Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3112/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentinə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: (kassasiya şikayəti mümkünsüz, müddətə görə) GİRİŞ HİSSƏ: Bədəlov Kəmaləddin Nurəddin oğlunun sədrliyi, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentinə qarşı qərarların dəyişdirilməsi barədə qərar qəbul edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1631/2019 saylı, 17 iyul 2019-cu il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş şikayətlər üzrə kasasiyanın mümkünlüyü məsələsinə Ali Məhkəmənin binasında, 25 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdim. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 29.08.2018-ci il tarixli **********182500 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarının, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktil) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın, həmin akt nəticəsində cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.07.2018-ci il tarixli **********52033 nömrəli qərarının İddiaçıMMC-nin adından X1 adına dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının 01.10.2018-ci il tarixli **********045700 saylı imtina məktubunun əsassız hesab edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş 29.08.2018-ci il tarixli **********182500 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarın, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktil) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın, həmin akt nəticəsində qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.07.2018-ci il tarixli **********52033 nömrəli qərarın İddiaçıMMC-nin adından X1 adına dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 12.04.20 19-cu il tarixli qərardadı ilə ərizənin qəbulundan imtina edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2-1(81)927/2019 saylı qərardadı (hakim: E.Ə.Əliyev) ilə iddia - “cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 29.08.2018-ci il tarixli **********182500 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarının dəyişdirilməsi” hissəsində iddia mümkün sayılmamış, iddia “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktil) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın, hə min akt nəticəsində cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.07.2018-ci il tarixli **********52033 nömrəli qərarının İddiaçıMMC-nin adından X1 adına dəyişdirilməsi tələbi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1 (81)-927/2019 saylı işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin həmin qərardadlarından iddiaçı tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1631/2019 saylı, 17 iyul 2019-cu il tarixli qərardadları ilə (sədrlik edən: A.B.Nuriy eva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2-1(81)927/2019 saylı qərardadları dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsinin qərardadlarından iddiaçı tərəfindən ayrıayrılıqda kassasiya şikayəti verilmiş, iş baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətlərini nəzərdən keçirərkən hər iki şikayətin müddət ötürülməklə verildiyi müəyyən edilmiş, ona görə də kassasiya şikayətlərinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim edilməsi və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizə (vəsatət) verilməsi iddiaçıya təklif edilmiş, bu məqsədlə kassasiyanın mümkünlüyü məsələsinə baxılması məhkəmə iclasına təyi n edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş hər iki şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətlərinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-in 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 (on) gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 17 iyul 2019-cu il tarixli qərardadlarının surəti 19 iyul 2019-cu il tarixdə iddiaçıya poçt vasitəsi ilə göndərilmiş, SS608006805AZ saylı poçt xəbərnaməsinə əsasən həmin qərarlar 03 avqust 2019-cu il tarixdə iddiaçıya təqdim olunmuşdur. Lakin həmin qərardadlardan verilən kassasiya şikayətləri qanunla müəyyən edilmiş 10 günlük müddət ötürüldükdən sonra, yəni 19 avqust 2019-cu il tarixdə poçta təhvil verilmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. İddiaçı tərəfindən mübahisələndirilən qərardadlardan kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan müddətin buraxılmasına baxmayaraq, müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmişdir. Bununla əlaqədar, iddiaçıya məhkəmə bildirişi göndərilm əklə qeyd olunan çatışmamazlıq diqqətinə çatdırılmış və kassasiya şikayətlərinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim edilməsi və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizə (vəsatət) verilməsi ona təklif olunmuş, onun dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə kassasiyanın mümkünlüyü məsələsinə baxılması məhkəmə iclasına təyin edilmişdir. Lakin müəyyən edilmiş müddətdə qeyd edilən çatışmamazlıq iddiaçı tərəfindən aradan qaldırılmamış, kassasiya şikayətlərinin vaxtında verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, eləcə də müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmişdir. Azərbaycan Respublikası İPM-in 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasə n, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Belə olan halda, iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Ona görə də şikayətin qəbulundan imtina edilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan maddələrini rəhbər tutaraq, qərara aldım: Respublikası İPM-nin 96.2, 96.3-cü Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1631/2019 saylı iş üzrə 17 iyul 2019-cu il tarixli qərardadlarında n iddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri üzrə kassasiya icraatı mümkün sayılmasın və hər iki şikayətin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3112/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3112/2019
25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver