Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3317/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X1, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dö vlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs “xxxx” MTK-ya qarşı qeyri-yaşayış sahəsinə dair hüququn qeydə alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1262/2019 saylı iş üzrə 14 avqust 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ “xxxx” MTK üzvlərinin ümumi iclasının 26 dekabr 2011-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı kooperativ üzvlüyünə qəbul olunmaqla MTK-nın ünvan 1 ünvanında inşa olunan 12 mərtəbəli 2 girişli 2-ci giriş 1-ci mərtəbəsindən aldığı ümumi sahəsi 104,0 kv.m olan qeyri-yaşayış sah əsinin payçısı olması təsdiq edilmişdir. “xxxx” MTK tərəfindən verilmiş 152 saylı, 03 iyun 2013-cü il tarixli maliyyə arayışından müəyyən oluxxxx ki, sözügedən qeyri-yaşayış sahəsinin razılaşdırılmış dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir və onun hər hansı qalıq borcu yoxdur. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 628 nömrəli, 26.12.2011-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”na əsasən Bakı şəhəri, N.Yusifbəyli küçəsi, 894-cü məhəllədə 12 mərtəbəli (+ çardaq) 2 girişli yaşayış binası (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) mövcud vəziyyətdə istismara qəbul edilmişdir. (poçt ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, 894-cü məhəllə, N.Yusifbəyli küçəsi,71) İddiaçı müraciət edərək həmin qey ri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh 27 oktyabr 2017-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 628 nömrəli, 26.12.2011-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nda sifarişçi kimi qeyd edilmiş “Realinşaat” firması ilə “xxxx” MTK arasında əlaqələndirici sənədlər təqdim olunmamışdır. Bundan başqa, təqdim olunmuş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-2892/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qərarı (hakim – R.L.Kərimli) ilə iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli küçəsi, 71 saylı binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən 104 kv.m qeyri-yaşayış sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin daşınmaz əmlaka dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1262/2019 saylı, 14 avqust 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – İ.B.Əhmədov, hakimlər – S.S.Seyidova və V.M.Məmmədov) ilə cavabdehin ap ellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2892/2018 saylı iş üzrə qəbul etdiyi 20 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq qeyri-yaşayış sahəsinə dair İdarəyə təqdim edilmiş ərizəyə əlavə edilmiş hüquq müəyyənedici sənədlər surətdir və həmin sənədlərin əsilləri İdarəyə təqdim olunmamışdır. Bundan əlavə, ərizəyə əlavə edilmiş hüquq müəyyənedic i sənədlərə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26.12.2011-ci il tarixli 628 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının” istismara qəbul aktında sifarişçi kimi qeyd edilmiş “Realİnşaat” firması ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında əlaqələndirici sənədlər əlavə edilməmişdir. Bundan başqa, İdarəyə təqdim edilmiş ərizəyə əlavə olunmuş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Qeyd olunan səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanuna müvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayə t olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri - mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib his səsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Qanunvericiliyin göstərilən müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından kollegiya hesab edir ki, apellyasiya məhkəməsi iddianın təmin edilməli olduğu ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işdəki sənədlərl ə müəyyən edilir ki, iddiaçı “xxxx” MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə kooperativ üzvlüyünə qəbul olunmaqla onun mübahisəli qeyriyaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir. Bundan başqa, qeyri-yaşayış sahəsinin dəyəri onun tərəfindən tam ödənilmişdir və Bakı şəhər İcra Hakimiyyətinin başçısının 628 nömrəli, 26.12.2011-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”na əsasən qeyri-yaşayış sahəsinin yerləşdiyi bina istismara qəbul edilmişdir. Bu halda, yuxarıda qeyd olunan müddəalara əsasən iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqları yaranmışdır və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmalıdır. Kassasiya şikayətinin dəlillərindən bir i ondan ibarət olmuşdur ki, İdarəyə təqdim edilmiş ərizəyə əlavə olunmuş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Lakin cavabdeh bu barədə bildirməsinə baxmayaraq uyğunsuzluğun konkret olaraq nədən ibarət olduğunu göstərməmiş, eləcə də həmin halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Ona görə də, həmin dəlil əsassızdır. Kassasiya şikayətinin bir digər dəlili isə ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26.12.2011-ci il tarixli 628 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının” istismara qəbul aktında sifarişçi kimi qeyd edilmiş “Real-İnşaat” firması ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında əlaqələndirici sənədlər təqdim edilməmişdir. Bununla bağlı olaraq isə qeyd o lunmalıdır ki, iş materiallarında olan 26 dekabr 2011-ci il tarixli razılaşma müqaviləsindən görünür ki, “Realİnşaat” firması ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında ünvan 1 ünvanında inşa olunmuş 1 ədəd 12 mərtəbəli 1-ci mərtəbəsi qeyri-yaşayış sahələri olan yaşayış binasının tikintisi və bölgüsü ilə əlaqədar müqavilə bağlanmışdır. Bu müqavilə cavabdehin istinad etdiyi əlaqələndirici sənəd qismində qəbul edilə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1262/2019 saylı iş üzrə 14 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3317/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3317/2019
03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver