Məhkəmə qərarları › İş №2-1(102)-3423/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3423/2025

19.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3423/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdehsına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdehsına qarşı “sənədlərin götürülməsinin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Qobustan Həbsxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2018-ci ildə iddiaçının sənədlərini senzuradan keçirməsinin qanunsuz hesab edilməsi və təmsil etdiyi şəxsin yazmış olduğu izahatın geri qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

2. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(**)- ***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmayaraq Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Iddiaçı İddiaçı ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək iş üzrə icraatın təzələnməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin ##.##.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmadıqdan sonra ərizəçi Avropa Insan Hüquqları Məhkəməsinə müraciət edərək Avropa Insan Hüquqları Konvensiyasının 8-ci maddəsinin pozuntusunun tanınmasını xahiş etmişdir. Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2024-cü il tarixli (iş № ****/**, case of Namazli v. Azerbaijan) qərarı ilə Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyasının 8-ci maddəsinin pozuntusu müəyyən edilib. Həmin qərar ## ######## 2020-ci ildə qüvvəyə minib. Avropa Məhkəməsinin qeyd edilən qərarında gəldiyi nəticə ərizəçinin işi üzrə qəbul edilmiş qərarlara yenidən baxılmasını zəruri hesab edir. Çünki Bakı Inzibati Məhkəməsi ## #### 2019-ci il tarixli qərardadla iddianı mümkün saymayıb və işə mahiyyəti üzrə baxmaqdan imtina edib. Yuxarı instansiya məhkəmələri də onunla razılaşıb. Avropa Məhkəməsi isə hesab edib ki, vəkilin sənədlərinin senzuradan keçirilməsinə dair qanunvericiliyin normaları qüsurludur. Inzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

7. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(**)-***/**** nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(**)-***/**** nömrəli qərardadının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə İddiaçı ərizəsi mümkün sayılmamışdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə aktlarının yeni açılmış hallar üzrə yenidən baxılmasının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktı təşkil edir. Lakin bu halda məhkəmə səhvləri araşdırılmır, yeni açılmış hallara əsasən əvvəllər qəbul olunmuş məhkəmə aktının ləğv olunması həll olunur. Məhkəmə aktının qanunsuzluğu və əsassızlığı yeni halların açılmasından asılı olur. Iddiaçı tərəfindən təqdim edilmiş ərizədə göstərilmiş dəlilləri məhkəmə yeni açılmış hallar kimi qiymətləndirmir. Belə ki, iddiaçının iddiası üzrə ilkin inzibati məhkəmə icraatı məhkəmə qərarının qəbul edilməsi ilə başa çatdırılmamış, iddia mümkün sayılmamışdır. Beləliklə, məhkəmə tərəfindən iddiaçının ərizəsində Inzibati Prosessual Məcəlləsinin 100-cü maddəsində göstərilən əsaslardan heç biri müəyyən edilməmişdir. Bundan başqa, ərizəçi tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddət buraxılmışdır. Belə ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(**)-***/**** nömrəli qərardadı ##.##.2019-cu ildə qanuni qüvvəyə minmiş, ərizəçi yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə ##.##.2024-cü il tarixində, yəni 5 ildən çox bir müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunun tələblərinə görə buraxılmış müddətin bərpasına yol verilmir.

9. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakimlər A.Oruczadə /sədrlik edən və məruzəçi/, G.Abbasova və E.Əliyev) ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Iddiaçı İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri

12. Avropa Insan Hüquqları Məhkəməsinin gəldiyi nəticə yeni açılmış hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Hökuməti Avropa Insan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarları ölkə daxilində icra etməyi öhdəsinə götürüb. Bu baxımdan qəbul edilmiş yerli məhkəmə qərarlarına yenidən baxılmalıdır. Mülki Prosessual Məcəllə və Cinayət Prosessual Məcəlləsi yeni açılmış hallarla bağlı icraatı Ali Məhkəmənin Plenumunun səlahiyyətinə versə də, Inzibati Prosessual Məcəllədə bu səlahiyyət qərarı qəbul etmiş məhkəməyə verilib. Buna görə də hazırkı işdə Bakı Inzibati Məhkəməsi Avropa Məhkəməsinin qərarında gəlinən nəticəni yeni açılmış hallar kimi qiymətləndirilməli və iş üzrə icraatı təzələməlidir. Avropa Insan Hüquqları Məhkəməsinin qərarı ## #### 2024-cü ildə qəbul edilib, 3 ay sonra ## ######## 2024-cü ildə qanuni qüvvəyə minib. Buna görə də Avropa Məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra iddiaçının icraatın təzələnməsi ilə bağlı Bakı Inzibati Məhkəməsinə müraciət edib. Digər tərəfdən, hətta müddət ötürülsə belə, bu, məhkəməni icraatın təzələnməsi və işə yenidən baxılması ilə bağlı öhdəlikdən azad edə bilməz. Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Hökuməti Avropa Məhkəməsinin qərarlarını ölkə daxilində icra etmək öhdəliyi daşıyır.

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

TƏTBIQ EDILƏN HÜQUQ

14. Inzibati Prosessual Məcəllə Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.

Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. Icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. Icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

19. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.

21. Qeyd edilməlidir ki, icraatın yeni açılmış hallar üzrə icraat qaydasında təzələnməsi üçün təzələnmə barədə ərizə ilə müraciət edən tərəf məhkəməyə yeni sübutlar və ya halların olduğunu əsaslandırmalıdır. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Həmin sübut və hallar mütləq mübahisənin olduğu dövrdə mövcud olmalı və ancaq obyektiv maneələr səbəbindən məhkəməyə təqdim edilməsinin mümkün olmadığı sübuta yetirilməlidir.

22. Konstitusiya Məhkəməsinin Plenumu Y.Cümşüdovun şikayəti üzrə # #### 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki: “...işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır...”

23. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün Inzibati Prosessual Məcəllənin 100-cü maddəsində təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcudluğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır. Bu şərtlərin və ya onlardan hər hansı birinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsini istisna edir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş üzrə məhkəmə icraatının təzələnməsi üçün əsas qismində istinad etdiyi hal – Avropa Insan Hüquqları Məhkəməsinin qərarı yuxarıda istinad olunan normada nəzərdə tutulmuş anlamda icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi qiymətləndirilə bilməz. Iddiaçının halında Avropa Insan Hüquqları Məhkəməsinin qərarından sonra məsələyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair prosessual qaydalara görə deyil, IPM-in 1.2 və MPM-in 44-1-ci fəslində nəzərdə tutulmuş hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında baxıla bilər. Odur ki, hazırkı ərizəyə münasibətdə ərizəçi yeni açılmış hallarla bağlı icraatın təzələnməsini tələb etməkdə haqlı sayıla bilməz.

25. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar