Məhkəmə qərarları › İş №2-1(102)-3070/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3070/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3070/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı xx.xx.2009-cu il tarixli **********2 qeydiyyat nömrəli, **********42 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Quba rayonu Ərməki kəndi ərazisində yerləşən 1.01 ha torpaq sahəsinin kateqoriyasına düzəliş edilməməsi barədə cavabdehin imtinasını əsassız hesab etməklə, qeyd olunan 1.01 ha torpaq sahəsinin kateqoriyasının ehtiyat fondu torpaqlarından sənaye-tikinti yaşayış məntəqələrinin torpaq sahəsi kateqoriyasına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 2-1(105)-308/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Quba rayonu Ərməki bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 14 nömrəli qərarı ilə Quba rayonu Ərməki kəndinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yarasız torpaq sahəsindən fərdi təsərrüfat yaratmaq məqsədilə 2,0 ha torpaq sahəsi X1.

2. Həmin torpaq sahəsinə dair X7 adına xx.xx.2002-ci ildə JN-2001 nömrəli Dövlət Aktı tərtib edilmiş, torpaq sahəsinin ölçüsü 2,01 ha göstərilmişdir. 3. 18.08.2004-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X5 rayonu Ərməki kəndində yerləşən 2.01 ha torpaq sahəsini X2.

4. AN № ******* seriyalı xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X6 rayonu Ərməki kəndində yerləşən 2.01 ha torpaq sahəsini X3.

5. MH № ******* seriyalı xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən 2.01 ha torpaq sahəsi X13 mülkiyyətindədir, torpaq sahəsini n təyinatı qrafasında “ehtiyat fondu torpaqları”, məqsədli istifadə növü kimi “sahibkarlıq” göstərilmişdir.

6. AN № ******* seriyalı xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X9 rayonu Ərməki kəndində yerləşən 1.01 ha torpaq sahəsini İddiaçı satmışdır.

7. MH № ******* seriyalı reyestrdən çıxarışda görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən 1.01 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir, torpaq sahəsinin təyinatı qrafasında “ehtiyat fondu torpaqları”, məqsədli istifadə növü kimi “sahibkarlıq” göstərilmişdir.

8. İddiaçı cavabdehə müraciət edərək xüsusi mülkiyyətində olan, Quba rayonu Ərməki kəndi ərazisində yerləşən 1.01 ha torpaq sahəsinin kateqoriyasının ehtiyat fondu torpaqlarından sənayə-tikinti yaşayış məntəqələrinin torpaq sahəsi kateqoriyasına düzəliş edilmə sini xahiş etmişdir.

9. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, qeyd olunan çıxarışda torpaq sahəsinin kateqoriyasında düzəliş edilməsi ilə bağlı müraciət üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə görə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar, digər hissəsi su fondu torpaqlar kimi göstərilmiş ərazidə yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, **********2 qeydiyyat nömrəli, **********42 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Quba Rayonunun Ərməki kəndi ərazisində yerləşən 1.01 ha to rpaq sahəsinin kateqoriyasına düzəliş edilməməsi barədə cavabdehin imtinasını əsassız hesab etməklə,qeyd olunan 1.01 ha torpaq sahəsinin kateqoriyasının ehtiyat fondu torpaqlarından sənaye-tikinti yaşayış məntəqələrinin torpaq sahəsi kateqoriyasına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Quba rayonu Ərməki kəndində yerləşən Amsar kəndi istiqamətində 1,01 ha torpaq sahəsini X4 almışdır. Torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X13 adına cavabdeh tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışda göstərilir ki, torpaq sahəsi sahibkarlıq məqsədlidir. İddiaçının adına cavabdeh tərəfindən işlənmiş xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********742 reyestr nömrəli çıxarışda torpağın məqsədli istifadə növü sahibkarlıq kimi göstərilmişdir. Lakin torpağın təyinatı (kateqoriyası) ehtiyat fondu torpaqları kimi göstərilmişdir. Həmin ərazinin ehtiyat fondu torpaqları kimi göstərilməsi düzgün hesab olunmamalıdır. Buna görə də, torpaq sahəsinin təyinatı (kateqoriyası) dəyişdirilərək sənaye-tikinti yaşayış məntəqələrinin torpaq sahəsi kimi göstərilməlidir. Çünki torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədi ilə alınmışdır. Cavabdehin imtinasında göstərildiyi kimi torpaq sahəsinin bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaq, digər hissəsi su fondu torpaqları olsaydı, hələ 2007-ci ildə əvvəlki mülkiyyətçinin adına çıxarış verilərkən torpağın məqsədli istifadəsi sahibkarlıq kimi göstərilməzdi. Torpaq sahəsinin planı və ölçüsü adlanan sənədə baxdıqda da görmək olar ki, qeyd olunan torpaq sahəsi çay kənarına yaxın ərazidə yerləşməklə kənd təsərrüfatlı təyinatlı və su fondu torpaqlarına aid deyildir. Bundan başqa, iddiaçının aldığı torpaq sahəsinin yerləşdiyi digər vətəndaşlara da sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahələri ayrılmışdır.

12. Cavabdeh imtina məktubuna uyğun yazılı etiraz verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi məqsədilə Nazirlər Kabineti qarşısında vəsatət qaldırıla bilər.

13. Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(118)- 275/2023 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə cavabdeh iddiaçıya imtina cavabı verməklə hər hansı qanun pozuntusuna yol verilməmişdir. Cavabdehin daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin kateqoriyasına düzəliş edilməsi üçün əsasları olmamışdır.

15. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 2-1(105)-308/2024 nömrəli qərarı ilə (hakimlər: Z.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəm əsinin 06 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki,.

18. Apellyasiya instansiyası məhkəməsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, ilkin torpaqayırma sənədləri ilə müəyyən olunur ki, Quba rayon Ərməki bələdiyyəsinin 28 avqust 2002-ci il tarixli 14 saylı qərarı ilə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən alqı-satqı qaydasında 2.0 ha torpaq sahəsi fərdi təsərrüfat yaratmaq məqsədilə Quba şəhər sakini X8 ayrılmışdır. Belə olan halda, həmin torpaq sahəsinin kateqoriyasının sənaye-tikinti yaşayış məntəqələ rinin torpaq sahəsi kateqoriyasına dəyişdirilməsi barədə iddia əsassızdır.

19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə uyğun tərtib edilmiş və apellyasiya məhkəməsi tərəfindən Torpaq Məcəlləsinin 65, 68-ci maddələrinin tələblərinin pozulması qeyd edilmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütü n torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Maddə

33. Eh tiyat fondu torpaqları 33.1 Ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir. 33.3 Bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir. 33.4. Ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. 33.5. Ehtiyat fondu torpaqlarının istifadəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. Maddə

47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ... 47.5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları 23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin,sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qə rarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanu niliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 2-1(105)-308/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar