Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-343/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Süleyman adına X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Süleyman adına X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı (üçüncü şə xs Dövlət Sosial Müdafiə Fondunun 19 saylı Regional Ərazi filialı) “borcun silinməsi tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023cü il tarixli 2-1(104)-541/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********542100 nömrəli məktubla Süleyman adına X2 01 oktyabr 2018-ci il tarixə olan borclarının yaranma səbəbləri və Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli,1042-VQ nömrəli qanununun və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2018-ci il tarixli, 1890 nömrəli fərmanına əsasən silinib-silinməməsi və silinməli borcları mövcuddurs a həmin borclar barədə məlumatın 14 saylı Ərazi Vergilər İdarəsinə göndərilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş xx.xx.2021-ci il tarixli, **********5 nömrəli (AVİS nömrə: **********117200) cavab məktubunda Süleyman adına X3 2012-ci il ərzində sosial sığorta haqları üzrə 4711,25 manat, penya üzrə 6,40 manat hesablama, 1844,50 manat ödəniş olduğu, 2013-cü il ərzində sosial sığorta haqları üzrə 6135,00 manat, penya üzrə 888,79 manat hesablama, 2300,00 manat ödəniş olduğu, 2014-cü il ərzində sosial sığorta haqları üzrə 8300,00 manat, penya üzrə 2158,54 ma nat hesablama, 4900,00 manat ödəniş olduğu, 2015-ci il ərzində sosial sığorta haqları üzrə 3586,25 manat, penya üzrə 942,95 manat hesablama, 4125,00 manat ödəniş olduğu, 2016-ci il ərzində sosial sığorta haqları üzrə 1507,50 manat, penya üzrə 173,71 manat hesablama, 2865,00 manat ödəniş olduğu, 2017-ci il ərzində 3145,00 manat ödəniş olduğu, xx.xx.2018-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək olan dövr ərzində isə 510,00 manat ödəniş olduğu bildirilmişdir. Eyni zamanda həmin məktubda Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli, 1042-VQ nömrəli qanununun və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2018-ci il tarixli 1890 nömrəli fərmanına əsasən vergi ödəyicisinin 01 yanvar 2015-ci ilin tarixinə yaranmış və 01 aprel 2018-ci il tarixinədək ödənilməmiş 0111 fəaliyyət növünə görə 3053,73 manat maliyyə sanksiyası (o cümlədən penya) üzrə borcunun 23 iyul 2018-ci il tarixində silindiyi qeyd edilmişdir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "X1 Sistemi"nin "Sığorta" (Hesabat) altsistemində "X4"da sığortaedən Süleyman adına X2 1 aprel 2018-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı üzrə 4549,91 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 4170,39 manat (cəmi: 8720,30 manat) borcu qalmışdır. "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən, 23 iyul 2018-ci il tarixində sığortaedənin maliyyə sanksiyaları (o cümlədən pen ya) və inzibati cərimə üzrə 3053,73 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fondu tərəfindən silinmişdir. Bu silinmə aparıldıqdan sonra iddiaçının borcu məcburi dövlət sosial sığorta haqqı üzrə 4549,91 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 1116,66 manat olmaqla ümumilikdə 5666,57 manat təşkil etmişdir.
4. İddiaçının xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə yaranmış 5666,57 manat borcun ödənilməsi barədə xx.xx.2019-cu il tarixli, **********740900 saylı, xx.xx.2019-cu il tarixli **********8841500 saylı və xx.xx.2021-ci il tarixli **********75000 saylı bildirişlər göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsassız hesablanmış 5666,57 manat borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçı Süleyman X3 xx.xx.2021-ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, guya Süleyman X2 vergi üzrə xx.xx.2021-ci il tarixə 5666.57 manat borcu yığılmış, bu barədə iddiaçıya bildiriş göndərilmiş, həmin bildiriş üzrə borc təmin edilmədiyindən Fermer Təsərrüfatı barədə borcun tutulması və əmlakların siyahıya alınması barədə qərar qəbul edilmişdir. Lakin iddiaçı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya heç bir bildiriş göndərilməmiş və əksinə tərəfindən cavabdehə ərizə göndərilərək Dövlət Sosial Müdafiə Fonduna yaranmış 5666.57 manat borcun hansı əsasla yaranması və indiyədək nə üçün borc barədə bildirilməməsi və borcun yaranma mənbəyi barədə məlumat verilməsi və məsələnin araşdırılması barədə müraciət edilsə də cavabdeh tərəfindən bizə heç bir məlumat verilməmiş və borcun hansı əsasla və mənbə üzrə yaranması barədə araşdırılma aparılmamışdır. Hesab edir ki, cavabdehin borcun yaranma mənbəyi kimi işçilər üzrə orta aylıq əmək haqqı üzrə hesablanmaqla borcun yaranması kimi qiymət verir. Bu halda isə tərəf səhv nəticəyə gəlmişdir. Belə ki, Ferma özü kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olur və öz mülahizəsi üzrə işçi ilə işə götürən arasında bağlanmış əmək müqaviləsindən kənar olaraq orta aylıq əmək haqqı hesablaması və həmin əmək haqqı üzrə vergi borcunun hesablayaraq t ələb etməsi qanunsuzdur.
7. Cavabdeh iddiaya qarşı işin hallarına uyğun olan etiraz ərizəsi təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il 2-1(114)-94/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur -
1. Süleyman adına X2 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə yaranmış 5666,57 manat borcu düzgün hesablanmışdırmı?
9. İş üzrə verilmiş 29 dekabr 2022-ci il tarixli ekspert rəyində Süleyman adına X3 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 4549,91 manat, penya hesablanmasına görə 1116,66 manat, ümumilikdə 5666.57 manat borcun düzgün hesablandıği müəyyən edilməsi qeyd edilmi şdir.
10. Gəncə İnzibati Məhkəməsinin 2 may 2023-cü il tarixli, 2-1(114)-11/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə Süleyman adına X2 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə yaranmış 5666,57 manat borcunun düzgün hesablanıb-hesablanmadığını müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş və iş üzrə verilmiş müvafiq ekspert rəyində Süleyman adına X3 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 4549,91 manat, penya hesablanmasına görə 1116,66 manat, ümumilikdə 5666.57 manat borcun düzgün hesablandıği müəyyən edilmişdir. Beləliklə, iş materiallarında olan təqdim edilmiş hesabatlardan, Dövlət Sosial Müdafiə Fondunun altsisteminin çıxarış məlumat larından, eləcə də müvafiq ekspert rəyindən göründüyü kimi, X2 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 24240 manat, penya üzrə 4170.39 manat hesablama olmuş, həmin məbləğdən 19689.50 manat ödənişlər edilmiş, eyni zamanda Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 3053.73 manat maliyyə sanksiyası üzrə borcu silinmiş və yekunda 5666.57 manat qalıq borc məbləği qalmışdır.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli 2-1(104)-541/2023 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov – sədrlik ed ən və məruzəçi, A.İsgəndərova və Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli fərmanı ilə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 01 yanvar 2019cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Vergi ödəyicisi iddia ərizəsi ndə mübasələndirdiyi xx.xx.2021-ci il tarixə 5666,57 manat borcu sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsinə əsasən 01 oktyabr 2018-ci il tarixə Dövlət Sosial Müdafiə Fondundan saldo şəklində ötürülən borcdur.
15. Mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 23.1.6, 89.1, 89.3, 93.1.3-cü maddələrinə istinad etmişdir.
16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. cavabdehin kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Аzərbаycаn Rеspublikаsı Vеrgi Məcəllənin 23.1.6-cı mаddəsinə, və həmin məcəllənin 89-cu mаddələrinə münаsibətdə müəyyən еdilmiş vеrgi b оrclаrı, fаizləri, mаliyyə sаnksiyаlаrı, inzibаti cərimələr vеrgi ödəyiciləri tərəfindən ödənilməli həmçinin vеrgi bоrcu üzrə öhdəliklər vеrgi ödəyiciləri tərəfindən öhdəlik оlаrаq icrа еdilməlidir. Həmçinin vеrgi оrqаnı tərəfindən bildiriş təqdim еdilməklə məlumаtın vахtındа vеrilməməsinə görə vеrgi ödəyicisi vеrgi öhdəliyini icrа еtməlidir. İş mаtеriаllаrındа оlаn məlumаtlаrdаn vеrgi ödəyicisi оlаrаq Sülеymаn Kəndli Fеrmеr Təsərrüfаtının tərəfindən məlumаtlаrın təqdim еdilməməsi və vеrilmiş məlumаtlаrdа işçilərin əmək müqаvilələrinə хitаm vеrilməsi göstərilmişdir. Həmçinin qеyd оlunаn vеrgi bоrcu bаrədə məlumаtlаrın mənbəyi və bоrcun hаnsı əsаslаrdаn yаrаnmаsı iş mаtеriаllаrı ilə müəyyən еdilmir. Kеçirilmiş еkspеrtizа isə vеrgi bоrcunun hаnsı mənbədən götürərək həll еdilməsi müəyyən dеyi l. Həmçinin vеrgi bоrcu üzrə məlumаtlаrın və məbləğin 5666 mаnаt təşkil еtməsi Kаssаsiyа şikаyətinə əlаvə еtdiyim еlеktrоn çıхаrışlаrlа ziddiyət təşkil еdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İş üzrə üçüncü şəxs kassasiya şikayətinə etiraz təqdim edərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli 2-1(104)541/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Vergi Məcəlləsi: Maddə
93. Ümidsiz borcların silinməsi... 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkə mə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 20. “Sosial sığorta haqqında" Qanun Maddə
10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlərin vəzifələri aşağıdakılardır:... müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; 21. “Məcburi haqqında” Qanun dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi Maddə
1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə
2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tət biq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Maddə
3. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların tənzimlənməsi 3.0. Bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcu d olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərz ində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Maddə
4. Yekun müddəa Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Maddə
5. Qanunun qüvvəyə minməsi Bu Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minir. 22. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanun 23. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası P rezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli Fərmanının 4.4-cü bəndinə əsasən 1 yanvar 2019-cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur.
24. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəra rı qətidir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı cavabdeh tərəfindən məcburi sosial sığorta haqqı üzrə hesablanmış 5666,57 manat borcun silinməsinə yönəlmişdir.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi məcburi so sial sığorta haqqı üzrə borcun silinməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
32. İddiaçı iddia ərizəsində, eləcə də apellyasiya və kassasiya şikayətlərində həmin borcun yaranmasının mənbəyi və borcun hansı əsaslarla olmasını barədə cavabdeh tərəfindən məlumat verilməməsini bildirir.
33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan, üçüncü şəxsin məktubundan (1-ci cild səh.56) müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "X1 Sistemi"nin "Sığorta" (Hesabat) altsistemində "X4"da sığortaedən Süleyman adına X2 1 aprel 2018-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı üzrə 4549,91 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 4170,39 manat (cəmi: 8720,30 manat) borcu qalmışdır. "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən, 23 iyul 2018-ci il tarixində sığortaedənin maliyy ə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə 3053,73 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fondu tərəfindən silinmişdir. Bu silinmə aparıldıqdan sonra iddiaçının borcu məcburi dövlət sosial sığorta haqqı üzrə 4549,91 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 1116,66 manat olmaqla ümumilikdə 5666,57 manat təşkil etmişdir. Həmin borcun açıqlaması və mənbəyi barədə cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya məlumat vermişdir.
34. Həmçinin iş materiallarında olan ekspert rəyi ilə (1-ci cild səh. 181) də iddiaçının xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 4549,91 manat, penya hesablanmasına görə 1116,66 manat, ümumilikdə 5666.57 manat borcun düzgün hesablandıği müəyyən edilmişdir.
35. Məhkəmə kolle giyası qeyd edir ki, Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir.
36. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa belə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlar üzrə borcların silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb.
37. Beləliklə, apellyasiya məhkəməsinin qərarı hazırkı qərarın 19-24a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
38. Məhkəmə koll egiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli 2-1(104)-541/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.