tex’ MMC-də direktordan başqa 2 nəfər şəxs (X1 və X2) fəaliyyət göstərir, həmin şəxslərin əsas iş yerləri isə "Azerbaijan Texnologies" firmasıdır. Bu da onların qarşılıqlı əlaqəli şəxs olmasını deməyə əsas verir. Bundan əlavə, "xxxx" MMC "Azerbaijan Texnologies" firmasından (VÖEH: **********) alınmış kompüter və İT avadanlıqlarını Rusiya Federasiyasına ixrac etmişdir. Bununla yanaşı, malların yalnız "Azerbaijan Texnologies" firmasından alındığı və bütün malların yalnız Rusiyaya ("Comptech" LLC, Marşala LLC, OOO "Ecocomp") ixrac olunduğu müəyyən edilmişdir. "Azerbaijan Texnologies" firması tərəfindən " xxxx" MMC-yə təqdim olunan mallar Syanqan (Honkonq), Sinqapur, Tayvan, Niderland və Çin ölkələrindən idxal edilmişdir. Sözügedən ticarət əməliyyatı nəticəsində vergi ödəyicisinin artıq ödəməsi yaranmışdır ki, bu da əsas etibarilə "Azerbaijan Texnologies" firmasından alınmış mallar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi və sonradan həmin malların 0% dərəcə ilə Rusiya Federasiyasına ixrac edilməsi nəticəsində formalaşmışdır. Hüquqi şəxsin "Azerbaijan Texnologies” firmasından aldığı malların üzərinə 1 faiz ticarət əlavəsi ilə mallar ixrac etməsi və ödədiyi məbləğlərə görə büdcədən ƏDV-ni geri istəməsi vergidən yayınma sxemi kimi qiymətləndirilir. Bununla əlaqədar, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə "Azerbaijan Texnologies" firmasında növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir və hazırda həmin müəssisədə yoxlama aparılır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2713/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı (hakim: G.A.Sevdimalıyeva) ilə iddia tələbi təmin edilmiş, İddiaçı MMC-yə artıq ödənilmiş 196.740 manat geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) 0,1 faiz olmaqla xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən 20.067,48 manat, artıq ödənilmiş 1.104.162,48 manat geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) 0,1 faiz olmaqla xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən 46.374,72 manat, xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən 937.181,24 manat, xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən 215.370,90 manat, xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən 179.809,20 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh qurumun iddiaçının müraciətini təmin etməkdən imtinası əsassızdır. Belə ki, eyni əməliyyatlara görə iddiaçının şəxsi hesab vərəqəsində əks olunmuş artıq ödəmənin bir hissəsi (1.300.902,48 manatı) artıq vergi orqanı tərəfindən qanunda m üəyyən edilmiş 20 gündən artıq müddətdə geri qaytarılmışdır. Ona görə iddiaçının həmin məbləğlərə görə qanunla müəyyən edilmiş faiz ödənişi almaq hüququ yaranmışdır. Göründüyü kimi, iddiaçıya eyni əsaslarla yaranmış artıq ödəmənin bir hissəsinin geri qaytarılmasının təmin edilməsinə baxmayaraq, digər ərizələr əsasında qalan ödənişin həyata keçirilməsindən imtina edilmişdir. Cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının malları satın aldığı “Azerbaijan Texnologies” firmasının qeyd edilən dövr üzrə fəaliyyəti səyyar vergi yoxlamasının predmeti olmuş və iddiaçı ilə aparılmış əməliyyatların vergidən yayınma sxemi kimi qiymətləndirilməsi hər hansı şəkildə aktda öz əksini tapmamışdır. Artıq ödənilmiş vergilərin tələb edilməsi ilə bağlı “Azerbaijan Texnologies” firmasında n övbədənkənar səyyar vergi yoxlaması təyin edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 38.3.4cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Lakin konkret halda, vergi ödəyicisinə münasibətdə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi halı müəyyən edilmir. Digər tərəfdən, qarşılıqlı asılı olan şəxslər Vergi Məcəlləsində konkret olaraq müəyyənləşdirilmişdir və iddiaçının iki işçisinin eyni zamanda “Azerbaijan Texnologies” firmasının əməkdaşları olması həmin qurumların qarşılıqlı surətdə asılı olan şəxslər kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Qeyd edilən qurumlar qarşılıqlı surətdə asılı o lan şəxs hesab olunsaydı belə, konkret halda bunun, iddiaçının artıq ödənilmiş vergi məbləğini geri qaytarmasını necə istisna etməsi aydın deyil.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/ S.R.Səlimova və M.N.Tağızadə) 14 iyun 2024-cü il tarixli, 21(103)1994/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2713/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həm in qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində iddia tələbinə etirazın və apelyasiya şikayətinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (iddiaçının ilkin müraciəti zamanda qüvvədə olan redaksiyası): Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu M əcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəy işdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edil miş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkra rlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı artıq ödəmənin qaytarılması ilə bağlı cavabdehə müxtəlif vaxtlarda müraciət etmiş, cavabdeh isə artıq ödəmənin bir hissəsinin qaytarılması barədə rəy versə də, digər hissəsinin qaytarılmasına dair rəyin verilməsi ilə bağlı hərəkətsizlik göstərmişdir. İdd ia tələbinə etirazın dəlillərindən aydın olur ki, cavabdeh iddiaçının uçotbaza məlumatlarına əsasən təsərrüfat subyektinin (obyektinin) və nəzarət kassa aparatının olmadığını, hüquqi şəxsin rəhbərindən başqa 2 ( iki) işçisinin olduğunu, həmin işçilərin əlavə iş yerləri kimi "xxxx" MMC-də çalışdığını, əsas iş yerlərinin isə "Azerbaijan Texnologies" firmasının olduğunu, "xxxx" MMC-nin "Azerbaijan Texnologies" firmasından alınmış kompüter və İT avadanlıqlarını Rusiya Federasiyasına ixrac etdiyini, bununla yanaşı, malların yalnız "Azerbaijan Texnologies” firmasından alındığı və bütün malların yalnız Rusiyaya ("Comptech" LLC, Marsala LLC, OOO "Ecocomp") ixrac olunduğunu, “Azerbaijan Texnologies" firması tərəfindən "xxxx" MMC- yə təqdim olunan malların Syanqan (Honkonq), Sinqapur, Tayvan, Niderl and və Çin ölkələrindən idxal edildiyini, sözügedən ticarət əməliyyatı nəticəsində vergi ödəyicisinin artıq ödəməsinin əsas etibarilə "Azerbaijan Texnologies” firmasından alınmış mallar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi və sonradan həmin malların “0” faiz dərəcə ilə Rusiya Federasiyasına ixrac edilməsi nəticəsində formalaşmasını vergidən yayınma sxemi kimi qiymətləndirərək, artıq ödəmənin qaytarılmasına dair rəyin verilməsindən imtina edir.
26. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğini n qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
27. Göründüyü kimi, maddi hüquq norması artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaları məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini yalnız müddətlə məhdudlaşdırmış, artıq ödəmənin qaytarılmasından imtinanın digər dispozitiv şərtlərini müəyyən etməmişdir.
28. Başqa sözlə, cavabdehin etirazda istinad etdiyi dəlillər həqiqət olsa belə, qanunvericiliyə əsasən artıq ödəmənin qaytarılmasından imtina üçün hüquqi və faktiki əsas təşkil etmir. Odur ki, cavabdehin imtinası formal xarakterli olmaqla, Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələbinə ziddir və vergi ödəyicisinin hüquqlarına müdaxilə təşkil edir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təkrarlanan kassasiya dəlil lərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 21(103)1994/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.