Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2819/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil verilənədək kirayə haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdeh1nə qarşı “sosial kirayə haqqının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2-1(103)-2419/2024 nömrəli qərarından iddiaçı tər əfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının əlillik vəziyyəti xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.
2. Cavabdeh1 başçısının xx.xx.2023-cü il tarixli 162 nömrəli sərəncamına əsasən, iddiaçı 3 nəfər ailə tərkibi (özü, Paşayev Malik, Paşazadə Şahanə) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və 3-cü qrup ümumi əlillərin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Bakı şəhər Cavabdeh1 və Sosial Xidmətlər Agentliyinə qarşı i ddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sosial kirayə haqqının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25 ildir ailəlidir və Bakı şəhərində yaşayır. Ailəsinin mənzillə təmin olunması üçün 2000-ci ildən etibarən aidiyyəti qurumlara dəfələrlə müraciətlər etmiş, lakin 23 ildən sonra 3-cü dərəcə əlil kimi mənzil-uçot növbəsinə götürülmüşdür. Hazırda ev kirayəsi yüksək olduğu üçün kirayə evdə deyil, qohumlarının evində qalırlar. Ailəsinin qeydiyyatı 2011-ci ildən Yasamal rayon Polis İdarəsinin inzibati binasındadır. Ailəsinin hal-hazırda yaşayış yeri olmadığını nəzərə almaqla, mənzil verilənədək, müvəqqəti yaşayış yeri ilə təmin olunmağı üçün Cavabdeh1nə etdiyi müraciətə imtina cavabı verilmişdir. Cavabdeh1nə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə yaşayış yerinin olmadığını nəzərə alıb, kirayə haqqının verilməsi haqqında sərəncam verilməsi üçün müraciət etmiş, hər iki qurum kirayə haqqı ilə bağlı müraciətinə imtina cavabı vermişdir. Hər iki cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında yalnız şəhid ailələrinə, müharibə iştirakçılarına, birinci qrup gözdən əlillərə dövlət tərəfindən güzəştli mənzil verilir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) 14 dekabr 2023-cü il tarixli 21(112)-13313/2023 nömrəli qərardadı ilə iddia cavabdeh Sosial Xidmətlər Agentliyinə münasibətdə mümkün sayılmamışdır.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: T.R.Məli kov) 14 dekabr 2023-cü il tarixli 21(112)-13313/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, yerli icra hakimiyyəti orqanlarının mənzil uçotuna götürülmüş şəxslərə müvəqqəti kirayə xərclərinin ödənilməsi səlahiyyəti nəzərdə tutulsa da, bu səlahiyyət, hərbi qulluqçu kimi mənzil növbəsinə götürülən şəxslərə münasibətdə təsbit edilmişdir. Hazırkı halda isə iddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi “Hərbi qulluqçuların statusu haqqında” Qanunda göstərilən əsaslarla deyil, əlilliyi olan şəxs kimi mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mənzil növbəsinə götürülmüşdür. Əlilliyi olan şəxslərə yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdeh B akı şəhəri Cavabdeh1 iddiaçıya mənzil kirayəsi haqqının ödənilməsindən imtinası qanuna zidd qiymətləndirilə bilməz.
8. İddiaçı qərardan və qərardaddan ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qərar və qərardadın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və E.C.Kazımov) 15 mart 2024-cü il tarixli, 21(103)-1715/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.R.Səlimova /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yu sifov) 12 iyun 2024-cü il tarixli, 21(103)-2419/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Bakı şəhəri Cavabdeh1 başçısının 162 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamına əsasən o, yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və üçüncü qrup ümumi əllillərin güzəştli mə nzil uçot siyahısına daxil edilmişdir. Hesab edir ki, yaşayış yeri olmadığından, eləcə də yaşamaq üçün yalnız üçüncü qrup əlil kimi təyin edilmiş cəmi 150 manat müavinətdən başqa gəliri olmadığından ona kirayə haqqı verilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir....
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 1.2. Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublik asının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.... Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.... Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqavil əsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər....
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların t əqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, h əmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi b arədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı b ütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin istinad olunan normalarına görə, apellyasiya instansiyası məhkəməsi iddiaçıya kirayə haqqının verilməli olub-olmaması ilə bağlı məsələn i lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yerli icra hakimiyyəti orqanları tərəfindən mənzil uçotuna götürülmüş şəxslərə müvəqqəti kirayə xərcləri ödənilməli olan şəxslərin kateqoriyasına aid olmadığından, be ləliklə də, cavabdehin iddiaçıya münasibətdə hazırkı məzmunda öhdəliyi olmadığından onun imtinası qanunun tələblərinə uyğun olmuşdur. Belə ki, əlilliyi olan şəxslərə yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
25. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 21(103)-2419/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.