Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-304/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi əməliyyatlarda həlak olma ilə əlaqədar birdəfəlik kompensasiyanın hansı dövrün təminat xərcliyinə əsasən ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X5, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaç ı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialı, bundan sonra üçüncü şəxs) “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1244/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının mərhum əri, Sabunçu RPİ-nin 13-cü PB-nin sabiq əməliyyat müvəkkili, polis kapitanı X6 xidməti vəzifəsinin icrası zamanı Azərbaycan Respublikasının ərazi bütövl üyü uğrunda gedən döyüşlərdə həlak olmuş, xx.xx.1992-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X7rşı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sabiq əməliyyat müvəkkili polis kapitanı X4 hərbi əməliyyatlarda həlak olması ilə əlaqədar birdəfəlik kompensasiyanın iddiaçıya ödənilməsi ilə əlaqədar iddiası təmin edilmişdir. Qərar qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.
3. Məhkəmə qərarının icrası ilə əlaqədar olaraq X4 ailəsinə xidmət etdiyi vəzifənin 2009-cu ildə (pensiyanın son ödəniş ili) aylıq 302 manat təminat xərcliyinin 70 misli miqdarında, yəni 21.140,0 manat məbləğində kompensasiya hesabl anıb ödənilmişdir. Kompensasiyanın məbləği hesablanarkən iddiaçının azyaşlı övladına sonuncu dəfə ailə başçısını itirməyə görə pensiya ödənilən 2009-cu ildə mövcud olmuş təminat xərcliyi əsas götürülmüşdür.
4. İddiaçı tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına izah verilməsi ilə bağlı müraciət olunmuş, məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014cü il tarixli 2-1(81)-599/2014 saylı qərarının icra edilməsi səbəbindən həmin qərara izah verilməsinin mümkün olmaması əsası ilə ərizə rədd edilmişdir.
5. İddiaçı tərəfindən məhkəməyə müraciət olunaraq 2017-ci ilin təminat xərcliyi əsas götürülməklə verilmiş kompensasiyanın hesablanması ilə bağlı iddia qaldırılmış, birinci instansiya məhkəm əsi tərəfindən iddia tələbi rədd edilmiş və iddiaçı tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı xx xxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sabiq polis kapitanı X4 hərbi əməliyyatlarda həlak olması ilə əlaqədar birdəfəlik kompensasiyanın ödənilməmiş hissəsinin, yəni 12589 manat məbləğində pul vəsaitinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırmışdır ki, məhkəmə qərarı icra edilərkən kompensasiya məbləği düzgün hesablanmamışdır. Belə ki, həmin ko mpensasiya məbləği hesablanarkən mərhum X4 aylıq təminat xərclərinin 70 (yetmiş) misli deyil, kiçik qızı X3, şəhid ailəsi üzvü kimi təyin edilmiş pensiya məbləğinin 70 misli miqdarında kompensasiya hesablanaraq ödənilmişdir. Onun qənaətinə görə, kompensasiya məbləği 2009-cu ildəki təminat xərcliyindən deyil, kompensasiyanın ödənilməsini cavabdehə həvalə etmiş məhkəmə qərarının qəbul edildiyi 2014-cü ildəki təminat xərcliyindən hesablanmalı idi. Cavabdeh tərəfindən buna əməl olunmadığından, yəni kompensasiya məbləği tam ödənilmədiyindən, kompensasiyanın ödənilməmiş hissəsi hesablanarkən kompensasiyanın ümumi məbləği mübahisənin yarandığı 2014-cü ildəki təminat xərcliyi əsas götürülərək hesablanmalıdır.
8. Cavabdeh iddia ərizəsi ilə bağlı yazılı münasibətini təqdim edərək qeyd etmişdir ki, i ddiaçının həyat yoldaşı Sabunçu RPİ-nin 13-cü PB-nin sabiq əməliyyat müvəkkili, polis kapitanı mərhum X4 xidməti vəzifələrin icrası zamanı həlak olması ilə əlaqədar iki azyaşlı övladına xx.xx.1992-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin olunmuşdur. Övladları həddi-buluğa çatdığına görə həmin ödəniş xx.xx.2009-cu il tarixdən dayandırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(81)-599/14 nömrəli qərarı ilə İddiaçı həyat yoldaşı mərhum İlqar İsmayılovun təminat xərcliyinin 70 misli miqdarında 21140 (iyirmi bir min yüz qırx) manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçı kompensasiyanın düzgün hesablanmamasına dair iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 6 mart tarixli 2-1(81)1265/2018 nömrəli qərarı ilə r ədd edilmiş, qərardan verilən apelyasiya və kassasiya şikayətləri də təmin olunmamışdır. Göründüyü kimi həlak olmuş həyat yoldaşına görə ödənilən kompensasiyanın “Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 20 aprel tarixli 73 nömrəli qərarına uyğun düzgün hesablanmış və bu xüsusat Bakı Apelyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarları ilə təsdiqlənmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim X8, 2-1(112)-144/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qanunvericilik ərzaq payı kompensasiyası istisna olmaqla, iddiaçının aylıq təminat xərclərin in yetmiş misli miqdarında birdəfəlik kompensasiya ödənilməsini nəzərdə tutduğu halda, iddiaçı təminat xərcliyinin 2014-cü ildə mövcud olan məbləğləri üzrə ödənilməsini tələb edir. Halbuki, iddiaçının mərhum ərinin təminat xərcləri sonuncu dəfə onun ailə üzvü kimi kiçik qızına ailə başçısını itirməyə görə 2009-cu ildə ödənilmiş pensiya məbləğində müəyyən edilmişdir. Həmin dövrdə isə iddiaçının mərhum ərinin təminat xərcliyi ərzaq payı kompensasiyası istisna olmaqla, məhz 302 manat təşkil etmişdir. İddiaçının mərhum ərinin ölümünə görə kompensasiya almaq hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 73 nömrəli Qərarının qüvvəyə mindiyi xx.xx.2000-ci il tarixdən yaranmasına baxmayaraq, iddiaçı həmin hüquqdan 2014- cü ildə istifadə etsə də, məhkəmə qərarının ic rası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən Qərarının qüvvəyə mindiyi tarixdən deyil, iddiaçının övladının ailə başçısını itirməyə görə pensiya təminatı hüququnun dayandırıldığı 2009-cu ildə mövcud olmuş təminat xərcliyi üzrə kompensasiyanın hesablanması ədalətli olar.
11. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X19-məruzəçi, X9 və X11, 2-1(103)1244/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını dəyişdirməd ən saxlamışdır.
13. İddiaçı xx xxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
14. İddiaçının iddia tələbi ona ödənilməli olan məbləğin 2009-cu ilə görə deyil, 2014-cü ilə görə hesablanmalı olmasıdır. İddiaçı iddia tələbində tamamilə haqlıdır. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(102)-289/19 saylı qərarında buna konkret münasibət bildirilib. Cavabdeh tərəfindən ödənilməli olan kompensasiyadan 2014-cün ildə rəsmi olaraq imtina edilmiş. Həmin imtinadan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-599/2014 saylı qərarı ilə iddiaçının iddia tələbi təmin edilir. (Həmin məhkəmə qərarı ilə “Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin sabiq baş əməliyyat müvəkkili X4 hərbi əməliyyatlarda həlak olması ilə əlaqədar birdəfəlik kompensasiyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”.) Beləliklə cavabdeh üçün kompensasiya məbləğinin ödənilməsi üçün müəyyən edilmiş öhdəlik 2014-cü ildə əmələ gəlir. Ona görə də cavabdeh iddiaçıya “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 73 saylı Qərarın 2-ci bəndinə əsasən kompensasiya məbləğini ödəməli idi. Qeyd edilən Qərarın ikinci bəndində konkret olaraq qeyd edilir ki, “xidməti vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hes abına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik kompensasiya ödənilir”. Həmin bənddə açıqca qeyd edilir ki, polis əməkdaşı həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik kompensasiya ödənilir”. İddiaçının həyat yoldaşı 1992-ci ildə şəhid olmuş, qeyd edilən qərar isə 2000-ci ildə qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən ödənilməli olan pul məbləği ona 2000-ci ildə ödənilməli olsa da, Ödənilməmiş yalnız 2014-cü ildə məhkəmə qərarı əsasında ödənilmişdir ki, bu da məhkəmə qərarına əsasən əslində 2014cü il üçün müəyyən edilmiş aylıq təminat x ərcliyinə görə müəyyən edilməli idi. Lakin cavabdeh orqan heç bir hüquqi əsas olmadan 2009-cu il müəyyən edilmiş aylıq təminat xərcliyinə görə müəyyən etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
17. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
19. Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2000-ci il tarixli 73 saylı qərarı: (-).
2. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş “(vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına və ya onun ailəsinə: xidmət vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik kompensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur; (-).
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mü bahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
21. İddiaçının kasasiya şikayəti vaxtınd a, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İddiaçı hesab edir ki, kompensasiyanın ödənilməsi tələbi ilə bağlı 2014-cü ildə məhkəməyə müraciət etdiyindən və həmin vaxt iddiası təmin olunduğundan, ödəmə də həmin vaxt mövcud olan təminat xərcliyi nəzərə alınmaqla aparılmalı idi.
25. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
26. İddiaçının mərhum əri, Sabunçu RPİ-nin 13-cü PB-nin sabiq əməliyyat müvəkkili, polis kapitanı İ.S.İsmayılov xidməti vəzifəsinin icrası zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, xx.xx.1992-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikas ı Daxili İşlər Nazirliyinin X7rşı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13cü Polis Bölməsinin sabiq əməliyyat müvəkkili polis kapitanı İ.S.İsmayılovun hərbi əməliyyatlarda həlak olması ilə əlaqədar birdəfəlik kompensasiyanın iddiaçıya ödənilməsi ilə əlaqədar iddiası təmin edilmiş, məhkəmə qərarı qanuni qüvvəyə minmişdir.
27. Məhkəmə qərarının icrası ilə əlaqədar olaraq İ.S.İsmayılovun ailəsinə xidmət etdiyi vəzifənin 2009-cu ildə (pensiyanın son ödəniş ili) aylıq 302 manat təminat xərcliyinin 70 misli miqdarında, yəni 21.140,0 manat məbləğində kompensasiya hesablanıb ödənilmişdir. Kompensasiyanın məbləği hesablanarkən iddiaçının azyaşlı övladına sonuncu dəfə ailə başçısını itirməyə görə pensiya ödənilən 2009-cu ildə mövcud olmuş təminat xərcliyi əsas götürülmüşdür.
28. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına izah verilməsi ilə bağlı müraciət etmiş, məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)599/2014 saylı qərarının icra edilməsi səbəbindən həmin qərara izah verilməsinin mümkün olmaması əsası ilə ərizə rədd edilmişdir.
29. İddiaçı həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2017-ci ilin təminat xərcliyi əsas götürülməklə verilmiş kompensasiyanın hesablanmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmiş və iddiaçı tərəfindən verilmiş apelyasiya və kasasiya şikayətləri də təmin edilməmişdir.
30. İddiaçının əri xidməti vəzifəsinin icrası ilə əlaqədar 1992-ci ilin oktyabr ayında həlak olmuşdur.
31. Xidməti vəzifəsinin icrası ilə əlaqədar polis əməkdaşı həlak olduqda (vəfat etdikdə) onun ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik kompensasiya ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 73 nömrəli Qərarında nəzərdə tutulmuşdur.
32. İddiaçı bu qərarda nəzərdə tutulan kompensasiyanı almaq məqsədi ilə 2014cü ildə məhkəməyə müraciət etmişdir.
33. İddiaçı mərhum ərinin həlak olması ilə bağlı kompensasiya almaq hüququnu Nazirlər Kabinetinin xx xxxxx 2000-ci il tarixli qərarı ilə əldə etmişdir. Qərarda aylıq təminat xərcliyinin miqdarının hansı vaxtdan hesablanması qeyd edilməmişdir. Lakin ödəmənin məbləği həlak ola n şəxsin aylıq təminat xərcliyi ilə şərtləndirilmişdir. İddiaçının mərhum ərinin 1992-ci ildə həlak olan zaman təminat xərcliyi işdəki sənədlərlə müəyyən edilməmişdir. İddiaçı hazırkı tələbində həmin məbləği deyil, 2014-cü ildə olan təminat xərcliyi əsasında kompensasiyanın ödənilməsini arzu edir.
34. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşaraq hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 73 nömrəli Qərarında nəzərdə tutulan kompensasiyanın məbləği şəxsin müraciət etdiyi vaxt müəyyən edilmiş təminat xərcliyinin məbləği ilə müəyyən edilə bilməz.
35. Kompensasiya məbləği ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2009-cu ildə, iddiaçının kiçik qızına ödənilən axırıncı pensiya məbləğinin tarixində mövcud olan təminat xərcliyi 302 manat olmuş və iddiaçıya 70 misli miqdarında kompensasiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli qərarına uyğun olaraq ödənilmişdir.
36. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
37. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1244/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar