Məhkəmə qərarları › İş №2-1(102)-344/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-344/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-344/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (açar sözlər: qanunverici yalnız üzvlük kitabçasını deyil, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasını daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab etmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hak im), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili Vəkil oğlunun iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair reyestrdən çıxarışın və plan ölçünün verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2216/2019 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul et di. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxxxx 1987ci il tarixli 326 saylı qərarına müvafiq olaraq, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx xxxxxxxx 1987-ci il tarixli, 20396 saylı qərarı ilə keçmiş M.Əzizbəyov rayonu Dübəndi qəsəbəsində Nizami rayon XDS İKnin kollektivinə bağçılıq-yoldaşlıq təsərrüfatı yaradılması məqsədilə torpaq sahəsinin ayrıldığını, kollektivin xx xxxx 1990-cı il tarixli ümumi iclasında 29 nəfərin iştirakı ilə torpaq bölgüsü üzrə aparılmış püşkatmanın nəticələrinə görə ona «1-ci Cənub küçəsi, sahəsi 0,06 ha olan 10 №-li bağ sahəsinin ayrıldığını, o, həmin bağ sahəsinə çıxarı ş almaq üçün cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xx.xx.2018-ci il tarixli məktubla İdarənin arxiv qovluğunda iki siyahının mövcud olduğuna, onun xx.xx.1990-cı il 3 saylı protokoldan çıxarışda adı qeyd edilsə də, bağçılıq-yoldaşlığın xx.xx.2000-ci il 2 saylı protokoldan çıxarışda adının aşkar olunmadığına, bundan başqa İdarəyə digər fiziki şəxsin müraciətinin daxil olduğuna, sözügedən ərazinin qonşu sahə ilə bir hasar daxilində olduğuna və ara məsafələrin şərti olduğuna istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, Bakı şəhəri, Pirallahı rayonu, «Dübəndi» bağ massivində yerləşən 10 saylı sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın, texniki pasportun, cizgi planın verilməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-729/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, «Dübəndi» bağ massivində yerləşən 10 saylı sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim – R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2216/2019 saylı qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmi n edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı müvafiq bağ sahəsinə dair çıxarış almaq məqsədilə 1 saylı Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixdə müraciət etmiş, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarənin arxiv qovluğunda iki siyahı mövcuddur, iddiaçının adı xx.xx.1990-cı il 3 saylı protokoldan çıxarışda qeyd edilsə də, bağçılıq yoldaşlığın xx.xx.2000-ci il 2 saylı protokolundan çıxarışda adı aşkar olunmamış, bundan başqa idarəyə digər fiziki şəxsin (mərhum X5 vərəsəsi X1) müraciəti daxil olmuş və çöl-ölçmə işlərinin aparılması nəticəsində müəyyən olmuşdur ki, sözügedən ərazi qonşu sahə ilə bir hasar daxilindədir, ara məsafələri şərtidir, qonşu bağ sahəsinin mülkiyyətçisi ilə razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş bölgü-sxemi təqdim edilməmiş, həmçinin iddiaçının ərizəsinə əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)736/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı İdarə yə rəsmi qaydada daxil olmadığından və həmin qərarda İdarənin üzərinə heç bir öhdəlik qoyulmadığından, ərizənin icrası mümkün olmamış, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apardığını və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan R espublikası Qanununa əsasən Ərazi İdarəsinin dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğunu qeyd etməklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 21(103)-2216/2019 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyas iya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Nizami rayon XDS İcraiyyə Komitəsinin nəzdində yaradılmış bağçılıq-yoldaşlıq kollektivinin ümumi iclasının xx xxx 1990-cı il tarixli 2 №-li protokoluna görə Nizami rayon XDS İK-nin kollektivinin işçiləri üçün Bakı şəhəri XDS İcraiyyə Komitəsi 26/326 saylı, xx xxxxxxxx 1987-ci il tarixli qərarı ilə M.Əzizbəyov rayonu Dübəndi qəsəbəsində torpaq sahəsi ayrılmış və kollektivin bağçılıq-yoldaşlıq təsərrüfatının 36 nəfərlik siyahısı təsdiq olunmuş, eyni zamanda həmin bağçılıq-yoldaşlıq kollektivinin ümumi iclasının xx xxxx 1990-cı il tarixli, 3 saylı protokolundan çı xarışa əsasən İddiaçı 1-ci Cənub küçəsi, 10 №-li, sahəsi 600 kv.m olan bağ sahəsi ayrılmış, ona bağçılıq-yoldaşlığın üzvlük kitabçası verilmiş, Nizami rayon XDS İcraiyyə Komitəsinin nəzdində yaradılmış bağçılıq-yoldaşlığın torpaq sahəsinin xx xxxx 1990-cı il tarixli 3 saylı protokolu əsasında bölüşdürülməsinin siyahısı və sxeminə görə isə iddiaçının adı 10-cu sırada yer almış və həmin saylı bağ cizgidə öz əksini tapmış, iddiaçı, həmin bağ sahəsinə çıxarış almaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xx.xx.2018-ci il tarixli məktubla İdarənin arxiv qovluğunda iki siyahının mövcud olduğuna, onun xx.xx.1990-cı il 3 saylı protokoldan çıxarışda adı qeyd edilsə də, bağçılıqyoldaşlığın xx.xx.2000-ci il 2 saylı protokoldan çıxarışda adının aşkar olunmadığına, bundan başqa İdarəyə d igər fiziki şəxsin müraciətinin daxil olduğuna, sözügedən ərazinin qonşu sahə ilə bir hasar daxilində olduğuna və ara məsafələrin şərti olduğuna istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi ona istinad etmişdir ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab edilir, iddiaçıya verilən üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış, kollektivin bağçılıq-yoldaşlıq üzvlərinin siyahısına müvafiq olaraq verilmiş, belə olan halda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun qeyd olunan 8.0.7-ci maddəsinin tələb ləri baxımından həmin bağ sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas yaranmış olur, cavabdehin apellyasiya şikayətinə görə iddiaçının 1-ci siyahıda və xx.xx.1990-cı il 3 saylı protokoldan çıxarışda adının mövcudluğunu qəbul etsə də, bağçılıq yoldaşlığın sonrakı xx.xx.2000-ci il tarixli, 2 saylı protokolundan çıxarışda onun adının aşkar olunmadığını mübahisələndirmiş, halbuki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(82)-736/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı ilə bağçılıq yoldaşlığın xx.xx.2000-ci il tarixli protokolu iddiaçıya xx xxxx 1990-cı il tarixli protokolla ayrılmış torpaq sahəsinə münasibətdə etibarsız sayılmış, beləliklə, mübahisəli bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınm az əmlakın dövlət reyestrində qeydiyyata alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası MPM 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məcəllənin 78-ci maddəsinə əsasənmü bahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İş materiallarındakı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(82)-736/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarından da göründüyü kimi həmin iş üzrə tərəflər İddiaçı, cavabdeh isə Nizami rayon icra hakimiyyətidir, hazırkı iş üzrə cavabdeh reyestr xidməti həmin iş üzrə tərəf olmadığından istinad edilən qərar hazırkı iş üzrə preyudisial qüvvəyə malik ola bilməz. Bundan əlavə cavabdehin etiraz və şikayətlərində qeyd edilmişdir ki, İdarənin arxiv qovluğunda iki siyahı mövcuddur, iddiaçının adı xx.xx. 1990-cı il 3 saylı protokoldan çıxarışda qeyd edilsə də, bağçılıq-yoldaşlığın xx.xx.2000-ci il 2 saylı protokolundan çıxarışda adı aşkar o lunmamış, bundan başqa idarəyə digər fiziki şəxsin (mərhum X5 vərəsəsi X1) müraciəti daxil olmuş və çöl-ölçmə işlərinin aparılması nəticəsində müəyyən olmuşdur ki, sözügedən ərazi qonşu sahə ilə bir hasar daxilindədir, ara məsafələri şərtidir, qonşu bağ sahəsinin mülkiyyətçisi ilə razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş bölgü-sxemi təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. «D aşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci xxx müvafıq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfındən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafıq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Beləliklə, həmin normaya uyğun olaraq qanunverici yalnız üzvlük kitabçasını deyil, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasını daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına ke çməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab etmişdir. Apellyasiya məhkəməsi xidməti vəzifəsinə uyğun olaraqbu torpaq sahəsinin ayrıldığı 1990-cı ildə keçən müddət ərzində iddiaçının torpaqdan məqsədli təyinatına görə istifadə edib-etmədiyini, bağçılıq-yoldaşlığın xx.xx.2000-ci il tarixli protokol qərarına əsasən onun hansı səbəblərdən bağçılığın üzvlüyündən çıxarıldığını araşdırmamış, bu məqsədlə nəzdində bağçılıq yoldaşlıq yaradılmış Nizami rayon icra hakimiyyətini, bağçılıq-yoldaşlığı və həmin sahəyə dair hüquqlarının rəsmiləşdirilməsi üçün müraciət etmiş mərhum X5 vərəsəsi X2 işə baxılmasına cəlb etməmiş, rayon icra hakimiyyətinin və bağçılığın yaranmış mübahisəyə münasibətini öyrənməmişdir. Azərbaycan Respublikası İnzibati Pros essual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsasl ara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xx xxxxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X7rşı, x xxxxxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından da göründüyü kimi apellyasiya məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bağçılıq-yoldaşlığın xx.xx.2000-ci il tarixli protokol qərarına əsasən torpaq sahəsinin mərhum X5 istifadəsinə verildiyinə, sonuncuya da həmin siyahıya uyöun olaraq üzvlük kitabçasının verildiyinə düzgün hüquqi qiymət verilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-736/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı isə hazırkı iş üzrə cavabdeh, digər işə baxılarkən tərəf olmadığından həmin qərarın onun barəsində preyudisiallığı istisna olunu r. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, nəzdində bağçılıq yoldaşlıq yaradılmış Nizami rayon icra hakimiyyəti, bağçılıq-yoldaşlığı və həmin sahəyə dair hüquqlarının rəsmiləşdirilməsi üçün müraciət etmiş mərhum X5 vərəsəsi X3 işə baxılmasına cəlb edilməli, cavabdehdən 2000-ci ildə təqdim edilmiş siyahı tələb olunaraq qiymətləndirilməli, iddiaçının hansı səbəblərdən bağçılığın üzvlüyündən çıxarıldığı aydınlaşdırılaraq bunun səbəblərinə qiymət verilməli, beləliklə, iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmaqla mübahisənin obyektiv həlli təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasi ya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İş üzrə hərtərəfli araşdırma aparılması, yeni sübutlar əldə edilməsi və qiymətləndirilməsi zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edilməsini mümkün hesab etmir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2216/2019 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2216/2019 saylı qərarıləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsininkassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar