Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3014/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyiciləri siyahısından çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri si yahısından çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyul 2024-cü il tarixli, 2-1(103)-1824/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2022-ci il tarixdən mebellərin topdan satışı fəaliyyəti ilə məşğul olur və onun fəaliyyət göstərdiyi obyekt “satış ofisi” kimi qeydiyyata alınmışdır.
2. Cavabdehin xx.xx.2022-ci il tarixli **********177500 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarı ilə iddiaçı Meyarların 2.1.3-cü yarımbəndinə əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. (Əsası: qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyek tinin (obyektinin) olmadığı müəyyən edilmişdir).
3. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən 1 il müddətində anbar sahəsi icarəyə götürərək təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınması və iddiaçını riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün vergi orqanına müraciət etsə də, vergi orqanı imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X2 üz rə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********177500 saylı qərara əsasən İddiaçı MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: 2.13. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil ve rilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla). Yuxarıda göstərilənlər barəsində tərəflərindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. Nəzərə çatdırırlar ki, müəssisələri xx.xx.2022-ci il tarixindən əsas fəaliyyət kodu ******* (Mebellərə üzrə çəkmə, mebellərin təmiri və bərpası (ofis mebəlləri daxil olmaqla)) olmaqla fəaliyyət göstərir. Əsas fəaliyyət kodundan başqa “mebellərin topdan satışı” fəaliyyəti ilə də məşğuldurlar. İddiaçı qeyd edir ki, mallar mal satdıqları vergi ödəyicilərinə birbaşa mal aldıqları vergi ödəyicilərinin anbarından təqdim olunur. Bu səbəbdən hazırda fəaliyyət göstərdikləri obyekt “Satış ofisi'’ kimi qeydiyyata alınmışdır. Müəssisə 2022-ci ilin noyabr ayında riskli vergi ödəyiciləri siyahısına (2.1.3 saylı risk meyarı) daxil edilmişdir. Vergi Məcəlləsi və digər qanunvericilik aktlarının tələbləri nəzərə alınaraq fəaliyyət sahələrinə uyğun obyekt qeydiyyata qoyulmuşdur. Mikro sahibkar olaraq yeni fəaliyyətə başladıqları bir dövrdə müəssisələrinin riskli vergi ödəyicisi siyahısına salınması onların iqtisadi fəaliyyətlərinə və mebel sahəsində yeni formalaşan imiclərinə mənfi təsir göstərdi. Hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərar tamamilə əsassız olduğundan ləğv edilməli və riskli vergi ödəyiciləri siyahısından çıxarılması təmin edilməlidir. Riskli vergi ödəyicisi hesab edilmələri barədə qəbul edilmiş qərarda qeyd edilən əsaslar tərəflərindən aradan qaldırılmışdır. Lakin, bu kimi hallar vergi orqanı tərəfindən nəzərə alınmamış və riskli vergi ödəyicisi siyahısından çıxarılmamışdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13617/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş və İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, iddiaçı həmin qərardan sonra cavabdeh inzibati orqana dəfələrlə ərizə ilə müraciət edərək müəssisənin əsas fəaliyyət növünün (mebellərin topdan satışı) ilə qeydiyyatda olan təsərrüfat obyekti (satış ofisi) ar asında heç bir uyğunsuzluq olmadığını, müəssisənin topdan satış fəaliyyəti ilə məşğul olduğu üçün satış ofisində alıcıların sifarişlərinin götürüldüyünü və müəssisənin istehsal fəaliyyəti olmadığı üçün qeyd edilən sifarişlərin digər müəssisələrdən rəsmi şəkildə sifariş edilməsini və həmin müəssisələr tərəfindən birbaşa alıcının ünvanına çatdırılmasını bildirsə də, cavabdeh inzibati orqan tərəfindən iddiaçının bu dəlilləri nəzərə alınmayaraq ümumiyyətlə işin halları hər tərəfli araşdırılmayaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmçinin, iddiaçı tərəfindən müraciəti təmin olunmadıqdan sonra anbar sahəsinin icarəyə götürülməsi barədə müqavilə bağlanılaraq vergi orqanına müraciət edilsə də, müxtəlif səbəblərdən iddiaçının müraciətinin təmin edilməsindən imtina edil mişdir
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyul 2024-cü il tarixli, 21(103)-1824/2024 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, E.Əliyev və X.Cəmilova) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-13617/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı özünün sahibkarlıq fəaliyyətinin yalnız “mebellərin topdan satışı” fəaliyyəti üzrə sifariş qəbul edib satışı təşkil etməkdən ibarət olduğunu bildirsə də, təqdim edilmiş müqavilələr üzrə faktiki olaraq müxtəlif geyim məhsulları üzrə satış həyata keçirdiyini, həmçinin dizayn xidməti göstərdiyini etiraf etmişdir. İddiaçı faktiki olaraq vergi orqanına bəyan etdiyi əsas və əlavə fəaliyyət növlərindən başqa, hər hansı mənbə göstərmədən müxtəlif geyimlərin satışı və dizayn xidməti göstərmişdir ki, bu da özlüyündə onun riskli əməliyyatlar həyata keçirməsini bir daha sübut edir. İddiaçı ərizəsində istehsal fəaliyyəti ilə məşğul olmadığı üçün adına anbar qeydiyyata alınmasına zərurət olmadığını qeyd etsə də, sonradan müxtəlif tarixlərdə -xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə vergi orqanına “anbar” qeydiyyatı ilə bağlı müraciətlər ünvanlamışdır. Vergi orqanı isə yuxarıda qeyd olunan müraciətlərin tarixinə uyğun olaraq xx.x x.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə vergi ödəyicisinə səbəbləri göstərilməklə obyekt qeydiyyatının mümkün olmaması barədə məlumat vermişdir.
11. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na istinad etmişdir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərarda əsas olaraq müəssisənin təsərr üfat subyektinin olmaması qeyd edilmişdir. Məhkəmənin fəaliyyət növü barədə dəlili hazırkı işə aidiyyəti yoxdur.
14. Cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə əsasən iddiaçının təsərrüfat subyekti faktiki qeydiyyata alınmışdır. Vergi orqanının baxış keçirdiyi fəaliyyət növünün uyğun olmadığı qeyd edilmişdir. Lakin, apellyasiya şikayətinə vergi orqanı əməkdaşlarının baxış keçirilməsi barədə qərarı, baxış protokolu, hansı fəaliyyətin aşkar edilməsi barədə akt məhkəməyə təqdim edilməmişdir. Cünki, mövcud olmamışdır. Yəni vergi orqanı tərəfindən yoxlama keçirilməsi barədə hər hansı qərar qəbul edilərək müəssisədə yoxlama keçirilməmişdir.
15. Kassator “İnzibati icraat haqqında” Qanunun 19.1, 19.2, 24.1, 24.2, 47.1, 67.1, 67.2, 67.3-cü maddələrinə istinad etmişdir. b. Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Vergi Məcəlləsi: Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
18. Azərbaycan Respublikası Nazirlər Kabinetin in 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınd a Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2. 1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olm ayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur. 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
19. İnzibati P rosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kas sasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığı üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, həmin instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməli, iddia təmin olunmalıdır.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmi n edilməsini şərtləndirən əsaslar aşağıdakılardır.
24. İşdən görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına yönəlmişdir.
25. Qeyd edilməlidir ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********177500 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarı ilə iddiaçı qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı üçün riskli vergi ödəyicisi hesab edilmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmi şdir. Qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hallarını (meyarlarını) tənzimləməsə də, bu, müvafiq qərarın qəbul edilməməsi üçün əsas ola bilməz. Çünki müvafiq tənzimləməni təmin etmək üçün zəruri tədbirlərin görülməsi vergi sahəsində dövlət siyasətini həyata keçirən cavabdeh orqanın vəzifəsidir və qanunvericilikdəki bu boşluq vergi ödəyicisinin hüquqlarının pozulmasına səbəb ola bilməz.
27. Bununla belə, vergi ödəyicisi tərəfindən onun riskli hesab edilməsinə əsas olan hallar aradan qaldırıldıqda, riskli vergi ödəyicisi hesab edilmə barədə qərar ləğv edilmədən həmin vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməlidir (şübhəsiz ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilmə barədə qərarda göstərilənlər lə razılaşmadığı və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia etməklə onu mübahisələndirdiyi hallar istisna olmaqla).
28. Lakin vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması məsələsi həll edilərkən əsas diqqət yetirilməli məqam vergi ödəyicisi tərəfindən həqiqətən də onun riskli hesab edilməsinə əsas olan halların aradan qaldırılıb-qaldırılmaması ilə bağlıdır.
29. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********177500 nömrəli qərarda iddiaçının riskli vergi ödəyicisi hesab olunmasına əsas vergi ödəyicisinin qeydiyyatda olan anbarının və ya digər təsərrüfat subyektinin olmaması göstərilmiş və bu səbəbdən qeyd edilən qərar qəbul edilmişdir.
30. İddia çı tərəfindən həmin hal aradan qaldırılaraq xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 1 il müddətində anbar sahəsi icarəyə götürərək təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınması üçün vergi orqanına müraciət etmiş və onun riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasını xahiş etmişdir.
31. Lakin vergi orqanı həm təsərrüfat subyektinin qeydiyyata almaqdan imtina etmiş, bundan əlavə iddiaçının həmçinin uçot baza məlumatları üzrə kənarlaşmaların mövcud olduğunu bildirmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd etdiyi uçot baza məlumatları üzrə kənarlaşmaların mövcud olması iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi üçün əsas təşkil etməmiş, həmin qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraatın predmeti o lmamışdır. Əgər cavabdeh həmin əsaslarda iddiaçının apardığı əməliyyatı riskli əməliyyatlara aid edirsə, onda, bununla bağlı yeni qərar qəbul etməli və iddiaçını qeyd edilən əsaslarla yenidən riskli vergi ödəyicilərinin siyahısına daxil etməlidir.
33. Beləliklə, iddiaçı tərəfindən anbar sahəsinin icarəyə götürülməsi barədə müqavilə bağlanılaraq vergi orqanına müraciət edildiyindən qərarın qəbul edilməsinə əsas olan hallar iddiaçı tərəfindən aradan qaldırılmışdır.
34. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyul 2024-cü il tarixli 2-1(103)-1824/2024 nömrəli qərarı ləğv edilməli, iddia təmin edilərək iddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə yeni qərar qəbul edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən, mə hkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyul 2024-cü il tarixli 21(103)-1824/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulsun. Qərar qətidir.