Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3025/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; ilkin olaraq inzibati orqana müraciət edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “cavabdeh tərəfindən vaksinə əks göstəriş sertifikatının vaxtında verilməməsi səbəbindən iş yerindən ödənilməmiş əmək haqqının və dəymiş maddi və mənəvi ziyanın ödəni lməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyul 2024-cü il tarixli, 2-1(105)-721/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vaksinə əks göstəriş sertifikatının vaxtında verilməməsi səbəbindən işyerindən ödənilməmiş əmək haqqının və dəymiş maddi və mənəvi zyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Covid- 1 virusuna qarşı əks göstəriş sertifik atının təqdim etməməsi səbəbindən 2021-ci ilin oktyabr ayında işlədiyi “Kontakt Home” mağazalar şəbəkəsindən işdən çıxarılmışdır. Belə ki, o, Səhiyyə Nazirliyinə həmin əks göstəriş sertifikatının alınması üçün müraciət etsə də, həmin sertifikat ona vaxtında təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı işdən çıxarılmışdır. Bununla bağlı iddiaçı itirdiyi əmək haqqını və dəymiş maddi və mənəvi ziyanın ödənilməsini cavabdehdən tutulmasını tələb edir.
3. Sumqayıt İnzibati Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 2-1(118)-252/2024 nömrəli qərardadı ilə (hakim V.Əzizova) iddia mümkün sayılmamışdır.
4. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əmək haqqının və ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün cavabdeh inzibati orqana yazı lı qaydada müraciət etməmiş və həmin orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından yazılı qaydada imtina edilməmişdir. Bununla bağlı iddiaçının bir neçə orqanlara və instansiyalara müraciətləri iş materiallarına əlavə edilmişdir. Lakin məhz cavabdeh orqana müvafiq müraciətləri aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya inst ansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyul 2024-cü il tarixli, 2-1(105)-721/2024 nömrəli qərardadı ilə (hakimlər: İ.Quliyev – sədrlik edən və məruzəçi, G.Cabbarova və M.Hüseynov) apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlər inin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sairə) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarının qeyd edilən tələblərindən müəyyən edildiyi kimi hazırki halda vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia növü üzrə iddia o halda mümkün sayıla bilər ki, iddiaçı tərəfindən əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edildiyi, inzibati orqanın onun müraciətinin təmin olunmasından imtina edildiyi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətinin cavablandırılmadığı müəyyən edilmiş olsun. Göründüyü kimi vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqq ında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İşin qeyd olunan hallarından görünür ki, iddiaçı iş yerindən ödənilməmiş əmək haqqının və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmiş, bununla da iddianın xüsusi mümkünlük şərtini yerinə yetirməmişdir.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən İPM-in 12, 13, 80-ci və MPM -in 64.2, 97.1-ci maddələrinin pozulmasını bildirmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsasland ırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
12. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixl i qərarı. 13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tut ulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilm işdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məs ələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
19. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı apellyasi ya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. Hazırkı qərarın 13-cü bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
21. Nəzərə alınmalıdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məc buretmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
22. Hazırkı işin hallarına görə iddiaçı cavabdehə müraciət edərək ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini xahiş edir.
23. Plenum qərarının yuxarıda qeyd edilən tələblərindən müəyyən edildiyi kimi hazırki halda vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia növü üzrə iddia o halda mümkün sayıla bilər ki, iddiaçı tərəfindən əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edildiyi, inzibati orqanın onun müraciətinin təmin olunmasından imtina edildiyi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun m üraciətinin cavablandırılmadığı müəyyən edilmiş olsun.
24. Məhkəmə kollegiyası hesab edir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi də hazırkı iddianın mümkün sayılmamasını iddiaçının məhkəməyə qədər əvvəlcə inzibati orqanlara – cavabdehlərə müraciət etməməsi ilə əsaslandırmaqla düzgün nəticəyə gəlmişdir.
25. Belə ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl eyni tələblə cavabdehlərə müraciət etməsi müəyyən olunmur.
26. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya instansiaysı məhkəməsi tərəfindən hüquq normaları pozulmamışdır. Odur ki, qərardad dəyişdirilmədən saxla nılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyul 2024-cü il tarixli, 2-1(105)-721/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.