Məhkəmə qərarları › İş №2-1(102)-317/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-317/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-317/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Zakir Quliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.10.2021-ci il tarixli, 2-1(103)-1914/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ə sasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2004-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunda işləməyə başlamış, Fondun mərkəzi aparatının İşlər idarəsinin arxiv müdiri vəzifəsinə təyin edilmişdir. Həmin ildə aparatın Fərdi uçotun təşkili şöbəsinin Bəyannamələr sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, 2007-ci ildə Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin Arxivləşdirilmiş pensiya sənədləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, 2016-cı il 14 iyul tarixdə bağlanmış əmək müqaviləsinə və cavabdehin 09/11/308 saylı əmrinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq Dövlət Sosial Müdafiə X3 və proqnozlaşdırma şöbəsinin he sabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, 2020-ci il 08 yanvar tarixdə cavabdehin **********1 saylı əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən, Dövlət Sosial Müdafiə X3 və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilmiş, 2016-cı il 14 iyul tarixli əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X5 və Proqnozlaşdırma şöbəsinin Hesabat və Statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilməsi barədə cavabdehin 2020-ci il 08 yanvar tarixli, **********1 saylı əmrinin ləğv olunması və 08 yanvar 2020-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində doğulmuşdur. 1982-ci ildə müəllimə kimi əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə işləmişdir. 2004-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunda işləməyə başlamış, Fondun mərkəzi aparatının İşlər idarəsinin arxiv müdiri vəzifəsinə təyin edilmişdir. Həmin ildə aparatın Fərdi uçotun təşkili şöbəsinin Bəyannamələr sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, 2007-ci i ldə Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin Arxivləşdirilmiş pensiya sənədləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, 25 yanvar 2011-ci il tarixli əmrlə ona “dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir. 14.07.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 09/11/-308 saylı əmrinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq Dövlət Sosial Müdafiə X3 və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, 08 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********1 saylı əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Res publikası Qanununun 33.1.6-cı maddəsinə əsasən Dövlət Sosial Müdafiə X3 və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilmiş, 14 iyul 2016-cı il tarixdə bağlanmış Əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 yanvar 2020-ci il tarixli, **********1 saylı həmin əmrini qanunsuz hesab edir və qeyd edir ki, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, dövlət qulluqçusu işlədiyi müddət ərzində onun heç bir nöqsanı olmamış, rəhbərlik tərəfindən ona heç bir irad tutulmamış, töhmət və ya xəbərdarlıq almamışdır. Dövlət Sosia l Müdafiə Fondunun Büdcə və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsində işlədiyi müddətdə əsas fəaliyyəti şöbə rəhbərliyinin göstərişi ilə əmək bölgüsünə əsasən hər ayın ilk günü Fondun yerli şöbələrindən (Naxçıvan MR daxil olmaqla, respublikanın bütün ərazisi üzrə şəhər və rayon şöbələrindən) məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə aylıq icmal məlumatları, xərclər və gəlirlər barədə rəsmi məlumatları kağız formada toplayaraq sonrakı təhlil və ya istifadə üçün şöbə rəhbərliyinə təhvil verilməsindən ibarət olmuşdur. Onun yığdığı məlumatların dürüstləşdirilmiş forması büdcənin icrası adlanan aylıq hesabatdır ki, onu da sektorun böyük məsləhətçisi Türkel İmamzadə hər ay elektron sistemə yığır və sektor müdiri Ra mil İbrahimova təhvil verirdi. Onlar bu məlumatları birlikdə yoxladıqdan sonra aidiyyatı üzrə dövlət orqanlarına göndərirlər. Fondun tabe olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatına, digər nazirliklərə və dövlət orqanlarına həmin məlumatlar yalnız şöbə rəhbərliyi tərəfindən hazırlanmış və yekun xarakterli məlumatlar şəklində təqdim edilir. Eyni zamanda şöbə rəhbərliyi tərəfindən verilən digər tapşırıqlar üzrə üzərinə düşən vəzifələri də icra etmişdir. 08 yanvar 2020-ci il tarixdə Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin rəhbərliyinin qəbuluna çağırılmış və ondan işdən azad edilməyi barədə ərizə yazmağı tələb edilmiş, əks təqdirdə “maddə” ilə işdən azad olunacağı bildirilmişdir. Hansı səbəbdən işdən azad olunmağını soruşduqda, ona bildirilmişdir ki, Fonddan şikayət var. Lakin onu şikayətlə tanış etməmiş, şikayətin nədən ibarət olmasını ona bildirməmişlər. Ərizə yazmaqdan imtina edərək, Fonda qayıtmış, bu barədə şöbə rəhbərliyinə məruzə etmiş, eyni zamanda iki dəfə Fondun direktorunun qəbuluna düşməyə çalışmış, lakin onu qəbul etməmişlər. 2020-ci ilin 15 yanvar tarixinə kimi işə gəlmiş, verilən tapşırıqları yerinə yetirmiş, yalnız 15 yanvarda şöbə rəhbərliyi tərəfindən ona, Fondun direktorunun xidməti məruzəsi əsasında 2020-ci ilin yanvar 8-dən nazirin əmri ilə işdən azad olunmağı barədə məlumat verilmişdir. 7 gün müddətində iş yerinə gələrək şöbədə əmək fəaliyyətini davam etdirmiş, digər əməkdaşlarla birlikdə tabel kitabına gündəlik saat 9.00-da və 18.00-da imza etmişdir. Bundan başqa, “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsində n əzərdə tutulmuş intizam tənbeh tədbiri, yəni dövlət qulluğundan azad edilmə dövlət qulluğunda vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə, tətbiq oluna bilərdi. Lakin bu maddədə nəzərdə tutulmuş əsasların ona heç bir aidiyyatı yoxdur. Eyni zamanda onun barəsində heç bir araşdırma aparılmamış, ondan izahat alınmamış, işdən çıxarılmağının səbəbləri ona bildirilməmişdir. 08 yanvar 2020-ci il tarixli əmrdə əsas kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru H.Məmişovun 29 dekabr 2019-cu il tarixli, **********1 saylı xidməti məruzəsi göstərilmişdir. Bu xidməti məruzə 2019-cu ilin sonuncu iş günü yazılm ış, 2020-ci ildə iş günü 06 yanvarda başlamışdır. Onu isə 08 yanvarda çağırmış və araşdırma aparmadan işdən azad olunmağı barədə əmr vermişlər. Halbuki, Qanunun 25.3-cü maddəsinə əsasən, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.

4. Cavabdehin iddia tələbinə qarşı təqdim etdiyi yazılı etirazda göstərilmişdir ki, iddiaçı 2020-ci il 08 yanvar tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə (vəzifələrin icra sı zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir. İddiaçının işdən azad edilməsinə əsas 2019-cu il 29 dekabr tarixli, **********1 nömrəli xidməti məruzə olmuşdur. Məruzədən göründüyü kimi, Fondun aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun böyük məsləhətçisi İddiaçı ona həvalə edilmiş vəzifələrin icrasına etinasız yanaşaraq icra intizamını pozmuşdur. Fond və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 2019-cu ilin 6 ayı üzrə məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının üzləşdirilməsi aparılmış və bu proses yekunlaşdıqdan sonra növbəti aylar üzrə iki orqan arasında işçi qaydada daxilolmalar barəsində məlumat mübadiləsi təhlil edilərkən Vergilər Nazirliyi ilə Fondun təq dim etdiyi məlumatlar arasında məcburi dövlət sosial sığorta haqqlarından daxilolmalar üzrə 13,2 min manat fərq yaranmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, həmin fərq Fondun yerli orqanlarına daxil olan SUN qeydiyyatı üzrə digər şöbədə uçotda olan ödəyicilərdən daxil olan vəsaitlər iddiaçı tərəfindən nəzərə alınmadığı üçün yaranmışdır. Beləliklə, Fond tərəfindən digər orqanlara təqdim olunan gəlir və xərclər cədvəli artan yekunla tərtib olunduğundan həmin səhvin mövcudluğu bütün digər məlumatların dəyişdirilməsini zəruri etməklə yanaşı Fondun işgüzar nüfuzuna xələl yetirmişdir. X6 və proqnozlaşdırma şöbəsinin 2019-cu il 04 dekabr tarixli, **********3 nömrəli xidməti məruzəsində qeyd edilir ki, Fondun yerli orqanlarının xəzinə hesablarına daxil olan işsizlikdən sığorta haqları ü zrə daxilolmalar barədə operativ məlumatın hazırlanması və icmallaşdırılması işi də şöbənin əməkdaşı X1 həvalə edilmişdir. Lakin cari il ərzində işsizlikdən sığorta haqları üzrə iddiaçı tərəfindən operativ məlumat hazırlanmamış və ona verilmiş tapşırıq icra edilməmişdir (surəti əlavə olunur). Bundan əlavə, Fondun aparatının Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin 2019-cu il 20 noyabr tarixli, **********7 nömrəli xidməti məruzəsində iddiaçı tərəfindən icra və əmək intizamının pozulduğu göstərilmişdir. Belə ki, iddiaçı 15-18 oktyabr 2019-cu il tarixlərində qanunvericiliyin tələblərini pozaraq işə gəlməmiş, lakin sonradan davamiyyət kitabçasına həmin günlər üçün imza çəkmişdir. Həmçinin, Nazirliyin “Məzuniyyət və ezamiyyət əmrlərinin imzalanması səlahiyyətinin verilməsi barədə” 201 8-ci il 26 oktyabr tarixli, **********3 nömrəli əmrinin tələblərinə məhəl qoyulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 yanvar tarixli, 2-1(102)-225/2020 nömrəli qərarına istinadən qeyd edə bilərik ki, iddiaçının dövlət qulluğuna Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında Qanunun 33.1.6-cı maddəsi ilə xitam verildiyindən Həmkarlar ittifaqının rəyinin alınması zəruri deyildir. Bununla belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X2 Komitəsinin razılığı təqdim edilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur.

5. Birinci instansiya məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-3100/202 0 nömrəli (hakim Nəriman Abıyev) qərarı ilə iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı bir dövlət qulluqçusu kimi ona həvalə edilmiş vəzifələrin icrasına etinasız yanaşaraq icra intizamını pozmuş, qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermiş, Dövlət qulluğu haqqında Qanunun 18-ci maddəsinin tələblərini pozmuş, Dövlət Sosial Müdafiə Fondu tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq hazırlanmış yazılı məruzə əsasında iddiaçı barəsində “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsində qeyd edilən intizam tənbeh tədbirlərindən biri – dövlət qulluğundan azad etmə tətbiq edilmişdir. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir.

7. İddiaçı apelyasiya şikayəti verərə k birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində birinci icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.01.2021-ci il tarixli, 21(103)-579/2021 saylı qərarı ilə (hakimlər V.Ağayev – sədrlik edən və məruzəçi, A.Nuriyeva, A.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-3100/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

9. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansi yası məhkəməsində birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli, 2-1(102)-737/2021 nömrəli qərarı ilə (hakimlər İ.Hüseynov -sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və K.Bədəlov) Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.01.2021-ci il tarixli, 2-1(103)-579/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

12. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin əmrinin əsasları, məhkəmənin əsaslandığı hallar, həmçinin istinad olunan normaların dispozisiya şərtləri “Dövlət qulluğu haqqında Qanunun 25.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla tam və hərtərəfli araşdırılmamışdır. apelyasiya instansiyası məhkəməsində ikinci icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndəapelyasiya instansiyası məhkəməsi) 18.10.2021-ci il tarixli, 2-1(103)-1914/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Səadət Bəktaşı, Cahangir Yusifov) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)3100/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayəti məzmun baxımından iddia ərizəsinə uyğundur. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər sonradan tərtib edilmiş saxta sənədlərdir. Telefon danışıqlarından görünür ki, bu mənə qarşı hazırlanmış bir plan olub.

17. İşdən azad olunmağım üçün əsas götürülmüş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsində nəzərdə tutulmuş “vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara” yol verməyim cavabdeh tərəfindən sübuta yetirilmir.

18. Cavabdeh tərəfindən guya mənim 15-18 oktyabr 2019-cu il tarixlərində qanunvericiliyin tələblərini pozaraq işə gəlməməyim, lakin sonradan davamiyyət kitabçasında həmin günlər üçün imza çəkməyim üzrə intizam mə suliyyətinə cəlb edilməyim “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsinin tələbləri (Qnunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqşularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər) pozulmaqla həyata keçirilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim olunmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.10.2021-ci il tarixli, 2-1(103)-1914/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal ba xımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq 22. “Dövlət qulluğu haqqında” Qanun: Maddə

18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidir: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qu lluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqınd a maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə

25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, i ntizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orq anının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (-); 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; (-). Maddə

34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. 23. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Xidməti davranışın hüquqi tənzimlənməsi 3.1 Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. 3.2. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir. 3.3. Bu Qanunla müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər. Göstər ilən normativ hüquqi aktlar bu Qanunun müddəalarına zidd olmamalıdır. Maddə 5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Maddə

6. Loyallıq 6.1. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur. 6.2. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləc ək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 6.3. Dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir. 6.4. Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir. Maddə 7.1 Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Maddə

9. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Maddə 23.1 Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

24. İnzibati Prosessual Məcəllənin 96.8.-ci maddəsinə əsasən əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. şikayət Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığı üçün, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib h üquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Hazırkı mübahisə iddiaçının dövlət qulluğu vəzifəsindən azad edilməsi və onunla əmək müqaviləsinə xitam verilməsi ilə bağlıdır. İddia mübahisələndirmə növündə iddiadır. İddianın predmetini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsindən iddiaçının azad edilməsi barədə cavabdehin 08 yanvar 2020-ci il tarixli **********1 saylı əmri təşkil edir. Bu baxımdan iddia ərizəsində irəli sürülən digər tələblər qeyd olunan iddia predmetinə və onunla əlaqədar mübahisənin həllinə bağlıdır.

29. Belə mübahisələrə baxılması zamanı nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımı ndan dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin yerinə yetirməsi ilə bağlı xüsusi fəaliyyət sahəsi sayılır və qanunvericiliklə müəyyən olunmuş xüsusi dövlət qulluğu rejiminə tabedir. Bununla əlaqədar dövlət qulluqçularına münasibətdə qanunvericiliklə dövlət qulluğunun spesifik xüsusiyyətlərindən irəli gələn tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət qulluqçuları fəaliyyətləri dövründə həmin tələblərə əməl etməyə və onlara uyğun davranmağa, o cümlədən qulluq keçdiyi dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməyə və qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkət lərdən çəkinməyə borcludur.

30. Həmçinin nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilərkən şəxs eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluğu rejimi ilə bağlı tələblərə və məhdudiyyətlərə əməl edəcəyinə dair öhdəlik götürür və həmin öhdəliyin onun təqsirli davranışı nəticəsində pozulduğu təqdirdə, yarana biləcək hüquqi nəticələr də onun məsuliyyət dairəsi ilə əhatə olunur.

31. Bu Qərarın 22-23-cü bəndində istinad olunan normaların müddəalarına görə, dövlət qulluqçusu qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirmək, xidməti funksiyalarına aid edilmiş vəzifələri yerinə yetirmək, birbaşa və yuxarı rəhbərlərinin öz səlahiyyətləri hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri icra etmək, öz xidməti vəzifələr i hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görmək, dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etmək öhdəliyl daşıyır. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində həyata keçirməyə borcludur.

32. Baxılan mübahisəyə münasibətdə iş üzrə materiallardan görünür ki, iddiaçı xidməti vəzifəsinin lazımi şəkildə yerinə yetirilməməsinə və əmək funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə bu qərarın 22-23-cü bəndlərində istinad olunmuş normalara əsasən cavabdehin 08 yanvar 2020-ci il tarixli, **********1 saylı əmri ilə tutduğu vəzifədən azad edilmiş və onunla əmək müqaviləsinə xitam verilmişdir.

33. Nəzərə alınmalıdır ki, yuxarıda istinad olunmuş normalara görə, dövl ət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Dövlət qulluqçusu həmin normalarda nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində istinad edilən normalarda təsbit olunmuş intizam tənbeh tədbirlərindən hər hansı biri, o cümlədən dövlət qulluğundan azad edilmə ilə bağlı tənbeh tədbiri tətbiq edilə bilər.

34. Yuxarıda istinad olunan normaların tələbindən göründüyü kimi, dövlət qulluğundan azad edilmə ilə bağlı intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilməd ikdə tətbiq oluna bilər. Başqa sözlə, dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi pozuntulara yol verildikdə, qanunla nəzərdə tutulmuş tələblərə və məhdudiyyətlərə əməl olunmadıqda, dövlət qulluqçusu dövlət qulluğundan azad edilə bilər və bu halda onun dövlət qulluğuna xitam verilir.

35. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunverici belə hallarda dövlət qulluqçusunun dövlət qulluğundan azad edilməsini və onun dövlət qulluğuna xitam verilməsini yalnız vəzifələrin icrası zamanı yol verilən nöqsanların mütəmadi və davamlı şəkildə baş verməsinə və sistematikliyinə (yəni kəmiyyət göstəricilərinə) deyil, həm də nöqsanların məzmun və xarakter baxımından kobud (keyfiyyət göstəricilərinə) olmasına bağlamışdır. Yəni qanunverici tərəfindən bu əsasla r alternativ olaraq nəzərdə tutulmuşdur və vəzifələrin icrası zamanı yol verilən nöqsanın məzmun baxımından kobud xarakter daşıması dövlət qulluqçusunun dövlət qulluğundan azad edilməsi ilə bağlı intizam tənbehi tədbirinin tətbiqi üçün yeganə əsas qismində çıxış edə bilər.

36. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəfindən dövlət qulluğu vəzifələrinin icrası zamanı kobud pozuntulara, o cümlədən yuxarıda istinad edilən normaların tələblərinin pozulması və dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması ilə müşayiət olunan davranışa yol verilmişdir.

37. Belə ki, iş üzrə materiallardan iddiaçının Azərbaycan Respublikasın ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 dekabr 2019-cu il tarixli, **********1 nömrəli xidməti məruzəsinə əsasən işdən azad edildiyi görünür. Məruzəyə əsasən, Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 2019-cu ilin 6 ayı üzrə məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının üzləşdirilməsi aparılmış və bu proses yekunlaşdıqdan sonra növbəti aylar üzrə iki orqan arasında işçi qaydada daxilolmalar barəsində məlumat mübadiləsi təhlil edilərkən Vergilər Nazirliyi ilə Fondun təqdim etdiyi məlumatlar arasında məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar üzrə 13,2 mln manat fərq yaranmışdır.

38. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin fərq iddiaçı tərəfin dən Fondun yerli orqanlarına daxil olan SUN qeydiyyatı üzrə digər şöbədə uçotda olan ödəyicilərdən daxil olan vəsaitlər nəzərə alınmadığı üçün yaranmışdır. Nəticədə, Fond tərəfindən digər orqanlara təqdim olunan gəlir və xərclər cədvəli artan yekunla tərtib olunduğundan həmin səhvin mövcudluğu bütün digər məlumatların dəyişdirilməsi zərurətini yaratmış, bununla yanaşı həm də Fondun işgüzar nüfuzuna ciddi xələl yetirmişdir.

39. X6 və proqnozlaşdırma şöbəsinin 04 dekabr 2019-cu il tarixli, **********3 nömrəli xidməti məruzəsində qeyd edilir ki, Fondun yerli orqanlarının xəzinə hesablarına daxil olan işsizlikdən sığorta haqları üzrə daxilolmalar barədə operativ məlumatın hazırlanması və icmallaşdırılması işi də iddiaçıya həvalə edilmişdir. Lakin, iddiaçı tərəfindən cari il ərzində işsizlikdən sığorta haqları üzrə operativ məlumat hazırlanmamış və ona verilmiş tapşırıq icra edilməmişdir.

40. Bundan başqa, Fondun aparatının Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin 2019-cu il 20 noyabr tarixli, **********7 nömrəli xidməti məruzəsində iddiaçı tərəfindən icra və əmək intizamının pozulduğu göstərilmişdir. Belə ki, iddiaçı 15-18 oktyabr 2019-cu ilin tarixlərində qanunvericiliyin tələblərini pozaraq işə gəlməmiş, lakin sonradan davamiyyət kitabında həmin günlər üçün imza etmiş, həmçinin cavabdehin “Məzuniyyət və ezamiyyət əmrlərinin imzalanması səlahiyyətinin verilməsi barədə” 26.10.2018-ci il tarixli, **********3 nömrəli əmrinin tələblərinə riayət etməmişdir. İş üzrə materiallara əlavə olunmuş izahatında həmin hallar iddiaçı tərəfindən təsdiq edilmişdir.

41. Beləliklə, ap elyasiya məhkəməsi tərəfindən iddiaçının xidməti vəzifələrinin icrası zamanı kobud və mütəmadi nöqsanlara yol verdiyi, əmək və icra intizamını pozduğu müəyyən olunmuşdur. Bu Qərarın 22-ci bəndində istinad olunan və dövlət qulluqçusunun məsuliyyətini nəzərdə tutan normaya görə, dövlət qulluqçusu ona həvalə olunmuş vəzifələri yerinə yetirmədikdə və ya lazımi şəkildə yerinə yetirmədikdə, intizam məsuliyyətinə cəlb oluna və onun barəsində intizam tənbehi tədbiri, o cümlədən “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş dövlət qulluğundan azad edilmə ilə bağlı tənbeh tədbiri tətbiq oluna bilər.

42. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 2020-ci il 08 yanvar tarixli, **********1 saylı əmrin ləğv olunmasına dair əsas tələbi təmin olunmadığına görə, onun əsas tələbindən doğan 08 yanvar 2020-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsinə dair tələbi də təmin oluna bilməz.

43. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya münasibətdə dövlət qulluğu vəzifəsindən azad edilmə ilə bağlı intizam tənbehi tədbiri tətbiq etməkdə cavabdeh haqlı sayılmalıdır. Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmri yuxarıda istinad olunan normaların tələblərinə riayət edilməklə qəbul olunduğundan qanunauyğun hesab edilməlidir.

44. Beləliklə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlan ılmalıdır.

45. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.10.2021-ci il tarixli, 21(103)-1914/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar