Məhkəmə qərarları › İş №2-1(102)-3059/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3059/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3059/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina səbəbi ilə iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “kollegiyanın üzvlüyündən xaric edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli 2-1(105 )430/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2-1(81)-3704/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli 2-1(105)-430/2023 nömrəli qərarı ilə Sumqay ıt İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİNDA İCRAAT

6. Kassasiya instansiyasında icraat zamanı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Vəkillər Kollegiyanın Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli iclasında Cavabdeh barəsində olan qərara onun müraciətinə əsasən yenidən baxıldığını və qərarın dəyişdirildiyini, bu səbəbdən də iddia tələbindən imtina etdiyini bildirmiş, ərizədə göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Maddə 55.4. İddiad an imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. İddiadan imtina barədə ərizə təmin olunmalı və iş üzrə icraata xitam verilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

9. İPM-in 55.1-ci maddəsinin tələbindən göründüyü kimi, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina edə bilər.

10. İddiaçının ərizəsi həmin normanın tələbl ərinə uyğundur.

11. İcraat üzrə prosessual xərclərə dair məsələ İPM-in 111.3-cü maddəsinə uyğun olaraq həll edilir. Həmin normanın tələbinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur.

12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiadan imtina qəbul edilir. İş üzrə icraata xitam verilir. İddiaçıya izah olunur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. İcraat üzrə prosessual xərclər iddiaçıya aid edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar