Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3087/2023 22.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, gömrük orqanlarında xidmətə bərpa edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1989-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarix li, 21(103)-1014/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 34/190/004923 nömrəli raportda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsi ilə Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin birgə apardığı təhlillər nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı xidməti istifadəsində olan “HP Pavilion 20” markalı kompüterdən istifadə edilməklə “Elektron ünvan ” elektron poçt ünvanından müxtəlif elektron poçt ünvanlarına gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərin göndərildiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı tərəfindən sözügedən məlumatların müxtəlif elektron poçt ünvanlarına hansı məqsədlə göndərildiyinin müəyyən edilməsi üçün müvafiq araşdırma aparılması barədə göstəriş verilməsi xahiş olunur. 2. xx.xx.2022-ci il tarixli, 34/190/004923 nömrəli raportun araşdırılmasına dair xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükə sizlik İdarəsinin arayışına əsasən hesab edilmişdir ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilsin, toplanmış materiallar onun əməlinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin.
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmrinə əsasən, Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddia çı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli, 01/03 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksinin 9.4-cü, 10.1-ci, 10.2-ci və 10.3cü bəndlərinin tələblərinə əməl etməyərək xidməti vəzifəsini yerinə yetirmək üçün ona ayrılan kompüterdən kənar məqsədlər üçün istifadə etmiş, informasiya təhlükəsizliyi qaydalarına əməl etməmiş, gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemindən gömrük rəsmiləşdirilməsi və nəzarəti ilə bağlı əldə etdiyi məlumatlardan şəxsi məqsədləri üçün istifadə etmiş və həmin məlumatları kənar şəxslərə göndərmiş, bununla da, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmuşdur. Xidm əti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir.
4. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 02/2-1268x/d-201964 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəs inin Bakı Baş Gömrük İdarəsinin sabiq baş inspektoru İddiaçı qanunsuz əməlləri barədə xx.xx.2022-ci il tarixli, 1000190/0xx-xx/002050 nömrəli məktubla daxil olmuş materiallar üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı İddiaçı əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1000180/1xx-xx/002567 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xa ric edilərək, həmin Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə əsasən iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Qanunvericiliyə əsasən yuxarıda qeyd olunan əmrlə tanış olmaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 6-cı bəndinə uyğun olaraq ona məxsus olan əmək kitabçasını Komitənin İnsan Resursları İdarəsindən götürməsi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməsi iddiaçının nəzərinə çatdırılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, 10 00/166Ş nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçının ünvanına daxil olmuş xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmri ilə iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Həmin əmr iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. Buna baxmayaraq, həmin əmrin verilməsi üçün hər hansı əsas mövcud olmadığından həmin əmr ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Daxili Təhlükəsizlik İdarəsinin raportunun araşdırılması zamanı Daxili Təhlükəsizlik İdarəsi ilə Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin birgə apardığı təhlillər nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük əməliyyatları idarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru İddiaçı xidməti istifadəsində olan “HP Pavilion 20” markalı kompüterdən istifadə edilməklə “Elektron ünvan ” elektron poçt ünvanından müxtəlif elektron poçt ünvanlarına gömrük rəsmiləşdirilməsi ilə bağlı sənəd və məlumatların göndərildiyi müəyyən edilmişdir. Buna görə də, xx.xx.2022-cı il tarixdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin 1000/166Ş nömrəli əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə iddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsa snamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 18 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7343/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xidməti istifadəsində olan kompüterdə ona aid e-mail üzərindən müxtəlif ünvanlara göndərilmiş məlumatlar, məlumatların kimlərə və hansı məqsədlə göndərilməsindən asılı olmayaraq gömrük rəsmiləşdirilməsi zamanı lazım olan məlumatların gömrük orqanı olan əməkdaşlarla məlumat mübadiləsi, eləcə də ölkə ərazisindən ixrac edilən meyvə, tərəvəz məhsulları, məhsullara dair bəyannamə nömrəl əri, malların miqdarı, dəyəri və s. barədə olmaqla xüsusən müxtəlif ixracatçı və idxalatçı bəyannaməçilər barədə məlumatlar, hüquqi şəxsin özünün rəsmi müraciəti olmadan ona xidmət etdiyini bildirdiyi broker şirkətinin nümayəndəsinə göndərilmiş məlumatlar öz xarakterinə görə xidməti informasiyalardır. Belə ki, həmin informasiyalar ən azından əldə olunması qanunvericilik ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün təyin olunmuş və yaxud hər kəsin ümumi informasiya mənbələrindən əldə edə biləcəyi informasiyalar olmamaqla yanaşı, bilavasitə gömrük prosedurları və ödənişləri şöbəsində gömrük inspektoruna xidməti zamanı ona məlum olan, başqa sözlə əldə edilməsi məhdudlaşdırılan informasiyalara aid hesab olunur. Beləliklə, iddiaçının ona məlum olan xidməti informasiyanı kənar üçüncü şəxslərə gö ndərməsi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun ilə nəzərdə tutulmuş informasiya təhlükəsizliyi qaydalarına, Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksinin 9.4-cü, 10.1-ci, 10.2-ci və 10.3-cü bəndləri ilə nəzərdə tutulmuş xidməti fəaliyyəti ilə əlaqədar əldə edilmiş məlumatlardan istifadə qaydalarına, xidmət etdiyi Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsi Baş İdarəsinin Əsasnaməsinin 4.2.3.7-ci bəndi ilə nəzərdə tutulmuş xidməti informasiyadan istifadə ilə bağlı vəzifəsinə, “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 44-cü maddəsi ilə gömrük əməkdaşı üçün nəzərdə tutulmuş xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlu matları açıqlamamaq kimi vəzifələrinə zidd olmuşdur. Qeyd edilən işçinin qanunazidd hərəkətlərinin xidməti intizamın kobud şəkildə pozulması və bu əsasdan onun xidmətdən xaric edilməsinin əsası kimi qiymətləndirilməsini isə qanunvericilik inzibati orqana qadağan etməmişdir.
11. Hazırkı iş üzrə xidməti intizamın pozulması halı mövcuddur və qeyd edilən xidməti intizamın pozulması faktının kobud şəkildə pozuntu kimi qəbul edilərək Əsasnamənin 69.1-ci maddəsinin 7-ci bəndi ilə xidmətdən xaric edilmə növündə intizam tənbeh növünün tətbiqini məhdudlaşdıran hal qanunla və hazırkı iş üzrə mövcud deyildir. Xidməti intizamın kobud şəkildə pozulmasının əksini sübut edən hal iş üzrə müəyyən olunmamışdır. İddiaçı tərəfin iddia etdiyi iddiaçının əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2 022-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd olunması və bu halın ona tətbiq edilmiş tənbeh növünün düzgün seçilməməsi kimi dəlilinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Əvvəla qeyd edilməlidir ki, Cinayət Məcəlləsi ilə bilavasitə “xidməti vəzifəsinə və yaxud işinə görə məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılmasına görə cinayət məsuliyyəti” nəzərdə tutulur. İddiaçının yaydığı məlumatlar dövlət sirrini təşkil edən məlumat kimi qiymətləndirilməsə belə, öz hüquqi təbiətinə görə vəzifələrin icrası zamanı işçiyə məlum olan xidməti informasiyadır. Xidməti informasiyanın yaymamaq yaxud xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq gömrük əməkdaşının bilavasitə vəzifəsidir. İddiaçının xidməti informasiyanı yayması xidməti intizam qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirilərək xidmətdən xaric edilməsi ilə nəticələnmişdir. Bundan əlavə qeyd edilməlidir ki, işçinin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən törədilmiş intizam hüquq pozuntusuna görə işçiyə işdən azad etmə növündə intizam tənbeh tədbiri tətbiq etmək səlahiyyətinə malikdir. Başqa sözlə, işçinin törətdiyi hüquq pozuntusu və yaxud hüquqazidd əməlinə görə işəgötürən tərəfindən işdən azad edilməsi mümkündür və həmin əmələ görə cinayət məsuliyyətinə cəlb edilməməsi işdən azad etmə növündə tənbehin tətbiqini istisna etmir. Qeyd edilən hal istər gömrük orqanlarında xidmət haqqında qanunvericiliklə bunu qadağan edən imperativ normanın olmamasından, istərsə də Əmək Məcəlləsinin 62-ci maddəsi nin 4-cü hissəsinin birbaşa tələbindən irəli gəlir. Beləliklə, iddiaçı barəsində əlverişsiz inzibati aktın – mübahisələndirilən əmrin ləğv edilməsi üçün hər hansı hal hazırkı iş üzrə müəyyən olunmamışdır.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının xidmətinin xitamına əsas verən, onun xidməti istifadəsində olmuş “HP Pavilion 20” markalı kompüterdə “Elektron ünvan ” elektron poçt ünvanında aşkar edilən, müxtəlif elektron poçt ünvanlarına gömrük rəsmiləşdirilməsi ilə bağlı göndərilən sənəd və məlumatları əks etdirən sübutların məhkəməyə təqdim edilməsi ilə bağlı aidiyyəti üzrə sorğular verilmişdir.
14. Ba kı Baş Gömrük İdarəsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda idarənin elektron bazasında heç bir məlumatın aşkar edilmədiyi bildirilərək Dövlət Gömrük Komitəsinə müraciət edilməsi tövsiyə edilmişdir. Gömrük Komitəsi isə, öz növbəsində apellyasiya instansiyası məhkəməsinin müvafiq sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda həmin məlumatların kompleks şəkildə Baş Prokurorluğa göndərildiyindən, məhkəməyə təqdim edilməsinin imkan xaricində olduğunu bildirilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının elektron poçtunda aşkar edilmiş məlumatlarla bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ünvanladığı sorğu isə sonuncu tərəfindən onunla cavablandırılmış dır ki, aparılmış araşdırma zamanı İddiaçı əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir.
16. Məhkəməyə təqdim olunmuş, qeyd edilən idarənin adıçəkilən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan isə görünür ki, mübahisələndirilən məlumatlar kommersiya sirri təşkil etməyən, "xxxx" MMC-nin müqavilə üzrə xidmət göstərdiyi cəmiyyətlərə aid bəyannamələrlə və "xxxx" MMC-nin İnzibati İdarəetmə Departamentinin ixrac əməliyyatlarla bağlı olmuş və bu zaman iddiaçı pul, sair maddi nemət tələb etməmiş və almamışdır. Həmin qərarda birbaşa qeyd olunur ki, araşdırma zamanı Komitənin təqdim etdiyi və İddiaçı məxsus elektron poçt ünvanından göndərilmiş sənədlərin əks olunduğu bir ədə d “CD” diskə baxış keçirilmiş, həmin sənədlərdə “Kommersiya sirri haqqında” Qanunla müəyyən edilmiş və kommersiya sirri hesab edilən məlumatlar aşkar edilməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 28 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1014/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmri ləğv edilmiş, iddiaçının işə (xidmətə) bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı apellyas iya mərhələsində toplanmış sübutlara əsasən müəyyən olunur ki, iddiaçının hərəkətlərində cavabdeh inzibati orqanın informasiya təhlükəsizliyinə xələl gətirən və işlədiyi orqanın kommersiya sirrini pozan məlumatlar, habelə, aşkar surətdə etik qaydaların kobud pozuntu halları, başqa sözlə, onun gömrük orqanlarında xidmətinə xitam verilməsinə dair əmrin qəbul edilməsi üçün əsaslar mövcud olmamışdır. İş materiallarında iddiaçının xidmətinin xitamına əsas verən, onun xidməti istifadəsində olmuş “HP Pavilion 20” markalı kompüterdə “Elektron ünvan ” elektron poçt ünvanında aşkar edilən, müxtəlif elektron poçt ünvanlarına gömrük rəsmiləşdirilməsi ilə bağlı göndərilən sənəd və məlumatları əks etdirən sübutlar mövcud deyil, belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının elektron poçt ünvanından göndərilmiş sənədlərin heç birinin hər hansı kommersiya sirri təşkil etmədiyi, məhz bəyannaməçilərin özlərinə aid onların istəyi ilə əhatə olunan məlumatlarla bağlı olduğu və iddiaçı tərəfindən də onlardan hər hansı nemət tələb edilmədiyi və alınmadığı halda, iddiaçının hərəkətləri cavabdeh inzibati orqanın fəaliyyətinə və nüfuzuna xələl gətirə bilməz. Bu baxımdan, iddiaçının hərəkətlərinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törədən və Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksinin 9.4 və 10.1-10.2-ci bəndlərində nəzərdə tutulan – (dövlət əşya və avadanlqlarından xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan informasiya təhlükəsizliyinə dair müvafiq qaydalara və xidməti informasiyadan istifadə qaydalarını pozaraq xidməti fəaliyyəti ilə əlaqədar əldə edilmiş məlumatlardan şəxsi məqsədlər üçün istifadə etməsi) kobud pozuntular kimi qiymətlənidirilməsi əsassızdır və ona münasibətdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsində nəzərdə tutulan 8 intizam tənbehindən 7-ci bənddə nəzərdə tutulan, ən sərt “gömrük orqanlarından xaric etmə” intizam tənbehin tətbiq olunaraq gömrük orqanlarında xidmətinə xitam verilməsi – onun bu vaxta qədər gömrük orqanlarındakı qüsursuz xidmətinə, yəni, heç bir intizam tənbehi almayan və işinin öhdəsindən gələ bilən iddiaçının gömrük orqanlarındakı əvvəlki fəaliyyətinə mütənasib hes ab edilə bilməz.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə
1. Gömrük orqanlarında xidmət – Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının və zifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür....
16. Gömrük orqanlarının vəzifəli şəxslərinin: 1) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa; 1-1) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 2) gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa; 3) müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirməyə; 4) öz xidməti vəziyyətindən istifadə etməklə üçüncü şəxslərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bi r yardım göstərmək və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etməyə; 5) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsi ilə iştirak etməyə; 6) tətillərin təşkili və onların keçirilməsində iştirak etməyə; 7) siyasi partiyalar yaratmağa və yaxud onların işində iştirak etməyə; 8) əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə (elmi-tədris və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur....
44. Gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikl əri əmr və sərəncamlarını yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq....
69. Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratm adıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4) 6 ay müddətinə aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. 69-1. Bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti in tizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər....
120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər:... 8) gömrük orqanlarından xaric edildikdə;
23. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi 9.4. Dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən, texniki nəzarət vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə, xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan məqsədlər üçün istifadə etməməlidir.... 10.1. Gömrük orqanı əməkdaşı informasiya təhlükəsizliyinə dair müvafiq qaydalara və xidməti informasiyadan istifadə qaydalarına əməl etməlidir. 10.2. Xidməti fəaliyyəti ilə əlaqədar əldə edilmiş məlumatlardan şəxsi məqsədlər üçün istifadə etməməlidir. 10.3. İstifadəsində olan, gömrük orqanı üzrə şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatların təhlükəsizliyini qorumalı, bu məlumatlardan xidməti vəzifəsinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.... 12.1.Bu Kodeksdə təsbit olunmuş prinsip və qaydalara gömrük orqanı əməkdaşı tərəfindən əməl edilməməsi, həmçinin, digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin prinsip və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndiril ir və “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə nəzərdə tutulmuş intizam məsuliyyəti doğurur. 12.2.İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş pozuntu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən müəyyən edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçin in bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi ba rədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bü tövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsə lələrin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin onun gömrük orqanlarından xaric edilməsi və onun gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmrinin ləğv edilməsinə və onun gömrük orqanlarında xidmətə bərpa edilməsinə nail olmaqdan ibarətdir.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya in stansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Mübahisənin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının xidməti istifadəsində olan “HP Pavilion 20” markalı kompüterdən istifadə edilməklə, “Elektron ünvan ” elektron poçt ünvanından müxtəlif elektron poçt ünvanlarına gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərin göndərildiyinin müəyyən edildiyi qeyd edilərək, iddiaçı tərəfindən sözügedən məlumatların müxtəlif elektron poçt ünvanlarına hansı məqsədlə göndərildiyinin müəyyən edilməsi üçün müvafiq araşdırma aparılması barədə göstəriş verilməsinə dair Dövlət Gö mrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsinin sədrinə xx.xx.2022-ci il tarixli, 34/190/004923 nömrəli raport verilmişdir. Həmin raportun araşdırılmasına dair Dövlət Gömrük Komitəsinin sədri tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli Daxili Təhlükəsizlik İdarəsinin arayışında hesab edilmişdir ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə iddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilsin və toplanmış materiallar onun əməlinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin. Qeyd edilənlərin əsasında da, cavabdehin xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmrinə əsasə n, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə iddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma nəticəsində iddiaçının əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur.
35. İddiaçı da xx.xx.2022-ci il tarixli, 1000/166Ş nömrəli əmrin verilməsi üçün əsasların mövcud olmadığını irəli sürərək həmin əmri mübahisələnd irmiş və hazırkı iddia tələbi ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır.
36. İş materiallarının ətraflı araşdırılması nəticəsində apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının hərəkətlərində cavabdeh inzibati orqanın informasiya təhlükəsizliyinə xələl gətirən və işlədiyi orqanın kommersiya sirrini pozan məlumatlar, habelə, aşkar surətdə etik qaydaların kobud pozuntu halları, başqa sözlə, onun gömrük orqanlarında xidmətinə xitam verilməsinə dair əmrin qəbul edilməsi üçün əsaslar mövcud olmamışdır. İş materiallarında iddiaçının xidmətinin xitamına əsas verən, onun xidməti istifadəsində olmuş “HP Pavilion 20” markalı kompüterdə “Elektron ünvan ” elektron poçt ünvanında aşkar edilən, müxtəlif elektron poçt ünvanlarına gömrük rəsmiləşdirilməsi ilə bağlı göndərilən sənəd və məlumatları əks etdirən sübutlar mövcud deyil, belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının elektron poçt ünvanından göndərilmiş sənədlərin heç birinin hər hansı kommersiya sirri təşkil etmədiyi, məhz bəyannaməçilərin özlərinə aid onların istəyi ilə əhatə olunan məlumatlarla bağlı olduğu və iddiaçı tərəfindən də onlardan hər hansı nemət tələb edilmədiyi və alınmadığı halda, iddiaçının hərəkətləri cavabdeh inzibati orqanın fəaliyyətinə və nüfuzuna xələl gətirə bilməz. Bu baxımdan, iddiaçının hərəkətlərinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törədən və Azərbay can Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksinin 9.4-cü və 10.1-10.2-ci bəndlərində nəzərdə tutulan – (dövlət əşya və avadanlqlarından xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan informasiya təhlükəsizliyinə dair müvafiq qaydalara və xidməti informasiyadan istifadə qaydalarını pozaraq xidməti fəaliyyəti ilə əlaqədar əldə edilmiş məlumatlardan şəxsi məqsədlər üçün istifadə etməsi) kobud pozuntular kimi qiymətlənidirilməsi əsassızdır və ona münasibətdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsində nəzərdə tutulan 8 intizam tənbehindən 7-ci bənddə nəzərdə tutulan, ən sərt “gömrük orqanlarından xaric etmə” intizam tənbehin tətbiq olunaraq gömrük orqanlarında xidmətinə xitam verilməsi – onun bu vaxta qədər gömrük orqanlarındakı qüsurs uz xidmətinə, yəni, heç bir intizam tənbehi almayan və işinin öhdəsindən gələ bilən iddiaçının gömrük orqanlarındakı əvvəlki fəaliyyətinə mütənasib hesab edilə bilməz.
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı halda cavabdeh iddiaçının “Elektron ünvan ” elektron poçt ünvanından müxtəlif elektron poçt ünvanlarına gömrük rəsmiləşdirilməsi ilə bağlı sənəd və məlumatların göndərildiyinin müəyyən edildiyini, bununla da iddiaçının xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğunu əsas gətirərək onun gömrük orqanların dan xaric edilməsinə və onun gömrük orqanlarında xidmətinə xitam verilməsinə dair mübahisələndirilən əmri vermişdir. Lakin cavabdeh iddiaçının “Elektron ünvan ” elektron poçt ünvanından müxtəlif elektron poçt ünvanlarına gömrük rəsmiləşdirilməsi ilə bağlı göndərildiyini iddia etdiyi sənəd və məlumatların nədən ibarət olduğunu, həmin sənəd və məlumatların iddiaçı tərəfindən şəxsi maraqları naminə, habelə, xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edildiyini, bununla da cavabdeh inzibati orqanın informasiya təhlükəsizliyinə xələl gətirdiyini və nəticədə onun gömrük orqanlarında xidmətinə xitam verilməsinə dair əmrin qəbul edilməsinə əsas verdiyini sübut edə bilməmişdir.
38. Həmçinin cavabdeh iddiaçıya münasibətdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnam ənin 69-cu maddəsində nəzərdə tutulan daha yüngül intizam tənbeh növlərindən biri deyil də, “gömrük orqanlarından xaric etmə” növündə daha sərt intizam tənbehinin tətbiq olunmasını əsaslandıra bilməmişdir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1014/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.