Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3212/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Cavabdeh qarşı “kollegiya üzvlüyündən xaric edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 08 avqust 2024-cü il tarixli, 2-1(103)2643/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 19 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayonu İkinci Ərəbcəbirli kəndində qeydiyyatda olan X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkil i Cavabdeh barəsində şikayətlə Azərbaycan Respublikası Vəkillər X1 müraciət etmişdir. Müraciət əsasında Azərbaycan Respublikası Vəkillər X4 müvafiq qərarı ilə vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən ona müraciət edən şikayətçi X6 ilə bağlanmış "CM-nin 311.3.1, 311.3.3-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X2 hüquqlarının müdafiəsi" üçün xx.xx.2021-ci il tar ixli 510 saylı, "CM-in 311.3.1, 311.3.3-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində X2 hüquqlarının müdafiəsi" üçün xx.xx.2021ci il tarixli 872 saylı, "CM-in 311.3.1. 311.3.3-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsində X2 hüquqlarının müdafiəsi" üçün xx.xx.2022-ci il tarixli 636 saylı və "CM-in 311.3.1, 311.3.3-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsində X2 hüquqlarının müdafiəsi" üçün xx.xx.2023-cü il tarixli 491 saylı müqavilələr əsasında müvafiq hüquqi yardımın göstərilməsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən, müqavilələrə əsasən marka xərci daxil müəyyən olunan hüquqi yardım haqqlarını - xx.xx.2021-ci il tarixli 510 saylı, xx.xx.2021-ci il tarixli 872 saylı, xx.xx.2022-ci il tar ixli 636 saylı müqavilələrin hər biri üzrə 110 manat olmaqla cəmi 330 manat. xx.xx.2023-ü il tarixli 491 saylı müqavilə üzrə 120 manat olmaqla, ümumilikdə 450 manat məbləğində pul vəsaitini müvafiq mədaxil qəbzləri ilə "eManat" və "mPay” ödəniş sistemi vasitəsilə özü Büronun bank hesabına ödəməklə, xx.xx.2021-ci il tarixli 510 saylı, xx.xx.2021-ci il tarixli 872 saylı və xx.xx.2022-ci il tarixli 636 saylı müqavilələrin hər biri üzrə marka xərci daxil müəyyən olunan 110 manat olmaqla, cəmi 330 manat xidmət haqqları müqavilə bağlanan gün ödənilmədən vəkil orderlərini əldə etməklə, şikayətçi Röyal Hacıyevin verdiyi şikayət ərizəsində göstərildiyinə və vəkilin özünün etiraf etdiyinə görə 2021-ci ilin iyun ayında 5000 manat və 2022-ci ilin mart-aprel aylarında 25.000 manat olmaqla, ümumilikdə 3 0.000 manat məbləğində pul vəsaitini alaraq, həmin məbləğdən tərəflər arasında bağlanmış müvafiq müqavilələrə əsasən marka xərci daxil qalan 29.550 manat məbləğində pul vəsaitini müqavilədən kənar qaydada, nağd şəkildə əldə etməklə və Röyal Hacıyev ödədiyi məbləğin 25.000 manatını geri istədikdə, məbləği qaytarmaqdan imtina etməklə, peşə fəaliyyəti zamanı yalnız qanunun tələblərini, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin müddəalarını rəhbər tutmaq və icra etmək vəzifəsinə, qanunun aliliyi prinsipinə, vəkil andına və vəkil etikasına riayət etməmiş, qanunvericiliyin və Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edərək, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan, qanuna zidd olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəl miş hərəkətlər etmiş, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməmiş, öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını, vəkillik peşəsinin nüfuzunu artırmamış, əksinə bu inamın və etimadın sarsılmasını şərtləndirən, vəkilliyin və məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən və vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, bununla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 2.2, 2.3, 2,4, 2.5, 2.10-cu b əndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin, Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1, 2.2, 2.3, 3.3-cü bəndlərinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətmişdir. Eyni zamanda, vəkil Cavabdeh, şikayətçi X5 atasına bəraət alacağı barədə vəd verməsi xüsusatı üzrə isə Komissiya yekdilliklə belə nəticəyə gəlmişdir ki, qeyd edilən bu hal şikayətçi tərəfindən sübut olunmadığından və araşdırma zamanı öz təsdiqini tapmadığından, aparılmış intizam araşdırması nəticəsində bu hala Komissiya tərəfində n hüquqi qiymət verilməsi mümkün deyildir.
3. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə əsasən “Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir”. O, müdafiəçi kimi vəkilliyin əsas vəzifələrini layiqincə yerinə yetirmiş, bu məqsədlə bütün qanuni üsul və vasitələrdən istifadə etmiş və nəticədə CM-nin 62-ci maddəsinin tətbiq edildiyi hökm çıxarılmışdır. Şikayətin əsasları vəkillik fəaliyyəti ilə bağlı olmadığından, bu şikayətçinin sonrakı hərəkətləri ilə təkzib edildiyindən, aralarında olan münasibətlər vəkilliyin nüfuzuna zərər gətirməsi kimi qiymətləndirmə si düzgün deyil. Etiraza əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, şikayətçi Röyal Hacıyevin şikayətinin əsasları həqiqətləri əks etdirməmiş, şikayət ərizəsində göstərdikləri yalanlar səbəbindən İntizam Komissiyasının çağırışlarına və iclaslarına hörmətsizlik edərək gəlməmiş, nəticədə Rəyasət Heyəti tərəfindən barəsində yanlış qərarın verilməsinə nail olmuşdur.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3719/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı ilə (hakim X3) iddia tələbi təmin edilmiş, Bakı şəhəri 19 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, vəkil Cavabdeh müvafiq hərəkətləri özlüyündə vəkil etikası ilə bir araya sığmayan və cəmiyyətin vəkilliyə olan inamına xə ləl gətirən hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən aparılan icraatda “İnzibati icraat haqqında” Qanunun 12, 13 və 17-ci maddələrinin tələblərinə riayət olunmuş, eləcə də həmin Qanunun başqa müddəalarının pozulması hallarına yol verilməmişdir
6. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2643/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər X7 /məruzəçi/, X10 və X8) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3719/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən s axlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız və qanunsuz hesab edilməklə qeyd edilir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur
11. Belə ki, cavabdeh barəsində şikayət əsaslı olmamış, vəkil etikasının pozulması heç bir halda təsdiq edilməmişdir. Cavabdeh müdafiəçi kimi vəkilliyin əsas vəzifələrini layiqincə yerinə yetirmiş, bu məqsədlə bütün qanuni üsul və vasitələrdən istifadə etmiş və nəticədə CM-nin 62-ci maddəsinin tətbiq edildiyi hökm çıxarılmışdır. Şikayətin əsasları vəkillik fəaliyyəti ilə bağlı olmadığından, bu şikayətçinin sonrakı hərəkətləri ilə təkzib edildiyindən, aralarında olan münasibətlər vəkilliyin nüfuzuna zərər gətirməsi kimi qiymətləndirməsi düzgün deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 13. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
5. Vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları İ. Vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai b irliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Maddə
16. Vəkilin vəzifələri İ. Peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır; hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkə ti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir; mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır; vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir; vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina et məməlidir; Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn tələblərə əməl etməlidir 14. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə:
1. Ümumi müddəalar 1.1. Bu Əsasnamədə əks olunmuş qaydalar vəkillik fəaliyyətini həyata keçirən bütün şəxslərə şamil edilir. 1.2. Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. 1.3. Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəaları nı rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir.
2. Davranış qaydaları... 2.2. Vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərə kətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. 2.3. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması - Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır.
6. Vəkilin peşə hazırlığı və məsuliyyəti... 6.4. Bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikay ət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. X16 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik t əşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Cavabdeh vəkil etikasını kobud şəkildə pozması barədə müraciətlər daxil olduğundan, vəkil Cavabdeh barəsində intizam icraatı başlanmış və bununla əlaqədar Kollegiyanın İntizam Komissiyası tərəfindən apaşdır ma aparılmışdır. Araşdırma nəticəsində 24 iyun 2023-cü il tarixdə rəy tərtib olunmuş və rəydə araşdırma zamanı vəkil Cavabdeh tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İİ və İİİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.3, 2.4, 2.10-cu bəndlərinin, eləcə də “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsi”nin 5.13-cü bəndinin, Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilən şəxs tərəfinədn vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1, 2.2, 2.3, 3.3 -cü bəndlərinin tələblərinin pozulduğunun müəyyən edildiyi bildirilmişdir.
22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı şəhəri 19 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə tələbi əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərlə vəkil Cavabdeh müvafiq hərəkətlərinin özlüyündə vəkil etikası ilə bir araya sığmayan və cəmiyyətin vəkilliyə olan inamına xələl gətirən hərəkətlər olduğu müəyyən edilir.
23. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. 24 Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığı ndan, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2024-cü il tarixli, 2-1(103)-2643/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.