Məhkəmə qərarları › İş №2-1(102)-2871/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2871/2019

12.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2871/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı “X1” MMC-nin cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRAR Açar sözlər: bankın ləğvi ilə bağlı kredit müqaviləsi üzrə faizlərin dayandırılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2 iştirakı ilə, İddiaçı “X1” MMC-nin (bundan sonra iddiaçı) cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortala nması Fonduna (bundan sonra cavabdeh) qarşı (3-cü şəxslər: X7, Maliyyə Bazarlarına Nəzarət Palatası) “kredit müqaviləsi üzrə faizlərin hesablanmasının dayandırılması haqqında” ərizəsi ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-1471/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarından iddiaçınınşikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı onunla “xxxx” ASC arasında imzalanmış 30.10.2015-ci il tarixli, KM-2449/15-2 saylı kredit müqaviləsinə əsasən aldığı 7 200 000 manat məbləğində kredit məbləğinə faizlərin hesablanmasının dayandırılmasını cavabdehdən xahiş etmiş, cavabdeh tərəfindən məsələyə münasibət bildirilməmişdir. İddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək “xxxx” ASC ilə aralarında imzalanmış 30.10.2015-ci il tarixli, KM-2449/15-2 saylı (21.09.2015-ci il tarixli, BK-2449/15 saylı baş kredit müqaviləsi) kredit müqaviləsinə əsasən faizlərin hesablanmasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslarına görə X7 ilə “xxxx” ASC arasında 12 ay müddətinə 18.04.2017-ci il tarixdə bank əmanəti müqavilələri (Göy Əmanət) bağlanmış və bu müqavilələrin şərtlərinə uyğun olaraq F.Yusifov tərəfindən 2.200.000 manat məbləğində pul vəsaiti illik 15% dərəcəsi ilə banka əmanət qoyulmuşdur. 2 mart 2016-cı il tarixdən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanmı ş hesab edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilmişdir. “xxxx” ASC-nin lisenziyası 23.12.2017-ci ildə ləğv olunduqdan sonra Əmanətlərin Sığortalanması Fonduna üzv bank olduğundan, bu bankda qorunan əmanətlərin Fond tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Bankda olan X4 məxsus qorunan əmanəti iddiaçıya 30.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin yönəldilməsi ilə bağlı Fonda müraciət etsə də, məsələyə münasibət bildirilməmişdir. Tərəflər arasında bağlanmış 18 aprel 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov predmeti olan pul vəsaiti adına açılmış 51-70249417-13 saylı yeni depozit hesabında saxlanılmaqla məbləği 2.200.000 manat təşkil etmişdir. F.Yusifov 29 yanvar 2016-cı il tarixli girov müqaviləsinin 1 s aylı əlavə sazişi üzrə 2.200.000 manat əmanəti ilə MMC-yə zamin qismində çıxış edir. “Əmanətlərin sığortalanması haqqında” Qanunda göstərilir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi-banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyi və inkişafını təmin etməkdir. Həmin Qanunun 25.1.4-cü maddəsinə əsasən əmanətçi bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüququ vardır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçi, X6 və X5, 2-1(103)-1471/2019 saylı iş) 13 iyun 2019-cu il tarixli qərarı ilə ərizə tımin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarını onun la əsaslandırmışdır ki, iflas proseduru çərçivəsində kredit müqaviləsi öhdəliyi üzrə faizlərin hesablamasını davam etdirmək, həmin kredit öhdəliyinin təminatı kimi banka girov qoyulmuş əmanəti kredit borcları ilə əvəzləşdirmədən kreditor tələbi kimi qeydə almaq ləğvetmə prosesində olan “xxxx” ASC-nin ləğvedicisinin (Fondun) “Banklar haqqında” Qanunla üzərinə düşən vəzifəsidir və bu iddiaçının hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. İddiaçı şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə yeni qərar çıxarılmaqla ərizənin təmin edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: X7 GM-2449/15-2 saylı 29 yanvar 2016-cı il tarixli Girov müqaviləsinin 1 saylı Əlavə Sazişi üzrə 2.200.000,00 AZN məbləğində əmanətilə iddiaçıya zamin qismində çıxış edir. Azərbaycan Respublikas ı, Əmanətlərin Sığortalanması haqqında qanunda birbaşa göstərilir ki, Əmanətlərin Sığortalanması sisteminin yaradılmasının məqsədi-banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Həmin Qanunun 25.1.4-cü maddəsində göstərilir ki, əmanətçinin bu qanunauyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüququ vardır. “Banklar haqqında” Qanunun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur vəbank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edili r. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamalarına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şik ayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin mübahisə olunmayan hallarına əsasən, üçüncü şəxs F.V.Yusifov ilə “xxxx” ASC arasında 12 ay müddətinə 18.04.2017-ci il tarixdə bank əmanəti müqavilələri (Göy Əmanət) bağlanmış və bu müqavilələrin şərtlərinə uyğun olaraq F.Yusifov tərəfindən 2.200.000 manat məbləğində pul vəsaiti illik 15% dərəcəsi ilə banka əmanət qoyulmuşdur. 2 mart 2016-cı il tarixdən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanmış hesab edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilmişdir. “xxxx” ASC-nin lisenziyası 23.12.2017-ci ildə ləğv olunduqdan sonra Əmanətlərin Sığortalanması Fonduna üzv bank olduğundan, bu bankda qorunan əmanətlərin Fond tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Bankda olan F.V.Yusifova məxsus qorunan əmanəti “X1” MMC-yə 30.10.2015-ci il tarixli kredit mü qaviləsi üzrə öhdəliyin yönəldilməsi ilə bağlı Fonda müraciət etsə də məsələyə münasibət bildirilməmişdir. Ərizəçi ilə üçüncü şəxs F.V.Yusifov arasında bağlanmış 18 aprel 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov predmeti olan pul vəsaiti adına açılmış 51-70249417-13 saylı yeni depozit hesabında saxlanılmaqla məbləği 2.200.000 manat təşkil etmişdir. F.Yusifov GM-2449/15-2 saylı 29 yanvar 2016-cı il tarixli girov müqaviləsinin 1 saylı əlavə sazişi üzrə 2.200.000 manat əmanəti ilə MMC-yə (ərizəçiyə) zamin qismində çıxış edir. Həmçinin Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının 29 mart 2019-cu il tarixli qərarından görünür ki, F.V.Yusifov digər iddia tələbləri ilə yanaşı, “xxxx” ASC ilə “X1” MMC arasında imzalanmış 30 oktyabr 2015-ci il tarixli KM-2449/15-2 saylı kredit müqavi ləsi üzrə faizlərin hesablanmasının dayandırılması iddiası ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qərarı ilə ərizə təmin edilməmiş, 29 mart 2019-cu il tarixli qərarla F.V.Yusivov və işdə üçüncü şəxs olmuş “X1” MMC-nin kassasiya şikayətləri təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Mülki Məcəllənin 741-ci maddəsinin tələbinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Banklar haqqında” Qanunun 6 0.1-ci maddəsinə əsasən, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin Qanunu tamamilə və ya qismən dəyişdirən və əvəz edən hər hansı digər qanunlar banklara tətbiq olunmur. Bankın iflas proseduru çərçivəsində baxılan bütün müraciətlər “Banklar haqqında” Qanunun müəyyən etdiyi qaydalar daxilində həllini tapa bilər. “Banklar haqqında” Qanunun 72.1.6-cı maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. Qanunverici müəyyən edir ki, müflis elan olunma barədə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi andan kredit borcuna faizlərin və cərimələrin hesablanması davam etdirilir. Belə olan halda, ərizəçinin qeyd etdiyi 30.10.2015-ci il tarixli, KM-2449/15-2 saylı kredit müqaviləsi üzrə aldığı kredit məbləğinə ləğvedici tərəfindən faizlər hesablanması qanunvericiliyə uyğun hesab edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, iddiaçının da üçüncü şəxs kimi iştirak etdiyi yuxarıda qeyd edilən başqa inzibati məhkəmə icraatında F.V.Yusivov eyni tələblə məhkəməyə müraciət etmiş və tələb qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı saymır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “X1” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1471/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar