Məhkəmə qərarları › İş №2-1(102)-318/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-318/2019

11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-318/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının məhkəmə iclasının PROTOKOLU İŞ № 2-1(102)-318/19 11 iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası A.Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər İ.Dadaşov və K.Bədəlovdan ibarət tərkibdə, V.Rizvanov katibliyi, İddiaçı2-nin cavabdeh Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (hazırda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyidir) və 3-cü şəxs «xxxx» MMC-yəqarşı qərarın ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarın dan 3-cü şəxs MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılır. Məhkəmə iclası saat 16:15-də başlanır. Sədrlik edən tərəfləri xəbərdar edir ki, Azərbaycan Respublikası MPM-nin 272.4-1-ci maddəsinə əsasən iqtisadi mübahisələr üzrə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən məhkəmə iclasına çağırılmış şəxslərdən kimlərin iştirak etməsi barədə məlumat verilməsi üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi Vahid Rizvanov bildirir ki, tərəflər işdə iştirak etmir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası qərar qəbul etmək yerində müşavirə edir və qərarı elan edir. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Məhkəmə iclası saat 16:20-də qurtarır. Sədrlik edən: A.Hüseynov Məhkəmə iclas katibi: V.Rizvanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar