Məhkəmə qərarları › İş №2-1(102)-3339/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3339/2019

03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3339/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, müddət ötürülməklə verilmiş apellyasiya şikayəti. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtinaya dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2309/2019 saylı iş üzrə 19 sentyabr 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 03 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1515/2019 saylı, 30 may 2019-cu il tarixli qərarı (hakim – E.M.Mustafayev) ilə iddia tələbi təmin edilərək İddiaçı 02.07.1979-cu ildən 25.05.1994-cü ilədək keçmiş “F.Derjinski” adına maşınqayırma zavodunda 4 saylıtermiki emal sexində termis peşəsində işlədiyiillərin sosial sığorta stajna daxil edilərək 60 yaşdan, 24.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarı ləğv edib iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh həmçinin ərizə təqdim edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2309/2019 saylı, 19 sen tyabr 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş ərizə təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2-1(82)-1515/2019 saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmayaraq apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərardadını ləğv edib apellyasiya şikayətinin icraata q əbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbi üzürlü olmuşdur və buna görə də, həmin müddət bərpa edilməlidir. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı icra olunması üçün məhkəmə tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə ünvanlanmış 26 iyul 2019-cu il tarixli məktubda iddiaçının ünvanı ünvan 2 həmin məktub aidiyyatı üzrə icra olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə göndərilmişdir. Sonradan müəyyən edilmişdir ki, məktubda ünvanı texniki olaraq səhv yazılmışdır. Bununla əlaqədar olaraq apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 30 gün müddət buraxılmışdır. Tərəflərin iza hatları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qəradadı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsi ilə verilir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qər ara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Hazı rkı işin hallarından müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2-1(82)-1515/2019 saylı qərarı 24 iyun 2019-cu il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilmiş, həmin qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində şikayət verilməmişdir. Həmin qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində şikayət vermək hüququnun olmasına baxmayaraq cavabdeh xeyli müddət keçdikdən sonra, 08 avqust 2019-cu il tarixdə apellyasiya şikayəti vermişdir. Lakin cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzürlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Qeyd olunan halların məcmusunu nəzərə almaqla kollegiya hesab edir ki, müddətin bərpasına dair ərizəni təmin etməməklə apellyasiya şikayətini mümkün saymayaraq şikayəti qəbul etməkdən imtina etməkdə məhkəmə haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətində cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının icra olunması üçün göndərilən məktubda ünvanın texniki olaraq səhv göstərildiyinə istinad edib. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, müddətin hesablanmasında diqqətə alınan əsas məqam qərarın rəsmi olaraq hansı tarixdə cavabdehə təqdim olunmasıdır. İcra üçün səhvə başqa ünvana göndərilmənin bu halda elə bir xüsusi əhəmiyyəti yoxdur. İşin hallarından isə qərarın rəsmi olaraq cavabdehə 24 iyun 2019-cu il tarixdə təqdim olunduğu müəyyə n olunur. Cavabdeh isə apellyasiya şikayəti vermə müddətini ötürmüş, müddətin bərpasına dair ərizədə isə heç bir əsaslı hala istinad edilməmiş və bununla bağlı heç bir mötəbər sübut təqdim olunmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 96cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2309/2019 saylı iş üzrə 19 senyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar