Məhkəmə qərarları › İş №2-1(102)-2855/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2855/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2855/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Sosial Xidmətlər Agentliyinin balansında olan yaşayış yeri üzrə qeydiyyata alınma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “onun A bşeron rayonu, Pirəkeşkül ərazi dairəsi, Azərbaycan küçəsi ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzilə pasport qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə təklif göndərilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2024-cü il tarixli, 2-1(105)-655/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. ünvan 1 ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzili Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs tərəfindən məhkəmə qərarı əsasında iddiaçının övladı X8 ayrı lmışdır. Mənzil xüsusi təyinatlı mənzildir və iddiaçı oğlu X10 ilə birlikdə həmin mənzildə yaşayır.

2. İddiaçının oğlu X10 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə ərizə ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzilə pasport qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə təklif göndərilməsini xahiş etmişdir.

3. Cavabdeh 02 mart 2023 və 21 iyun 2023-cü il tarixli məktublarla bildirmişdir ki, Ə.Vəliyev Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamının icrası çərçivəsində 7 oktyabr 2021-ci il tarixində mənzillə təmin olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin inşa etdirdiyi yaşayış kompleklərindəki çoxmərtəbəli binalarda yerləşən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərə təqdim edilmiş mənzillərdə həmin şəxslərin və onların ailə üzvlərinin daimi yaşayış yeri üzrə pasport qeydiyyatına alınması məsələsinin həlli istiqamətində hazırda işlər aparılmaqdadır. Yaxın zamanlarda məsələ öz həllini tapacaq və vətəndaşlar öz mənzillərində daimi yaşayış yeri üzrə pasport qeydiyyatına düşə biləcəklər. Qeyd edilən məsələ həll edildikdə Ə.Vəliyevə təqdim edilmiş mənzildə daimi yaşayış yeri üzrə qeydiyyata götürülə biləcək. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçılar İddiaçı və X10 məhkəməyə iddia ərizəsi ilə müraciət edə rək onları ünvan 1 ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzilə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar uzun müddət evsiz vətəndaş kimi polisin inzibati binasında pasport qeydiyyatında olmuş və dəfələrlə pasport qeydiyyatı probleminə görə çətinliklərlə üzləşmişlər. ünvan 1 ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzil X8 xüsusi təyinatlı mənzil kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən təhkim edilmişdir. Onlar istifadəsində olan mənzilə pasport qeydiyyatına alınması üçün cavabdehdən köməklik edilməsini xahiş etsələr də, onların müraciəti nəticəsiz qalmışdır. Bu səbəbd ən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar

6. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək, onun Abşeron rayonu, Pirəkeşkül ərazi dairəsi, Azərbaycan küçəsi ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzilə pasport qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə təklif göndərilməsini xahiş etmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

8. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmu ş uşaqlar hesab edilirlər; Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, cəzaçəkmə müəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar təmin olunurlar. Sosial xi dmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların növbədənkənar mənzil almaq hüququ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə uyğun olaraq müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2-1(81)4740/19 saylı Qərarının icrası çərçivəsində iddiaçı X8 valideyn himayəsindən məhrum o lunmuş şəxs olduğu üçün ünvan 1 ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzillə təmin olunmuş və daha sonra həmin mənzildə daimi yaşayış yeri üzrə pasport qeydiyyatına götürülməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı iddia tələbi X10 valideyn himayəsindən məhrum olunmuş şəxs olduğundan, digər iddiaçı X6 isə iddia tələbi ilə bağlı cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edildiyindən iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

10. Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2024 il tarixli, 2-1(118)-1089/2024 saylı qərarı ilə (hakim X5) iddia təmi n edilərək İddiaçı ünvan 1 ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzilə pasport qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə təklif göndərilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə həvalə edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzilə iddiaçının pasport qeydiyyatına alınması üçün mütləq şəkildə mənzilin balansaxlayıcıyı olan cavabdehin razılığını şərtləndirir. Lakin, müvafiq razılığın cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilməsi qanunsuz olaraq yubadılır və nəticədə iddiaçının konstitusion hüquqları pozulur. Belə ki, mənzilə pasport qeydiyyatına alınması şəxsin həmin mənzilə istifadə və ya mülkiyyət hüququnun yaranması üçün əsas sayılmır. İş materiallarına əlavə edilmiş cavabdehin təqdim etdiyi 3-17-3/2-V-18643/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubun məzmununa baxdıqda cavabdeh təşkilat imtiyazlı şəxslərin və onların ailə üzvlərinin həmin mənzilə yaşayış yeri üzrə pasport qeydiyyatına alınması məsələsinin həll edilməsi istiqamətində işlərin gedilməsini etiraf etmişdir. Göründüyü kimi iddiaçıya münasibətdə bu qəbildən müraciətlərin uzun müddət yubadılması hüququ olan şəxslərin narazılığına səbəb olmuşdur. Odur ki, iddiaçının yaşayış sahəsinə pasport qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına tək lifin göndərilməsində heç bir maneə yoxdur.

12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsi xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-655/2024 nömrəli iş üzrə 28 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər X9 (məruzəçi), X1 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2024 il tarixli, 2-1(118)-1089/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kasasiya şikayətində “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

17. Belə ki, əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, cəzaçəkmə müəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmay an yaşayış yeri ilə növbədənkənar təmin olunurlar. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların növbədənkənar mənzil almaq hüququ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 32.3-cü maddəsinə uyğun olaraq müəyyən edilir.

18. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər. İddiaçı övladı X10 valideyn himayəsindən məhrum olunmuş şəxs hesab edildiyindən ailə tərkibi 1 nəfər nəzərə alınmaqla 1 otaqlı mən zil verilmişdir. Ona görə də İddiaçı həmin mənzilə pasport qeydiyyatına alınması onun oğlunun valideyn himayəsindən məhrum olunmuş şəxs kimi mənzillə təmin edilməsi ilə ziddiyət təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə

64. Valideynlik hüquqlarından məhrumetmə 64.0. Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: 64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; 64.0.2. alimenti qəsdən ödəmədikdə; 64.0.3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə; 64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə; 64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; 64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə; 64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə; 64.0.8. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə. Maddə

66. Valideynlik hüquqlarından məhrumetmənin nəticələri 66.1. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. 66.2. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzi fələrindən azad edilmirlər. 66.3. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər (onlardan biri) ilə uşaqların birgə yaşamaq məsələlərini məhkəmə Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən həll edir. 66.4. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir. 66.5. Uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər. 66.6. Uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəm ənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər. Maddə

67. Valideynlik hüquqlarının bərpası 67.1. Valideynlərin (onlardan birinin) həyat tərzi, əxlaqı, uşağın tərbiyəsinə münasibətləri dəyişdikdə, valideynlik hüquqları bərpa edilir. 67.2. Valideynlik hüquqlarının bərpası valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) ərizəsinə əsasən məhkəmə yolu ilə həll edilir. 67.3. Valideynlik hüquqlarının bərpası işinə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır. 67.4. Valideynlik hüquqlarının bərpası ilə bağlı valideynlərin ərizəsi ilə birlikdə uşağın valideynlərə (onlardan birinə) qaytarılması tələbinə də baxıla bilər. 67.5. Valideynlik hüquqlarının bərpası uşağın mənafeyinə zidd olarsa, məhkəmə valideynlərin (onlardan birinin) valideynlik hüquq larının bərpası iddiasını uşağın rəyini nəzərə almaqla rədd edə bilər. 67.6. Uşaq 10 yaşına çatmışsa, ancaq onun razılığı ilə valideynlik hüquqları bərpa edilə bilər. 67.7. Uşaq övladlığa götürülmüşsə və övladlığa götürmə ləğv edilməmişsə, valideynlik hüquqları bərpa edilə bilməz. Maddə

119. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxslərin uçotu 119.9. Bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında uçota alınmış valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqlar aşağıdakı hallarda uçotdan çıxarılırlar: 119.9.1. vəfat etdikdə; 119.9.2. 18 yaşına çatdıqda; 119.9.3. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qa nununa uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmadıqda. 119.10. Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçotdan çıxarılır: 119.10.1. vəfat etdikdə; 119.10.2. bu Məcəllənin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibədən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədikdə; 119.10.3. bu Məcəllənin 120.1.6-cı maddəsində göstərilən cinayət əməllərinin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə; 119.10.4. bu Məcəllənin 120.2-ci maddəsi ilə müəyyən edilən xəstəliklərdən birinə tutulduqda; 119.10.5. barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində. 119.11. Bu Məcəllənin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarılan şəxslər, bu Məcəllə nin 119.1-ci maddəsinə uyğun olaraq 1 (bir) ildən sonra təkrar uçota alınırlar. 21. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan:... uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahi sə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlük də mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 26 İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassa siya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları q eyd etməyi zəruri hesab edir.

29. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Abşeron rayonu, Pirəkeşkül ərazi dairəsi, Azərbaycan küçəsi ünvanda yerləşən 47 saylı evin 51 nömrəli mənzilinə pasport qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə cavabdeh tərəfindən təklif göndərilməsinə nail olmaqdan ibarətdir.

30. Cavabdeh belə bir təklifin göndərilməsini qanuni hesab etməyərək müraciətin təmin edilməsindən imtina etsə də, birinci və apellyasiya instansiya məhkəmələri inzibati orqanın bu davranışını qanuni hesab etməmişlər.

31. Cavabdeh inzibati orqan tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarı mübahisələndirilərək qeyd edilmişdir ki, İddiaçı övladı X10 valideyn himayəsindən mə hrum olunmuş şəxs hesab edildiyindən Abşeron rayonu, Pirəkeşkül ərazi dairəsi, Azərbaycan küçəsi ünvanında yerləşən 47 saylı evin 51 nömrəli evlə təmin edilmişdir. Ona görə iddiaçının həmin mənzilə pasport qeydiyyatına alınması onun oğlunun valideyn himayəsindən məhrum olunmuş şəxs kimi mənzillə təmin edilməsi ilə ziddiyyət təşkil edir.

32. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qanunvericiliyin müddəalarına ziddir.

33. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, X10 valideyn himayəsindən məhrum olan uşaq kimi Abşeron rayonu, Pirəkeşkül ərazi dairəsi, Azərbaycan küçəsi ünvanında yerləşən 47 saylı evin 51 nömrəli mənzili təmin edilmişdir.

34. Ailə Məcəlləsinin tələbinə əsasən uşaqla bu və ya digər səbəbdən valideyn him ayəsindən məhrum olduqda vahid informasiya bazasında uçota alınır, Ailə Məcəlləsinin 119.1-ci maddəsində göstərilən əsaslar baş verdikdə isə həmin uçotdan çıxarılır. Hazırki vəziyyətdə Ailə Məcəlləsinin 119.1-ci maddəsinin tələbi mövcud olduğundan, yəni iddiaçının oğlu X10 18 yaşına çatdığından valideyn himayəsindən məhrum olmuş uşaq kimi vahid informasiya bazasından uçotdan çıxarılmışdır.

35. Odur ki, İddiaçı övladı X6 valideyn himayəsindən məhrum olunmuş şəxs hesab edilməsi səbəbindən qeyd edilən mənzilə iddiaçının pasport qeydiyyatına alınması qanunun tələbinə zidd sayıla bilməz.

36. Digər tərəfdən qeyd edilməlidir ki, Abşeron rayonu, Pirəkeşkül ərazi dairəsi, Azərbaycan küçəsi ünvanında yerləşən 47 saylı evin 51 nömrəli mənzili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbayca n Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamına əsasən verilmişdir (iş vər 4).

37. Başqa sözlə Ə.Vəliyev həmin mənzilə qanuni istifadə hüququna malikdir. Belə bir hüq uq sahibi kimi yetkinlik yaşına çatmış X10 istənilən şəxsin özünə verilmiş mənzildə qeydiyyata aldırmaqda səlahiyyətlidir.

38. Məhkəmə kollegiyası əlavə olaraq vurğulayır ki, qeydiyyata alınma mülkiyyət hüququnun keçməsi üçün əsas olmadığıdan mənzil verilmə təyinatına uyğun olaraq X6 istifadəsində qalmaqda davam edir.

39. Beləliklə, cavabdehin kassasiya şikayəti heç bir hüquqi əsasa söykənmir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

40. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən sax lanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2024-cü il tarixli, 2-1(105)-655/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar