Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2878/2023 22.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkün sayılmaması, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmla kın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz ərazi idarəsinə qarşı (üçüncü şəxs X4) daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-77/2023 nömrəli iş üzrə 30 avqust 2023-cü il tarixli qərarından iddiaçının kassasiya şikayətinə əsasən inzibati işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC-nin nizamnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin yenidən təşkili nəticəsində xx.xx.2016-cı il tarixdə “X8” MMC yaradılmışdır.
2. AR İN DVX Milli gəlirlər baş idarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli ****** ****316300 nömrəli çıxarışına görə, “X8” MMC-nin hazırkı adı İddiaçı MMC-dir, huquqi ünvanı Qazax rayonu, Daş Salahlı kəndidir. 3. “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2021-ci il tarixli 188 nömrəli müqaviləyə əsasən, icarəyəverən AR İN Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Ağstafa rayonu Pirili kəndində yerləşən 11.400 kv.m. torpaq sahəsi vulkan külü anbarının tikintisi üçün icarəçi “X8” MMC-nin icarəsinə verilmişdir. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. 4. “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2023-cü il tarixli 4340/188 nömrəli müqaviləyə əsasən icarəyəverən AR İN Əmlak Məsələləri Dövlət Xidmə ti tərəfindən Ağstafa rayonu Pirili kəndində yerləşən 11.400 kv.m. torpaq sahəsi vulkan külü anbarının tikintisi üçün icarəçi İddiaçı MMC-nin icarəsinə verilmişdir. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. 5. xx.xx.2006-cı il tarixli JN-1174 Kod 50209018 nömrəli dövlət aktına görə, Ağstafa rayonu Poylu Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 17 nömrəli qərarı ilə 0.95 ha torpaq sahəsi sahibkarlıq məqsədilə X1.
6. Ağstafa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 152 nömrəli sərəncamına əsasən, X2 fəaliyyəti ilə məşğul olması üçün Poylu Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 17 nömrəli qərarına əsasən aldığı 0.95 ha torpaq sahəsinin 120 kv.m-də bina tikməsi məqsədilə komissiya tərəfindən tərtib edilmiş akt tə sdiq edilmişdir.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa görə, Ağstafa rayonu Poylu qəsəbəsində 0.012 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X4 adına qeydiyyata alınmışdır.
8. AR İN ƏMDX DƏDKR 15 saylı Tovuz ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********82 nömrəli məktubuna əsasən, hüquqların qeydiyyatı üçün əsas kimi təqdim edilmiş torpaq sahəsinin təsdiq edilmiş yerquruluşu planında (torpaq sahəsinin sərhədləri (planı) haqqında sənəddə) qeyd edilən əsas döngə nöqtələrinin koordinantları ilə elektron baza məlumatlarına əsasən araşdırma aparılarkən məlum olmuşdur ki, qeyd edilən ərazidə daşınmaz əmlakın dövlət reyestrindən **********0 6-10301 reyestr nömrəli çıxarışa əsasən başqa şəxsə məxsus fərdi yaşayış evi mövcuddur. Yuxarıda qeyd edilənlərə əsasən ərizənin icrası mümkün olmamışdır.
9. AR İN ƏMDX DƏDKR 15 saylı Tovuz ərazi idarəsinin 10 noyabr 2021-ci il tarixli **********85 nömrəli məktubuna görə, X4 adına Ağstafa rayonu Poylu bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 17 nömrəli qərarı ilə 0,95 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsinə JN1174 nömrəli dövlət aktı tərtib edilmişdir və həmin torpaq sahəsinə Ağstafa RİH başçısının 31 may 2011-ci il tarixli 152 nömrəli sərəncamı ilə 120 kv.m. torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmiş və ********** qeydiyyat nömrəsi ilə 05 mart 2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdı r. 10. "xxxx" MMC tərəfindən hazırlanmış mütəxəssis rəyinə görə, Ağstafa rayonu Poylu Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 17 nömrəli qərarı ilə satılmış xx.xx.2006-cı il tarixli JN-1174 Kod 50209018 dövlət aktı ilə müəyyən edilmiş 0,95 hektar torpaq sahəsi torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Poylu kəndinin inzibati ərazi daxilində yerləşir. **********06-10301 reyestr nömrəli çıxarışa əsasən X4 adına olan yaşayış evinin yerləşdiyi ərazinin koordinatları Poylu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan JN-1174 nömrəli dövlət aktında olan torpaq sahəsi ilə üst-üstə düşmür, müraciətə əlavə edilmiş “X8” MMC-nin icarəsinə verilməsi nəzərdə tutulan 1.14 ha torpaq sahəsinin yerquruluşu planında olan koordinatlar ilə Poylu kə ndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan JN-1174 nömrəli dövlət aktında olan torpaq sahəsinin koordinatları üst-üstə düşmür.
11. AR İN ƏMDX DƏDKR 15 saylı Tovuz ərazi idarəsinin 16 may 2023-cü il tarixli 321-3-37/2-3764/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyinə əsasən, ********** qeydiyyat nömrəli 05 mart 2013-cü il tarixli çıxarışda qeyd olunan 0,012 ha torpaq sahəsi Ağstafa rayonu Pirili qəsəbəsində yerləşən vulkan külü anbarı kimi istifadə olunan 1,14 ha torpaq sahəsinin yerquruluşu planında qeyd olunan torpaq sahəsinin daxilində yerləşir, ********** qeydiyyat nömrəli 05 mart 2013-cü il tarixli çıxarışda qeyd olunan 0,012 ha torpaq sahəsi Poylu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan JN 1174 nömrəli dövlət aktında olan torpaq sahəsi ilə üstüstə düşmür və dövlət aktında göstərilən torpaq sahəsindən kənarda yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 adına fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 2013-cü il 05 mart tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-123/2022 nömrəli iş üzrə 16 avqust 2022ci il tarixli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən qey d əsasında verilmiş çıxarışdan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi topaq sahəsi 0,012 hektar təşkil etsə də, təyinatı göstərilməmişdir. Həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərdən görünür ki, E.Nağıyevə Poylu bələdiyyəsindən sahibkarlıq məqsədi ilə verilmiş 0,95 hektar torpaq sahəsinin 120,0 kvm hissəsində bina tikilməsinə Ağstafa Rayon İcra Hakimiyətinin başçısının sərəncamı ilə icazə verilmişdir. Torpaq sahəsindən təyinatı üzrə istifadə edimədiyi halda cavabdeh qurum yuxarıda qeyd edilən sərəncama əsasən həmin sahədə inşa edilmiş fərdi yaşayış evini qeydə almışdır.
15. Digər tərəfdən mütəxəssis rəyindən görünür ki, sözügedən fərdi yaşayış evi JN1174 nömrəli Dövlət Aktı ilə müəyyən edilmiş torpaq sahəsində də yerləşmir. Əlavə olaraq, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-3294/2021 nömrəli qərarının təsviri hissəsində şərh edilmiş mütəxəssis rəyindən görünür ki, E.Nağıyevə məxsus fərdi yaşayış evinin yerləşdiyi topraq sahəsinin koordinatları bütövlükdə "xxxx" ASC-nin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan üçüncü şəxs ondan apellyasiya şikayəti vermişdir.
17. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-77/2023 nömrəli iş üzrə 2023-cü il 30 avqust tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır (hakimlər A.İsgəndərova (sədrlik edən), R.Mamedov və Ə.Abdullayev).
18. Apellyasiya instansiya məhkəməsinin qərarının əsasla rına görə, ““Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2023-cü il tarixli, 4340/188 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 3i ünvanında yerləşən 11400.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin Müqavilənin 1.4-cü bəndində qeyd olunur ki, torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən icarəçinin hüquq və vəzifələri aşağıdakılardır: torpaq sahəsindən bu müqavilədə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; Göründüyü kimi xx.xx.2023-cü il tarixli, 4340/188 nömrəli müqaviləyə əsasən dövlət mülkiyyətində olan ünvan 3ində yerləşən 11400.0 kv.m torpaq sahəsi İddiaçı MMC-nin icarəsinə verilmişdir və həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. Hazırki iddia tələbi icarəçi tərəfindən irəli sürülmüşdür və məhkəmə tərkibi hesab edir ki, istər müqavilədə, istərsə də mülki qanunvericlikdə icarəçinin torpaq sahəsi üzərində olan mübahisəyə dair iddia irəli sürmək hüququ müəyyən olunmamışdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci hissəsinin və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun “İcarəçinin hüquqları” adlı 22-ci maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı üçüncü şəxsin etirazının dəlilləri onun apellyasiya şikayətinin dəlillərinə və apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
7. İcarə müqaviləsi
1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir;
5. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyə n edilən məsuliyyət daşıyırlar; Maddə
9. İcarə zamanı mülkiyyət
1. Əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur; Maddə
13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması
2. İcarə obyekti dövlətsizləşdirmə və özəlləşdirmə üçün açıldıqda icarə müqaviləsi ləğv edilmiş hesab olunur. Bu halda icarəçinin icarə obyektinə qoyduğu investisiyanı icarəyəverən bazar dəyəri üzrə ödəməlidir; Maddə
15. İcarəçinin əmlak hüquqlarının müdafiəsi
1. İcarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarə yəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. 23. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Torpaq icarəsi anlayışı Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir; Maddə
10. Torpaqların icarəyə verilməsinin ümumi qaydaları Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır; Maddə
11. Torpaq icarəsi müqaviləsi İcarəyəverənlə icarəçinin münasibətləri t orpaq icarəsi müqaviləsi ilə tənzimlənir; Maddə
12. Torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır; Maddə
22. İcarəçinin hüquqları İcarəçinin hüquqları aşağıdakılardır: torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; icarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə verildiyi halda həmin obyektə qoyulmuş investisiyanı icarəyəverəndən tələb etmək;... dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək;...
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərər in əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır; Maddə
707. İcarəyə götürülmüş torpağın təsviri 707.1. İcarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır; Maddə 708.1. İcarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəll ənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın; Maddə 708.3. İcarəyə verilən torpağın qüsurları və üçüncü şəxslərin torpağa iddialarının və hüquqlarının olması üçün icarəyə verənin məsuliyyətinə, habelə icarəçinin həmin qüsurlar nəticəsində əmələ gələn hüquq və vəzifələrinə bu Məcəllənin 676 və 677ci maddələrinin göstərişləri müvafiq surətdə tətbiq edilir; Maddə
676. Kirayəyə verənin məsuliyyəti 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; 676.0.3. üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın mü qavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir; Maddə
677. Əşya müqaviləyə uyğun gəlmədikdə kirayəçinin hüquqi müdafiə vasitələri 677.1. Əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər; 677.2. Əgər kirayəyə götü rülən əşyanın müqaviləyə uyğunsuzluğu kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, o bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqlardan istifadə edə bilməz. Əgər kirayəçi qüsuru bilə-bilə müqavilənin şərtlərinə uyğun gəlməyən əşyanı qəbul edirsə, bu hüquqlardan yalnız o halda istifadə edə bilər ki, əşyanı qəbul edərkən onları həyata keçirmək hüququnu özündə saxlamış olsun; 677.4. Kirayəyə verəni kirayəyə verilmiş əşyanın qüsurları üçün məsuliyyətdən azad edən və ya bu məsuliyyəti məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur, bu şərtlə ki, kirayəyə verən həmin qüsurlar barəsində qəsdən susmuş olsun.
25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir;
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır;
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edili r;
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir;
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; Maddə
66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur;
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir; Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır;
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir;
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
26. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” Bənd 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq k adastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdə n çəkinməyə dair iddia mümkün sayılır; Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrüb əsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları: “M.Bağırovun şikayəti üzrə Azərbaycan Re spublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibət lərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkə məsinin İnzibati-İqtisadi Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2017-ci il tarixli Qərar: “İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İ ddianın növü məsələsi aydınlaşdırıldıqdan sonra, ilk növbədə ayrı-ayrı iddia növlərindən asılı olaraq, iddianın mümkünlüyü məsələsinə toxunulur. Belə məsələlər həmişə iddianın əsaslılığından əvvəl yoxlanılır. Bu ondan irəli gəlir ki, iddianın mümkün olmadığı halda qəbul edilən qərarın forması (İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad) iddianın əsassız olduğuna görə rədd edildiyi zaman qəbul edilən qərarın formasından fərqli olur.... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia nö vünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığını müəyyən etməlidir. Əks yanaşma məhkəmə tərəfindən iddianın mümkün sayılmadığı halda iddiaçının yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq hüququnu məhdudlaşdıra bilər.”
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericil ikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar; Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır; Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırı lmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun; Bənd
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər; Bənd 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır; Bənd 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASL QAYDASİ a) Kassasiyanın mümkünlüyü
30. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri
31. Kassasiya şikayətində qərardadın ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. c) İşə baxılması qaydası
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası kassasiya şikayətini iş ma terialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.
34. İlk olaraq, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilm əsini nəzərdə tutur.
35. Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün prosessual məcəllələrdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, məhkəmə icraatında prosessual qaydaları tənzim edir. Prosessual məcəllələr məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə bax ılması qaydasını tənzimləyir.
36. Prosessual qanunun normaları nəinki məhkəmə icraatının gedişatını, həmçinin prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir.
37. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
38. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. “X3rşı” iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (“Luordo İtaliyaya qarşı” iş üzrə xx.xx.2003-cü il tarixli Qərar).
40. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respubl ikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı).
41. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.
42. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də iddianın məhkəmə tərəfindən mümkün sayılmasıdır.
43. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.
44. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
45. Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qan un anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır.
46. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. İddia qaldırmaq səlahiyyətinin mövcudluğundan o vaxt bəhs oluna bilər ki, inzibati akt və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulma imkanı olsun.
47. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
48. Beləliklə, inzibati prosessual qanunvericilik məhkəmələrdən tələb edir ki, onlar ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlasınlar.
49. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtl ərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
50. Bunun əksinə olaraq, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.
51. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi və yaxud təsdiq edilməsi məqsədi ilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi ilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Belə ki, şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişmə si halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun.
52. Bu kontekstdə, şikayətin “İcarə haqqında” Qanunun 15-ci (§22) və “Torpaq icarəsi haqqında” Qanunun 22-ci maddələrinin (23) tələblərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulması barədə dəlilləri əsaslı deyil. Belə ki, birincisi, Mülki Məcəllənin 149.2-ci maddəsi (§24) anlamında daşınmaz əmlaka hüquqların qeydiyyatının əsassızlığı nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş şəxs dedikdə hazırkı mübahisə üzrə torpağın mülkiyyətçisi olan Dövlət, o cüml ədən bu sahədə onun adından çıxış etmək səlahiyyətinə malik olan Əmlak Məsələləri Dövlət Xidməti (§26) başa düşülməlidir.
53. İkincisi, hər iki qanunvericilik aktının, habelə Mülki Məcəllənin (§24) bu Qərarda mətnləri verilən normalarının mənasına görə, icarəyəverənlə icarəçi arasında yaranan hüquq münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir, icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək üstündə tərəflər qanunvericilik və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Odur ki, əgər iddiaçı bağladığı icarə müqaviləsi üzrə icarəyəverənin öz vəzifələrini icra etmədiyini və ya lazımınca icra etmədiyini, yəni müqavilə ilə nəzərdə tutulan ölçüdə torpaq sahəsinin onun istifadə və sahibliyinə verilmədiyini bildirirsə, bu halda etirazlarını müqaviləni n tərəfi olan icarəyəverənə qarşı irəli sürməli idi. Belə ki, icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə və üçüncü şəxslərin torpağa iddialarından və hüquqlarından azad şəkildə vermək icarəyəverənin vəzifələrinə və məsuliyyətinə aiddir.
54. Azərbaycan Respublikasının Mülki Məcəlləsi isə bundan əlavə, icarəçidən tələb etmişdir ki, o, icarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verilən torpağın təsvirinin tərtib edilməsində iştirak etsin. Çünki tərtib edilən həmin təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilməlidir. Bu proses zamanı əgər icarəçi müqavilə şərtlərinin naturada doğrulanmadığı qənaətinə gələrsə, o halda müqavilənin bağlanmasından imtina edə bilərdi.
55. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (§25) də öz növbəsində torpaqhüquq münasibətlərinin tərəflərindən tələb edir ki, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilsin, torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılsın, torpaq sahəsinin yerquruluşu planı isə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
56. Əgər icarəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu icarəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, o, Mülki Məcəllənin 677.1-ci maddəsində (§24) müəyyənləşdi rilmiş hüquqlardan istifadə edə bilməz. Əgər icarəçi qüsuru bilə-bilə müqavilənin şərtlərinə uyğun gəlməyən əşyanı qəbul edirsə, bu hüquqlardan yalnız o halda istifadə edə bilər ki, əşyanı qəbul edərkən onları həyata keçirmək hüququnu özündə saxlamış olsun.
57. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, üçüncü şəxsin mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdiyi tikili üzərində xüsusi mülkiyyət hüququ 2013-cü ildə, yəni iddiaçının ilk icarə müqaviləsini bağladığı 2021-ci ildən 8 il əvvəl qeydiyyata alınmışdı. Bu da özlüyündə o deməkdir ki, iddiaçının icarə müqavilələrini bağlayarkən sözügedən ev barədə məlumatı vardı yaxud məlumatı olmalı idi.
58. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət ver ərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və MPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-77/2023 nömrəli iş üzrə 30 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.