Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2816/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: ərazi aidiyyətinin mübahisələndirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üz rə Sumqayıt İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(118)4838/2024 nömrəli qərardadına əsasən məhkəmə aidiyyətinin müəyyən olunmasına dair işə baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qərarın ləğv olunmasını xahiş etmiş, daha sonra iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdehin əsl cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-5198/2024 nömrəli qərardadı ilə cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz edilmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 24 aprel 2024-cü il tarixli, 21(112)-5198/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) 25 iyun 2024-cü il tarixli 2-1(118)-2236/2024 nömrəli qərardadı ilə iddianın məhkəmə aidiyyətinin müəyyən olunması üçün inzibati iş Ali Məhkəməyə göndərilmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə iddiaçı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin qəbul etdiyi 07 aprel 2023-cü il tarixli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********538800 nömrəli qərarı mübahisələndirməklə, daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin ƏDV-nin qaytarılması ilə bağlı müvafiq hərəkətlərin edilməsinin cavabdehə həvalə olunmasını xahiş edir. Həmçinin, iş materiallarından müəyyən olunur ki, mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, X1 yolunun kənarında yerləşir.
5. Eyni zamanda, İddiaçı də qeydiyyat ünvanı ünvan 1lan əmlak daşınmaz əmlak olduğundan məhkəmə hesab edir ki, müvafiq iddiaya daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinin tələblərinə əsasən, yəni daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.
6. Məhkəmə hesab etmişdir ki, ƏDV-nin geri qaytarılması hüququ daşınmaz əmlakın dəyərinə görə ödənilən vəsaitdən irəli gəlir və ƏDV-nin tələb edilməsi hallarına vergi orqanı ilə vergi ödəyicisi arasında olan münasibətlərin şamil edilməsi düzgün deyildir. Belə ki, daşınmaz əmlaka görə ödənilən məbləğdən ƏDV-nin qaytarılmasını tələb edən daşınmaz əmlakın mülkiyyətçisi vergi ödəyicisi olmaya da bilər. Nəzərə alınmalıdır ki, ƏDV-nin geri qaytarılması vergi orqanının üzərinə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə öhdəlik kimi qoyulub. Buna misal olaraq, mövcud məhkəmə təcrübəsinə uyğun torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyəyə qarşı verilən və imtinası alınmış mübahisələrə torpaq sahəsinin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmasını qeyd eləmək olar. Qeyd olunanlara əsa sən məhkəmə hesab etmişdir ki, ƏDV-nin geri qaytarılması daşınmaz əmlakla bağlı hüquq münasibətlərini tənzimlədiyinə görə, analoji iddialara daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. İddia ərizəsinə əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, mübahisə predmeti olan əmlakın yerləşdiyi yerin ünvanı Bakı şəhərinin ərazisidir və daşınmaz əmlakın yerləşdiyi ünvan, yəni Bakı şəhəri, Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına bağlı olduğundan, inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq o lunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan R espublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Maddə
9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi... 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir.... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
9. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsi haz ırkı mübahisənin predmetinə daşınmaz əmlakla bağlı mübahisə kimi hüquqi qiymət verərək, İPM-nin 8.1.1-ci maddəsinə istinad etmiş və daşınmaz əmlak Bakı şəhərində yerləşdiyindən hesab etmişdir ki, mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.
10. Məhkəmə kollegiyası Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırkı mübahisənin predmeti daşınmaz əmlakla bağlı deyil. Belə ki, iddiaçının hüquqi marağı yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasına yönəlmişdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir.
11. Belə olan halda, İPM-nin 8.1.2-ci maddəsinə əsasən hazırkı iddiaya cavabdeh vergi orqanının (cavabdeh səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olmadığından) yerləşdi yi yerin məhkəməsi tərəfindən baxılmalıdır.
12. Cavabdeh vergi orqanı olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hüquqi ünvanı ünvan 4zibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iddia tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir.
13. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İnzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qətidir.