Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3008/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar söz: əmək pensiyasının yenidən hesablanması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona Dövlət Feldyeger Xidmətində şöbə rəisi vəzifəsinin təminat xərcliyinə uyğun hesablanaraq təyin edilmiş əmək pensiyasının hazırda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Feldyeger Rabitəsi İdarəsinin diplomatik kuryer rabitə şöbəsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1553/2019 saylı iş üzrə 09.07.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıxx xxxx 1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə T əyinat İdarəsi dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) qarşı ona Dövlət Feldyeger Xidmətində şöbə rəisi vəzifəsinin təminat xərcliyinə uyğun hesablanaraq təyin edilmiş əmək pensiyasının hazırda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Feldyeger Rabitəsi İdarəsinin diplomatik kuryer rabitə şöbəsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsin in cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 fevral 1978-ci il tarixdən 30 dekabr 2016-cı il tarixədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feidyeger Xidmətində xidmət etmişdir. Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində vəzifəsi şöbə rəisi olmuşdur. Xidmət müddəti 48 il, 05 ay 15 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı 24 noyabr 2016-cı il tarixli Fərmanının 10-cu bəndinə əsasən Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilməsi və onun səlahiyyətlərinin Xüsusi Dövlət Mühaf izə Xidmətinə verilməsi qərara alınmışdır. Həmin Fərmanın 12.3-cu bəndinə əsasən Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Həmin Fərmanın 12.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı 24 noyabr 2016-cı il tarixli Fərmanının 12.3 və 12.4-cü bəndlərinin icrası təmin edilənədək, yənı 30 dekabr 2016-cı il tarixdə xidmət illərinə gör ə ona əmək pensiyası təyin edilmişdir. Ona əmək pensiyasının təyin edilməsindən sonra göstərilən Fərmanın icrası təmin edilərək Dövlət Feldyeger Xidmətində mövcud olmuş vəzifələr Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində mövcud olan vəzifələrə uyğunlaşdırılmışdır. Dövlət Feldyeger Xidmətində ona əmək pensiyası təyin edilərək tutmuş olduğu vəzifə hazırda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində şöbə rəisi ilə eyni vəzifədir. Lakin əmək haqqında kifayət qədər fərq vardır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 09 mart 2018-ci il tarixli 3771 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1-dən orta h esabla 10 faiz artırılması qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə əsasən, bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi, 01 yanvar 2017-ci ilə tarixdə xidmətdən tərxis olunaraq ona əmək pensiyasının təyin edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 1125 saylı 24 noyabr 2016-cı il tarixli Fərmanının 12.3 və 12.4-cü bəndlərinin icrası qaydasında Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycşn Respublikası Nazirlər Kabinetinin normtiv aktlarının bu Fərmana uyğunlaşdırılması nəticəsində onun xidmətdə olduğu zaman tutmuş olduğu vəzifəyə uyğun ödənilən vəzifə maaşı xeyli dərəcədə artırılmışdır. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci, 26-cı maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1125 saylı 24 noyabr 2016-cı il tarixli Fərmanın 10, 12-ci bəndlərinə və Azərbaycan Respublikası Prezidentinin 09 mart 2018-ci il tarixli 3771 saylı Sərəncamının 1-ci bəndinə əsaslan mışdır. Birinci instansiya məhkəməsinin 28.03.2019-cu il tarixli iş № 2-1(81)-1303/2019, (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 28.03.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 09.07.2019-cu il tarixli iş № 2-1(103)-1553/2019 (hakimlər Kəmalə Abiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin 28.03.2019-cu il tarixli qərarının dəyişdi rilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmətdən buraxıldığı gün “Xüsusi Dövlət Mühafizə xidmətinin Feldyeger Rabitəsi İdarəsinin diplomatik kuryer rabitə şöbəsinin rəisi” vəzifəsi ümumiyyətlə, hələ mövcud deyildi. İddiaçı bir gün belə olsa, həmin vəzifədə çalışmamışdır. Hazırda isə həmin vəzifənin təminat xərcliyinə uyğun olaraq pensiya tələb edir. Məhkəmə isə iddiaçının tələbini təmin edir. Qətnamədən isə belə çıxır ki, həmin normalardakı göstərişlərin yerinə yetirilməsinə ehtiyac yoxdur, pensiyanın təyin olunması üçün istinad olunan vəzifəyə dair məlumat vərəqəsi olmasa da, artımlar barədə cavabdehə hər hansı məlumat göndərilməsə də, cavabde h pensiyanı yenidən hesablamalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasıya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 iyul tarixli, 2-1(103)-1553/2019 saylı qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.07.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddi a tələbinin rədd edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 09 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İ nzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətin də qeyd etmişdir ki, iddiaçı hərbi xidmətdən buraxıldığı gün “Xüsusi Dövlət Mühafizə xidmətinin Feldyeger Rabitəsi İdarəsinin diplomatik kuryer rabitə şöbəsinin rəisi” vəzifəsi ümumiyyətlə, hələ mövcud deyildi. İddiaçı bir gün belə olsa, həmin vəzifədə çalışmamışdır. Hazırda isə həmin vəzifənin təminat xərcliyinə uyğun olaraq pensiya tələb edir. Məhkəmə isə iddiaçının tələbini təmin edir. Qətnamədən isə belə çıxır ki, həmin normalardakı göstərişlərin yerinə yetirilməsinə ehtiyac yoxdur, pensiyanın təyin olunması üçün istinad olunan vəzifəyə dair məlumat vərəqəsi olmasa da, artımlar barədə cavabdehə hər hansı məlumat göndərilməsə də, cavabdeh pensiyanı yenidən hesablamalıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə ol unmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikasının“Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndində müəyyən edilmişdir ki, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - (...) Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - (...) Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Göründüyü kimi, həm Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə, həm də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxslərə pe nsiya təyin olunarkən təminat xərcliyinin müəyyən edilməsi zəruri olmuşdur. Hazırkı mübahisə, mövcud olmayan dövlət orqanının ştat strukturuna aid vəzifələrin mövcud olan digər dövlət orqanının ştat strukturundakı vəzifələrə uyğunlaşdırılması ilə bağlı deyildir və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hər hansı qərar qəbul edilməmişdir. “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1125 saylı Fərmanının 10-cu bəndində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin səlahiyyətlərinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilməsi nəzərdə tutulduğundan əvvəlki vəzifəyə aid səlahiy yətlərin mövcud vəziyyətdə hansı vəzifəli şəxs tərəfindən icra edilməsi Xüsusi Dövlət Mühafizə Xidmətinə aid olan məsələdir. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 6-cı maddəsində inzibati orqanın hüquqi yardım üçün müraciət etdiyi hallar göstərilmişdir. Həmin maddənin tələbinə görə hüquqi və faktiki xarakterli səbəblər üzündən hər hansı hərəkəti müstəqil həyata keçirmək iqtidarında olmadığı hallarda (6.0.1-ci maddə); müəyyən məsələnin həlli üçün ona məlum olmayan və özünün müstəqil olaraq müəyyən edə bilmədiyi faktlar tələb olunduğu hallarda (6.0.2-ci maddə); müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və ya digər sübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında olduğu hallarda (6.0.3-cü maddə)... Qanunverici müəyyən məsə lənin həlli üçün (iddiaçının pensiyası məbləğinin hesablanması üçün) cavabdeh inzibati orqana müəyyən faktların əldə edilməsi ilə bağlı müraciət etmək səlahiyyəti vermişdir. İddiaçının pensiyasının hesablanması cavabdeh tərəfindən həyata keçirildyi üçün pensiyanın məbləğində olan artımları, həmçinin pensiyanın yenidən hesablanmasını müəyyən etmək səlahiyyəti cavabdehə məxsusdur və cavabdeh “İnzibati icraat haqqında” Qanunun 6-cı maddəsinin tələbləri qaydasında, müəyyən məlumatların əldə edilməsi məqsədilə Xüsusi Dövlət Mühafizə Xidmətinə müraciət edə bilər. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməs inin 09.07.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.07.2019-cu il tarixli 21(103)-1553/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3008/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3008/2019
16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver