Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-28/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydə alınması” tələbinə dair inzibati iş ü zrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 2-1(107)-280/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0818 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 120,36 kv.metr yaşayış, 109,7 kv.metr qeyri-yaşayış, 90,09 kv.metr köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində 07 sentyabr 2007-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 115 nömrəli “Şəki şəhər sakini İddiaçı şəhərin M.Ə.Rəsulzadə prospekti, ev 91 ünvanında mülkiyyətində olan yaşayış evinin mansarda hissəsində yerləşən 168,37 kv.m hissənin qeyri-yaşayış sahəsinə keçirilməsi” haqqında Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müraciəti tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 5 otaqlı yaşayış evinin ümumi sahəsi 211,45 m2, yaşayış sahəsi 120,36 m2-dir. Yaşayış evinin mansarda hissəsində yerləşən və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən 168,37 kv.m sahəyə gediş-gəliş, yaşayış evinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündür və M.Ə.Rəsulzadə prospektinə ayrıca çıxışı vardır. Yaşayış sahəsinin mövcud vəziyyəti onun mülkiyyət sənədlərinə uyğundur. Yaşayış evinin mansarda hissəsinin qe yri-yaşayış məqsədləri üçün istifadə olunmasından ötrü tələb olunan sanitar-gigiyenik normalara uyğun işlər İddiaçı tərəfindən yerinə yetirilməli, yanğın təhlükəsizliyi məqsədilə yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilən sahədə yanğın siqnalizasiya sistemləri quraşdırılmalı və yanğın söndürmək üçün alət və avadanlıqlarla təchiz edilməlidir. Həmçinin tərəflərindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20.2-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırma aparılmış və İddiaçı yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmək istədiyi həmin yaşayış sahəsindən istifadə etmədiyi müəyyənləşmiş və ailənin yaşayış sahəsinə olan ehtiyacı heç bir halda məhdudlaşdırılmır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə əsasən yaşayış evinin mansarda hissəsinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi bu sərəncama əlavə edilmiş “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında BİLDİRİŞ”də irəli sürülmüş şərtlərin İddiaçı tərəfindən yerinə yetirilməsi şərti ilə məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.4-cü maddəsini, memarlıq və tikinti şöbəsinin rəyini nəzərə alaraq Şəki şəhər sakini İddiaçı ünvan 3 ünvanında mülkiyyətində olan yaşayış evinin mansard hissəsində ümumi sahəsi 168,37 kv.metr olan yaşayış sahəsi, onun tərəfindən “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildiriş“də irəli sürülmüş şərtlər yerinə yetirildikdən sonra qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır.
3. Şəki şəhər sakini İddiaçı şəhərin M.Ə.Rəsulzadə prospek ti, ev 91 ünvanında mülkiyyətində olan 211,45 kv.metr yaşayış sahəsinin mansarda hissəsində yerləşən 176,02 kv.metr hissənin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 5 otaqlı yaşayış evinin ümumi sahəsi 211,45 m2dir. Yaşayış evinin mansarda hissəsində yerləşən və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş, yaşayış evinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündür və M.Ə.Rəsulzadə prospektinə ayrıca çıxışı vardır. Yaşayış sahəsinin mövcud vəziyyəti onun mülkiyyət sənədlərinə uyğundur. Yaşayış evinin mansarda hissəsinin qeyri-yaşayış məqsədləri üçün istifadə olunmasından ötrü tələb olunan sanitar-gigiyenik normalara uyğun işlər İddiaçı tərəfindən yerinə yetirilməli, yanğın təhlükəsiz liyi məqsədilə yaşayış sahəsindən qeyri yaşayış sahəsinə keçirilən sahədə yanğın siqnalizasiya sistemləri quraşdırılmalı və yanğın söndürmək üçün alət və avadanlıqlarla təchiz edilməlidir. Həmçinin tərəfimizdən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20.2-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırma aparılmış və İddiaçı yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmək istədiyi həmin yaşayış sahəsindən istifadə etmədiyi müəyyənləşmiş və ailənin yaşayış sahəsinə olan ehtiyacı heç bir halda məhdudlaşdırılmır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə əsasən yaşayış evinin mansarda hissəsinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi bu sərəncama əlavə edilmiş “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçir ilməsi haqqında” BİLDİRİŞ-də irəli sürülmüş şərtlərin İddiaçı tərəfindən yerinə yetirilməsi şərti ilə məqsədəmüvafiq olduğundan müvafiq sərəncam verilməsi xahiş edilmişdir.
4. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün həmin sahədə aparılması nəzərdə tutulan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən komissiyanın xx.xx.2023-cü il tarixli aktından (Şəki ŞİHBA-nın memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən təsdiqlənmiş) görünür ki, “yaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) keçirilməsi (keçirilməsindən imtina) haqqında xx.xx.2022-ci il tarixli bildiriş”də qeyd edilmiş, aparılması zəruri olan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin tam olaraq vətəndaş İddiaçı tərəfindən yerinə yetirildiyini nəzərə alaraq, ünvan 4 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan yaşayış evinin çardaq hissəsində yenidənqurma işləri aparılmaqla yaradılmış, ümumi sahəsi 176,02 kv.metr olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
5. Şəki Şəhər İcra Hakimiyyətinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” bildirişinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış evinin çardaq hissəsində yenidənqurma işləri aparılmaqla yaradılmış, ümumi sahəsi 176,01 kv.m olan yaşayış sahəsinin mülkiyyətçi tərəfindən qeyri-yaşayış obyekti kimi istifadə edilməsi məqsədilə qeyri-yaşayış sahəsinə keçirilməs i barədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxaraq sahənin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə (yanğınsiqnalizasiya sistemlərinin quraşdırılması, obyektin yanğına qarşı istifadə edilən avadanlıqlarla təchiz edilməsi şərtilə) keçirilməsi barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının 17 may 2022-ci il tarixli 11 nömrəli sərəncamı verilmişdir.
6. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-2719/2023 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişindən görünür ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən sözügedən fərdi yaşayış evinə baxış keçirilmiş və fərdi yaşayış evinin damının çardaq hissəsində inşa edilmiş mansardın yan divarlarının hündürlüyünün 1,06 met r təşkil etdiyi, həmçinin həmin fərdi yaşayış sahəsinin bir hissəsindən qeyri-yaşayış binası kimi istifadə olunduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki Şəhər İcra Hakimiyyətinin 17 may 2022-ci il tarixli, 115 nömrəli sərəncamı ilə tikintisinə icazə verilən ünvan 6 ünvanında fərdi yaşayış evinin mansard hissəsində yerləşən qeyri-yaşayış sahəsinin fərdi yaşayış evi ilə birl ikdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək “Şəki şəhər M.Ə.Rəsulzadə prospekti ev 91 ünvanında fərdi yaşayış evinin mansard hissəsində yerləşən 168,38 kv.metr qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 115 nöm rəli Sərəncamı ilə iddiaçının ünvan 6 ünvanında mülkiyyətində olan yaşayış evinin mansard hissəsində yerləşən 168,37 kv.metr hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmiş, icazənin verilməsi üçün Şəki şəhər İcra Hakimiyyətinin bildirişi icra edilmişdir. Daha sonra isə komissiyanın xx.xx.2023-cü il tarixli Aktı ilə qeyd edilən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Bildirişin tələbi icra edildiyi və lazım olan xüsusi lisenziyalar alındığı üçün məqsədəmüvafiq hesab edilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evinin 168,37 kv.metr hissəsi “X1” MMC tərəfindən tərtib edilmiş və şəhərin baş memarı tərəfindən təsdiqlənmiş memarlıq sənədinə uyğun olaraq tikildikdən sonra reyestrdə qeydə alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan iddiaçının tələb indən xx.xx.2023-cü iİ tarixli məktubla imtina etmiş və bunun səbəbi kimi də mansardın yan divarının hündürlüyünün 1,06 metr təşkil etdiyini və fərdi yaşayış evinin bir hissəsinin qeyri-yaşayış binası kimi istifadə edildiyini göstərmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.
10. Cavabdeh iddiaya qarşı təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, İddiaçı 03 avqust 2023-cü il tarixli ərizə ilə DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinə müraciət edərək mansardın fərdi-yaşayış evi ilə bağlı qeydiyyata alınmasını xahiş etmişdir. Bildirilmişdir ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən sözügedən fərdi yaşayış evinə baxış keçirilmiş və fərdi yaşayış evinin damının çardaq hissəsində inşa edilmiş mansardın yan divarlarının hündürlüyünün 1,06 metr təşkil edir. Azərbaycan Respub likasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15. maddəsində (mansarda mərtəbəsi - binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə) göstərilmişdir. Həmçinin həmin məcəllənin 59.5-ci maddəsində mansardın ölçülərinin nə qədər olması göstərilmişdir (Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır). Sözügedən mübahisəli fərdi-yaşayış evinin mansardı müayinə olunarkən ölçülərin bayır divarlar boyunca hündürlüyünün 1,06 metr, yüksək hissəsində hündürlüyün 3 metr olduğu müəyyən edilmişdir. Yuxanda qeyd olunanları nəzərə alaraq vətəndaşın müraciətinin icrası mümkün olmamışdır.
11. Şəki İnzibati Məhkəməsinin (hakim V.Ə.Musayev) 12 fevral 2024-cü il tarixli, 21(116)-77 6/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı ünvan 7 ünvanında fərdi yaşayış evinin mansard hissəsində yerləşən 168,38 kv.metr qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0818 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 120,36 kv.metr yaşayış, 109,7 kv.metr qeyri-yaşayış, 90,09 kv.metr köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və MH seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Şəki Şəhər İcra Hakimiyyəti ba şçısının xx.xx.2022-ci il tarixli, 115 nömrəli Sərəncamına əsasən, Şəki şəhər sakini İddiaçı ünvan 5 ünvanında mülkiyyətində olan yaşayış evinin mansard hissəsində ümumi sahəsi 168,37 kv.metr olan yaşayış sahəsi, onun tərəfindən “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildiriş”də irəli sürülmüş şərtlər yerinə yetirildikdən sonra qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Nəzərə alınmalıdır ki, aparılan icraat çərçivəsində tərtib edilmiş rəydə Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq yaşayış evinin mansarda hissəsində yerləşən və qeyri-yaşayış sahəsinə keçirilən sahəyə yaşayış evinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən gediş-gəlişin mümkünlüyü, yaşayış sahəsinin mövcud vəziyyətinin onun mülkiyyət sənədlərinə uyğunluğu, qeyri-yaşayış sah əsinə keçirilməsi istənilən sahədən iddiaçının istifadə etməməsi və ailənin yaşayış sahəsinə olan ehtiyacını heç bir halda məhdudlaşdırmaması yoxlanılmış, sözügedən sahənin M.Ə.Rəsulzadə prospektinə ayrıca çıxışının olması müəyyən edilərək yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi bu sərəncama əlavə edilmiş “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” BİLDİRİŞ-də irəli sürülmüş şərtlərin iddiaçı tərəfindən yerinə yetirilməsi şərti ilə məqsədəmüvafiq olması qeyd edilmişdir. “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildiriş”də irəli sürülmüş şərtlər isə yanğın-siqnalizasiya sistemlərinin quraşdırılması, obyektin yanğına qarşı istifadə edilən avadanlıqlarla təchiz edilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün həmin sahədə aparılması nəzərdə tutulan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən komissiyanın xx.xx.2023-cü il tarixli aktında “yaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) keçirilməsi (keçirilməsindən imtina) haqqında xx.xx.2022-ci il tarixli bildiriş”də qeyd edilmiş, aparılması zəruri olan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin tam olaraq iddiaçı tərəfindən yerinə yetirilməsi öz əksini tapmış və ümumi sahəsi 176,02 kv.metr olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla da “yaşayış sahəsinin qeyri-yaşayış sa həsinə keçirilməsi” ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilmiş inzibati icraat başa çatmışdır.
13. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, istinad olunan normalarda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı təsbit olunmuş sənədlər keçirilən sahə üzərində hüquqları təsdiq edən çıxarış, onun texniki pasportu, keçirilən sahənin yerləşdiyi tikilinin planı həmin sahənin mülkiyyətçisi olan iddiaçı tərəfindən keçirilməni həyata keçirən orqana, yəni müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuşdur. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından keçirilən sahənin bəyan edilmiş məqsədlərə, eləcə də həmin məqsədlər üçün istifadə üzrə tələblərə uyğun və istismara y ararlı olması yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə (qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə) keçirilməsi proseduru çərçivəsində yoxlanılmalı olan məsələlərdir və rayon icra hakimiyyətinin məsuliyyət sferasına və səlahiyyətinə aiddir. Odur ki, cavabdeh orqanın imtina dəlilinə münasibətdə (fərdi yaşayış evinin damının çardaq hissəsində inşa edilmiş mansardın yan divarlarının hündürlüyünün 1,06 metr təşkil etməsi ilə bağlı) məhkəmə qeyd edir ki, həmin məsələlər keçirilmə haqqında qərarın qəbulunadək həllini tapmalıdır və keçirilmə barədə qərarın qəbul olunması keçirilən sahənin qeyd edilən tələblərə uyğunluğunun müəyyən edilməsi anlamında qiymətləndirilməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, səlahiyyətli dövlət orqanı tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi il ə bağlı qərarın qəbulu həmçinin keçirilən sahənin istismara hazırlığı ilə bağlı tələblərin də, yoxlanıldığını və nəzərə alındığını ehtiva edir. Əks təqdirdə, yaşayış sahəsinin həmin tələblərə cavab verməyən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməsi istisna olunardı. Belə yanaşma həm də Şəhərsalma və Tikinti Məcəlləsinin 101-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə görə, tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Bu mənada keçirilməyə dair qərarda müəyyən edilmiş şərtlərin həyata keçirilməsi barədə tərtib edilmiş akt yekun qərar anlamında qəbul olunmalı və keçirilmiş sahə üzərində hüququn reyestrdə qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün hüquqmüəyyənedi ci sənəd qismində qiymətləndirilməlidir. Belə ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 115 nömrəli Sərəncamında irəli sürülmüş şərtlərin yerinə yetirilməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.8ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün həmin sahədə aparılması nəzərdə tutulan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən komissiyanın xx.xx.2023-cü il tarixli aktı ilə təsdiq edilmişdir. Cavabdeh orqan keçirilmə haqqında səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərara bağlıdır və həmin qərarın məzmununa uyğun davranmağa borcludur. Cavabdeh tərəfindən həmin qərar məzmun baxımından təftiş edilə və onun qüvvədə olduğu müdd ətdə həmin qərarın icrasından imtina oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən yuxarıda istinad olunan normalara uyğun qaydada sərəncam verildiyi və həmin sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair cavabdehə təqdim etdiyi həmin sənədlər hüququn dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır (Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-263/2023 nömrəli, xx.xx.2023 nömrəli qərarında yuxarıda qeyd olunmuş hüquqi mövqe öz əksini tapmışdır). Cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imt ina etməkdə haqlı olmamışdır.
14. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-776/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 2-1(107)-280/2024 nömrəli qərarı ilə (sədrlik edən:V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və T.H.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-776/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(107)-280/2024 saylı iş üzrə 16 may 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayəti iddiaya qarşı təqdim edilmiş yazılı etiraza və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçının vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Mənzil Məcəlləsi Maddə 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri -yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Maddə 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə y ol verilmir. Maddə 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Maddə 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə ü zərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Maddə 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Maddə 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu M əcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Maddə 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Maddə 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edi lmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Maddə 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 21. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanı 1.2. həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsin in dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yara nmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə
12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizən i verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya inst ansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yox lanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, ai diyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0818 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 120,36 kv.metr yaşayış, 109,7 kv.metr qeyri-yaşayış, 90,09 kv.metr köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində 07 sentyabr 2007-ci il tarixdə qeydiyyata alınmışdır. Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022- ci il tarixli, 115 nömrəli “Şəki şəhər sakini İddiaçı şəhərin M.Ə.Rəsulzadə prospekti, ev 91 ünvanında mülkiyyətində olan yaşayış evinin mansarda hissəsində yerləşən 168,37 kv.m hissənin qeyri-yaşayış sahəsinə keçirilməsi” haqqında Sərəncamına əsasən, ünvan 5 ünvanında mülkiyyətində olan yaşayış evinin mansard hissəsində ümumi sahəsi 168,37 kv.metr olan yaşayış sahəsi, onun tərəfindən “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildiriş”də irəli sürülmüş şərtlər yerinə yetirildikdən sonra qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır.
30. Bu qərarın 20-21-ci bəndlərində istinad olunan normalara görə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orq anının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin normalara əsasən, hazırkı mübahisəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir.
31. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə əsasən, yerli icra hakimiyyətinin başçısı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 3.11.1-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsi kimi təsbit edilmişdir.
32. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, bu qərarın 20-ci bəndində istinad olunan normalarda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı təsbit olunmuş sənədlər-keçirilən sahə üzərində hüquqları təsdiq edən çıxarışı, onun texniki pasportu, keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı həmin sahənin mülkiyyətçisi olan iddiaçı tərəfindən keçirilməni həyata keçirən orqana, yəni müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuşdur. İddiaçı həmçinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədlərini də bəyan etmişdir. Başqa sözlə, yuxarıda is tinad olunan normalarda keçirilmə ilə bağlı müəyyən olunmuş tələblərə iddiaçı tərəfindən əməl edildiyi iş üzrə materiallarla təsdiq olunur.
33. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından keçirilən sahənin bəyan edilmiş məqsədlərə, eləcə də həmin məqsədlər üçün istifadə üzrə tələblərə uyğun və istismara yararlı olması yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə (qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə) keçirilməsi proseduru çərçivəsində yoxlanılmalı olan məsələlərdir və rayon icra hakimiyyətinin məsuliyyət sferasına və səlahiyyətinə aiddir. Başqa sözlə, həmin məsələlər keçirilmə haqqında qərarın qəbulunadək həllini tapmalıdır və keçirilmə barədə qərarın qəbul olunması keçirilən sahənin qeyd edilən tələblərə uyğunluğunun müəyyən edilməsi anlamında qiymətləndirilməl idir. Bununla bağlı qeyd olunmalıdır ki, səlahiyyətli dövlət orqanı tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qərarın qəbulu həmçinin keçirilən sahənin istismara hazırlığı ilə bağlı tələblərin də yoxlanıldığını və nəzərə alındığını ehtiva edir. Əks təqdirdə, yaşayış sahəsinin həmin tələblərə cavab verməyən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməsi istisna olunardı. Belə yanaşma həm də Şəhərsalma və Tikinti Məcəlləsinin 101-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə görə, tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Bu mənada keçirilməyə dair qərar yekun qərar anlamında qəbul olunmalı və keçirilmiş sahə üzərində hüququn reyestrdə qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilməlidir.
34. Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 115 nömrəli “Şəki şəhər sakini İddiaçı şəhərin M.Ə.Rəsulzadə prospekti, ev 91 ünvanında mülkiyyətində olan yaşayış evinin mansarda hissəsində yerləşən 168,37 kv.m hissənin qeyri-yaşayış sahəsinə keçirilməsi” haqqında sərəncamına əsasən, ünvan 5 ünvanında mülkiyyətində olan yaşayış evinin mansard hissəsində ümumi sahəsi 168,37 kv.metr olan yaşayış sahəsi, onun tərəfindən “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildiriş”də irəli sürülmüş şərtlər yerinə yetirildikdən sonra qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır.
35. Şəki Şəhər İcra Hakimiyyətinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə k eçirilməsi haqqında” bildirişinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış evinin çardaq hissəsində yenidənqurma işləri aparılmaqla yaradılmış, ümumi sahəsi 176,01 kv.m olan yaşayış sahəsinin mülkiyyətçi tərəfindən qeyri-yaşayış obyekti kimi istifadə edilməsi məqsədilə qeyi-yaşayış sahəsinə keçirilməsi barədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxaraq sahənin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə (yanğınsiqnalizasiya sistemlərinin quraşdırılması, obyektin yanğına qarşı istifadə edilən avadanlıqlarla təchiz edilməsi şərtilə) keçirilməsi barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının 17 may 2022-ci il tarixli 11 nömrəli sərəncamı verilmişdir.
36. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.8-ci maddəsi nə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün həmin sahədə aparılması nəzərdə tutulan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən komissiyanın xx.xx.2023-cü il tarixli aktından (Şəki ŞİHBA-nın memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən təsdiqlənmiş) görünür ki, “yaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) keçirilməsi (keçirilməsindən imtina) haqqında xx.xx.2022-ci il tarixli bildiriş”də qeyd edilmiş, aparılması zəruri olan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin tam olaraq vətəndaş İddiaçı tərəfindən yerinə yetirildiyini nəzərə alaraq, ünvan 4 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan yaşayış evinin çardaq hissəsi ndə yenidənqurma işləri aparılmaqla yaradılmış, ümumi sahəsi 176,02 kv.metr olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
37. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh keçirilmə haqqında səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərara bağlıdır və həmin qərarın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin qərar məzmun baxımından təftiş edilə və onun qüvvədə olduğu müddətdə həmin qərarın icrasından imtina oluna bilməz.
38. Hazırkı mübahisəyə münasibətdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin sərəncamının qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə k eçirilməsinə dair cavabdehə təqdim etdiyi həmin sənədlər hüququn dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır.
39. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 21(107)-280/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar