Məhkəmə qərarları › İş №2-1(102)-3009/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3009/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3009/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilmə vaxtı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İd arəsinə qarşı “dəqiqləşmiş vergi bəyannaməsinin təqdim edilməsi üçün şərait yaradılması tələbinə dair” inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2024-cü il tarixli, 2-1(103)1538/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi üçün şərait yaradılmasını xahiş etmişdir.

2. Cavabdeh 01 aprel 2023-cü il tarixdə müraciətə cavab olaraq bildirmişdir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergiləri, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əzəvləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsi üçün şərait yaradılması vəzifəsini n cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş 22 dekabr 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar əsasında müəssisəyə ümumilikdə 739605,98 manat əlavə vergi məbləği və 373255,05 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin xüsusatla bağlı Vergi Cinayətlərinin İbtidai araşdırılması Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 213.3-cü maddəsinə əsasən (xüsusi ilə külli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma) ********* nömrəli cinayət işi başlanmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 5(011)- 314/2022 saylı qərarına əsasən ********* nömrəli cinayət işi üzrə ünvan 1 ünvanında axtarışın aparılmasının və "xxxx" MMC-nin fəaliyyətini əks etdirən cinayət işi üçün əhəmiyyət kəsb edən sənədlərin, elektron məlumatların, elektron informasiya daşıyıcılarının götürülməsi növündə istintaq hərəkətlərinin aparılmasına icazə verilmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında axtarış və götürmə tədbiri həyata keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2021ci il tarixli 2-1(112)-3725/2021 saylı qərarına əsasən 22 dekabr 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ƏDV və mənfəət vergisinin hesablanması və həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi hissəs ində ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(103)-1315/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli 2-1(112)-3725/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102) -271/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(103)-1315/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. ********* nömrəli cinayət işi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla xitam verilmiş və 28 mart 2023-cü il tarixli maddi sübutların qaytarılması barədə Protokola əsasən xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında axtarış və götürmə tədbiri zamanı müvafiq sənədlər, prosessorlar və kompüterlər geri qa ytarılmışdır.

5. Cavabdeh tərəfindən 22 dekabr 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunduqdan sonra müəssisənin bank hesablarına sərəncam qoyulmuş, əsassız hesablanmış vergi ərizəni imzalayan şəxs haqqında məlumat: məbləğinin müəssisənin bank hesabından silinməsi təmin edilmiş, nəticədə müəssisənin fəaliyyəti iflic hala düşmüş və müəssisə fəaliyyətini dayandırmışdır. 2021-ci ilin sonunda müəyyən olunmuşdur ki, 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi zərurəti yaranmışdır. Lakin, müəssisənin hesabat sənədləri, o cümlədən uçot məlumatları saxlanılan kompüterlər ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə ke çirilmiş axtarış və götürmə zamanı götürüldüyündən sözügedən dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi mümkün olmamışdır. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Lakin, vergi orqanının apardığı istintaq hərəkət ləri nəticəsində onun 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüşdür. Həmin bəyannamələrin təqdim edilə bilməməsi, vergi orqanlarının əsassız hesablamaları ilə iflic vəziyyətə düşmüş müəssisədə əlavə vergi öhdəlikləri yaratmışdır.

6. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı 2019-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş HU seriyalı 226400 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə (**********)-a 102.39 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz, o cümlədən, İG seriyalı 582068, 430054, 5 82070 və 727306 nömrəli VHF-lər üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olması səbəbindən kənarlaşma yaranmışdır. Həmçinin təqdim edilmiş bəyannamənin 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 67.892,78 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 63.986,41 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********939 500 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin dekabr ayı ƏDV üzrə 6698,54 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Sözügedən Qərar vergi ödəyicisi tərəfindən elə həmin tarixdə, yəni xx.xx.2020-ci ildə oxunmuşdur. Bununla yanaşı, vergi ödəyicisi iddia ərizəsində qeyd edir ki, müəssisənin hesabat sənədləri, o cüml ədən, uçot məlumatları saxlanılan kompüterlər ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş axtarış və götürmə zamanı götürüldüyündən sözügedən bəyannamələrin təqdim edilməsi mümkün olmamışdır. “AER COMPANY QRUP" MMC-də səyyar vergi yoxlaması ilə hesablanmış 2017-2018-ci illər üzrə 99781,71 manat mənfəət vergisi, 2017-ci ilin aprel, iyun-iyul, oktyabr, dekabr, 2018-ci ilin aprel, iyun, oktyabr-dekabr, 2019-cu ilin fevral, apreliyun və avqust ayları üzrə 639488,27 manat əlavə dəyər vergisi, 2017-ci ilin 1-ci 2018-ci ilin 4-cü rübləri üzrə 336,0 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də 2019-cu ilin yanvar ayı üzrə 0,01 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə, xüsusi ilə külli miqdar təşkil edən 739605,99 manat məbləğində ve rgilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2021-ci ildə AR CM-nin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, ibtidai araşdırma aparılmış və xx.xx.2023-cü ildə həmin cinayət işi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, cinayət işi 2019-cu ilin mənfəət vergisi və 2019-cu ilin dekabr ayının əlavə dəyər vergisi üzrə hesablamaları əhatə etmir. Belə olan halda, həmin dövrlər üzrə bəyannamələrin vaxtında təqdim edilməməsi əsası mövcud deyildir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbi “E-taxes.gov.az internet vergi portalında 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyann amələrinin təqdim edilməsi üçün şərait yaradılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11845/2023 saylı, 30 noyabr 2023-cü il qərarı ilə (hakim X3) iddia təmin edilmiş, İddiaçı MMC-yə “E-taxes.gov.az” internet vergi portalında 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsi üçün şərait yaradılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 5(011)-314/2022 saylı qərarına əsasən ********* nömrəli cinayət işi üzrə ünvan 1 ünvanında axtarışın aparılmasının və İddiaçı MMC-nin fəaliyyətini əks etdirən cinayət işi üçün əhəmiyyət kəsb edən sənədlərin, elektron məlumatların, elektron informasiya daşıyıcılarının götürülməsi növündə istintaq hərəkətlərinin aparılmasına icazə verilmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında axtarış və götürmə tədbiri həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maddi sübutların qaytarılması barədə protokola əsasən xx.xx.2022-ci il tarixdə aparılmış İddiaçı MMC-yə aid maddi sübutlar qaytarılmışdır. 10. xx.xx.2023-cü il tarixli maddi sübutların qaytarılması barədə protokolda “Göy rəngli qovluğun” üzərində “Şəbəkə 2019 Akt” adlı söz yazılmış, həmin qovluğa baxış zamanı İddiaçı MMC-yə aid 2019-cu ilin müxtəlif aylarına aid hesabat sənədləri qeyd edilmişd ir. Həmçinin İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər hansı əməliyyat aparılmayıb. İddiaçının 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməməsi məhz 2019-cu ilə dair hər hansı sənədlərin onun sərəncamında olmaması səbəbindən olmuşdur.

11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1538/2024 nömrəli, 04 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər X2 /məruzəçi/, X1 və X4) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11845/2023 saylı, 30 noyabr 2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində Vergi Məcəlləsinin 23, 24, 37 və 94-cü maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.

16. Belə ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə nəzərə alınmışdır. Eyni zamanda, aparılmış araşdırma zamanı 2019-ci i lin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş HU seriyalı 226400 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə (********** )-a 102.39 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz, o cümlədən, İG seriyalı 582068, 430054, 582070 və 727306 nömrəli VHF-lər üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olması səbəbindən kənarlaşma yaranmışdır. Həmçinin, təqdim edilmiş bəyannamənin 308-ci "VM 175.1 -ci maddəsinə əsasən, alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab- fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 67.892,78 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 63.986,41 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır.

17. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin dekabr ayı ƏDV üzrə 6698,54 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********784300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Sözügedən Qərar vergi ödəyicisi tərəfindən elə həmin tarixdə, yəni xx.xx.2020-ci ildə oxunmuş, qanunvericiliklə nəzərdə tutulan müddət ərzində mübahisələndirilməmişdir.

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cinayət işi həmin dövrü əhatə etməsə də, iddiaçıda 2019-cu ilə aid hesabat sənədləri olmadığından, dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi mümkün olmamışdır. Cavabdeh orqan tərəfindən isə 2019-cu il tarixə müəssisənin hesabat sənədləri, o cümlədən, uçot məlumatları saxlanılan kompüterlərin iddiaçıda olması sübuta yetirilə bilməmişdir. Lakin bu qanuni sayıla bilməz. Belə ki, “AER COMPANY QRUP" MMC-də səyyar vergi yoxlaması ilə hesa blanmış 20172018-ci illər üzrə 99781,71 manat mənfəət vergisi, 2017-ci ilin aprel, iyun-iyul, oktyabr, dekabr, 2018-ci ilin aprel, iyun, oktyabr-dekabr, 2019-cu ilin fevral, aprel-iyun və avqust ayları üzrə 639488,27 manat əlavə dəyər vergisi, 2017-ci ilin 1-ci-2018-ci ilin 4-cü rübləri üzrə 336,0 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də 2019-cu ilin yanvar ayı üzrə 0,01 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə, xüsusi ilə külli miqdar təşkil edən 739605,99 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2021-ci ildə AR CM-nin 213.3- cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, ibtidai araşdırma aparılmış və xx.xx.2023-cü ildə həmin cinayət işi üzrə icraata xitam verilmişdir.

19. Göründüyü kimi, cinayət işi 2019-cu ilin mənfəət vergisi və 2019-cu ilin mənfəət vergisi və 2019-cu ilin dekabr ayının əlavə dəyər vergisi üzrə hesablamaları əhatə etmir. Məhkəmə iddiaçıda 2019-cu ilə aid hesabat sənədləri olmadığını qeyd etsə də, bu dəlili əsaslandırmamışdır. Belə olan halda həmin dövrlər üzrə bəyannamələrin vaxtında təqdim edilməməsi əsası mövcud deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məc əllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə

72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir.... 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtınd a təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Maddə

85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.2. Vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir.... 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faiz lərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəlləni n 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesabla nmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə

149. Bəyannamənin verilməsi 149.1. Aşağıdakı vergi ödəyiciləri bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər: 149.1.1. rezident müəssisələr; 149.1.2. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər; 149.1.3. vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər; 149.1.3-1. bu Məcəllənin 149.1.3-cü maddəsində göstərilən qeyri-rezident şəxsin təyin etdiyi vergi agenti; 149.1.4. xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər; 149.1.5. sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları. 149.2. Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. 149.3. Vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Vergi ilində fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisi həmin vergi ilində fəaliyyətini təkrar bərpa edərsə bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına dəqiqləşdirilmiş bəyannamə təqdim etməlidir. 149.3 (əvvəlki redaksiya) Vergi ödəyicisi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda, 30 gün müddətində vergi orqanlarına b əyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir. Maddə

177. Bəyannamələrin verilməsi və ƏDV-nin ödənilməsi 177.1. Vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. 177.2. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi bu Məcəllədə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hal larda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv e dərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş üzrə ma terialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı E-taxes.gov.az internet vergi portalında 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edi lməsi üçün şərait yaradılmasına nail olmaqdan ibarətdir. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsi üçün şərait yaradılmasından imtina edən cavabdeh inzibati orqanın hərəkətlərinin qanuni olmaması qənaətinə gəlmişlər.

28. Məhkəmə kollegiyası iddiaçının, eləcə də onun mövqeyi ilə razılaşan məhkəmələrin gəlmiş olduğu nəticəni qanuna ziddi hesab edərək bildirir ki, cavabdeh inzibati orqan iddiaçıya dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsi üçün şərait yaradılmasından imtina edərkən qanuna müvafiq hərəkət etmişdir.

29. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.

30. Vergi qanunvericiliyinin tələbinə əsasən vergi ödəyicisinin əsas vəzifəsi Vergi Məcəlləsi ilə müə yyən edilmiş qaydada və müddətdə vergi hesabatını təqdim etməkdir.

31. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən 2019-cu ilin dekabr ayı üzrə təqdim edilmiş bəyannamələrində müəyyən kənarlaşmaların olması əsası ilə cavabdeh inzibati orqan tərəfindən uyğunsuzluq məktubu göndərilmişdir. Lakin iddiaçı uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmişdir. Məhz bundan sonra inzibati orqan Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin dekabr ayı ƏDV üzrə 6698,54 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********784300 nömrəli “Ver gilərin hesablanması barədə” Qərar göndərilmişdir (iş vər 31).

32. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin yuxarıda bəhs edilən normalarına istinad edərək bildirir ki, qanunvericiliyin tələbinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.

33. Yuxarıda da qeyd edildiyi kimi vergi ödəyici müəyyən edilmiş vaxtadək dəqiqləşdirilmiş hesabat təqdim etməmişdir.

34. Vergi Məcəlləsinin 38-ci maddəsinin tələbinə görə təyin edilmiş müddət başa çatdıqdan sonra bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə y enidən kameral vergi yoxlaması keçirilə bilməz.

35. Odur ki, cavabdeh inzibati orqanın dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsi üçün şərait yaradılmasından imtina etməsi qanunidir.

36. Eyni zamanda məhkəmə qərarlarından görünür ki, məhkəmələr iddia tələbini təmin edərkən iddiaçının iddia ərizəsindəki dəlilini rəhbər tutmuşlar. İddia ərizəsində qeyd edilmişdir ki, müəssisənin hesabat sənədləri, o cümlədən uçot məlumatları saxlanılan kompyuterlər ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş axtarış və götürmə zamanı götürüldüyündən sözügedən dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi mümkün olmamışdır.

37. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu hissədə də gəlmiş olduğu nəticə ilə razılaşmayaraq bildirir ki, “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərar 25 avqust 2020-ci il tarixdə qəbul edilmişdir (iş vər 31).

38. İddiaçıya məxsus olan kompüter, noutbook və digər sənədlər 28 iyun 2022-ci il tarixdə aparılmış axtarış və götürmə zamanı rəsmiləşdirilərək götürülmüşdür. Bu hal iş materiallarına əlavə edilmiş “Maddi sübutların qaytarılması barədə” 28 mart 2023-cü il tarixli Protokolda qeyd edilmişdir (iş vər 3)

39. Beləliklə, yuxarıda qeyd edilmiş sənədlərdən görünür ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi kompüter “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” 25 avqust 2020-ci il tarixli Qərar qəbul edildikdən 2 il sonra, yəni 28 iyun 2022-ci il tarixdə götürülmüşdür. Bu da ona dəlalət edir ki, iddiaçının dəqiqləşdirilmiş bəyannamələrin tə qdim edə bilməməsi kompüterin götürülməsi ilə əlaqədar olmamışdır.

40. Bundan əlavə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir.

41. Məhkəmə kollegiyası bildirir ki, mübahisə predmeti 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2 019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri olduğundan vergi ödəyicisi müraciət etdikdən sonra dəqiqləşdirilmiş bəyannamə təqdim etsə belə, Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan 3 illik müddət bitdiyindən vergi orqanı həmin dövr üzrə iddiaçı ilə bağlı vergini (yenidən) hesablamaq səlahiyyətində olmayacaq.

42. Beləliklə, yuxarıda hallara qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı məhkəmələrin mövqeyi qanununvericiliyin müddəaları ilə ziddiyyət təşkil etmiş, qərar qəbul edilərkən Vergi Məcəlləsinin yuxarıda sadalanan normaların tələblərinə əməl edilməmişdir.

43. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, idd ia təmin olunmamalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2024-cü il tarixli 21(103)-1538/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "dəqiqləşmiş vergi bəyannaməsinin təqdim edilməsi üçün şərait yaradılması" tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar