Məhkəmə qərarları › İş №2-1(102)-2795/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2795/2019

12.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2795/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh ASC-yə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: evin su təchizatı ilə bağlı texniki şərt sənədinin verilməsi GİRİŞ HİSSƏ 12.11.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı evin su təchizatı ilə bağlı texniki şərt sənədinin verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 29.05.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlərin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qərarı ilə (hakim M.Hacıbəyova; iş No 2-1(81)-401/2019) iddia tələbinin təmin edilməsi; iddiaçının yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin su təchizatının aparılması və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlərin verilməsi vəzifəsinin cavabdeh ASC-nin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyas iya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.05.2019-cu il tarixli qərarı ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova; iş № 2-1(103)1148/2019) cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi; iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsinin mübahisəli qərarı qəbul edərkən, maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və düzgün tətbiq etməmişdir, həmçinin işin hallarını qanunamüvafiq qaydada araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.05.2019-cu il tarixli qərarının ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh ASC-nin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfin dən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 275 saylı 13.08. 2014-cü i l tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 1.2.2-ci bəndinə əsasən, texniki şərtlər obyektlərin su təchizatı və tullantı sularının axıdılması sisteminə (STTSAS-a) qoşulması məqsədi ilə layihənin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Həmin Qaydaların 2.1-ci bəndinə müvafiq olaraq sifarişçinin tikinti obyektininsu təchizatı və tullantı sularının axıdılması sisteminə (STTSAS) qoşulması su təchizatı və kanalizasiya müəssisəsi (STKM) tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə görə, fərd i yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qədər məsafə L=30,0 m olduğu halda qoşulmalar STKM tərəfindən hazırlanan texniki şərtlərə əsasən, bu məsafədən artıq olduğu halda fərdi yaşayış evinin yerləşdiyi ərazinin perspektiv layihəsinə uyğun şəbəkələrin inşası ilə verilməlidir. Həmin Qaydaların 2.3-cü bəndinə uyğun olaraq STKM sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik və tikinti normalarına uyğun STTSAS-ın mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. Həmin Qaydaların2.20-ci bəndinə əsasən, texniki şərtlərin verilməsindən aşağıdakı hallarda səbəbləri konkret əsaslandırılmaqla rəsmi qaydada imtina edilir: -2.20.1. Qaydaların 2.9-cu və 2.10-cu bəndlərində nəzərdə tutulm uş sənədlərin bu Qaydaların 2.14-cü bəndi ilə müəyyən edilmiş müddətdə tam təqdim edilməməsi (çatışmazlıqların və uyğunsuzluqların aradan qaldırılmaması); -2.20.2. texniki şərtlərin verilməsinin STKM-in indiki və gələcək məişət (təsərrüfat) içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratması; -2.20.3. istehlakçının daxili su və kanalizasiya xidmətlərinin şəbəkəsinin vəziyyəti su və kanalizasiya şəbəkələrinin xətlərinin texniki istismarı üzrə normativ hüquqi aktlara uyğun gəlməməsi; -2.20.4. sifarişçinin qoşulma barədə müraciətindən imtina etməsi; -2.20.5. tikinti sahəsində mövcud su təchizatı və ya kanalizasiya şəbəkə və qurğularının mühafizəsi və ya köçürülməsinin mümkün olmaması. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, qanunvericiliyə görə, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən sifarişçiyə texniki şərtin verilməsi üçün onun fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30,0 m olmalı idi. Texniki şərtlər hazırlanarkən su təchizatı və kanalizasiya müəssisəsitərəfindən müvafiq ərazidə su təchizatı və ya kanalizasiya şəbəkə və qurğularının mövcudluğu araşdırılır. Araşdırma nəticəsində belə şəbəkə və qurğular aşkar edildikdə texniki şərtlərdə onların mühafizəsi və ya başqa yerə köçürülməsi barədə müvafiq tələblər irəli sürülür. İşin materiallarına əlavə edilmiş cavabdeh ASC-nin X1 Şöbəsi tərəfindən tərtib edilmiş arayışa görə, sifari şçi-iddiaçının ünvan 2 ünvanda yerləşən tikiliyə su təchizatı və kanalizasiya sistemlərinə qoşulmaların verilməsi ilə bağlı müraciətinə əsasən yerində araşdırma işləri aparılan zaman məlum olmuşdur ki, tikinti obyektinə su təchizatı və kanalizasiya sistemlərinə qoşulma verilə biləcəyi məsafələr mövcud şəbəkədən su xətti üzrə L=60 m, kanalizasiya xətti üzrə isə L=150 m-dir. Həmçinin sifarişçi-iddiaçı müraciət edərkən tikilinin ona məxsusluğunu təsdiq edən və tikintinin təyinatının müəyyən olunması üçün hər hansı hüquqi sənəd təqdim etməmişdir. “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.2 və 2.10.2-ci bəndinin tələblərini (sifarişçinin su təchizatı və tullantı sularının axıdılması sistemin ə qoşulması nəzərdə tutulan tikinti obyektinin ünvanı) nəzərə alaraq müraciətdə qeyd olunan tikiliyə su təchizatı və kanalizasiya sistemlərinə qoşulma verilməsi üçün X1 mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının su təchizatı sisteminə qoşulmasını tələb etdiyi yaşayış evi ünvan 1 ünvanda yerləşir. Həmin fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrdən artıq olması iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə, Qaydalar uyğun olaraq iddiaçı özbaşına tikilinin olduğunu bildirən hər şansı sənədi inzibati orqana və ya məhekəməyə təqdim etməmişdir. Belə olduğu halda, fərdi yaşayış evinin yerləşdiyi ərazinin perspektiv layihəsinə uyğun şəbəkənin inşası zərurəti yaranmış, iddiaçının müraciəti isə te xniki şərtin verilməsi ilə bağlı olmuşdur. Odur ki, cavabdeh ASC tərəfindən iddiaçının müraciətindən imtina üçün yuxarıda qeyd edilən Qaydaların tələbləri baxımından əsas olan hallar öz təsdiqini tapmışdır. Bu səbəbdən iddiaçının iddə tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Kassasiya şikayətində iddiaçı göstərir ki, onun yaşadığı fərdi yaşayış evinin hasarı ilə su təchizatı və kanalzasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə (yəni, həmin şəbəkələrin keçdiyi borular) və iddiaçının hasarı arasındakı məsafə 2-3 metrdir. Praktikada fərdi yaşayış evlərində su və kanalzasiya şəbəkələrində “paylayıcı şəbəkə”dən sonra abonentin etdiyi sərfıyyata nəzarət etmək üçün sayğaclar həyətyanı sahələrdə deyil, həyatyanı sahənin çöl tərəfində qoyulur. Yuxarıla qeyd olunan Qaydaların 2.2-ci bəndində “qurğular” dedikdə yaşayış evi, onun mətbəxi, həyətdəki hovuz, duş otağı və sair deyil, abonentin etdiyi sərfıyyata nəzarət etmək üçün sayğaclar başa düşülür. Eyni zamanda işin materiallarında olan (bax, i.v. 30) Yasamal rayon bələdiyyəsinin möhürü ilə təsdiq olunmuş yazıda iddiaçıya məxsus ünvan 1 ünvandakı 40 kv.metr əmlak sahəsindən iddiaçının istifadə etməsi və orada qeydiyyatda olması qeyd olunmuşdur. Bundan başqa, işin materiallarında olan, “xxxx” ASC-nin bildirişinə və “xxxx” ASC-nin sənədlərinə əsasən, iddiaçı Bakı şəhəri, 11 -ci Xreptovı, ev 105-də elektrik və təbii qaz enerjisinin istehlakçısıdır. Göründüyü kimi, iddiaçı ünvan 1 (keçmiş ünvan 3 ünvanda yerləşən 40 kv.metr özbaşına inşa olunmuş fərdi yaşayış evindən istifadə edir və orada qeydiyyatdadır. Həmin yaşayış evi “xxxx” ASC və “xxxx” ASC tərəfindən elektrik və təbii qaz enerjisi ilə təmin olunur. Belə olan halda mübahisəli özbaşına tiklinin iddiaçıya məxsus olmasını digər üsullarla sübut edilməsini tələb etmək əsaslı hesab edilə bilməz. İşdən görünür ki, həmin tikilinin su xəttindən hansı məsafədə yerləşdiyi məsələsində mübahisə yaranmışdır. Cavabdeh ASC-yə görə bu məsafə 60 m-dir, iddiaçı göstərir ki, onun hasarından bu məsafə cəmi 2-3 mm təşkil edir. Apellyasiya instansiya məhkəməsi bu məsələnin aydınlaşdırılması üçün hər hansı tədbir görməmişdir. Ona görə də, hazırki işə yenidən b axacaq apellyasiya instansiya məhkəməsi bu məsələ ilə əlaqədar araşdırma aparmalı, yerli baxış və ya mütəxssis rəyinin alınması vasitəsilə iddiaçının evinə aid hasarın su xəttindən hansı məsafədə yerləşdiyi dəqiq müəyyən etməklə ədalətli qərar qəbul etməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələr ini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəmələri üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 29.05.2019-cu il tarixli qərarı ləğ edilməli; iş y enidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.05.2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar